Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poznan
Poznan — qərbi Polşa mərkəzi hissəsində bir şəhər.
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Yozgat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Yozqat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Yozat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Lex Poznan
Lex futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib. Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir. "Lex" 1983-1993-cü illərdə beş dəfə ölkə çempionu olub. Komanda dörd dəfə (1982, 1984, 1988, 2004, 2009) Polşa kubokuna, üç dəfə (1990, 1992, 2004, 2009) superkuboka yiyələnib. == Komandanın heyəti == Komandanın heyəti 2022 == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa Superkuboku Qalib (6) — 1990, 1992, 2004, 2009, 2015, 2016. Polşa çempionatı Qızıl medal (8) — 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22. Gümüş medal (3) — 2012/13, 2013/14, 2019/20. Polşa Kuboku Qalib (5) — 1981/82, 1983/84, 1987/88, 2003/04, 2008/09. Finalçı (6) — 1979/80, 2010/11, 2014/15, 2015/16, 2016/17, 2021/22.
Lidiya Horvat
Lidiya Horvat (d. 5 may 1982; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Lidiya Horvat Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Poznan rəsədxanası
Poznań Rəsədxanası — Poznandakı Adam Miskeviç Universitetinin fizika şöbəsinə məxsus və idarə olunan astronomik rəsədxanadır. Polşanın Poznan şəhərində yerləşir və 1919-cu ildə əsası qoyulub. 1953-cü ilin yanvarında Poznanda kəşf edilən 1572 Posnania (1949 SC) asteroidi şəhərin və kəşf edən rəsədxananın adını aldı. 2000-ci ildə Ondrejovda astronomlar Petr Pravec və Peter Kuşnirak tərəfindən kəşf edilmiş 97786 Oauam asteroidi də rəsədxananın şərəfinə adlandırılmışdır. Rəsmi adlandırma sitatı IAU tərəfindən 16 iyun 2021-ci ildə dərc edilmişdir.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Yozqat ili
Yozqat ili — Türkiyədə il. 1960-2008 illər arası ilin əhalisi 20,33% artmışdır.
Mihay Horvat
Mihay Horvat (mac. Mihaly Horvath) — Macarıstan siyasi və dini xadimi, tarixçi, Macarıstanda 1848-1849-cu illər inqilabının fəal iştirakçısı. Təhsil və Din Naziri (1849). Seqeddəki gimnaziyanı bitirmiş, sonra dini təhsil almışdır. 1844-47-ci illərdə Terezianumda macar dilindən dərs demişdir. 1848-ci ildən yepiskop olur. 1849-cu ilin yanvarında Vesprem qraflığından Debrecen şəhərindəki Macarıstan Dövlət Məclisinin deputatı seçilir. 1849-cu ilin may ayından Bertalan Semere inqilabi hökumətinin üzvü idi və burada Ruhani İşlər və Təhsil Naziri vəzifəsində çalışır. Macarıstan inqilabının məğlubiyyətindən sonra ölkədən mühacirət edir. İsveçrə, Fransa, Belçika və başqa ölkələrdə yaşayır.
Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur. Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877, Oradea[d] – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Erol Özvar
Erol Özvar (8 iyun 1966, Bakırköy, İstanbul ili) — Türk yazıçı, akademik, iqtisadçı, tərcüməçi. 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini eyni şəhərdə aldı. 1985-ci ildə Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olmuş, 1989-cu ildə məzun olmuşdur. Eyni universitetdə iqtisadi tarix sahəsində magistr və doktorantura təhsili aldı. 1998-ci ildə Mərmərə Universitetində "XVII əsrdə Osmanlı Dövlət Maliyyəsindəki Dəyişiklik: Xəzinədarlıq Gəlirliyindən Yunanistan Dövlətində Vivadilikə Keçid" mövzusunda doktorluq dissertasiyasını təqdim etdi. Uzun müddət, Mərmərə Universiteti Sosial elmlər peşə məktəbinin müəllimi olmuşdur. 15 iyul 2018-ci il tarixli Türkiyə prezidenti Fərmanı ilə Mərmərə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. == Həyatı == 1966-cı ildə İstanbulda anadan olub. İbtidai, orta və tam orta təhsilini İstanbulda aldıqda sonra Mərmərə Universitetinin iqtisadiyyat proqramına daxil olur.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Polat Alemdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Lex Poznan FK
Lex futbol klubu 1922-ci ildə yaradılıb. Komanda Polşa çempionatının birinci liqasında 1948-ci ildə debüt edib. Komandanın ən uğurlu dövrü ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərinin əvvəllərinə təsadüf edir. "Lex" 1983-1993-cü illərdə beş dəfə ölkə çempionu olub. Komanda dörd dəfə (1982, 1984, 1988, 2004, 2009) Polşa kubokuna, üç dəfə (1990, 1992, 2004, 2009) superkuboka yiyələnib. == Komandanın heyəti == Komandanın heyəti 2022 == Uğurları == === Ölkədaxili turnirlərdə === Polşa Superkuboku Qalib (6) — 1990, 1992, 2004, 2009, 2015, 2016. Polşa çempionatı Qızıl medal (8) — 1982/83, 1983/84, 1989/90, 1991/92, 1992/93, 2009/10, 2014/15, 2021/22. Gümüş medal (3) — 2012/13, 2013/14, 2019/20. Polşa Kuboku Qalib (5) — 1981/82, 1983/84, 1987/88, 2003/04, 2008/09. Finalçı (6) — 1979/80, 2010/11, 2014/15, 2015/16, 2016/17, 2021/22.
Polsat Sport News
«Polsat Sport 3» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.