Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şarl Pero
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Nero
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Pejo
Pejo (fr. Peugeot) - Fransada istehsal olunan avtomobil, velosiped və motosiklet markası, indiki vaxtda PSA Peugeot Citroënun bir parçasıdır. Əslində 19-cu əsrin sonlarında velosiped çıxaran bir firma olaraq qurulmuşdur. 104, 106, 107 201, 202, 203, 204, 205, 206, 207 301, 302, 304, 305, 306, 307, 308, 309 401, 402, 403, 404, 405, 406, 407 504, 505 601, 604, 605, 607, 608 802, 806, 807 905, 907, 908 1007 4007 607 Feline Quark 907 RC 908 RC 307 cc Hibrid HDi.
Pepo
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Peqo
Peqo (isp. Pego) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 52,85 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 11208 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 97 km uzaqlıqda yerləşir.
Perl
Perl — yuxarı səviyyəli, dinamik proqramlaşdırma dilidir. Perl 1987-ci ildə Lari Vall tərəfindən Unix script dili kimi yaradılmışdır. Perl 6 özündə C, Shell Script, AWK, Sed kimi müxtəlif dillərin xüsusiyyətlərini cəmləşdirir. Perl Vebdə CGİ proqramlaşdırma dili kimi istifadə olunur. Bundan başqa Perl qrafik proqramlaşdırma, sistem proqramlaşdırma, şəbəkə proqramlaşdırmasında, bioinformatikada və digər sahələrdə istifadə olunur. "Salam Dunya" proqramı aşağıdakı kimi yazıla bilər: n ilə yeni sətrə keçmək təmin olunur.
Perlo
Perlo (Averon)
Perm
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi. Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Peryo
Peryö (fr. Peyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Puro
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Pəri
Pəri — Əfsanələrdəki personajlar, uçan varlıqlar Şotlandiyanın 95% əhalisi uçan pərilər haqqında olan əfsanələrə XIX əsrin ortalarına qədər inanırdı. Həmin müddət ərzində artıq Londonda metro belə tikilmişdi, lakin bu əhalinin ağılında uşaq vaxtlarından onlara danışılan nağıllar mühüm rol oynamışdı. Şotlandlar qızlarının, müxtəlif ev heyvanlarının, hətta həyat yoldaşlarının belə onlar tərəfindən qaçırıldığını düşünə bilərdilər. Zaman keçdikcə pərilərə inam Şotlandiyadan keçərək Avropaya doğru istiqamətlənməyə başladı, daha sonra isə bütün dünyanı əhatə etdi, lakin əsl həqiqətə uyğun məlumatlar hələ də dünyada məlum deyil. Bir çoxları pərilərin ölmüş insanların ürəklərindən meydana gəldiyini deyirdi, bir çoxları isə göydə uçan mələklərin yerə enərək pəriyə çevrildiyini düşünürdü. Əsl həqiqət isə həmişə mistika ilə qarışırdı. Con Frensis Kembell 1860-cı ildə özünəməxsus bir teoremlə önə çıxdı. O, bildirdi ki, pərilər sadəcə adalarda yaşayan balaca insanlardır. Bu teoremi 2004-cü ilə kimi araşdırmağa davam etdilər. Bir gün İndoneziya adalarından arxeoloji qazıntılar nəticəsində maraqlı bir fakt üzə çıxarıldı.
Qero
Qero (下呂市, Gero-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir, hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir. Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır. Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb. Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur.
Sero
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Xero
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Eva Peron
Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919[…] – 26 iyul 1952[…], Buenos-Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidenti Xuan Peronun ikinci həyat yoldaşı. == Həyatı == Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi.
Huankayo (Peru)
Huankayo (isp. Huancayo) — Perunun mərkəzi hissəsində yerləşən Huankayo əyalətinin inzibati mərkəzi və Hunin Regionunun bir şəhəridir. Dəniz səviyyəsindən 3271 metr yüksəklikdə yerləşən şəhərin əhalisi 323 054 nəfərdir. Huankayo Peru Mərkəzi regionunun mədəni və kommersiya mərkəzidir. == Tarixçəsi == Müasir Huankayo ərazisində ən qədim məşhur yaşayış məntəqələri olan Uanka mədəniyyəti kəndlər yerləşir, e.ə. 500 il əvvəl bu ərazi Uari dövlətinin tərkibinə daxil edilmişdir. İnklərin işğalçı müharibələrinə müqavimət göstərməsinə baxmayaraq, 1460-cı ildə Paçakutek qoşunları tərəfindən məğlub edildi. İspan müstəmləkəçiliyinin başlamasından sonra Şəhər Fransisko Pisarro, paytaxt funksiyalarını Limaya köçürməzdən əvvəl müvəqqəti paytaxtı olan Çauça şəhərindən sonra Peruda əhəmiyyətli ikinci şəhər oldu. 1570-ci ildə Peru vitse-kralı Fransisko de Toledo Huankayo əyalətini mərkəz təyin etdi. 1 iyun 1572, rəsmi olaraq İspan Santisima-Trinidad de Huankayonun şərəfinə adlandırıldı.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825[…], Rio-de-Janeyro – 5 dekabr 1891[…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.
I Peroz
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.