publisist-politoloq
publisistik
OBASTAN VİKİ
Publisist
Publisist — Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxs.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur. == Növlər == Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər.
Ramin Məmmədov (publisist)
Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini. == Həyatı == 1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur. 1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir. 1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir.
Vasif Quliyev (publisist)
Quliyev Vasif Xosrov oğlu (17 yanvar 1954, Malıbəyli, DQMV) — publisist, tərcüməçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1989), "Tərəqqi" medalı ilə təltif olunub (2015). == Həyatı == Vasif Quliyev 1954-cü il yanvarın 17-də Dağlıq Qarabağın Şuşa rayonundakı Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə almışdır (1969–1971). Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı çilingər kimi başlamışdır (1971–1974). Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin juralistika fakültəsində təhsilini davam etdirmişdir (1977–1982). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982–1984). Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur. Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
İradə Əliyeva (jurnalist, publisist)
İradə Əliyeva (İradə Əbdül qızı Əliyeva; 21 sentyabr 1955, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — jurnalist, Rəsmi dövlət nəşri – "Azərbaycan" qəzetinin şöbə redaktoru, Əməkdar Jurnalist (2010), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı. == Həyatı == İradə Əliyeva 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakıdakı 225 nömrəli orta məktəbi bitirmişdir. Həmin il ADU-nun Jurnalistika fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan KP MK-nın orqanı olan "Təşviqatçı" jurnalında işə başlamışdır. Dörd ay – 1977-ci ilin sentyabr–dekabr aylarında həmin mətbu orqanda korrektor vəzifəsində çalışmışdır. 1978-ci il yanvarın 16-dan "Azərbaycan müəllimi" qəzetində əvvəlcə tərcüməçi, sonra müxbir, baş müxbir vəzifələrində fəaliyyətini davam etdirmişdir. === Ailəsi === Ailəlidir, iki övladı, iki nəvəsi var. == Fəaliyyəti == İlk yazıları məktəb illərində "Azərbaycan gəncləri" qəzetində cap olunmuşdur. "Azərbaycan müəllimi" qəzetində tərcüməçi-junalist kimi fəaliyyətinin ən məhsuldar dövrü 1990-cı ilə təsadüf edir.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Aysel Əlizadə (yazıçı)
Aysel Alim qızı Əlizadə (3 yanvar 1980, Bakı) — yazıçı, jurnalist. "qadınkimi.com" saytının qurucusu. 2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub. == Həyat və yaradıcılığı == Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində "Gənc İstedadlar" liseyində ali təhsil alıb.Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış " Ad günü" adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan "Media Açarı" mükafatına, "Mədəniyyət nominasiyası üzrə" "525-ci qəzet"in əməkdaşı kimi layiq görülüb.
Azər Məmmədov (yazıçı)
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989-1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991-1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, “Telebenefis” və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997-1998).
Bayram Bayramov (yazıçı)
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd, Gəncə quberniyası - 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Elçin Əfəndi (yazıçı)
Emin Mahmudov (yazıçı)
Mahmudov Emin Qasıməli oğlu — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943-1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945-1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948-1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953-1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982) olmuşdur. 1982-1992- ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.
Firudin Ağayev (yazıçı)
Ağayev Firudin Balakişı oğlu (22 noyabr 1933, Lənkəran – 16 oktyabr 1995) — nasir, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1962). == Həyatı == Firudin Ağayev 1933-cü il noyabrın 22-də Lənkəran şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor (1960–1963), televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini (1963–1966), bədii verilişlər redaksiyasında baş redaktorun müavini (1966–1968), uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor (1968), səhnə verilişləri redaksiyasının redaktoru (1968–1969), "İncəsənət" redaksiyasının baş redaktoru (1969–1970), "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü (1970–1971), baş redaktoru (1971–1973), musiqili verilişlər baş redaksiyasının redaktoru (1973–1976), əyləncəli proqram redaksiyasının böyük redaktoru (1976), "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru (1976–1978) olmuşdur. Ədəbiyyat verilişləri redaksiyasında şöbə müdiri (1978–1991), kinoverilişləri baş redaksiyasının böyük redaktoru (1991–1995) vəzifələrində çalışmışdır. Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir. Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur (1970).
Fumiko Hayaşi (yazıçı)
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903, Şimonoseki, Yamaquçi prefekturası – 29 iyun 1951 və ya 28 iyun 1951, Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir. == Həyatı == 1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub.
Fyodor Reşetnikov (yazıçı)
Fyodor Mixailoviç Reşetnikov (rus. Фёдор Миха́йлович Реше́тников ; 17.9.1841, Yekaterinburq, Rusiya imperiyası — 21.3.1871, Sankt-Peterburq, Rusiya imperiyası) — Rusiya yazıçısı. == Həyatı == == Əsərləri == "Qlaumovlar" "Harada yaxşıdır?" "İnsanlar arasında" "Skiripkaçı" == İstinadlar == == Həmçinin bax == Rus ədəbiyyatı == Xarici keçidlər == "В музее имени Решетникова презентуют новый сборник, посвященный уральскому писателю" (rusca). apiural.ru. 5 sentyabr 2008. F.M. Reşetnikova. "Литературно-мемориальный дом-музей" (rusca). 2009-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14. "Надгробие Решетникова на Литераторских мостках" (rusca).
Fərhad Məmmədov (yazıçı)
Fərman Eyvazlı (yazıçı)
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Hüseyn İbrahimov (yazıçı)
Hüseyn Məmmədəli oğlu İbrahimov (23 may 1919, Şahtaxtı, Naxçıvan qəzası – 10 aprel 2008, Naxçıvan) — Azərbaycan nasiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1952), Azərbaycanın Xalq yazıçısı (1998). == Həyatı == Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır. === Ədəbi fəaliyyəti === Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanının" adlı ilk şeiri ilə başlamışdır.
Maarif Məmmədov (yazıçı)
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
без натя́жки брело́чный доприватизацо́нный иссти́рывание попуска́ться сплёвывание энергосисте́ма перегуля́ть подле́щик позна́бливать поми́лованье рядска́я секу́ндочка э́ллипсный декатировать фунт box spring gantlet knotty lino quail-pipe безудержно ледышка медпункт престолонаследница