Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Osaka
Osaka — Yaponiyanin böyüklükdə Tokiodan sonra ikinci şəhəridir. 1905-ci ildə Rusiyadan Yaponiyaya mühacirət etmiş tatar ailəsi Osakada ilk məscid tikdirmişdir.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Masatoşi Koşiba
Masatoşı Koşıba (小柴 昌俊, Koşıba Masatoşı, 19 sentyabr 1926[…], Toyohaşi, Ayçi prefekturası – 12 noyabr 2020, Tokio) — 19 sentyabr 1926-cı ildə Toyohaşidə, Yaponiyada doğulan fizikdir. 5 oktyabr 1959-cu ildə Kyoko Kato ilə Tokioda evlənmişdir. 2002-ci ildə Pensilvaniya Universitetindən (ABŞ) Raymond Davis Jr. ilə kosmik neytronları kəşf edərək astrofizikaya verdikləri töhfələrinə görə Fizika üzrə Nobel mükafatını qazandı. Mükafatın yarısını rentgen şüalarının kosmik qaynaqları üzərində etdiyi kəşflə ABŞ Universitetlər Birliyinin idarəçiliyini edən Rikardo Giacconi ilə paylaşmışdır. == Təhsili == == Akademik karyerası == == Uğurları == == İstinadlar == == Xarici keçidlər == M. Koshiba Haberi İng. Masatoshi Koshiba Makaleleri İng.
Neoseiulus ojibwa
Yoşioka Yayoy
Yoşioka Yayoy (吉岡 彌生, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır. 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.
İsiaka İrankunda
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir. Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür.
Typhlodromips ojibwa
Typhlodromips ojibwa (lat. Typhlodromips ojibwa) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Naomi Osaka
Naomi Osaka (16 oktyabr 1997, Tyuo-ku[d]) — idmançı. Naomi Osaka 16 oktyabr 1997-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olub. https://az.gov-civil-portalegre.pt/naomi-osaka-net-worth.
Naoto Oşima
Naoto Oşima (大島 直人, Ōshima Naoto); 26 fevral 1964 və ya 26 yanvar 1964, Osaka) — Yaponiya geymdizayneri, keçmiş "Sega" işçisi, Kirpi Sonik və Doktor Eqqman personajlarının müəllifi. "Sonic Team" komandasını tərk etdikdən sonra o, müstəqil "Artoon" şirkətini təsis etmiş, 2010-cu ildə şirkətin müflisləşməsinə qədər prezidenti olmuşdur. 2010-cu ildən bəri Oşima "Arzest" studiyasında işləyir. O, işləri üzrə bəzən "Big Island" (azərb. Böyük ada‎) psevdonimi ilə çalışır ki, bu da onun soyadının hərfi mənasıdır.
Osaka Universiteti
Osaka Universiteti (yap. 大阪大学 - Osaka Daigaku, ing. Osaka University, qısaca 阪大 (Handai)) — Yaponiyanın Honsyu adasının Osaka şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Universitet fundamental elmlər, texnika və tibb sahələrinin yüksək səviyyədə öyrənilməsinə görə dünyada tanınır. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın altıncı ən qədim universitetidir. Osaka Universiteti 1931-ci ildə yaradılsa da, onun tarixi kökləri Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə Osaka şəhərində tacirlər üçün Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq üçün yer") açılır. Məktəbin verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin qürur mənbəyi olur. Daha sonra həkim və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən yeganə xarici dil Hollandiya dili olur.
Osaka prefekturası
Osaka prefekturası (yap. 大阪府 Ōsaka fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Osaka qəsri
Osaka qəsri (大坂城, Osaka-co) – Yaponiyanın Osaka şəhərinin Çuo rayonunda yerləşən qəsr. Yaponiyanın tanınmış tarixi abidələrindən biridir və XVI əsrdə Yaponiyanın birləşdirilməsi zamanı vacib rol oynamışdır. Qəsrin tikintisinə 1583-cü ildə Toyotomi Hideyoşi tərəfindən bir məbəd ərazisində başladılmışdır. Qəsrin planı üçün Oda Nobunaqanın qərargahı olan Azuçi qəsrinin modeli əsas götürülmüşdür. Hideyoşi Nobunaqanın qəsrini yamsılamaq istəmişdi, lakin qəsrinə yeni xüsusiyyətlər əlavə etmişdi: beşmərtəbəli tenşu, 3 yeraltı mərtəbə, ziyarətçiləri təsirləndirmək üçün qülləyə tətbiq olunmuş qızıl vərəqlər. 1585-ci ildə daxili donjon tamamlanmışdır. Hideyoşi qəsrini böyütməyə davam etmiş və hücum edənlər üçün alınmaz qəsrə çevirmişdir. Qəsr 1597-ci ildə tamamlansa da, növbəti il Hideyoşi ölmüş və qəsr oğlu Toyotomi Hideyoriyə keçmişdir. 1600-cü ildə Tokuqava İeyasu Sekiqahara döyüşündə qalib gələrək öz şoqunluğunu qurmuşdur. 1614-cü ildə isə Hideyoriyə hücum edərək Osaka mühasirəsini başlatmışdır.
Osima yarımadası
Osima yap. 渡島 半島 — Hokkaydo adasının cənub-qərbində yerləşir. Yarımada Kuromasunay çökəkliyinin cənubunda yerləşir. Ərazidə Sussu və Osyamambe yaşayış məntəqələri vardır. Yarımadanın şərqində Utiura körfəzi, qərbində isə Yapon dənizi onun sahillərini yuyur. Çökəklikdən cənubda çoxlu sayda vulkanlar vardır. Onlardan ən irisi Yotey, Komaqake və Esandır. Yarımadanın vənubunda Sanqar boğazı yerləşir. Yarımadanın ərazisi dağlıqdır. Osima dağları Honsü adasında yerləşən Ou dağlarının adını təşkil edir.
Oşima adası
Oşima (yap. 奄美大島) — Amami arxipelaqına daxil olan, Şərqi Çin dənizində yerləşən ada. Ada Yaponiyaya məxsus olur. Ada inzibati cəhətdən Kaqoşima prefekturası ərazisinə daxildir. Adanın sahəsi 712,35 km² təşkil edir. Adada Amami şəhəri yerləşir. Şəhər mart 2006 ildə Nadze şəhəri, Tasuqo qəsəbəsi, Yamato kəndi, Uken və Setouti qəsəbəsinin yarı ərazisi birləşdirilməsi nəticəsində əmələ gəlmişdir. Ada haqqında ilk məlumatlar 657-ci ildə yapon mənbələrində verilmişdir. Qədimlərdə ada Çin imperiyasına (Tan (618—907)) gedən yolun üzərində dayanacaq rolu oynayırdı. Bundan sonra ada uzun zaman unudulur.
Ryota Oşima
Ryota Oşima (d. 23 yanvar 1993) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şilka çayı
Şilka — Rusiyanın Zabaykal diyarı ərazisindən axan bir çay. Amur çayının sol qolu. Onon və İnqoda çaylarının birləşməsi ilə meydana gəlir. Şimaldakı Şilkinski və Amazarski silsilələri ilə cənubda Borşçovoçnı silsiləsi arasındakı vadidə axır Demək olar ki, bütün uzunluğu boyu dağlıq bir xüsusiyyətə malikdir və davamlı zəncirvari uzanan və yalnız ara-sıra dar keşidlər əmələ gətirən dağların arasındakı vadidə axır. Çay yatağının yüksək sahilləri var; dibi daş və qayalıqlardan ibarətdir. Üst hissədə astana və şəlalələr var. Şilkanın uzunluğu (Onon və İnqodanın birləşməsindən Arqun ilə birləşənədək) 560 km-dir; İnqoda ilə uzunluğu 1210 km, Onon ilə birlikdə 1455 km. Hövzənin sahəsi 206 min km²-dir. Əsas qollar: Nerça, Quenqa, Çornaya (sol). Şilka çayı arqun çayı ilə birləşərək amuer çayını əmələ gətirir.
Oriba sylvestris
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Osaka qətliamı
Osaka qətliamı — 8 iyun 2001-ci ildə Osaka Normal Universitetinə bağlı elit məktəb olan İkeda İbtidai məktəbində baş verdi. Cinayəti keçmiş məktəb qapıçısı, otuz yeddi yaşlı Mamoru Takuma törədib. 2001-ci il iyunun 8-də səhər saat 10:15-də bıçaqla silahlanmış Takuma məktəbdə məktəblilərə və müəllimlərə hücum edib. Hücum nəticəsində əksəriyyəti 7–8 yaş arasında olan 8 uşaq həlak olub; daha 13 məktəbli və 2 müəllim yaralanıb. Cinayətkarda sərhəd, dissosial və paranoid şəxsiyyət pozuntuları diaqnozu qoyulub. Daha sonra o, mühakimə olundu və asılaraq ölüm cəzasına məhkum edildi. 2004-cü il sentyabrın 14-də hökm icra olundu. Qurbanların əksəriyyətinin uşaqlar olması, cinayətin məktəbdə törədilməsi, cinayəti törədəndə bir sıra psixi pozuntuların olması Osakadakı qətliam geniş rezonans doğurmuşdur. Bu amillər diqqəti cinayətkarların və qurbanların hüquqları, təhsil müəssisələrinin təhlükəsizliyi və psixi xəstəliyi olan şəxslərlə bağlı hökumət siyasəti kimi məsələlərə yönəltdi. Sonradan məktəbə mühafizəçinin işə götürüləcəyi açıqlandı.
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.
Omiçka Omsk QVK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.