Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Ərvənəq
Ərvənəq nahyəsi — XIV əsr-XIX əsrlərdə inzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Ərvənəq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Kervens Belfort
Kervens Fils Belfort (16 may 1992-ci ildə anadan olub) — Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubunda hücumçu kimi çıxış edən Haitili peşəkar futbolçudur. == Karyerası == === Klub === Belfort Haiti, Fransa və İsveçrənin Tempete, Le Mans B, Le Mans, Sion, Qrenobl və Frejus Sent-Rafael klublarında çıxış etmişdir. 16 iyun 2017-ci ildə Belfort Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 2018-ci ilin avqust ayında adı Başundara Kinqs klubu ilə çəkilsə də, Belfort Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Belfort Haiti milli komandası ilə debütünü 2010-cu ildə FİFA Dünya Çempionatının təsnifat mərhələsi oyunlarında etmişdir. == Karyera statistikası == === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Pərvanə (Üşnəviyyə)
Pərvanə (fars. پروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Pərvanə Hacıyeva
Pərvanə Hacıyeva (11 avqust 1973, Marneuli) — biokimya üzrə tanınmış alim, Mayns Universitetinin (AFR) tibb üzrə professoru. Pərvanə Hacıyeva 1973-cü ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur. 1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi „Gümüş medal“la başa vurur. Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır. 1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi“ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur.
Pərvanə Qurbanova
Pərvanə Yaqub qızı Qurbanova — azərbaycanlı teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). 2 aprel 1965-ci ildə anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlamışdır. Bu illər ərzində aşağıdakı rolları oynamışdır: Maral “Maral” (Cəfər Cabbarlı) Firəngiz “Oqtay Eloğlu” (Cəfər Cabbarlı) Sevinc “Sənsiz”(Şıxəli Qurbanov) İncixanım “Atabəylər” (Nəriman Həsənzadə) Əfsanə “İtkin gəlin” (Əlibala Hacızadə) Narınc “Yandırılmış adam”(Əlibala Hacızadə) Aqasiya “Odu atma, Promitey”(M.Kərim) Nazan “Yad qız”(Orhan Kemal) Gülqönçə “Cavad xan”(Nüşabə Məmmədova) Ülviyyə “Unutmaq İstəyirəm” (Nüşabə Məmmədova) Şahnaz “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) Gənc qadın “Qana-qan”(Bukovça) Həcər xanım “Eşq və İntiqam”(Süleyman Sani Axundov) Qadəm “Qatil”(Elçin Əfəndiyev) Firuzə “Ölüm hökmü”(Elçin Əfəndiyev) Həvva “Varlı qadın” (Elçin Əfəndiyev) Qətibə “Şeyx Nizami”(Oqtay Altunbay) Qızılgül “Balaca şahzadə”(Antuan de Sent-Ekzüperi) Şəhrəbanu “Müsyo Jordan və dərviş Məstəli şah”(Mirzə Fətəli Axundov) Pırpız Sona “Dəli yığıncağı”(Mirzə Cəlil) 1990-cı ildən hal hazıra kimi Gəncə Dövlət Nizami Poeziya teatrında işləyir, və aşağıdakı rolların ifaçısıdır: “Xeyir və Şər”də Kürd qızı, “Məhəbəət əfsanəsi”ndə Şirin, “Bəhram şah”da Afaq, “Məhəbbətin qənimi”ndə Sədaqət və s. Pərvanə Qurbanovanın Milli kino sahəsində də xidmətləri az olmamışdır. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilmişdir. Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Pərvanə nahiyəsi
Pərvanə nahiyəsi — XIV əsr-1990 inzibati nahiyə. 1724-ci ilin icmal dəftərinə görə Ərdəbil əyalətinə tabe olan Ərdəbil livası Pərvanə nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 69 kənd ibarət idi.
Pərvanə İbrahimova
Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; 3 avqust 1977, Qaraçanta, Amasiya rayonu) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti. 2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir. 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb. 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Pərvanə İsmayılova
Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993). 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid). 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu. 1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur. 2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
Ərvənəq (Ərdəbil)
Ərvənəq (fars. اروانق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 269 nəfər yaşayır (56 ailə).
Ərvənəq mahalı
Ərvənəq mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Sahəsi - Əhalisi - türklər Mərkəzi— Şəbüstər qəsəbəsi Sərhədləri — Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir. Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan , Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi.
Ərvənəq nahyəsi
Ərvənəq mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Sahəsi - Əhalisi - türklər Mərkəzi— Şəbüstər qəsəbəsi Sərhədləri — Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir. Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan , Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi.
Pərvanə (dəqiqləşdirmə)
Pərvanə (ədəbi məclis)
Pərvanə Vəliyeva
Pərvanə Bulud qızı Vəliyeva ( ) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 35 saylı Xətai üçüncü Seçki Dairəsindən seçilmiş deputat, "Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü. == Həyatı == Pərvanə Vəliyeva 18 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Uzun illərdir QHT sahəsində fəaliyyət göstərib ("Sağlamlığa Xidmət"İctimai Birliyinin sədri), BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2021-ci ildən Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvüdür. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub. Ailəlidir 3 övladı var.
Dizac-i Pərvanə (Bünab)
Dizac-i Pərvanə (fars. ديزج پروانه‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.028 nəfər yaşayır (248 ailə).