Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
Con Peyn
Con Peyn (d. 19 aprel 1870 - ö. 1 avqust 1951) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. == Həyatı == Con Peyn 1870-ci ilin 19 aprel günündə anadan olub. 1951-cü ilin 1 avqust tarixində isə ömrünün 81-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Con Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 552 xal topladı və doğma qardaşı Samner Peyni arxada qoyaraq I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Liam Peyn
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d] – 16 oktyabr 2024) — İngilis müğənni, model və söz müəllifi, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Penn Muzeyi
Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyi ( ing. The University of Pennsylvania Museum of Archeology and Anthropology , qısaldılmış Penn Museum ) 1887-ci ildə Filadelfiya Universitetində yaradılıb . 20-ci əsrin əvvəllərində muzey Misir, Mesopotamiya, Afrika, Şərqi Asiya və Latın Amerikasına bir sıra mühüm arxeoloji və antropoloji ekspedisiyaları təşkil etmişdir.
Samner Peyn
Samner Peyn (ing. Sumner Paine; 13 may 1868, Boston – 18 aprel 1904, Boston) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında bir qızıl və bir gümüş medal qazanıb. Samner Peyn 1868-ci ilin 13 may günündə anadan olub. 1904-cü ilin 18 aprel tarixində isə ömrünün 35-ci yaşında vəfat edib. Samner Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 50 metr məsafəyə tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 442 xal topladı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Samner Peyn Afina Olimpiadasında həm də 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında qüvvəsini sınadı. Bu yarışda Peyn 380 xal topladı və qızıl medal qazanan doğma qardaşı Con Peyndən sonra 2-ci yeri tutdu.
Teun Biyleveld
Teun Biyleveld (27 may 1998-ci ildə Niderlandda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderlandlı futbolçudur. Biyleveld AZ Alkmaar akademiyası vasitəsilə inkişaf etmişdir. Biyleveld öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə etmişdir. O, 84-cü dəqiqədə Ceymi Yakobsu əvəz etmişdir. Həmin görüşdə Yonq AZ liqa görüşündə AFC-ya 1-0 hesabı ilə qalib gəlmişdir. Biyleveld 1 iyul 2017-ci ildə Yonq Ayaks klubuna transfer olmuşdur. O, klub ilə debütünü 18 avqust 2017-ci ildə etmişdir. O, 72-ci dəqiqədə Matusiva ilə əvəz olunmuşdur. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə Kambuura 2-1 hesabı ilə qalib gəlmişdir. 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Tomas Peyn
Tomas Peyn (ing. Thomas Paine, 29 yanvar (9 fevral) 1737 – 8 iyun 1809[…], Qrinviç Villic[d], Nyu-York ştatı) — məşhur ingilis publisisti, inqilabçısı və intellektualı. Tomas Peyn təhsilini yerli məktəbdə almış, gənc yaşlarında gömrük məmuru kimi işləmiş, lakin müəyyən səbəblərdən işdən azad edilmişdi, 1774-cü ildə İngiltərədə tanış olduğu Bencamin Franklinin dəvəti ilə ABŞ-yə yollanmışdır. Bu Birləşmiş Ştatlar və İngiltərə arasındakı müharibə ərəfəsində baş tutur, ABŞ-də izdihamlı kütlə qarşısında çıxış edən Peyn o dövr İngiltərə hakimiyyətini amansız tənqid atəşinə tutaraq amerikalıları özlərini müstəqil elan etməyə çağırmışdır. 1775-ci ildə Konqresin tapşırığı əsasında koloniyaların müraciətini çatdırmaq məqsədilə İngiltərəyə yollanır. Müraciət cavabsız qaldıqda Peyn Amerikaya qayıdır və özünün "Sağlam Düşüncə" (ing. "Common Sense") broşürsını dərc etdirir. Peyn bu əsərində hər bir xalqın özünün arzuladığı hökuməti qurmaq hüququna malik olduğunu göstərir. Corc Vaşinqtonun sözlərinə görə Peynin broşürsı şüurlarda çevrilişə səbəb oldu. İstiqlaliyyət Bəyannaməsi elan olunduqdan sonra ABŞ və İngiltərə arasında müharibə başlayır və Peyn Vaşinqtonun düşərgəsinə yollanaraq Amerika ordusunun nümayiş etdirdiyi şücaəti təsvir edən "Amerika Böhranı" qəzetini nəşr etdirir.
Çeun Yuk
Çeun Yuk (28 oktyabr 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Çeun Yuk Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çeun Yuk Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Çeun Yuk Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
İrvinq Penn
İrvinq Penn (ing. Irving Penn; 16 iyun 1917[…], Pleynfild, Nyu Cersi – 7 oktyabr 2009[…], Manhetten, Nyu-York ştatı) — XX əsrin ən nüfuzlu fotoqraflarından biri, moda fotoqrafiyasının ən vacib nümayəndəsi olan Amerika fotoqrafı. 1917-ci ildə inqilabdan sonra Rusiyanı tərk edən immiqrant yəhudi ailəsində doğulub. On səkkiz yaşında İrvinq Filadelfiya İncəsənət Muzeyinin nəzdindəki dördillik reklam dizaynı kursuna yazıldı. Peşə təhsili ilə yanaşı o Harper's Bazaar jurnalında kuryer kimi işləyir, həmçinin rəssama ayaqqabı eskizlərini çəkməyə kömək edirdi. 1938-ci ildə təhsilini bitirərək "Junior League" jurnalının incəsənət redaktoru olmuş, sonra isə Saks Fifth Avenue univermağında analoji vəzifəyə keçmişdir. Lakin iyirmi beş yaşında işdən çıxaraq Mexikoya yollanmış, burada il boyu şəkillər çəkmişdir. Nyu-Yorka qayıtdıqdan sonra Penn müsahibəni müvəffəqiyyətlə keçərək Vogue jurnalının incəsənət redaktoru Aleksandr Libermanın köməkçisi oldu. 26 yaşlı dizaynerin jurnalın üz qapağının necə görünməli olduğuna dair öz təsəvvürü var idi, lakin jurnalın fotoqrafları ilə bu məsələdə anlaşa bilmədiyinə görə Liberman ona kameranı götürməyi məsləhət gördü və 1 oktyabr 1943-cü ildə İrvinq Pennin ilk fotoşəkli Vogue jurnalının üz qapağında çıxdı. Fotoqraf ölümünə qədər Vogue moda jurnalına şəkillər çəkmişdir.
Şon Penn
Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[…], Santa-Monika, Kaliforniya)—Amerika aktyoru və kinorejissoru. Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestij festivalları sayılan Oskar, Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır. Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazzini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta Oskar təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi. Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və s. və i.
Peon (dəqiqləşdirmə)
Peon
Peon (kommuna)
Peon (fr. Péone) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 48,59 km², əhalisi — 799 nəfərdir (2006) artım tendensiyası ilə: 984 nəfər (2012), əhalinin sıxlığı 20,3 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 961 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 984 nəfər.
Pen (hərf)
𐕗 (səslənməsi /p'/, transkripsiyası Ṗ, ṗ) — Alban əlifbasının 40-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Պեն (Pen) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki P' səsi ilə eyniləşdirirlər.
Pun dili
Pun dili və ya puni dili — sami dilləri ailəsindən Finikiya dilinin ölmüş bir növü. Şimal-qərb Afrikasında və bir neçə Aralıq dənizi adalarında klassik antik dövr boyunca Puni xalqı tərəfindən, eramızın 8-ci əsrindən eramızın 6-cı əsrinə qədər danışılmışdır.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.
Tan Pen
Tan Pen (4 fevral 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Tan Pen Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Tan Pen Honq Konqu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Yehuda Pen
Yehuda Pen (5 iyun 1854 - 1 mart 1937) — Rus və Belarus rəssamı, müəllim, XX əsrin əvvəllərində sənətdə "Yəhudi İntibah" ın görkəmli xadimi. O, Mark Şaqalın müəllimidir. Yehuda Pen 1854-cü il 24 mayda (5 iyun) Novoaleksandrovsk şəhərində anadan olub. Erkən yetim, 1867-ci ildən Dvinskda çıraq rəssamı kimi çalışmışdır. 1879-cu ildə o, Sankt-Peterburq şəhərinə köçdü və 1880-ci ildə İncəsənət Akademiyasına daxil oldu. Akademiyanın sonunda (1886) Dauqavpils və Riqada yaşamış, burada baronla ilə tanış olub, baron onu Vitebsk əmlakına dəvət edir, burada Baron dostları olur: İlya Repin və başqaları. 1891-ci ildə Vitebsk şəhərinə yerləşdi və bir il sonra Rusiyada ilk yəhudi incəsənət məktəbini açdı. Onun şagirdləri Mark Şaqal, Zair Azqur, İlya Çaşnik olub. 1907 və 1914-cü illərdə Pen və onun tələbələri arasında sərgilər keçirildi. Yehuda Pen rəsmlərində yəhudi kasıblarının həyatını göstərdi.
La-Pen
La-Pen (fr. La Penne) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,08 km², əhalisi — 279 nəfərdir (2006) artım tendensiyası ilə: 327 nəfər (2012), əhalinin sıxlığı 18,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 319 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 327 nəfər.
Ellsuert Peyn Killip
Ellsuert Peyn Killip (ing. Ellsworth Paine Killip; 2 sentyabr 1890, Roçester[d], Nyu-York ştatı – 21 noyabr 1968, Redlends[d], Kaliforniya) — Amerika botaniki. == Bioqrafiya == Ellsuert Peyn Killip 2 sentyabr 1890-cı ildə Nyu-York ştatının Roçester şəhərində anadan olmuşdur. Roçester Universiteteini 1911-ci ildə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 1917-ci ilə qədər Roçester Elmlər Akademiyasında işləmişdir. 1918-ci ildən 1919-cu ilədək hərbi həkim olmuşdur və bu dövrdə Fəxri Legion Ordeninə layiq görülmüşdür. Birinci dünya müharibəsi bitdikdən sonra Elluest Peyn botanika sahəsində biliklərini artırmağa davam etmişdir və Smitsonian İnstitutunun botanika bölməsində çalışmışdır. 1946-cı ildə baş kurator təyin olunmuşdur. 1950-ci ildə təqaüdə çıxmışdır. 21 noyabr 1968-ci ildə Ellsuert Peyn Kaliforniya ştatının Redlends şəhərində vəfat etmişdir.
Leun Çu Yan
Leun Çu Yan (21 aprel 1979) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Leun Çu Yan Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Leun Çu Yan Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Leun Çu Yan Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 4-cü pillənin sahibi olub.
Ryu Seun-Min
Ryu Seun-Min (5 avqust 1982) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Ryu Seun-Min Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Ryu Seun-Min Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində gümüş medalın sahibi olub.
Yunq Yi-geun
Yunq Yi-geun (10 yanvar 1990) — Cənubi Koreyalı atıcı. Yunq Yi-geun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yunq Yi-geun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 616.7 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.