Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ucom
Ucom — Ermənistanın mobil şəbəkə operatoru və internet provayderi. Orange Armenia-nı satın aldıqdan sonra mobil telefon bazarında böyüdü.
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; ən geci e.ə. 199 – ən tezi e.ə. 133, Yunanıstan) — Yunan tarixçisi və sərkərdəsi. Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-cü ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Polüvi
Holzi
Holzi (əsl adı: Eşli Nikolett Francipani; 29 sentyabr 1994, Edison, Nyu-Cersi, ABŞ) — ABŞ müğənnisi və mahnı yazarı. O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir. O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu insanları siyahısında yer almışdır. Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk mini-albomunu buraxmışdır. O, mini-albomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomun ən çox bəyənilən trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.
Olzai
Olçai — Sardiniyanın Nuoro əyalətindəki icma və kiçik şəhərdir. Sahəsi 69,82 km²-dir. İcmanın əhalisi 880 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 13 nəfərdir. Olçai icması aşağıdakı icmalarla həmsərhəddir: Austis, Nughedu Santa Vittoria, Ollolai, Ottana, Sarule, Sedilo, Sorradile və Teti.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Aechmea politii
Aechmea politii (lat. Aechmea politii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Andorra polisi
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan polisi
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanı. Azərbaycan Respublikasının "Polis haqqında" Qanununa əsasən, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. "Polis haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur, 9-cu maddəyə əsasən isə, polis xidmətlərinin yaradılması, yenidən qurulması və ləğvi, polisin fəaliyyətinə rəhbərlik, polis orqanlarında vəzifəyə təyin və vəzifədən azad etmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının polis orqanlarının xarici ölkələrin polis orqanları və beynəlxalq polis təşkilatları ilə əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xarici ölkələrin polis orqanları ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanın bağladığı müqavilələr, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq polis təşkilatlarının nizamnamələri və əsasnamələri ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisi haqqında demişdir: == Tarixi == === Polis orqanlarının yaradılması === Çar Nikolay I Fərmanı ilə 10 aprel 1840-cı il tarixində Rusiya İmperiyasının Daxili İşlər Nazirliyinin tabeliyində ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə məqsədləri ilə Bakıda Polis Şöbəsi yaradılıb. 1867-ci ildə Bakı Quberniyasının Jandarma Polis İdarəsi yaradılıb və sonradan bu qurum Bakı Polis İdarəsinə çevrilib. Eyni zamanda, Azərbaycan ərazisində yaradılmış mahallarda mahal polisi idarələri, şəhərlərin daxilində isə ərazi polis məntəqələri fəaliyyət göstərməyə başçlayıb. 1882-ci ildən başlayaraq Bakı qəzasının ərazisində Bakı, Maştağa, Saray, Balaxanı-Sabunçu, Keşlə və Bibiheybət polis məntəqələri, onların tabeliyində məhəlli və şəhər polis nəzarətçiləri (müvəkkilləri) fəaliyyət göstərib. 1897-ci ildə Bakı-Sabunçu polismeysterliyi yaradılıb, 28 oktyabr 1906-cı il tarixində isə Bakı Polis İdarəsi yenidəntəşkil üsulu ilə Bakı Polismeyster İdarəsinə çevrilib. Bu zaman poçt, axtarış və istintaq üzrə ixtisaslaşmış polis qurumları fəaliyyət göstəriblər.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. == Həyatı == Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Pobiti daşları
«Pobiti daşları» (bolq. Побити камъни, «Побитые камни», «Daş meşə», «Diliktaş» — türk. dikili taş) — Bolqarıstan ərazisində qayalı-daşlı ərazi. Ərazi Varna şəhərindən 18 km kənarda, Varna-Sofiya yolu yaxınlığında yerləşir. Pobiti daşları Devnya şəhəri, eləcə də Slınçevo, Banovo və Straşimirovo kəndləri arasında yerləşir. Böyük və kiçik qruplar halında toplaşan bu daşlıq ərazinin sahəsiс 13 km²-dir. Ərazi hündürlüyü 5-7 metr, yoğunluğu 0,3-3 metr olan daş sütunlardan ibarətdir. Sütunların təməli çox da möhkəm deyil. Daş sütunların meydana gəlməsi haqqında bir neçə hipotez mövcuddur. Onlar əsasən iki qrupda birləşir: orqanik və qeyri orqanik mənşəli hipotezlər.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Saleh Poladı
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
İsrail Polisi
İsrail polisi (ivr. ‏משטרת ישראל‏‎) — İsrailin mülki polis qüvvəsidir. Dünyanın əksər polis qüvvələrində olduğu kimi, onun vəzifələrinə cinayətkarlıqla mübarizə, nəqliyyat vasitələrinə nəzarət, ictimai təhlükəsizliyin qorunması və terrorizmlə mübarizə daxildir. Bu İctimai Təhlükəsizlik Nazirinin səlahiyyətindədir. İsrail Polisi bütün İsrail boyu və Qərb sahilindəki C ərazisində, ümumiyyətlə İsrailin mülki nəzarətində olduğu bütün yerlərdə fəaliyyət göstərir.
Vyetnam polisi
Vyetnam Xalq İctimai Təhlükəsizliyi (vyet. Công an Nhân dân Việt Nam) — İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olan Vyetnamın əsas polis və təhlükəsizlik qüvvələri. Vyetnam Xalq Silahlı Qüvvələrinin bir hissəsidir və Vyetnam Kommunist Partiyasının faktiki nəzarəti altındadır. Xalq İctimai Təhlükəsizliyinin səlahiyyətləri 27 noyabr 2014-cü ildə qəbul edilmiş 73/2014/QH13 saylı qanuna əsasən tənzimlənir.
İnternet polisi
İnternet polisi — bir sıra ölkələrdə internetə nəzarəti həyata keçirən polis və dövlət qurumları, idarələr və digər təşkilatlar üçün ümumi termin. İnternet polisinin əsas məqsədləri dövlətdən asılı olaraq kibercinayətkarlıqla, həmçinin senzura və təbliğatla mübarizədir. 2006-cı ildə yaradılmış Estoniyanın Kompüter Təcili Yardım Qrupu (CERT Estonia), .ee domeninə sahib kompüter şəbəkələrində təhlükəsizlik insidentlərinin idarə edilməsinə cavabdeh olan təşkilatdır. Onun vəzifəsi Estoniyada internet istifadəçilərinə təhlükəsizlik insidentlərindən mümkün zərəri azaltmaq və təhlükəsizlik təhdidlərinə cavab verməkdə onlara kömək etmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsində kömək etməkdir. "CERT Estonia" Estoniya şəbəkələrində baş verən, orada başlanan və ya Estoniyada və ya xaricdə vətəndaşlar və ya qurumlar tərəfindən xəbərdar edilmiş təhlükəsizlik insidentləri ilə məşğul olur. 2022-ci ilin martında Yaponiya ciddi kibercinayətkarlıq halları ilə mübarizə aparmaq üçün Milli Polis Agentliyində internet polis bürosunun və xüsusi istintaq qrupunun yaradılması haqqında qanun qəbul etmişdir. Niderland polisinin kibercinayətkarlıqla mübarizə aparmaq üçün İnternet Briqadası qurduğu iddia edilmişdir. Kəşfiyyat məlumatlarının toplanması üçün internet xəbər qruplarına və müzakirə forumlarına sızmağa, psevdoalış etməyə və xidmətlər göstərməyə icazə veriləcək. İnternet provayderi Cybercrime.gov US Department of Justice CCIPS Cybercellmumbai.com Indian Cyber Crime Investigation Cell US CERT United States Computer Emergency Readiness Team (US-CERT) US Secret Service Computer Fraud On Guard OnGuardOnline.gov provides practical tips from the federal government and the technology industry to help you be on guard against Internet fraud, secure your computer, and protect your personal information.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto; 11 dekabr 1912[…] – 10 yanvar 2007[…], Cenevrə) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur. Milan Universitetində Hüquq fakültəsini bitirmişdir. İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur. Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir. Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi. O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Nik Nolti
Nikolas Kinq Nolti (ing. Nicholas King Nolte; 8 fevral 1941[…], Omaha, Nebraska) — ABŞ aktyoru.
Ponti (Fransa)
Ponti (fr. Pontis, oks. Pontiç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04154. 2008-ci ildə əhalinin sayı 70 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15–64 yaş) arasında 33 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 75,0%). Fəal olan 33 nəfərdən 32 nəfər (18 kişi və 14 qadın) işləyir, 1 qadın işsizdir.