Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Prana
Prana (Skt. प्राण prāṇa — "nəfəs" və ya "həyat") — yogada, ənənəvi hind tibbində ezoterik — həyati enerji, həyat anlayışı. Yoqada, prana, gözlərə görünməməsinə baxmayaraq, bütün kainatı əhatə etdiyinə inanılır. Yoqilər inanırlar ki, prana, nadi adlanan ən kiçik kanallar sistemi vasitəsilə bir insanın (və ya heyvanın) pranik bədənini hər nəfəsi ilə doldurur ; Kşurika Upanishad və Hatha Yoqa Pradipika 72 min nadi olduğunu bildirir; Prapanchasara Tantra və Goraksha-Paddhati — 300 min; Shiva-samhita — 350 min nadi olduğunu bildirir. Bir-birinə qarışan nadilər çox sayda enerji mərkəzini — çakraları meydana gətirir. On əsas nadi var və bunlardan üçü xüsusi ilə vacib hesab olunur: ida, pinqala və suşumna. Bu üç kanal (nadi), yoqalara görə, birbaşa onurğa boyunca yerləşir və insan həyatında mühüm rol oynayır. Eyni zamanda altı əsas çakraları (muladhara-dan ajna-ya qədə) birləşdirirlər. Qeyd edək ki, Suşumna muladhara-dan sahasrara qədər keçir və kundalini atəşi üçün bir kanaldır. Tibet tibbində eyni anda iki anlayışdan istifadə olunur — həm prana, həm də çi.
Praqa
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir. Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur. Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır. Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. (Ur) kökündən törəmişdir.
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Prasa-du-Komersiu
Bazar meydanı (port. Praça do Comércio) — Lissabonda meydan, Portuqaliya. 1755-ci ildə zəlzələ nəticəsində dağılmış olan Ribeyra Sarayının yerində olduğu üçün Saray Meydanı olaraq da bilinir. Zəlzələdən sonra ərazi tamamilə yenidən quruldu. Taxo çayının sahillərində bir şəhər yaşayış yerinin meydana gəlməsi, şəhər divarlarının xaricində, çayın yaxınlığında yeni bir kral iqamətgahı (Ribeyra Sarayı) inşa edən Kral I Manuelin fəaliyyəti ilə əlaqələndirilir. Portuqaliya, Avropanın digər bölgələri ilə Afrika, Asiya və Amerikadakı koloniyalar arasında ticarəti tənzimləyən bir liman, bir gəmiqayırma zavodu, Hindistan Evi və digər inzibati binaların tikintisi ilə əlaqədar olaraq ərazi daha da inkişaf etdirilmişdir. Meydana Ticarət adı verildi, bu da Lissabon iqtisadiyyatında yeni funksiyalarını təyin etdi. Meydandakı simmetrik binalar gömrük və liman işlərini tənzimləyən hökumət büroları ilə doldu. Əsas cazibə meydanın mərkəzində 1775-ci ildə açılışı olmuş Kral I Xose heykəlidir. Lissabon Kralına həsr olunmuş yeganə bürünc abidə, dövrünün Portuqaliyalı heykəltəraşı Joakim Maşadu de Kaştru tərəfindən dizayn edilmişdir.
Aechmea prava
Aechmea prava (lat. Aechmea prava) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda təhsil naziri olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa Loretası
Praqa Loretası (çex. Pražská Loreta) - Çexiyanın paytaxtı Praqa şəhərinin Hradçanı rayonunun Loreta meydanının şərq hissəsində yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə eyni anda müqəddəs Məryəmin daxmasını və Loreta xəzinəsini də özündə birləşdirən Loreta monastır kompleksinin tərkibinə daxildir. Bu dini ziyarətgah İtaliyada yerləşən eyniadlı şəhərin şərəfinə adlandırılmışdır. 1626-ci ildə yarandığı ilk gündən başlayaraq, Praqa Loretası insanlar tərəfindən ziyarət olunan əsas yerlərdən birinə çevrilmişdir. Bütün bu dini kompleksin mirvarisi Casa Santa'nın (yəni Müqəddəs Evin) surəti sayılır. Əfsanəyə görə Nazaretdə yerləşən məhz bu evdə müqəddəs Məryəm yaşayırdı və XIII əsrdə mələklər bu evi İtaliyaya öz qanadlarında aparmışdılar. Loreta dini kompleksin tikintisi Çexiyalı aristokrat qadın, Lobkovitzli Katerjina tərəfindən başladılmışdı. O əfsanələrə o qədər inanırdı ki, doğma Praqa şəhərində də Casa Santa'nın tikintisinə qəra verdi. Gələcək monastırın memarlıq tərtibatı Mikulovda yerləşən Müqəddəs evdən ilhamlanmışdı.
Praqa Qradı
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Praqa hücumu
Praqa hücumu və ya Praqa strateji hücumu - (rus. Пражская стратегическая наступательная операция) Qızıl Ordunun II. Dünya Müharibəsində son strateji hücum hərəkatıdır. Praqaya yönələn Qızıl Ordu hücumu və Praqa döyüşü 5 - 11 May 1945-ci il tarixləri arasında baş vermişdir. Bundan başqa, döyüş Praqa qiyamı ilə birlikdə müşayiət edilməsi səbəbindən də əhəmiyyətlidir.
Praqa prosesi
Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar. ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja baxmayaraq nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.
Praqa qəsri
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Praqa tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa tortu

Praqa şəhəri
Praqa (çex. Praha, ing. Prague) — Çex Respublikasının paytaxtı. 31 dekabr 2007-ci il məlumatına əsasən əhalisi 1.212.097 nəfər (meqapolisdə 2.300.000 nəfər), sahəsi 496 km²-dir. Praqa zəngin tarixə və Roma, Qotika, İntibah və Barokko memarlıqlarına malikdir.Mərkəzi Avropanın siyasi, mədəni və iqtisadi mərkəzidir.Praqa, Bohemiya Krallığının paytaxtı və bir neçə Roma İmperatorlarının, xüsusən də IV Karlın (1346-1378-ci illər) iqamətgahı olmuşdur. Praqa, Habsburq monarxiyası və Avstriya-Macarıstan İmperiyası üçün əhəmiyyətli bir şəhər idi.Şəhər Bohemiya və Protestant İslahatlarında, Otuz İllik Müharibədə və 20-ci əsr tarixində Dünya Müharibələri ilə müharibədən sonrakı kommunist dövrü arasında Çexoslovakiyanın paytaxtı kimi böyük rol oynamışdır. Praqada bir çox tanınmış mədəni abidələr var, onların bir çoxu 20-ci əsr Avropasının təcavüz və dağıntılarından sağ çıxıb. Əsas görməli yerlərə Praqa qalası,Karl körpüsü, Praqa astronomik saatı olan Köhnə Şəhər Meydanı, Yəhudi Məhəlləsi, Petrin təpəsi və Vişehrad daxildir. 1992-ci ildən Praqanın tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Şəhərdə çoxsaylı teatrlar, qalereyalar, kinoteatrlar və digər tarixi eksponatlar ilə yanaşı ondan çox böyük muzey var.
Racendra Prasad
Racendra Prasad (3 dekabr 1884[…] – 28 fevral 1963[…], Patna) — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti. Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi. ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Radio Praqa
Radio Praqa ( çex. Český rozhlas Radio Praha ) - Çexiya beynəlxalq ictimai radiostansiyası . Çexoslovakiya radiosuna daxildir. Çex dili İngilis dili Alman dili Fransız dili İspan dili Rus dili Radiožurnál, Çex, Slovak, Alman, Fransız, İngilis, və bəzən Rusyn dillərində 31 avqust 1936-cı ildə (Çexoslovakiyada daimi yayımlanmadan 13 il sonra) qısa dalğalarla yayına başladı. İlk başda radio gündə 6 saat yayımlanırdı və əsas proqramlar xəbərlər, mühazirələr, ədəbiyyat və musiqi proqramları idi. Yarandığı altı ay ərzində radio redaktorları dünyanın hər yerindən minlərlə məktub alırdılar. 1937-ci ildə İtalyanca, İspan, Portuqaliya və Serb dillərində də yayımlanmağa başladı. Bütün proqramların 37% -i canlı idi. 1938-ci ildə Radio CRo-(Çexoslovakiya radiosuna)- a daxil oldu . 1939-cu ildə faşist Almaniyasının Çexoslovakiya işğalı ərəfəsində yayım vaxtı 22 saat idi .
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.