Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Penza
Penza (rus. Пенза) — Rusiya Federasiyasında yerləşən şəhər, Penza vilayətinə daxildir.
Kamenka (Penza)
Kamenka — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Penza vilayəti
Penza vilayəti (rus. Пензенская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Penza vilayətinin mərkəzi Penza şəhərinin əsası ruslar tərəfindən 1663-cü ildə qala kimi qoyulmuşdur. Bəzi mənbələr Penzada bundan daha əvvəl də yaşayış məntəqələrinin olduğunu bildirir. 1718-ci ildə Kazan quberniyasına daxil olan Penza əyaləti təşkil olunur. 15 sentyabr 1780-ci ildə 5 mart 1797-ci ilə kimi mərkəzi Penza şəhəri olan Penza quberniyası təşkil edildi, bu quberniya aradan qaldırıldıqdan sonra Penza şəhəri Saratov quberniyasının tərkibinə daxil edildi. 9 sentyabr 1801-ci ildə Penza quberniyası bərpa edildi və Sovet hökumətində 1928-ci ildə baş verən əsaslı inzibati dəyişiklər zamanı Penza şəhəri Tambov vilayətinə daxil edildi. 1939-cu ildə baş vermiş növbəti dəyişiklik zamanı Tambov vilayəti bölüşdürüldü və mərkəzi Penza şəhəri olan Penza vilayəti təşkil edildi.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Zareçnıy (Penza)
Zareçnıy — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir. Официальный сайт Администрации города Официальный сайт Департамента образования г. Заречного Пензенской области Официальный сайт Департамента социального развития г.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. Çingiz Cəlilov tərəfindən yaradılmış "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. 2018-ci ilin yanvar ayında sonuncu filialı bağlanıb. Şirkətin hazırkı qanuni təmsilçisi Fuad Məmmədov, nizamnamə kapitalı isə 10 manatdır. 2024-cü ilin mayına olan məlumata görə "Çudo Peçka"nın 150 milyon manatdan çox borcu var. 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib.
Albrext Penk
Albert Penk (25 sentyabr 1858[…], Roydnits[d] – 7 mart 1945[…], Praqa) — alman geoloqu, coğrafiyaçısı, okeanoloqu, Valter Penkin atasıdır. == Tərcümeyi-halı == Albert Penk — biznesmen Emil Penkin (1829–1880) və arvadı Elizabet Penkin (1833–1896) oğludur. 1885–1906-cı illərdə Penk Ven universitetini, 1906–1927-ci illərdə Berlin universitetini professor çalışıb. 1886-cı ildə Penk İde Qanqxoferlə (1863–1944) ailə həyatı qurub. bacısı Lüdviqa Qanqxofera məşhur bavariya yazıçısıdır. Onların oğlu Valter Penk məşhur coğrafiyaçı və geomorfoloqdur. Ferdinand fon Rixthofenanın ölmündən sonra 1906–1927-ci illərdə albert Coğrafiya institutunun direktoru oldu.1906-cı ildə İsveç Krallığının akademiyasının üzvü olur. 1918-ci ilə kimi okeanaqrafiya muzeyinin rəhbəri olur. Penk okeanologiya və iqlimşünaslığı öyrənir. O, 1945-ci ilin mart ayının 7-də Praqada ölür.
Fabio Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Fabiu Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Karlos Pena
Karlos Pena (ing. Carlos Roberto Pena Jr.; 15 avqust 1989, Kolumbiya[d], Missuri) — Amerikalı aktyor, müğənni və rəqqas. Karlos Pena daha çox Nickelodeonun Big Time Rush serialındakı Karlos rolu ilə tanınır. == Bioqrafiya == Karlos Pena 15 avqust 1989-cu ildə Missuri ştatının Kolumbiya şəhərində anadan olub. Atası ispan və venesuelalıdır, anası isə dominikanlıdır. O, Florida ştatının Weston şəhərində böyüyüb. Çirlidinq olduğu Sagemont Upper Schoolda oxuyub. Onun ilk aktyorluq rolu ER-də 15 yaşında qonaq ulduz kimi, daha sonra həmin il Judging Amy, Summerland və Ned's Classified School Survival Guide filmlərində qonaq rollarında oynayır. Karlos PenaVeqa hələ orta məktəbdə oxuyarkən Super Soaker brendinin əyləncə su tapançasının televiziya reklamlarında çəkilirdi və onun şəkli hətta oyuncağın qablaşdırmasında da görünürdü. === Karyera === Karlos PenaVeqa Boston Konservatoriyasında musiqili teatrda oxuyarkən meneceri onu Big Time Rush üçün dinləmələrə dəvət edir.
Enrike Penya Nieto
Enrike Penya Nieto (İspanca tələffüz: [enˈrike ˈpeɲa ˈnjeto] ( dinlə); isp. Enrique Peña Nieto; 20 iyul 1966) — 2012–2018-ci illərdə Meksika prezidenti. Mexiko ştatının qubernatoru. (2005–2011). Fil ordeni laureatı (13 aprel 2016). == Mükafatları == Argentina "San Martinin azad edilməsi" ordeni, 29 iyul 2016. Braziliya "Cənub xaçı" ordeni, Dilma Rusef tərəfindən təltif edilib, 26 may 2015. Kosta-Rika "Juan Mora Fernandes" milli ordeni, Laura Çinçilla tərəfindən təltif edilib, 19 fevral 2013. Portuqaliya Şahzadə Henri ordeni, Anibal Kavaku Silva tərəfindən təltif edilib, 2 iyun 2014 İspaniya "Katolik İzabella" ordeni, I Xuan Karlos tərəfindən təltif edilib, 6 June 2014. Peru "Peru günəşi" ordeni, Ollanta Humala tərəfindən təltif edilib, 17 iyul 2014.
Enrike Penya Nyeto
Enrike Penya Nieto (İspanca tələffüz: [enˈrike ˈpeɲa ˈnjeto] ( dinlə); isp. Enrique Peña Nieto; 20 iyul 1966) — 2012–2018-ci illərdə Meksika prezidenti. Mexiko ştatının qubernatoru. (2005–2011). Fil ordeni laureatı (13 aprel 2016). == Mükafatları == Argentina "San Martinin azad edilməsi" ordeni, 29 iyul 2016. Braziliya "Cənub xaçı" ordeni, Dilma Rusef tərəfindən təltif edilib, 26 may 2015. Kosta-Rika "Juan Mora Fernandes" milli ordeni, Laura Çinçilla tərəfindən təltif edilib, 19 fevral 2013. Portuqaliya Şahzadə Henri ordeni, Anibal Kavaku Silva tərəfindən təltif edilib, 2 iyun 2014 İspaniya "Katolik İzabella" ordeni, I Xuan Karlos tərəfindən təltif edilib, 6 June 2014. Peru "Peru günəşi" ordeni, Ollanta Humala tərəfindən təltif edilib, 17 iyul 2014.
Penza Dövlət Universiteti
Penza Dövlət Universiteti (rus. Пензенский государственный университет) — Rusiyada universitet; Zəngin İT infrastuktura malik, informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş tətbiq olunduğu və İT ixtisaslarına xüsusi diqqət yetirildiyi ali təhsil müəssisələrindən biri. Böyük Vətən müharibəsinin çətin illərində - 1943-cü ildə fəaliyyətə başlayan Penza Dövlət Universiteti sənaye institutundan klassik universitetə qədər böyük formalaşma və inkişaf yolu keçib. Universitet bu gün intellektual potensialın formalaşması, təmin edilməsi və regionun sosial-iqtisadi inkişafı baxımından Volqa­boyu universitetləri sırasında ən böyük və çoxistiqamətli ali məktəblərdən biridir. Universitet dəfələrlə "Rusiyanın 100 ən yaxşı ali məktəbi" nominasiyası üzrə "Avropa keyfiyyəti" qızıl medalına layiq görülüb. Universitet və onun filiallarında 1500 professor-müəllim heyəti fəaliyyət göstərir, 20000 tələbə təhsil alır. Magistratura və doktorantura təhsil pilləsi üzrə yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Universitetin Kuznets İnformasiya və İdarəetmə Texnologiyaları İnstitutu, Nijnelomov və Serdobsk filialları istifadəyə verilib. Penza Dövlət Universiteti təxminən 28 hektar ərazidə yerləşir. Ali məktəbin tədris-laboratoriya binalarının ümumi ərazisi təxminən 107 min kv.m təşkil edir.
Nikolsk (Penza vilayəti)
Nikolsk — Rusiya Federasiyasında yerləşən şəhər. Penza vilayətinə daxildir.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Kani Pənkə Qacer (Bükan)
Kani Pənkə Qacer (fars. كاني پانكه قاجر‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (12 ailə).
Mariya del Pilar Pena
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Banka
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Bənna
Bənna — tikinti sahəsində fəaliyyət göstərən peşəkar usta. Bənna anlayışı ilk dəfə Qədim Misirdə formalaşmışdır. Bu dövrdə piramida tikintisi ilə məşğul olan bənnalar böyük nüfuza sahib olmuşdular. Bənna — daşyonan ilə yaxın olan, lakin ondan fərqli olan kərpicçi, kərpic tikmək üçün kərpic qoyan usta və tacirdir. Terminlər həmçinin blok divarları və digər hörgü formalarını tikmək üçün bloklardan istifadə edən işçilərə aiddir. İngilis dilində kərpic ustası danışıq dilində “bənna” kimi tanınır . Daş ustası, bina divarlarının tikintisi və digər işlərdə daşların, şlak blokların və kərpiclərin hər hansı bir birləşməsini qoyandır. Kərpic hörgünün bir hissəsidir. Kərpic hörmək hobbi kimi də istifadə edilə bilər. Məsələn, BöyükBritaniyanın keçmiş baş naziri Uinston Çörçill hobbi kimi kərpic hörmə ilə məşğul olurdu.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenqa
Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir. == Oyunun qaydaları == 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədirlər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə, oyunu o şəxs uduzur. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Kənkan
Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd. Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir. Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini (rus. Кянкянский сельсовет) təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²) 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis (erm. Հատիս) olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanır.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Eenia
Anisopappus (lat. Anisopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.