Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parnas
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Parana çayı
Parana çayı(isp. Río Paraná, port. Rio Paraná) — Cənubi Amerikada çay. Braziliya, Paraqvay və Argentina ərazilərindən axır.
Parana ştatı
Parana (port. Paraná) — Braziliyanın cənubunda yerləşən ştat. Şimaldan Matu-Qrosu-du-Sul və San-Paulu ştatları ilə sərhədə malikdir. Cənubdan Santa-Katarina ştatı və Argentina, qərbdən isə Paraqvay ilə sərhədi mövcuddur. Şərqini Atlantik okeanın suları yuyur. İnzibati mərkəzi Kuritibadır. Parana ştatı (Santa-Katarina və Riu-Qrandi-du-Sul) ərazisi Braziliyanın Cənub tropikindən cənubda yerləşən ştatlarındandır. Ştat ərazisi əsasən platodan ibarətdir ki, burada da hündürlük 200-1000 metr arasında dəyişir. Platonun kənarları getdikcə alcalır. Bu ərazilərin böyük qismi kamposla örtülüdür.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Riu-Qrandi (Parana)
Riu-Qrandi — Braziliyanın cənubundan axan çay. Öz başlangıçını Mantikeyradan Atlantik okeanın sahilinə yaxın ərazidən Minas-Jerays ştatından götürü. Uzunluğu 1230 km-dir. Çay Braziliya öndağlığından axır. Yuxarı axarda astanalar müşahidə edilir. Paranaiba çayı ilə birləşərək Parana çayını əmələ gətirir. Əsasən yağış suları ilə qidalanır. Elektrik enerjisi istehsalında istifadə edilir. İki SES 1,2 kVt enerji verir.
La Santisima Trinidad de Parana
La Santisima Trinidad de Parana Paraqvaydakı köhnə Yezuitlərin yaşayış məntəqələrindən biridir. Trinidad 17-18 əsrlərdə Cənubi Amerikanın müxtəlif bölgələrində, məsələn Braziliya, Argentina və Paraqvay kimi missionerlər tərəfindən qurulan bir çox Yezuit qəsəbələrinin kiçik koloniyalarına bir nümunədir. Bu missiyalar müntəzəm İspan müstəmləkə həyatı xaricində mövcud olan yerli əhalini xristian inancı ilə birləşdirən, özünü təmin edən cəmiyyətlər yaratdı. Paraqvayın cənubunu və Argentinanın şimalını əhatə edən Paragan çayı bölgəsindəki son Yezuit yaşayış məntəqələrindən biri olan La Santisima Trinidad de Parana yalnız yerli sakinlər tərəfindən "Trinidad xarabalıqları" adlanır. Həm də bugünkü tarixi məkanların ən əlçatan və ən çox ziyarət edilən yeridir. Bugünkü Encarnación şəhərinin yaxınlığında yerləşən Trinidad 1706-cı ildə qurulmuşdur və mərkəzi iclas plazası, böyük bir kilsə, iclas otağı, məktəb, bir neçə atelye, muzey və evlilik və digər yığıncaqlar kimi qeydlərin çox olduğu yerlilər üçün bir yaşayış binası ilə tamamlandı. 1768-ci ildə Yezuitlər İspan koloniyalarından qovulması son nəticədə Trinidadın tərk edilməsinə səbəb oldu və çürüməyə qalan strukturların altından qızıl axtarmaq üçün bu bölgədəki digər yerli əhali tərəfindən dağıdıldı. Trinidad, nisbətən yeni qurulmasına görə zamana yaxşı müqavimət göstərdi və strukturların qalıqları özünü qorudu. 1993-cü ildə UNESCO tərəfindən Dünya İrsi mirası elan edildi.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Larnaka
Larnaka (yun. Λάρνακα;türk. Larnaka) - Kipr Respublikasının şəhərlərindən biri. Limasol (yun. Λεμεσός) - Kipr Respublikasının şəhərlərindən biri. Kipr Respublikasında paytaxt Nikosiya şəhərindən sonra ən əhəmiyyətli iki şəhərdən biri hesab olunur (digəri Limasol). Şəhərdə Osmanlı və Xilafət dönəmlərinə aid bir sıra mühüm tarixi abidələr mövcuddur. Bunlardan ən tanınmışı Hala Sultan Xanəgahıdır. Eyni zamanda Kipr adasının ən böyük hava limanı olan Larnaka beynəlxalq hava limanı bu şəhərdə yerləşir. == Tarixi == Larnaka şəhəri eramızdan əvvəl XIV əsrdə Qədim Yunanıstanda yaşayan yunanlar tərəfindən Kition adı ilə salınmışdır.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Paanqa
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Paenda
Qabriela Horn (alm. Gabriela Horn‎; d. 25 yanvar 1988, Doyçlandsberq, Ştiriya, Avstriya) və ya səhnə adı ilə Paenda — Avstriya müğənnisi və bəstəkarı. O, "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Qabriela Horn 25 yanvar 1989-cu ildə Avstriyanın Ştiriya əyalətində yerləşən Doyçlandsberqdə anadan olmuşdur. O, hələ altında yaşında ikən xorda oxumağa başlamış və 14 yaşından etibarən mahnı yazmağa başlamışdır. Qabriela gitara və pianoda ifa etməyi öyrənmişdir. O 20 yaşında Vyanaya köçmüş və orada musiqi təhsili almışdır. Hal-hazırda ifaçı Ottakrinq şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. O, eyni zamanda musiqi müəlliməsi kimi fəaliyyət göstərir.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. Nottinqem kilsəsi. Barnaba İncili Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Parnlar
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli köçəri xalqı. Onlar daxlar ittifaqının, ehtimal olunur ki, massaget (skif) qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi.
Arnav
Arnav (fr. Arnave) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09016. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 211 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 130 yaşda (15-64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.4%, 1999-cu ildə 72.7%). Fəal olan 98 nəfərdən 91 nəfər (48 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Aruaa
Aruaa (abx. Аруаа; mənası – Müdafiəçilər) — 1992–1993-cü illərdə Gürcüstanla baş tutmuş müharibənin veteranlarını bir araya gətirən Abxaziya ictimai təşkilatı. == Tarixi == 10 may 2007-ci il tarixində qurulmuşdur. Təsis qurultayında 534 nəfər iştirak etmişdir. Abxaziyanın ilk müdafiə naziri Vladimir Arşba yekdilliklə təşkilatın sədri, Vadim Smir və Məhəmməd Kilba isə sədr müavinləri seçilmişdir. Arşba, Smir və Kilbadan başqa Ali Şuraya daha on nəfər seçilmiş: Sergey Matosyan, Eduard Buliya, Slavik Kuçuberiya, Adler Mikvabiya, Vitali Qabnya, Gennadi Marqani, Kaçubey Avidzba, Çingiz Biqvava, Liana Açba və Mziya Beya. 14 iyul 2010-cu il tarixində təşkilatın sədri Vadim Smir istefa etdiyini açıqlamışdır. 20 iyulda "Aruaa" Ali Şurası Smirin istefasını qəbul etməyəcəyinə və ən azından təşkilatın növbəti qurultayına qədər sədr olaraq qalacağına qərar vermişdir. 10 iyul 2013-cü il tarixində "Aruaa" müxalifət partiyaları olan "Birləşmiş Abxaziya", "Abxaziya Milli Birlik Forumu", "Abxaziya Xalq Partiyası" və "Abxaziya İqtisadi İnkişaf Partiyası" ilə bir sıra digər ictimai hərəkatlarla əməkdaşlıq müqaviləsi imzalamışdır. Hərəkat 30 iyul 2013-cü il tarixli üçüncü qurultayında Vitali Qabniyanı yeni sədr seçmişdir.
Danaa
Acrisione (lat. Acrisione) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Danaa Colla == Növləri == Acrisione cymosa (J.Rémy) B.Nord. Acrisione denticulata (Hook. & Arn.) B.Nord.
Fərruxru Parsai
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda təhsil naziri olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.