Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Drosera
Şehçiçəyi (lat. Drosera) — şehçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Həşəratlarla qidalanır. == Növləri == == Həmçinin bax == Drosera dilatato-petiolaris Drosera fulva Drosera praefolia Drosera rosulata Drosera sulphurea Drosera tomentosa == İstinadlar == Şehçiçəyi:The Plant List saytında takson barədə məlumat.
Prospekt
Prospekt – 1)şəhərdə böyük enli küçə; 2)nəşr olunmağa hazırlanan, gələcək elmi əsərin, dərs vəsaitinin, jurnalın və s. ətraflı, müfəssəl planı, məzmunu; 3)nəfis tərtibatlı broşur formasında çap reklamı və kommersiya təbliğatı vasitəsi. Bir qayda olaraq, prospekt yüksək poliqrafik səviyyədə hazırlanır və reklam verən, onun əməkdaşları və buraxılan məhsullar haqqında məlumatları özündə əks etdirir. Təbliğat prospektləri də mövcuddur; 4)nəyi isə reklam edən gözəl nəşr. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Proteya
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
TRASEKA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.
Proyekt
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Proselia
Chaetanthera (lat. Chaetanthera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. Termodinamik proses Təsadüfi proses Relyefəmələgəlmə prosesi İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Protea
Proteya (lat. Protea) — proteyakimilər fəsiləsinə aid bitki cinsi.
Ephedra procera
Hündürboylu acılıqotu (lat. Ephedra procera) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir.
Erica procera
Erica arborea (lat. Erica arborea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü. == Sinonimləri == Arsace arborea Fourr. Erica acrophya Fresen. Erica arborea subsp. parviflora Spirlet Erica elata Hoffmanns. & Link Erica procera Salisb. Erica scoparia Thunb. Erica stylosa Rudolph Ericoides arboreum (L.) Kuntze == Yarımnövləri == Erica arborea subsp.
Juniperus procera
Juniperus procera (lat. Juniperus procera) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Kokslaşma prosesi
Kokslaşma prosesi – ağır xammalın bərk koksa və daha aşağı temperaturda qaynayan məhsullara çevrilməsi prosesidir.Bu məhsular neft emalının digər proseləri üçün (qiymətli mühərrik yanacaqları almaq üçün) xammal kimi yararlıdır. Kimya nöqteyi- nəzərdən kokslaşma reaksiyalarına dərin termiki krekinq prosesi kimi baxılır və onun son məhsullarından biri koksdur ki, o da əsasən karbondan ibarətdir. Əslində əmələ gələn koks müəyyən miqdar uçucu madələrə və yüksək tempetraturda qaynayan karbohidrogenlərə malik olur. Uçucu maddələri kənarlaşdırmaq üçün koks 980-dan 13250C-ə qədər temperaturda közərdilir. Kokslaşma,- əsasən katalitik krekinq üçün xammal komo yararlı qazoyl almaq üçün istifadə olunur. Bu, prosesdəki katalizatorun kokslaşma surətinin azalmasına şərait yaratdı və krekinq qurğusunun istehsal gücünü artırdı. Əlavə üstünlük, istifadə edilən katalitik krekinq xammalında metalların miqdarının az olması idi. Son illərdə kokslaşma ilə həmçinin psevdosıxılmış şəraitdə katalitik krekinqin və katalizatordan təmizlənmiş katalitik krekinq qalıqlarının da emalı həyata keçirilir. Kokslaşma nəticəsində keyfiyyətli iynəvari koksla yanaşı, hidrikrekinq prosesi üçün də xammal alınır. Ləngidilmiş kokslaşma qurğularında, həmçinin daş kömür qətranı da emal olunur.
Kükürdləşmə prosesi
Kükürdləşmə prosesi — bu proses mahiyyətcə əsasən üzvi sulfidlərin alınması ilə nəticələndiyindən onu sulfidləşmə də adlandırmaq olar. == Kükürdləşdirici agentlər və sulfidlərin sintez istiqamətləri == Kükürdləşdirici (sulfidləşdirici) agentlər olaraq əksər hallarda sərbəst kükürd S8, S2Cl2-, SCl2-, Na2S, SH qrupu saxlayan birləşmələr (RSH, H2S, SH−CH2−COOH və ya efirləri və s-lər) götürülür. Kükürdləşmə prosesi boyaq maddələrinin, kükürd saxlayan heterotsikillərin alınmasında, neftin kükürdləşdirilməsində, aşqarların sintezində, bitum xammalın hazırlanmasında istifadə edilir. Sulfid kükürdünün intensiv oksigen (udmaq) tutmaq qabiliyyəti, oksidləşmə və yeyilməyə qarşı xassələrə malik olması və bu proseslərin kükürdün molekuldakı mövqeyi və miqdarından asılılığı, tiazin, tiazol kimi heterotsikillərdə (boyaların rəng çalarlarına təsiri) doymamış karbohidrogenlərlə aromatik həlqələrlə törəmələrinin alınması hələ də öyrənilməsi və tədqiqi vacib olan məsələlərdəndir. Təsadüfi deyil ki, kükürdlə zəngin olan neftdən alınan yağ və yanacaq istismar dövründə oksidləşməyə daha dözümlü olub, müəyyən stabillik göstərir. == Sulfidlərin rolu və tətbiqi == Kükürdləşmə: sərbəst kükürdlə aparılarsa (kükürdün ərimə temperatur 1190C-dir). Bu tsiklin heterolitik qırılması elektrofi +δ -δ təsirlə gedən reaksiya olduğundan katalizatorun tətbiqinə ehtiyac yaranır. Belə kükürdləşmə yüksək temperaturlu katalizatorun aktivliyindən asılı olaraq 150–1900C-də gedən prosesdir; özünün də ekzotermik olmasını nəzərə almaq lazımdır. Bu zaman H2S-in ayrılması labüddür və inert qazla onun sistemdən çıxarılması və uducularla tutulması vacibdir. Əsasən aktiv hidrogeni olan maddələrlə (aromatik aminlərlə, alkilfenollarla və s.) sulfidlər və disulfidlərin sintezi üçün istifadə edilir.
Melaleuca procera
Melaleuca procera (lat. Melaleuca procera) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Meymun prosesi
Meymun prosesi olaraq daha yaxşı tanınan Tennessi və Con Tomas Skops işi(ing. monkey trial) və ya Meymun məhkəməsi 1925–1926-cı illərdə Daytondakı Tennessi Cinayət Məhkəməsində eyni şəhərdəki bir məktəb müəllimi Batlerin anti-Darvinist hərəkətini pozmaqda ittiham edilən Con Skops (1900–1970) üzərində baş vermiş bir məhkəmə Bundan bir qədər əvvəl, Tennessi ştatında fermer və xristian fundamentalist Con Batlerin təqdimatı ilə Batler Aktı— Tennessinin maliyyələşdirdiyi hər hansı bir təhsil müəssisəsində tədrisi qadağan edilən bir qanun "İncilin bizə öyrətdiyi və bunun əvəzinə insanın aşağı qaydada olan heyvanlardan gəldiyini öyrətdiyi İlahi İnsanın yaranma tarixini rədd edən hər hansı bir nəzəriyyə"qəbul edildi. Günahkar şəxsi 100 dollardan 500 dollara qədər cərimə gözləyirdi. Proses, eyni zamanda, Müqəddəs Kitabın hər cümləsinin hərfi oxunmasını israr edən fundamentalistlər və elmin teistik təkamüldə elmin dinə uyğun olduğuna inanan modernistlər arasında Amerika xristianları arasında ayrılığı ortaya qoydu. Tennessi fermeri və Ümumdünya Xristian Əsasları Assosiasiyasının rəhbəri olan Dövlət nümayəndəsi Con Batler əyalət qanunverici orqanlarına anti-təkamül qanunlarının qəbul edilməsini dəstəklədi. Batler Aktı 25 mart 1925-ci ildə Tennessidə qəbul edilməsinə müvəffəq oldu. Daha sonra Batler, "Təkamül haqqında heç bir şey bilmədim … Sənədlərdə oğlan və qızların məktəbdən evə gələrək atalarına və analarına Müqəddəs Kitabın cəfəngiyat olduğunu söylədiklərini oxuyardım." Tennessi qubernatoru Austin Peay, kənd qanunvericiləri arasında dəstək qazanmaq üçün qanunu imzaladı, amma qanunun nə tətbiq ediləcəyinə nə də Tennessi məktəblərində təhsil almağa müdaxilə edəcəyinə inanırdı. William Bryan, Peaya qanun layihəsi üçün həvəslə təşəkkür etdi: "Dövlətin xristian valideynləri, övladlarını sübut edilməmiş bir fərziyyənin zəhərli təsirlərindən xilas etdiyinizə görə təşəkkür borcunuz var. Buna cavab olaraq, Amerika Vətəndaş Azadlıqları Birliyi Tennessi liseyi elm müəllimi Con Skopsin Qanunun pozulmasına görə mühakimə olunmasına razılıq verdiyi bir sınaq işini maliyyələşdirdi. Daimi biologiya müəllimi əvəz edən sahələr 5 may 1925-ci ildə Corc William Hunterin "Mülki Biologiya: Təkamül, irqi və eugenika nəzəriyyəsini izah edən Problemlərdə (1914) təqdim olunmuş bir dərslikdən təkamülü öyrətməklə ittiham edildi.
Nürnberq prosesi
Nürnberq prosesi — III Reyxin rəhbərləri üzərində baş verən beynəlxalq məhkəmə prosesi. Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məşhur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu. Hər dörd ölkə tərəfindən bir baş hakim, alternativ hakim və prokuror təmin edilmişdir. Məhkəmənin hakimləri: -Geoffrey Lawrence (Böyük Britaniya baş hakimi və məhkəmə sədri) — Norman Birkett (Böyük Britaniya alternativ hakimi) — Francis Biddle (ABŞ baş hakimi) — John Parker (ABŞ alternativ hakimi) — Henri Donnedieu de Vabres (Fransız baş hakim) — Robert Falco (Fransız alternativ hakim) — Iona Nikitchenko (SSRİ hakimi) — Alexander Volchkov (SSRİ alternativ hakimi) Verilən iddianamə: 1. Sülhə qarşı işlənən cinayətə və ya sui-qəsddə ortaq olmaq 2. Sülhə qarşı döyüş icra, təcavüzkarlıq və digər cinayətləri başlamaq və planlamaq 3.
Praqa prosesi
Praqa prosesi (ing. Prague Process) — 2004-cü ildən etibarən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə birbaşa danışıqlar. ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürdülər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olundu. 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirildi. 2004-cü il aprelində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada keçirilən görüşü sonradan çoxraundlu danışıqlar sürəcinə çevrilməklə «Praqa prosesi» adlanmağa başladı. Sonra bu prosesə digər elementlər əlavə olundu. Praqa prosesinin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq ajiotaja baxmayaraq nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında, həmsədrlər Praqa prosesinin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. O vaxtdan danışıqlar prosesi Madrid prinsipləri ətrafında gedir.
Qanunvericilik prosesi
Qanunvericilik prosesi — qanun layihəsinin hazırlanmasından qanun kimi qüvvəyə minməsinə qədər ardıcıl, məntiqi olaraq tamamlanmış bir sıra mərhələlərdən ibarət qanunların qəbulu qaydası. Qanunvericiliyin prosessual tərəfi kimi başa düşülə bilər və ya terminin geniş şərhində bu konsepsiya ilə üst-üstə düşərək qanunların hazırlanması və qəbulu üzrə fəaliyyətə işarə edir. Qanunvericilik prosesi bir sıra ardıcıl mərhələləri əhatə edir: qanun layihəsinin hazırlanmasından parlamentə daxil edilməsinə, parlamentdə müzakirəyə, qanun qəbul edilməsinə və dərc olunmasına qədər. Qanunvericilik prosesində xüsusi rol dövlətin əsas qanunverici orqanına, yəni bir qayda olaraq parlamentə və onun strukturlarına aiddir. Öz səlahiyyətləri daxilində qanunverici proses müəyyən edilmiş parlament prosedurları ilə müəyyən edilir. Bunlar yalnız mövcud qanunlarla deyil, həm də müvafiq parlament palatalarının qaydaları ilə — qanunverici orqanın öz yurisdiksiyasındakı bütün məsələlər üzrə iş qaydasını müəyyən edən xüsusi daxili tənzimləmə aktları ilə müəyyən edilir. Ancaq bəzi ölkələrdə qanunvericilik prosesi, bəzi hallarda parlament prosedurları minimuma endirilə bilər. Məsələn, Fransa hökumətinin respublika prezidentinin imzaladığı fərmanlar qanunauyğun ola bilər və yalnız Fransa parlamenti tərəfindən təsdiqlənir . Parlament prosedurunu pozmağa imkan verən qanunverici prosesin başqa bir mexanizmi parlamentdənkənar bir referendumdur, yəni belə bir referendumdur, məsələsi qanunverici orqan tərəfindən əvvəlcədən baxılmadan təqdim edilir və qanunverici orqan tərəfindən təsdiq edilmədən qüvvəyə minir . Doğrudan demokratiyanın bu forması İsveçrəyə ən xarakterikdir.
Drosera burmanni
Drosera burmanni (lat. Drosera burmanni) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Drosera dilatatopetiolaris
Drosera dilatatopetiolaris (lat. Drosera dilatatopetiolaris) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Drosera montana
Drosera montana (lat. Drosera montana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Lactuca procera
Kanada süddəyəni (lat. Lactuca canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Mulgedium canadensis (L.) Farw.