Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Psevdo-Apollodor
Psevdo-Apollodor naməlum qədim yunan yazıçısı, ədəbiyyatda "kitabxana" ya "Mifik kitabxana" (yun. Βιβλιοθήκη) adlanan üç cildlik ənənəvi qədim yunan mifik və qəhrəmanlıq dastanlarının toplusunun müəllifi. "Mifik kitabxana" günümüzün yunan mifologiyasından bəhs edən ən əsas mənbəyi sayılır.
Psevdo-Higin
Psevdo-Higin — əsərləri Yuli Higin adı ilə imzalanmış və ya ona aid edilmiş naməlum qədim mifoqrafiyaların ümumi adı. Buna baxmayaraq, o, tarixçilərə məlum olan iki Yuli Higin – Qay Yuli Higin və Higin Qromatik ilə etibarlı şəkildə eyniləşdirilməmişdir.
Psevdo-Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir. == Mənası == Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.
Pseudo-elephantopus
Pseudo-iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Achillea pseudo-tanacetifolia
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Papaver pseudo-orientale
Spilanthes pseudo-acmella
Pseudo-acacia halodendron
Caragana halodendron (lat. Caragana halodendron) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Şəvqo
Şəvqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Şav (şəv) talış dilində "gecə", qo "yer" deməkdir.
Kirk Asevedo
Kirk Asevedo (ing. Kirk Acevedo) — ABŞ-lı aktyor. Oz teleserialında Miguel Alvarez ilə Fringe teleserialındakı Charlie Francis xarakterləri ilə tanınır. İki ALMA Mükafatı qazanan aktyor, fərqli sahələrdə bu mükafata beş dəfə namizəd oldu. 2005-ci ildən bəri Kiersten Warren ilə evli olub bir qız övladı atasıdır. Gəzən ölülər teleserialında qonaq aktyor kimi iştirak edib.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Erigeron pseud
Erigeron pseud (lat. Erigeron pseud) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Sevda Abdullayeva
Sevda Həsən qızı Abdullayeva 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-ci ildə Bakıda fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. 1982-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor vəzifəsində, 1994-1997-ci illərdə İndiana Universitetində (ABŞ) professor vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 2009-cu ildən indiyədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar Üzrə Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edir. J.Alfyorov adına Beynəlxalq təhsil və elm fondunun Azərbaycan filialının rəhbəridir. "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə 10 fəlsəfə doktoruna rəhbərlik etmişdir və 1 elmlər doktorunun məsləhətçisi olmuşdur. Beynəlxalq və respublika elmi jurnallarında 200-dən artıq məqaləsi (133-ü xaricdə) və bir kitabı nəşr olunmuşdur. Onlardan 65-i impakt faktorlu jurnallarda çap olunub.
Sevda Axundova
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Sevda Cəfərova
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Sevda Hüseynova
Sevda Həsənova
Sevda Həsənova (8 avqust 1970, Mingəçevir) — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru. Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub. 1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994–2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007–2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub. 2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir. 2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub. 2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub. 2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
Sevda Mikayılova
Sevda Məmmədəliyeva
Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999-2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024). Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır. Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə AMEA-nın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illərdə S.Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarına yiyələnmişdir. S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S.Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir. 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994). 1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S.Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.