Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. 1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Prokl
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Alma piroqu
Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü. == Tarix == Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir. Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir. == Hazırlanması == Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur. Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir. Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər. == Populyar mədəniyyətdə == Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir.
Alopecurus pronus
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Dərviş Əroğlu
Dərviş Əroğlu (7 mart 1938, Famaqusta, Britaniya Kipri) — Şimali Kipr Türk Respublikasının 23 aprel 2010-cu ildən, 30 aprel 2015-ci ilədək prezidenti olmuşdur. == Həyatı == 1938-ci ildə Famaqusta şəhərində anadan olmuşdur.
Kiş piroqu
Kiş piroqu (fr. quiche lorraine, лотарингский пирог)-Fransız mətbəxinin yeməyi. == Haqqında == Fransız adına görə Lotaringiya adlanır, necə ki, o fransız mətbəxindən gəlmişdir. Bu laylı xəmirdən hazırlanmış piroq, yumurta, süd, qaymaq, pendirdən, toyuğun döş ətindən ibarətdir. Kişin müxtəlif növləri mövcuddur. Belə ki, balıqlı, tərəvəzli, ətli soğanlı növləri də ayrılır.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur. Əsas növləri: Davondjin (осет.
Rubus probus
Rubus probus (lat. Rubus probus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Çiyələk piroqu
Əroğlu (Təbriz)
Əroğlu (fars. اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 738 nəfər yaşayır (199 ailə). Bunların 376 nəfəri kişi və 362 nəfəri isə qadındır. Kənddə əsasən Azərbaycan dilində danışılır. Xalqın çoxu İslam dininin Şiə məzhəbindəndir. Əroğlu kəndi Səhənd dağı yaxınlığında, dağlıq ərazidə yerləşir.
Veysəl Əroğlu
Veysəl Əroğlu (türk. Veysel Eroğlu; 18 avqust 1948, Afyonkarahisar) — Türkiyə siyasətçisi. O, hakim Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar millət vəkili, Türkiyənin keçmiş meşə və su naziri olmuşdur. Əroğlu evlidir və dörd övladı var. O, ingiliscə danışa bilir. Onun çoxlu sayda hobbisi və maraqları var. Bunlara mərmər kağızı sənəti, üzgüçülük, suya tullanma, oxumaq və xəttatlıq sənəti. 2016-cı ilin noyabrında Malazgirt döyüşünün mininci ildönümünə – 2071-ci ilə qədər aparıcı iqtisadiyyatlardan birinə çevrilməyi hədəfləyən Ərdoğana dəstək olmaq məqsədilə türkiyəli analara yeni laylalar oxumağı tövsiyə etmişdir.
Oğul
Oğul sözünün bir neçə mənası ola bilər : Kişi cinsindən olan övlad; Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti; Əlindən iş gələn, iş bacaran adam haqqında (misal üçün: oğul ona deyərəm ki, bu işi görsün).
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Frits Preql
Frits Preql(alm. Friedrich Raimund Michael (Fritz) Pregl‎, 3 sentyabr 1869, Laybax — 13 dekabr 1930, Qrats) — Avstriya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1922). == Həyatı == Frits Preql sentyabrın 3-də anadan olmuş (1869- 1930) Laybaxda (indiki Lyublyana, Yuqoslaviya), Avstriya analitik kimyaçısı və fizioloqu, Preql Fris 1894-cü ildə Qrats Universitetinin tibb fakultəsini bitirmişdir. 1894-1910-cu illərdə həmin Universitetdə işləmişdir. 1904-cü ildə həkim – oftalmoloq peşəsindən əl çəkib, Berlin Universitetində (E. Fişerin yanında) kimyanın sirlərinə yiyələnmişdir. 1910-1913-cü illərdə İnsbruk Universitetində tibbi- kimya üzrə professor vəzifəsində çalışmışdır. F.Preql 1913-cü ildə üzvi maddələrin mikroanaliz metodlarının hazırlanması sahəsində çoxillik tədqiqatlarına və kimya təcrübəsində həmin metodların tətbiqinə nail olduöuna görə Nobel mükafatı almışdır. F.Preql Qrats Universitetinə daxil olur və təbabəti öyrənməklə məşğul olur. 1893-cü ildə tibb diplomu alaraq Preql Universitet laboratoriyasında qalaraq işləyir və getdikcə kimyaya marağı artır. Onu öd turşuları və insan sidiyindəki azotlu birləşmələr xüsusilə maraqlandırırdı.
Moğul (Salmas)
Moğul (fars. مغول‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 622 nəfər yaşayır (119 ailə).
Prokl Diadox
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Proud (mahnı)
Proud (azərb. Məğrur‎) — Şimali Makedoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamara Todevska "Proud" mahnısı ilə Şimali Makedoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Makedon bəstəkarları olan Darko Dimitrov, Robert Bilbilov və Lazar Çvetkovski tərəfindən bəstələnmişdir. Darko Dimitrov daha öncə 2006, 2013 və 2014-cü illərdə Makedoniyanın Avroviziya mahnılarını yazmışdır.
Romul Avqust
Romul Avqust (Ravenna) — Sonuncu Qərbi Roma imperatoru. 476-cı ildə qot kralı Odoakr tərəfindən hakimiyətdən salınmışdır.
Ərgül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Ərgül Ovçu
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Pedro Roque
Pedro Rok Otano (isp. Pedro Roque Otano; ) — Kubalı boks məşqçisi; Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi (2014-cü ildən). == Fəaliyyəti == Pedro Roque 2014-cü il avqustun 25-də boks üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə gətirildi. Onun rəhbərliyi altında Azərbaycan yığması Olimpiya Oyunları, Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında 10-u qızıl olmaqla 32 medala sahib oldu: 2015-ci il Avropa Oyunları (6 qızıl, 1 gümüş və 2 bürünc) 2015-ci il Avropa Çempionatı (1 bürünc) 2015-ci il Dünya Çempionatı (1 qızıl, 1 gümüş və 2 bürünc) 2016-cı il Olimpiya Oyunları (1 gümüş və 1 bürünc) 2017-ci il Avropa Çempionatı (1 gümüş) 2017-ci il Dünya Çempionatı (1 qızıl və 1 bürünc) 2019-cu il Avropa Oyunları (1 qızıl və 1 bürünc) 2019-cu il Dünya Çempionatı (—) 2020-ci il Olimpiya Oyunları (1 bürünc) 2021-ci il Dünya Çempionatı (1 qızıl və 2 bürünc) 2023-cü il Dünya Çempionatı (1 gümüş və 1 bürünc) 2023-cü il Avropa Oyunları (1 gümüş və 1 bürünc) 2024-cü il Avropa Çempionatı (2 bürünc) 2024-cü il Olimpiya Oyunları (1 bürünc) 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə "Tərəqqi" medalı, 2024-cü ildə isə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.