Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pilələr dağı
Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir.
Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.
Biləsər
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1366 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Coğrafiyası == Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur. == Toponimiyası == Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur. == İqtisadiyyatı == Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Pişəvər
Pişəvər — Pakistanda şəhər, Hayber-Paxtunxva əyalətinin inzibati mərkəzi.
Polimer
Polimerlər yunanca "poli" – cox, "meros" – hissəcik deməkdir — çoxlu sayda təkrarlanan hissəciklərdən ibarət olan yüksəkmolekullu birləşmələrdir. Polimerləri təşkil edən bu hissəciklər elementar quruluş vahidləri adlandırılır. Bu elementar quruluş vahidlərinə müvafiq gələn, polimerlərin sintez edilməsi üçün sərf edilən ən azı bifunksional maddələrə və ya polimeri təşkil edən hər bir zərrəciyə monomerlər deyilir. Polimerlər öz xassələrinə görə alındıqları monomerlərdən kəskin fərqlənir. Bu isə polimerlərə müstəqil maddələr kimi baxmağa imkan verir. Polimerlər bərk və maye aqreqat hallarında olur. Kiçik molekullu birləşmələrdən fərqli olaraq onlar qaz halında olmurlar. Buna səbəb böyük molyar kütləyə malik makromelekullar arasında çoxlu sayda qarşılıqlı cazibə qüvvələrinin olmasıdır. Makromolekulları bir-birindən ayırmaq üçün polimeri çox yüksək temperatura qədər qızdırmaq tələb olunur. Bu temperatura davam gətirməyən polimer qaynama temperaturuna çatmamış parçalanır, yəni destruksiyaya uğrayır.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Biləsər bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pilədərə (Germi)
Pilədərə (fars. پيله درق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 126 nəfər yaşayır (22 ailə).
Pişəvər gecələri
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. Xəbərdarlığın sonu Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Polimer boru
Polimer boru, plastikdən hazırlanmış boru şəklində və ya boş silindrdir. Əsasən axıcı maye və qazlar (mayelər), çöküntülər, tozlar və kiçik kütlə maddələrin nəql edilməsi üçün istifadə olunur. Polimer boru içməli su, tullantı suyu, kimyəvi maddələr, isti və soyuq mayelər, ərzaq məhsulları, ultra təmiz mayelər, çöküntü, qazlar, sıxılmış hava, suvarma, polimer təzyiqli boru sistemləri və vakuum sisteminin tətbiqi üçün istifadə olunur. Polimer boruları polietilen (PE), polivinil xlorid (PVC), polipropilen (PP), poliamid (PA), polibütilen (PB) və s. kimi müxtəlif termoplastik materiallardan və onların tərkiblərindən hazırlana bilər. Üç əsas polimer boru növü var: İstifadəyə hazır olan termoplastik materialdan bir qat Homogen sistem matrisdən ibarət ekstrüde edilmiş borular. Bu divar boruları və fitinqlər fiziki, mexaniki və performans tələblərinə nail olmaq üçün maddi istifadə ilə bağlı optimallaşdırılmış dizaynı olan məhsullardır. Strukturlaşdırılmış Divar Boruları müxtəlif proqramlar üçün və boru kəmərləri sistemlərinin xüsusi həlləri, əksər hallarda istifadəçilərlə əməkdaşlıqda hazırlanmışdır. Boru, üç qatlanmış qatın ortasında elastik metal təbəqədir. Bariyer boru, kimyəvi maddələrdən və ya digər çirklənmədən boru (xüsusilə içməli su) içərisindən keçən tərkiblərə əlavə qorunma təmin etmək üçün istifadə olunur.
Polimer qarışıqlar
Elmi-texniki tərəqqinin səviyyəsi artdıqda poliemer materiallarının xassələrinə də tələbatlar artır. Yeni konstruksiya materiallarının, müxtəlif məqsədli məmulatların hazırlanmasında yeni fiziki-kimyəvi və fiziki-mexaniki xassələrə malik polimer materiallarına ehtiyac da artır. Xüsusi xassələrə malik müxtəlif homo- sopolimerlərin sənaye istehsalı yolu ilə alınması əksər hallarda iqtisadi cəhətdən sərfəli olmur. İri tonnajlı sənaye polimerlərinin optimal miqdarlarının kombinasiyası ilə müasir tələblərə cavab verən xassələrə malik kombinasiyaların alınması isə mümkündür. Soyuğa-, istiliyə, zərbəyə- və müxtəlif deformasiyaya davamlılıq xassələrinə malik kombinasiyaların polimer qarışıqlarından alınması məlumdur. Çoxkomponentli polimer sistemlərinin homo- və sopolimerlər, torvari quruluşlu polimerlər və qarışıqlardan ibarət təsnifatı təklif edilmişdir. Göstərilmişdir ki, sopolimerləşmə prosesində, vulkanlaşma və bərkimədə, qarışdırma proseslərində, qarşılıqlı əlaqələnmiş torvari quruluşların alınmasında daha mürəkkəb sistemlərin yaradılması mümkündür. Çox hallarda polimer qarışıqları kimi, bir-birilə kovalent əlaqələrlə əlaqələnməmiş, iki polimerdən ibarət nisbətən bircinsli sistem nəzərdə tutulur. Polimer ərintiləri kimi isə komponentləri makromolekul səviyyədə qarışmış çoxkomponentli polimer sistemləri nəzərdə tutulur. Polimer qarışıqlarının alınmasının bir neçə üsulu məlumdur, ən sadə üsul – amorf polimerlərin şüşələşmə temperaturlarından yüksək temperaturlarda, ərinti rejimində, mexaniki qarışdırılmasıdır.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Robert Filmer
Ser Robert Filmer (ing. Sir Robert Filmer; 1588[…], Kent qraflığı – 26 may 1653[…], İst-Satton[d], İngiltərə Respublikası) — İngiltərə filosofu, royalisti və torizmin nümayəndəsi. O, kralların ilahi hüququnu qorumuş və demokratiyanın bir dövlət idarəetmə forması kimi uğursuz olduğunu düşünmüşdür. Onun əsas əsəri olan "Kralların təbii gücü" Con Lokk tərəfindən tənqid edildikdən sonra tanınmışdır. Filmer özü Tomas Hobbs, Con Milton, Hüqo Qrotsi və Aristoteli tənqid etmişdir. Robert Filmerin dəqiq doğum tarixi təyin olunmayıb. BEEL 1604-cü ili göstərir, lakin Britannika da daxil olmaqla əksər mənbələr təqribən 1588-ci ili qeyd edir. Robert Kent qraflığının İst-Satton kəndindən olan bir ingilis aristokrat ailəsində anadan olmuşdur. Onun atası Edvard Filmer, anası isə Elizabet idi. Robert Üçlük kolleci, Kembric Universiteti və Linkolns-İnn barrister məktəbində təhsil alır.
Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi. Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür. İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır 1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir.
Koul Palmer
Koul Jermen Palmer (6 may 2002) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunda hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Pişəvər gecələri (kitab)
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. Xəbərdarlığın sonu Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Polimer Materialları İnstitutu
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi; İTK vasitələrinin tətbiqinin genişləndirilməsi, dünya elmi informasiya bazalarından və mənbələrindən məlumatların toplanması; Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrların instituta cəlb edilməsi ilə yanaşı, gənc kadrların hazırlanması və onların aparıcı vəzifələrə yerləşdirilməsi; İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nəticələrin təhlili və tətbiq üçün təkliflərin verilməsi; Beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələr üzrə müqavilələr bağlanması; Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi; İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966–1973) k.e.d., professor S. İ. Sadıqzadə olmuşdur. İnstituta 1973–1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M. M. Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A. A. Əfəndiyev, 2007–2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A. M. Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A. H. Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B. Ə. Məmmədovdur.
Polimer karbon nitrid
=== Ümumi məlumat === Katalitik proseslər kimya sənayesinin inkişafında mühüm rol oynayır və istehsal olunan kimyəvi məhsulların 90%-dən çoxu metal tərkibli heterogen katalizatorlar üzərində aparılır. Bu sistemlərin iştirakı ilə gedən proseslər yüksək enerji tutumu, qeyri selektivliyi, qiymətli metalların sərfiyyatı və ətraf mühitin çirklənməsi ilə xarakterizə olunur. Tərkibində metal saxlamayan, reaksiya mühitinin təsirinə qarşı inert qalan, yüksək katalitik effektivliyə malik olan mate-rialların katalizdə istifadəsi praktiki əhəmiyyət kəsb edir. Qrafitəbənzər karbon nitrid (g-C3N4) iki ölçülü quruluşa malik karbon əsaslı nanomaterialdır. g-C3N4-in yarımkeçirici xassəyə malik olması (2,7 eV) ucuz, eko-loji cəhətdən təmiz katalitik sistemlərin yaradılması üçün perspektiv imkanlar ya-radır. g-C3N4 xarakterik mikrostrukturaya malik, yüksək termiki (>550 °C), kim-yəvi (turşular, əsaslar və üzvi həlledicilər) stabilliyə və oksidləşməyə davamlıdır. Tərkibində kondensasiyaya uğramayan tri-s-triazin həlqəsinin birli və üçlü amin qrupları Brensted və Lyuis mərkəzlərini yaradır. Elektronlarla zəngin olan aroma-tik həlgə donor-akseptor qarşılıqlı təsir mexanizmi ilə müvafiq substratları aktiv-ləşdirmə qabiliyyətinə malikdirlər. Məsaməli quruluş yarımkeçirici materialın aktiv səthin sahəsini artirir, bu isə öz növbəsində katalizatorun effektivliyini artırır. Beləliklə, g-C3N4 çoxfunksialı səthə malik material olmaqla, tərkibində metal saxlayan katalizatorlardan fərqli olaraq, müxtəlif funksional qrupların təsirinə davamlıdır.
Yüksək şaxələnmiş polimer
Yüksək şaxələnmiş polimerlər — üç ölçülü dendrit quruluşa malik çoxşaxəli makromolekullardır. Dendrit quruluşlu yüksəkmolekullu birləşmələrin strukturu [1] altı sinifdən ibarətdir: (a) dendron və dendrimerlər; (b) hibrid dendritə oxşar polimerlər; (c) dendrit olunmuş, yaxud calaq polimerlər; (ç) hiper şaxələnmiş polimerlər; (d) ulduzvari polimerlər; (e) daraq tipli polimerlər (şək.1). İlk üç sinif şaxələnmə dərəcəsi 1.0 olan mükəmməl quruluşa malikdirlər, qalan üçü isə təsadüfi olan şaxələnmiş strukturu göstərir [2]. Klassik dendrimerlərin və hiper şaxələnmiş polimerlərin arasındakı prinsipial fərqlənmə - onların sintez üsüllarıdır [3]. Ədəbiyyatdan məlumdur ki, birinciləri yalnız seçilmiş ardıcıllıqla bir neçə dəfə təkrar olunan reaksiyalarla alırlar ki, bu da elementar fraqmentlərin nəsillərinin yeni qatlarının molekulun başlanğıc nüvə adlandırılan mərkəzi atom (yaxud molekul) ətrafında mərhələli artmasına imkan verir, (divergent sxem) və yaxud isə əks üsuldan istifadə olunur: molekulun formalaşması onun periferiyasından başlayır və şərti konus formalı olan intermediant-dendronların hər bir mərhələdə böyüməsi ilə gedir. Yalnız sonuncu mərhələdə dendronlar nüvəyə birləşir, bu da tam dendrit molekulun formalaşmasina gətirib çıxarır (kovergent sxem). Hiper şaxələnmiş polimerlər bir mərhələli üsulla alınır [4]. Qeyd olunduğu kimi, dendrimerlərin sintezinə iki cür yanaşma var: divergent və kovergent sintez sxemləri [5]. Dendrimerlərin divergent sintez sxemi reaksiyaların seçilmiş ardıcıllıqlarının dəfələrlə təkrarlanmasını təmsil edir, bu mərkəzi atom (yaxud molekul) ətrafında, yəni dendrit molekulun başlanğıc nüvəsinin ətrafında elementar fraqmentlərin nəsillərinin yeni qatlarının mərhələli artmasına imkan verir. Bu sxemin üstün cəhəti səth qatının yüksək funksionallıqlı olmasındadır və bu metod ilə ilk sintez 80-ci illərdə Tomaliya tərəfindən aparılmışdır [6].
Lemer boğazı
Lemer boğazı — Odlu Torpaq adasını Estados adasından ayırır. Boğazı Holland səyyahları Y.Lemer və V.K.Sxauten ilk dəfə 1616-cı ildə keçib. 1619-cu ildə Qarsiya de Nodalın ekspedisiyası zamanı keçilir və Dieqo-Ramires adası kəşf edilir. Eni 30,6 km təşkil edir. Sahillərində Magellan pinqivinlərinə rast gəlinir.
Pleser qraflığı (Kaliforniya)
Pleser — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 348,432 nəfər olmuşdur. Mərkəzi Obern şəhəridir.