Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padua
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Padua Universiteti
Padua Universiteti (it. Università degli Studi di Padova - UNIPD) — İtaliya Respublikasının Padua şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biridir. 1222-ci ildə yaradılmış Padua Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. Həmin vaxt akedemik azadlıqlar uğrunda rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. Universitet ilkin olaraq anatomik mərkəz kimi fəaliyyət göstərirdi; hansı ki, bura həmin dövrlərdə ictimai təzyiqlər altında insan bədənini öyrənən alimlər və rəssamlar üçün nəzərdə tutulmuşdu. Universitet 1339-cu ildən 1813-cü ilə qədər iki təşkilata – "Universitas Artistarum" və "Universitas Iuristarum"a bölünmüşdü. "Universitas Artistarum"da mülkilik, hüquq və ilahiyyat, "Universitas Iuristarum"da isə astronomiya, dialektika, fəlsəfə, qrammatika, tibb və natiqliq sənəti tədris edilirdi. Padua Universiteti İntibah dövründə əsas elm (astronomiya, tibb, hüquq) mərkəzlərindən birinə çevrilmişdir. Burada Covanni Piko della Mirandolla, Nikolay Kuzanus, Nikolay Kopernik, Pietro Bembo, Torkvato Tasso, Qalileo Qaliley, Andreas Vezali kimi dahilər təhsil almış və müəllimlik fəaliyyəti ilə məşğul olmuşlar. 1678-ci ildə dünyada ilk dəfə qadın – Yelena Kornaro Piskopiya fəlsəfə üzrə doktorluq dərəcəsi əldə etmişdir.
Kaluqa
Kaluqa - müasir Rusiyada şəhər, eyniadlı vilayət mərkəzi. Kaluqa Oka çayının dik sahilində salınmışdır. Kaluqa sözünü müəyyən mənada qala mənasını verən kaluqa "qala qapısı" mənası ilə bağlayırlar. Kaluqa sözü türk-monqol mənşəlidir; xalqa~kalqa~kalqan~kaluqan~kaluqa "darvaza, alaqapı", "giriş-çıxış qapısı" (zastava) deməkdir. Görünür, bu yerdə keçmişdə tatar zastavası "giriş-çıxış qapısı" yerləşirdi Bununla yanaşı kalqa, kaluqa əski türkcə vəliəhd, monqol-tatarlarda titul, şahın (xanın) böyük oğluna verilən "kalqa" titulu ilə bağlı da ola bilməsi ehtimalını da nəzərə almaq lazımdır. Məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailə olmuşdur. Hələ inqilaba qədər bu ailənin Kaluqada mülk torpaqları var idi. Hazırda Kaluqa Rusiyanın ən iri müasir sənaye mərkəzidir. == Tarixi == IX əsrə aid (859-cu il) sənədlərdən xəzərlərin burada hakim olduqları məlumdur. 1117-ci ildə isə Vladimir Monomaxın Kaluqaya hərbi yürüşü göstərilir.
Paanqa
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Padova
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Daruğa
Daruğa (başq. даруга, tatar. даруга/daruğa; monq. daru- – "basmaq", "möhürləmək") — Monqol imperiyasında ərazi vahidi. Bir daruğa daruğaçı tərəfindən idarə olunurdu. Sonralar bu termin vilayət üçün, əsas da XV–XVI əsrlərdə Kazan və Sibir xanlıqlarında istifadə edilmişdir. XVI–XVIII əsrlərdə Rusiya imperiyasının türklər yaşayan bölgələrində istifadə edilmişdir. Səfəvi İranında bu, prefekt mənasını verən bir titul olmuşdu. Çoxsaylı Səfəvi daruğalarından biri Səfiquli xan idi. 1762-ci ildə başqırd xalqı Kazan, Noqay, Osin Daruğa və Sibir daruğalarına nəzarət edirdi.
Papula
Papula – lat. pimple sözüdür. Dəri səviyyəsindən yuxarı qalxan, 1 sm-dən kiçik, epidermis və ya dermanın səthi qatını zədələyən boşluğu olmayan sıx konsistensiyalı düyüncükdür. İltihabi (çərhayı və ya qırmızı rəngli, təzyiq etdikdə bir müddət solğun olur) və qeyri-iltihabi olur.
Padota
İtotu (lat. Marrubium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Atirbesia Raf. Maropsis Pomel Padota Adans.
Ajuga
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Padus
Meşəgilası (lat. Prunus subg. Padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Pauya
Quya çayı (latış. Gauja‎, est. Koiva, alm. Livländische Aa‎) — Latviya ərazisindən axan çay. Çayın kiçik bir hissəsi Estoniya ilə sərhəddən axır. Çayın uzunluğu 460 km, hövzəsinin sahəsi isə 8,9 min. km² təşkil edir. Qolları — Abuls (sol), Amata (sol), Brasla (sağ), Mustyıqi (sağ), Rauna (sol), Vildoqa. Çay Latviya ərazisində formalaşan və ərazisindən axaraq dənizə tökülən ən uzun çaydır. Qidalanmasında 35-40 % qar sularının payına düşür.
Paula
Paula — ad. Paula Hitler — alman siyasətçi Paula Selinq — Rumıniyalı məşhur müğənni. Paula Leyton — İspaniyanı təmsil edən su poloçusu. Paula Abdul — ABŞ müğənnisi və aktrisası. Paula Todoran — Rumıniyalı marafonçu. Paula Pareto — Argentinalı cüdoçu.
Atriplex patula subsp. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula var. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Eclipta patula
Hermione patula
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaluqa (balıq)
Kaluqa (lat. Huso dauricus) — Nərələr fəsiləsindən balıq, Ağ balıqlar cinsinə aid baliq növü. Amur çayı hövzəsində 55° ş.e və 34° ş.e arasında yerləşən bölgədə yaşayır. Onlsra hətta 50 metr suyun dərinliyində belə rastlamaq mümkündür. Maksimal qeydə alınmış uzunluğu 560 sm təşkil etmişdir. Olduqca əhəmiyyəli balıq növüdür. Sənaye əhəmiyyətlidir. == Təsviri == Uzunluqları 5,6 metr təşkil edir (6 metrlik keçmişdə olması ehtimal edilir), çəkisi 1 tondur. Ağzı ayparavari formaya malikdir. Birinci bel üzgəci olduqca iri olur.
Kaluqa vilayəti
Kaluqa vilayəti (rus. Калужская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Kaluqa ərazisi Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşdirilmişdir. XIV əsrdə Kaluqa torpaqlarının hissəsi Moskva hakimiyyəti altında idi. 1796-dan 1929-cu ilə qədər Kaluqa quberniyası Rusiya İmperiyası və RSFSR tərkibində sərbəst inzibati ərazi vahidi idi. Kaluqa ərazisi 1944-cü ildə yaradılmışdır. Moskvayla həmsərhəddir, Moskva, Tula, Bryansk, Smolensk, Orlov əraziləri. Sahə — 29 777 км². Əhali — alınların 1 010 486 [1-i]. (2015), əhali sıxlığı 33,94 Adam./км² (2015), şəhər əhalisinin xüsusi çəkisi: 76,2 [5] 2014).
Ladoqa gölü
Ladoqa gölü — Rusiyanın Avropa hissəsində göl, Avropada ən böyük. Sah. 18135 km², uzunluğu 219 km, orta eni 83 km, maksimal dərinliyi 230 km-dir. Dekabrdan mayadək donmuş olur. Üzərində təqribən 660 ada var. Gölə tökülən ən böyük çaylar Volxov, Svir, Vuoksa. Gölündən Neva çayı axır. Suyu şirin, hidrokarbonatlı-kalsiumludur. Mühüm gəmi dayanacaqları: Petrokrepost, Priozyorsk, Sortavala, Sviritsa. Leninqradın blokadası illərində təchizat və müdafiədə mühüm rol oynamış donmuş göldən avtomobil yolu kimi istifadə olunurdu.
Ladoqa nerpası
Ladoqa nerpası (lat. Pusa hispida ladogensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Ladoqa gölündə yaşayır. Baltik halqaşəkilli suiti 10750 əvvəl Ladoqa gölünə keçmiş və 10200–10000 əvvəl yarımnöv yaranmağa başlamışdır. Genetik baxımından Sayma nerpası ilə qohumluq əlaqəsi vardır. Bunun səbəbi Sayma gölü ilə Ladoqa gölü arasında olan Vuoksa çayı ilə birləşməsidir. Kiçik dəstələr əmələ gətirirki oradada 7–15 baş arası fərd olur. Yayda onlar gölün az məskunlaşmış şimal sahillərinə, kiçik adalarına, qayalıqları və burunlar üzərində dinçəlməyi xoşlayırlar. Qışda isə cənub və cənub şərq sahillərini üstün bilirlər. Əsasən göldə olan balıqlarla qidalanırlar.
Madura adası
Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep.
Madura boğazı
Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı. == Coğrafiyası == Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur). == Təbiəti == Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həm də onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır.