Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piqmey
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Piqmey (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Piqmey possumlar
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Piqme (xalq)
Piqmeylər — Mərkəzi Afrikanın ilk sakinlərindən biri olaraq qəbul edilən, hal-hazırda Ekvatorial Qvineyada yaşayan və 1,5 metri keçməyən boyları ilə "cırtdanboylu" deyə adlandırılan yerli qəbilə
Niamey
Niamey (fr. Niamey) — Nigerin paytaxtı, eyniadlı departamentin mərkəzi, Niger çayı üzərində liman. Əhalisi 1 milyon nəfərdən çoxdur (2011). 1926–1960-cı illərdə Fransanın Niger ərazisinin inzibatı mərkəzi, 1960-cı ildən müstəqil Niger dövlətinin paytaxtı. Niyameydə əhali artımi sürətlə artır. 1960-cı iləd əhali 30 min nəfər idisə, 2008-ci ildəəhali sayı 1 milyonu keçdi. Əhalinin 90 % müsəlmandır. Böyük etnik qruplar: sonqay və cerma, əhalinin 51,1 % təşkil edirlər; xausa xalqı 34,4 %-dir. Şəhərdə nəqliyyat qovşağı və Amani Diori adına Beynəlxalq Aeroport vardır. Toxuculuq fabriki,ət kombinatı, un dəyirmanı fəaliyyət göstəriri.
Piqment
Piqment (lat. pigmentum — rəng) — plastik kütlə, rezin, kağız və s.-nin boyadılmasında, poliqrafiya və rəngsaz boyaların hazırlanmasında işlədilən müxtəlif rəngli narın tozlar. Orqanizm toxumalarının tərkibinə daxil olan rəngli maddələr. Piqmentlərin mühüm və müxtəlif rolu var. Ən geniş yayılan Piqmentlər-porfirinlər və karotinoidlər və onların oksidləşmiş törəmələri sarı, narıncı, yaxud qırmızı rəngli Piqmentlərdir. Bunlar yaşıl bitkilərin, həmçinin yosunların, göbələklərin, bakteriyaların tərkibində olur. Göyyaşıl və qırmızı yosunlarda köməkçi fotosintez Piqmentləri var. Heyvanların görmə orqanlarında görmə piqmenti var. Piqment sistemi orqanizmdə xarici mühitin işıq şəraitini maddələr mübadiləsi ilə əlaqələndirən bir halqadır. Ən mühüm funksiyası bitkilərdə fotosintez, heyvanlarda isə görmə prosesində iştirak edir.
Pifey
Pifey (yunanca Πυθέας. təq. e.ə. 359 – təq. e.ə. 289) — qədim yunan taciri, səyyahı və coğrafiyaşünası. Əslən Massaliya (müasir Marsel şəhəri) koloniyasından idi. Pifey 60 dərəcə şimal enliyindən yuxarı qalxmış və adı bizə məlum olan yeganə qədim səyyahdır. Pifey öz səyahətini “Okean haqqında” kitabında təsvir etmişdir. Bu kitab dövrümüzədək gəlib çatmasa da, Strabon, Ptolomey, Siciliyalı Diodor, Böyük Plini, Tasit və başqa qədim müəlliflər ona istinad etmişlər.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Audemars Piguet
Audemars Piguet — İsveçrə lüks saat şirkəti. == Tarixi == 1875-ci ildə Le Brassus sakinləri Edvard-Auguste Piguet və Jules-Louis Audemars tərəfindən qurulmuşdur.
Piqment (dəqiqləşdirmə)
Piqment
Masamiçi Şinmey
Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası – 20 avqust 1984) – Yaponiya sosioloqu. == İlk illəri == 1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur. 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur. == Elmi fəaliyyəti == Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur. Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur. O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir. Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.
Brüs İsmey
Brüs İsmey (12 dekabr 1862[…] və ya 1862, Krosbu[d], Mersisayd[d] – 17 oktyabr 1937[…], Meyfer[d], Böyük London) — Vayt Star Layn şirkətinin direktoru. Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Pigea glauca
Yimey Vanq
Yimey Vanq – çinli qadın voleybolçu. Çin milli voleybol komandasının çapraz mövqedə oynayan hücumçusudur. Boş vaxtlarında pop musiqiyə qulaq asmağı sevən voleybolçu həmçinin basketbolla da maraqlanır. Karyerasına doğma vətəninin Liaoninq komandasında başlayan Vanq burada 2005-06 mövsümündə Çin ölkə çempionatının qızıl medalını qazanmışdır. Uğurlu çıxışı sayəsində Çin milli komandasında oynamaq şansını tapan voleybolçunun bu mənada ilk matçı 2005-ci ilə tasadüf edir. 2008 Yay Olimpiya Oyunlarında da iştirak şansı tapan voleybolçu doğma şəhəri Pekində keçirilən yarışda milli komandanın əlavə güclərindən biri olur. (ikinci heyətin üzvi kimi) Ev sahibləri yarımfinala qədər irəliləsələr də yarımfinalda Braziliya milli voleybol komandasına məğlub olur. Üçüncülük matçında qalib gələn Çin milli komandası bürünc mükafatlara yiyələnir. Bu oyunlarda az da olsa oynamaq şansı tapan Vanq isə ilk olimpiya bürüncünə sahib çıxır. Bundan sonra o, 2012 Lodon Yay Olimpiya Oyunlarında da iştirak etmişdi.
Futabatey Şimey
Futabatey Şimey (二葉亭 四迷, 28 fevral 1864, Kappazaka[d] – 10 may 1909, Benqal körfəzi) və ya əsl adı ilə Haseqava Tatsunosuke – Yaponiya yazıçısı və tərcüməçisi. İvan Turgenev və digər rus realistlərinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Yapon ədəbiyyatının ilk müasir romanı olan "Ukiqumo" (azərb. "Uçan bulud"‎, 1887) romanının müəllifi olmuşdur. == Həyatı və karyerası == 1864-cü ildə Yaponiyanın Tokio şəhərində samuaray ailəsində doğulmuşdur. Atası Haseqava Yoşikazu təhsil alması üçün onu Naqoya şəhərinə göndərmişdir. Atasının Şizuoka prefekturasının idarəçiliyinə təyin olunması səbəbilə ailə Matsue şəhərinə köçmüş və Futabatey burada Soçoşa məktəbinə daxil olmuşdur. 1897-cu ildə isə Tokioya köçmüşdür. O, 1881–1885-ci illərdə Tokio Xarici Dillər Məktəbində rusiyaşünaslıq üzrə təhsil almışdır. Futabateyin maddi problemləri olduğu üçün 1889-cu ilin iyulunda dövlət nəşrləri ofisindəki vəzifə təklifini qəbul etməli olmuşdur.
Timey (dialoq)
"Timey" (yun. Τίμαιος) — Platonun kosmologiya, fizika və biologiyaya həsr olunmuş ən mühüm traktatlarından biri. Eramızdan əvvəl 360-cı ildə sokratik dialoq şəklində yazılmışdır. Bu dialoq həmçinin Atlantida haqqında məlumat verir (daha ətraflı təsviri yarımçıq “Kritiy” dialoqunda əldə etmək olar). Dialoqda iştirak edənlər: Sokrat, Lokriyalı Timey, Kritias, Hermokrat . Bu dialoq orta əsr fəlsəfəsinin, o cümlədən Şartr məktəbi adlanan ideyaların inkişafına, eləcə də İntibah fəlsəfəsinə və müvafiq olaraq sonrakı dövrlərin bütün Avropa fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir. == Məzmunu == Dialoqun tərkibi üç qeyri-bərabər hissədən ibarətdir. Başlanğıcda Sokrat ideal dövlət anlayışını qısaca təkrarlayır (q.yun. πολιτεία), mahiyyəti hər bir insanın öz ruhunun ləyaqətinə uyğun olaraq bir peşə seçməsidir: əkinçilər (q.yun. γεωργοί), mühafizəçilər (q.yun.
Olimpiakos Pirey FK
1925-ci ildə yaranıb. 43 dəfə Avropa kuboklarında iştirak edib.
Pikey (film, 2014)
PK 2014-cü ildə çəkilmiş elmi fantastika komediya janrında olan filmdir. Bu filmin rejissoru Rajkumar Hirani, prodüseri Hirani və Vidhu Vinod Çopra, ssenari müəllifi isə Hirani və Abhicat Coşi olmuşdur. Filmdə baş rollarda Aamir Khan, Anushka Sharma, Sushant Singh Rajput, Boman Irani, Saurabh Shukla və Sanjay Dutt çəkilib. Film tədqiqat missiyası üçün yer üzünə gələn yadplanetlinin hekayəsindən bəhs edir.
Ciqme Xesar Namqyel Vanqçuk
Ciqme Xesar Namqyel Vanqçuk (dz. འཇིགས་མེད་གེ་སར་རྣམ་རྒྱལ་དབང་ཕྱུག; 21 fevral 1980[…], Katmandu[…]) — Butan Krallığının Kralı. == Həyatı == Xesar Butanın dördüncü Kralı Jiqme Sinqye Vanqçuk və üçüncü həyat yoldaşı Kraliça Aşi Tserinq Yanqdonun böyük oğludur. Kiçik bacısı Şahzadə Aşi Deçen Yanqzom və qardaşı Şahzadə Jiqme Dorjidən başqa 4 bacı və 3 qardaşı var. Yanqçenfuq Liseyində orta təhsilini başa vurduqdan sonra Xesar 1998-ci ildə təhsilini davam etdirmək üçün Filips Akademiyasına getdi, daha sonra dərəcəsini başa vurmaq üçün Kuşinq Akademiyasına daxil oldu. Daha sonra Oksford Universitetinin nəzdində Maqdalen Kollecini bitirməzdən öncə Uiton Kollecinə daxil oldu və burada Xarici Xidmət və Beynəlxalq Əlaqələr proqramları üzrə təhsilini tamamladı. == Vəliəhd şahzadə fəaliyyəti == Butan xalqı tərəfindən "Daşo Xesar" adlandırılan vəliəhd xalqla görüşmək və onlarla danışmaq üçün krallıq boyunca etdiyi çoxsaylı səfərlərdə atasını müşayiət etdi. Butanı rəsmi olaraq bir neçə beynəlxalq tədbirdə təmsil etmişdir. 8 may 2002-ci ildə Butanı 27-ci BMT Baş Məclisində təmsil etdi və dünyada milyonlarla uşağın rifahı ilə əlaqəli məsələlərə toxunaraq Birləşmiş Millətlər Təşkilatında ilk çıxışını etdi. 12 – 13 iyun 2006-cı il tarixlərində Banqkokda Tayland Kralı Bhumibol Adulyadeyin 60 illik yubileyinə qatıldı.