Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zoluşka (film, 2015)
Sindirella (ing. Cinderella) — 2015-ci ildə çəkilmiş ABŞ filmi. Küllücə movies.disney.com/cinderella — Sindirellanın rəsmi saytı Cinderella — Internet Movie Database saytında.
Molyuska
Molyusklar (lat. Mollusca) — heyvanlar aləminə aid heyvan tipi.Xaricdən çanaq ilə örtülmùşdür Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir. Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır. Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Mark Poluşin
Mark Petroviç Poluşin (rus. Марк Петрович Полушин; 28 dekabr 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Volqar Həştərxan klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Poluşin öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Volqar Həştərxan klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Urojay Krasnodar klubuna qarşı oyunda etmişdir.
Molukka dənizi
Molukka dənizi (ing. Molucca Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Mindanao, Sanqixe, Sula, Molukka və Talaud adaları arasın yerləşir. Sahəsi 291,000 km², dərinliyi 4180 m təşkil edir. Temperatur il ərzində 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Filippin arxipelaqı ilə İndoneziya adaları arasında yerləşir. Əsas limanı Davaodur ki, oda Mindanao adasında yerləşir.
Castin Plaşka
Polyuşko-polye (mahnı)
Polyuşko-Pole (rus. Полюшко-поле) – geniş populyarlığına görə xalq mahnısı sayılan sovet mahnısıdır. Əslində isə mahnının müəllifləri var. Musiqini 1933-cü ildə bəstəkar Lev Knipper yazıb, sözlərin müəllifi isə şair Viktor Qusevdir. Moskva Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Tatyana Qaydamoviçin xatirələrinə görə, Lev Knipper mahnının motivini dostları ilə dincələn zaman, ondan nəsə ifa etməyi xahiş etdikdə təsadüfən bəstələdiyini bu cür deyib: — "Məni kökdən düşmüş bir pianonun arxası oturdub qulaqları məmnun edən bir şey istədilər və bu mahnının doğulduğu yer bura idi." Bəstələndikdən sonra bəstəkar, həmin melodiyaya şeir yazılması üçün şair Viktor Qusevə üz tutur.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Polşa Respublikası
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir. Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir. Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur.
Polşa bayrağı
Polşa bayrağı — Polşanın Dövlət bayrağıdır. Bayraq iki bərabər ağ və qırmızı hissəyə ayrılmışdır. Həmçinin Polşanın dövlət bayrağı, İndoneziya və Monakonun bayrağına bənzəyir.
Polşa himni
Dombrovskinin mazurkası (pol. Mazurek Dąbrowskiego) — Polşanın dövlət himni. Öz orijinal adı Pieśń Legionów Polskich we Włoszech ("Polşa legionları İtaliyada mahnısı") ilə və ya müqəddimə ya önsözü Jeszcze Polska nie zginęła ("'Polşa hələ məğlub olmayıb" və ya "Polşa hələ məhv olmayıb") ilə də tanınır. Sözlərinin müəllifi Jozef Vibiki dir.
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.
Polşa mətbəxi
Polşa mətbəxi (pol. kuchnia polska) — Polşa mətbəxi öz yeməkləri ilə məşhurdur. Polşa mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Polşa mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Polşa mətbəxi hisə verilmiş ət və kolbasa, şirniyyat və desertlərilə, xüsusən də piroqları ilə məşhurdur. Yolunuz Polşaya düşsə, mütləq kələmli və göbələkli piroqlar, jurek (turş çovdar şorbası) və mal əti ruletlərdən dadın. Ziyafətlər Polşa mətbəxinin ayrılmaz hissəsidir.
Polşa tarixi
Polşa tarixi (pol. Historia Polski) — e.ə. IV əsrdən başlamış VII əsrə qədər olan dövrdə polyakların etnogenezi, X əsrdə hakimiyyətə gəlmiş knyaz Meşkodan müasir Polşa dövlətinə qədər olan tarix. Polşanın cənubunda Neandertal insanın yaşayış yerlərinin izləri tapılmışdır. Paleolit dövrü əsasən ölkənin cənubunda, Visla və Odra ərazilərində yayılmışdır. Polşa bu bölgə 100-150 min il əvvəl həll etməyə başladı. Buz dövrünün sonunda Neandertalları buzlaqların geri çəkilməsiylə Baltik sahillərində Neandertal insan Kromanyon ilə əvəz edilmişdir . E.ə. III və II minilliyin birinci yarısı Polşadakı Neolit dövrünün çiçəklənməsi maldarlıq cə əkinçiliyin primitiv formalarının meydana çıxması, cənubda keramika mədəniyyəti daşıyıcılarının yayılması ilə bağlı idi. 877-ci ildə Kiçik Polşa ərazisi Böyük Moraviya dövləti tərəfindən işğal edildikdən sonra Qnezno şəhəri paytaxt olmaqla Böyük Polşa ərazisi Polşa dövlətinin yaranması üçün əsas mərkəz oldu.
Polşa zlotı
Polşa zlotı — Polşanın pul vahidi. Banknotes issued by the NBP Coins issued by the NBP A fan-shaped 10 złoty commemorative coin released in 2004 Arxivləşdirilib 2005-12-21 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Polşa çarlığı
Polşa çarlığı və ya Polşa krallığı (pol. Królestwo Polskie) — 1815–1915-ci illərdə Vyana konqresinin qərarı ilə Rusiya imperiyasının bir hissəsi olan Mərkəzi Avropa dövlətidir. 1915-ci ilin yazında Birinci Dünya müharibəsi zamanı Alman və Avstriya-Macarıstan əsgərləri tərəfindən işğal edilmişdir. 1918-ci ilin noyabrında müstəqil dövlət olmuşdur. Polşa çarlığı, müasir Polşanın mərkəzi hissəsini əhatə etmişdir: Varşava, Lodz, Kaliş, Çenstoxova, Lüblin, Suvalki, müasir Litvanın cənub-qərbi: Alytus, Marijampole, Belarusiyanın Qrodno rayonunun ərazisinin bir hissəsi Sopotskin kəndi və Ukraynanın Lvov vilayətinin Sokalski rayonunun kiçik bir hissəsi Pesoçnoye kəndi ilə. Ərazisi 127 min km² olmuşdur. Əhali: 1818 — təxminən 2,6 milyon adam; 1843 — təxminən 4,7 milyon adam; 1868–5,7 milyondan çox adam; 1894–8,8 milyondan çox adam; 1900 — təxminən 10 milyon adam. 1897-ci il siyahıyaalmasına görə, Privislinsky vilayətinin əhalisi 9 milyon 402 min nəfər idi. Əsas əhali (71,85%) Polşa idi. Ən böyük azlıq yəhudilər (13.47%), almanlar (4.33%), ukraynalılar (3.56%), litvalılar (3.24%), ruslar (2.84%), belaruslar idi.
Polşa şəhərləri
Əhalisinin sayı 100 000 nəfərdən çox olan Polşa şəhərləri (2004)
Kolusa qraflığı (Kaliforniya)
Koluza — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 21,419 nəfər olmuşdur. Mərkəzi Koluza şəhəridir.
Gürcüstan–Polşa münasibətləri
Gürcüstan–Polşa münasibətləri — Gürcüstan Respublikası və Polşa arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstan və Polşa arasında diplomatik təmaslar XV əsrdə başlamışdır. Çağdaş ikitərəfli münasibətlər 28 aprel 1992-ci ildə qurulmuşdur. == Tarix == 1495-ci ildə Kartli çarı II Konstantin, türklərə qarşı dəstək axtararaq qərbə səfirlər göndərir. Missiyanın son hədəfi Papa və İspaniya kralları Ferdinand və İsabella sarayları olur. Yolda diplomatlar Litva və Polşa krtalları olan iki qardaş Aleksandr və Yan Yaqellonların hökmranlıq etdikləri kral sarayları olur. Türklərin ərazilərini genişləndirməsi ilə bağlı problemləri bu ölkələrdə yaşayırdılar. Səfirlər onları birliyə çağırırdılar. 17-ci əsrdə Reç Pospolita ilə Qərbi Gürcüstan knyazları arasında aktiv ticarət və diplomatik yazışmalar baş verirdi. 1997-ci ildə Polşa Respublikası Tiflisdə səfirlik açır.
Macarıstan–Polşa münasibətləri
Polşa–Macarıstan münasibətləri — Macarıstan və Polşa arasındakı xarici əlaqələrin kökləri orta əsrlərə gedir. Ənənəvi olaraq iki xalqın yaxın münasibətləri vardır. Onların tarixlərində ortaq hökmdarlar və vahid bir din mövcud olmuşdur. Hər iki ölkə martın 23-də "qardaşlıq" münasibətlərini qeyd edir. Macarıstanın Varşavada bir səfirliyi, Krakovda bir konsulluğu, Lodz və Poznanda iki fəxri konsulluğu vardır. Polşanın Budapeştdə bir səfirliyi mövcuddur. Hər iki ölkə eyni gündə (12 mart 1999-cu il) Avropa İttifaqına qoşulmuşdur. Üstəlik eyni zamanda NATO-nun tamhüquqlu üzvləridir. == Tarixi == Polşa və Macarıstan arasındakı münasibətlər orta əsrlərə gedib çıxır. Polşa və Macarıstan kral ailələrinin nümayəndələri bir-birləri ilə evlənirdilər.
Polşa Ov İti
Polşa Ov İti (Pol. Ogar Polski) — Polşada yetişdirilən ov itlərinin cinsi. Ogar Polski kimi tanınan Polşa mənşəli ov iti cinsidir. Bu itlərdə qoxu hissləri yüksək dərəcədə inkişaf etmişdir. Bu ağır çəkili və yüksək dözümlülüyə malik bu it, ovçuluq üçün çox əlverişlidir. Polşa Ov İtlərinin boyu 55–65 sm (22–23.5 düym) yüksəkliyinə çatır. Bu itlərin erkək cinslərinin çəkisi isə 25–32 kq (55–70,5 lb), dişi cinslərinin çəkisi isə 20–26 kq (44–57,5 lb) olur. Polşa ov itlərinin orta ömrü 13 ilə 14 yaşa qədərdir. Orta ölçülü erkək, Polşa Ov İti tez-tez güclü və görünüşlü, möhkəm bir sümük quruluşu ilə təsvir edilir. Bu heyvanların rəngləri adətən qəhvəyi və qızılı rəngin qarışığı olur və boyundan quyruğa qədər olan üst hissə isə adətən qara rəng olur.
Polşa Pravoslav Kilsəsi
Polşa Pravoslav Kilsəsi( Polşa : Polski Autokefaliczny Kościół Prawosławny ; rus : Польская православная церковь ), ümumiyyətlə Polşa Pravoslav Kilsəsi və ya Polşanın (Pravoslav) Kilsəsi Şərqi Ortdakı avtokefal kilsələrindən biridir. Kilsə 1924-cü ildə Polşa Birinci Dünya Müharibəsindən sonra müstəqilliyini bərpa etdikdən sonra ölkənin şərq hissəsində polyak mənşəli pravoslav xristianları yerləşdirmək üçün yaradılmışdır . Ümumilikdə onun təxminən 500.000 tərəfdarı var (2016). 2011 -ci il Polşa siyahıyaalmasında 156.000 vətəndaş özünü üzv elan etdi. Kilsənin yaradılması Polşa 1918-ci ildə I Dünya Müharibəsindən sonra İkinci Polşa Respublikası kimi müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilmişdir. Polşa-Sovet Müharibəsindən və 1921-ci il Riqa müqaviləsindən sonra Polşa əvvəllər keçmiş şərq ərazilərinin əhəmiyyətli bir hissəsinə nəzarəti təmin etmişdir. 18-ci əsrin sonlarında Polşanın Rusiya İmperiyasına bölünməsində itirildi . Şərq pravoslavlığı müharibələrarası Polşanın şərq əyalətlərində geniş yayılmışdı. Sovet İttifaqında Rus Pravoslav Kilsəsinin təqibləri səbəbindən kilsə əlaqəsinin itirilməsi bölgə ruhanilərini böhran vəziyyətinə saldı və 1924-cü ildəEkumenik Patriarxlıq əvvəllər tamamilə və ya qismən Rusiya İmperiyasının tərkibində olan yeni dövlətlərin ( Finlandiya , Baltikyanı ölkələr və Polşa) ərazilərində bir neçə muxtar kilsənin yaradılmasını öz üzərinə götürdü. Bundan əvvəl, 1922-ci ilin yanvarında Polşa hökuməti pravoslav kilsəsinin tanınması və dövlətin tabeliyinə verilməsi haqqında sərəncam vermişdi.