Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Publisist
Publisist — Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxs.
Ramin Məmmədov (publisist)
Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini. 1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur. 1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir. 1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir.
Vasif Quliyev (publisist)
Quliyev Vasif Xosrov oğlu (17 yanvar 1954, Malıbəyli, DQMV) — publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989), "Tərəqqi" medalı ilə təltif olunub (2015). Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969–1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı çilingər kimi başlamışdır (1971–1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977–1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982–1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.
İradə Əliyeva (jurnalist, publisist)
İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı. İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır. 1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir. Ailəlidir, iki övladı, iki nəvəsi var. İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir.