permyaklar
peroksid
OBASTAN VİKİ
Şarl Pero
Şarl Perro (fr.: Charles Perrault, Fransızca tələffüz: [ʃaʁl pɛʁo]; d. 12 yanvar 1628 - ö. 16 may 1703) — klassisizm dövrünün fransız yazıçı, şair və tənqidçisi. 1671-ci ildən etibarən Fransa Akademiyasının üzvü. Dünya uşaq ədəbiyyatında ən tanınmış və ən sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvi Şarl Perro ədəbiyyata kəskin mübarizə və coşqun yaradıçılıqla başlamışdır. O, burjua-məmur ailəsində doğuşla da və təhsil və ixtisasına görə hüquqçu olsa da əsl həyat yolu əbədi yaradıcılıq olmuşdur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi-yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaratmış, həm də bunun uğrunda çətin mübarizə aparmalı olmuşdur. Perronun yaşadığı dövrdə (1628-1703) Fransada hələ "gəmiçilər" və "yeniçilər" arasında sənətin hər sahəsində qızğın mübarizə gedirdi. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə nağıl janrında yazdığı bədii əsərləri olmuşdur.
Achillea peroninii
Eva Peron
Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919[…] – 26 iyul 1952[…], Buenos-Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidenti Xuan Peronun ikinci həyat yoldaşı. == Həyatı == Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi.
Hidrogen peroksid
{{Hidrogen peroksid, başqa sözlə, oksigenli su, maye sudan daha sıx olan maye komponentdir. Bu komponent həm də çox yaxşı oksidləşdirici kimi tanınır. Hidrogen peroksid daha çox təmizləmək, infeksiyanın qarşısını almaq, dezinfeksiya etmək və açıq yaraları sağaltmaq üçün istifadə olunur. Ancaq bunun daha çox istifadəsi var. Burada bütün detallar var. Hidrogen peroksid ilk yardımdan daha çox şeydir. Möhtəşəm dezinfeksiyaedici xüsusiyyətə malik olan hidrogen peroksid hər evdə olması lazım olan möcüzəvi tərkib hissəsidir. Hidrogen peroksidin istifadəsi nədir? Hidrogen peroksidin bir çox istifadəsi var. Böyük bir dezinfeksiyaedici xüsusiyyətə malik olan bu komponent oksigen atomlarını ehtiva edir və yalnız apteklərdən əldə edilə bilər.
I Peroz
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Katalaza-peroksidat
Katalaza-peroksidat — Katalaza enziminin ( fermentinin ) hidrogen peroksidlə əmələ gətirdiyi aralıq kompleks. Formulu CAT-H2O2 kimidir.
Katalaza-peroksidaz
Katalaza-peroksidaz (EC nömrəsi: 1.11.1.21, katG (gen)) fermentinin sistematik adı hidrogen-peroksid oksidazadır. Bu ferment aşağıdakı reaksiyada katalizator rolunu oynayır: (1) donor + H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } oxidized donor + 2 H2O (2) 2 H2O2 ⇌ {\displaystyle \rightleftharpoons } O2 + 2 H2O Bu ferment H2O2-dən O2-ni çıxarır.
Natrium peroksid
Natrium peroksid - Na2 O2 formullu qeyri-üzvi birləşmədir. Bu sarımtıl birləşmə artıq oksigenlə alovlanan natriumun birləşməsidir. Güclü bir əsasi birləşmədir. Bu metal peroksidin də daxil olması ilə bir neçə hidrat və peroksidrat da mövcuddur: Na2O2•2H2O2•4H2O, Na2O2•2H2O, Na2O2•2H2O2, və Na2O2•8H2O. Hazırlanması sadə olan oktahidrat susuz birləşmədən fərqli olaraq ağ rəngdədir. Natrium peroksid altıbucaqlı simmetriya ilə kristallaşır. 512 °C-də qızdırıldıqda altıbucaqlı forma naməlum simmetriya fazasına keçid edir. 657 °C qaynama nöqtəsindən yüksək qızdırıldıqda, birləşmə Na2O-ya ayrılır və sərbəst O2 ayrılır. 2 Na2O2 → 2 Na2O + O2 Oktahidrat natrium hidroksidin hidrogen peroksidlə reaksiyası ilə istehsal olunur. Natrium peroksid, natrium metalının oksigenlə 130-200 °C-də reaksiyaya daxil olması ilə geniş miqyasda alına bilər ki, bu da ayrı bir mərhələdə oksigenin alınmasında istifadə olunan natrium oksidin alınmasında istifadə olunur: 4 Na + O2 → 2 Na2O 2 Na2O + O2 → 2 Na2O2 Ozon qazının bir platin və ya palladium borusunun içərisindəki qatı natrium yodid üzərindən keçməsi ilə də istehsal edilə bilər. Ozon natriumu oksidləşdirərək natrium peroksid əmələ gətirir.
Peroksidlər
Peroksidlər - bu cür üzvi maddələrin tərkibində -O-O- qrupu olur. Əgər peroksid qrupu karbon və hidrogenlə rabitədədirsə onlar hidroperoksidlər adlanır. Hidroperoksidlər - olduqca davamsız birləşmələrdir. Sadə hidroperoksidlər azca qızdırıldıqda (hətta çalxalandıqda və ya zərbədən) partlayır. Peroksidlərin ali (və ya alkil qrupu saxələnmiş quruluşlu) homoloqları daha davamlıdır. Məsələn, üçlü-butil hidroperoksid artıq 100 0 C-dən yuxarı temperaturda parçalanır. Nəticədə sonrakı fraqmentləşməyə məruz qala bilən sərbəst radikallara parçalanır. Peroksidləri parçalanmadan distillə etmək üçün onları vakuumda qovurlar. Hidroperoksidlərin asanlıqla parçalanması və partlayış qorxulu olması O:O rabitəsinin olduqca aşağı dissosasiya qabiliyyətinə malik olması ilə izah edilir. S.F.Qarayev, U.B.İmaşev, G.M.Talıbov "Üzvi kimya", Bakı-2003.
Peroksisom
Peroksisom (lat. peroxysoma) — eukariotik hüceyrənin məcburi orqanelli. Peroksisom müxtəlif metobolik funksiyaları olan orqanoiddir. Hidrogen peroksid (H₂O₂) istehsal edir. Belçika sitoloqu Kristian de Dyuv tərəfindən 1965-ci ildə kəşf edilib. Игамбердиев А. У. Роль пероксисом в организации метаболизма растений Arxivləşdirilib 2007-08-17 at the Wayback Machine // СОЖ, 2000, № 12, с. 20-26.
Peron (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Peron yarımadası
Peron yarımadası (ing. Peron Peninsula) — Avstraliyanın qərbində yerləşən yarımada. Yarımada Qərbi Avstraliya ştatında, Hamelin-Pul buxtası ilə Demen körfəzi arasında yerləşir. Ondan qərbdə Derk-Hartoq, cənub-qərbdə isə İdel-Land yarımadası yerləşir. İdel Land yarımadasında materikin ən ucqar qərb nöqtəsi olan Stip-Poynt burnu yerlşir. Yarımadada yeraltı artezian suları vardır ki, onlardan quyular vastəsi ilə su çıxarılır Yarımada kvars əsaslı qumdan rtəşkil olunmuşdur. O 2 mln — 10 min il öncə meydana gəlmişdir. Qumlar qırmızı rəngə çalır Yarımadada Fransua Peron Milli Parkı yerləşir. Burada ümumdünya irsinə daxil olan Şark körfəzi yerləşir. Yarımadanın şimalında yerləşən park 52 min ha ərazini əhatə edir Flora və fauna baxımından zəngin bir regiondur.
Peronista
Emu (lat. Dromaius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinə aid heyvan cinsi. Bu fəsiləyə yeganə Adi emu (Dromaius novaehollandiae) (Latham, 1790) növü daxildir. 1980-ci ilə qədər dəvəquşukimilər dəstəsinin nümayəndələri də bu fəsiləyə aid edilirdi. Emu dəvəquşuna oxşayır, uça bilmir, bir neçə növü məlumdur. Hamısı Avstraliyada yayılmışdır. Üç barmağı var. Bu dəstəyə daxil olan emu Avstraliyanın kollu səhralarında və bozqızlarda məskən salır. Onlar bitkilərin yaşıl hissəsini yeyir, bəzi yerdə əkinə zərər vurur. Dişi emu bir neçə yumurta qoyur, erkək emu kürt yatıb bala çıxarır və onları gəzdirib qayğısına qalır.
Peronizm
Peronizm (isp. Peronismo) və ya xustisializm (isp. Justicialism — «ədalətçilik») — Argentinada prezident Xuan Peronun siyasəti ilə əlaqələndirilən siyasi ideologiya. Bu, XX və XXI əsrlərin Argentina siyasətində təsirli bir hərəkat olmuşdur. 1946-cı ildən bəri peronistlər namizəd olmağa icazə verilən 13 prezident seçkisindən 10-da qalib gəliblər. İdeologiya "milliyətçilik və əməkçiliyin qeyri-müəyyən qarışığı" və ya populizm kimi təsvir edilmişdir. Siyasi hərəkat olaraq peronizm iki əsas istiqamətə malikdir. Sağ istiqamət siyasi və iqtisadi konsepsiyaya malikdir və Xuan Peron ilə eyniləşdirilir, sol istiqamət isə sosial yönümlüdür və Evita Peron ilə əlaqələndirilir. Перонизм / Е. А. Ларин // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред.
Peronn (rayon)
Peronn (fr. Péronne) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Somma. Suprefektura — Peronn. Rayon əhalisi 2006-cı ildə 80 235 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 66,8 nəf / km². Rayon ərazisi — 1200 km².
Peropodes
Pitonlar (lat. Pythonidae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Perotin
Perotin (fr. Pérotin, lat. Perotinus Magnus) — fransız bəstəkar, Notr-Dam məktəbinin XII—XIII əsrdə yaşamış ən böyük nümayəndəsi. Notr-Dam kilsəsinin xoruna rəhbərlik etmiş və onun ətrafında yaranmış bəstəkarlıq məktəbinə başçılıq etmişdir. Bir çox orqanumların müəllifi, o cümlədən irimiqyaslı dördsəsli «Viderunt omnes» və «Sederunt principes» müəllifi.
Perotriche
Stoebe (lat. Stoebe) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Xuan Dominqo Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895[…] – 1 iyul 1974[…]) — Argentina hərbçisi və dövlət xadimi, 1946–1955 və 1973–1974-cü illərdə Argentina prezidenti. 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ. Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə — İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. 1941–1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943–1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944–1945); sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Xuan Peron
Xuan Dominqo Peron (isp. Juan Domingo Perón, 8 oktyabr 1895[…] – 1 iyul 1974[…]) — Argentina hərbçisi və dövlət xadimi, 1946–1955 və 1973–1974-cü illərdə Argentina prezidenti. 16 yaşında hərbi məktəbə girir; Milli Hərbi Akademiyanı bitirib, daha sonra hərb tarixi müəllimi olur. 1930-cu ildə prezident İ. Yrigoyenin devrilməsində iştirak edir. 1936–1937-ci illərdə Çilidə, 1939–1941-ci illərdə — İtaliyada Mussolini ilə hərbi attaşedə faşizm ideologiyasına cəlb olunmaq üçün görüşür. 1941–1943-cü illərdə 1943-cü ilin iyununda dövlət çevrilişinə cəhd edən birləşmiş Məmurlar Qrupunun liderlərindən biri idi. Hərbi diktatura dövründə əmək naziri (1943–1944), müharibə naziri və vitse-prezident vəzifələrini tutmuşdur (1944–1945); sosial islahat proqramı hazırlamışdı. 1945-ci ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilir. Ona dəstək olan işçilərin kütləvi nümayişləri sayəsində sərbəst buraxıldı. 1946 və 1952-ci illerdə prezident seçildi.
Zoothera peronii
Zoothera peronii (lat. Zoothera peronii) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Picea excelsa f. perobliqua
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
İsabel Peron
İsabel Martines de Peron (isp. isaˈβel maɾˈtinez de peˈɾon), İsabel Martinez de Peron və ya İsabel Peron; (4 fevral 1931[…]) — 1974-1976-cı illərdə Argentinanın prezidenti. Xuan Peronun həyat yoldaşı (1961-1974). Ərinin 1973-1974-cü illərdəki prezidentliyi dövründə İsabel həm vitse-prezident kimi çalışmış, həm də ölkənin birinci xanımı olmuşdur. Xuan Peronun 1974-cü ildə vəfat etməsindən sonra, 1 iyul 1974-cü ildən 24 mart 1976-cı ilədək Argentinanın prezidenti olmuşdur. Kraliça və ya baş nazirdən fərqli olaraq, tarixdə "prezident" tituluna sahib olan ilk qadındır. 1981-ci ildə İspaniyaya sürgün edilmişdir. 1976-cı ilin fevralında itkin düşmüş şəxsin Argentina silahlı qüvvələrinin "təxribatçılara" qarşı əməliyyat keçirməsinə icazə verən fərmanları imzalaması səbəbi ilə 2007-ci ildə Argentina məhkəməsinin hökmü ilə həbs edilməsinə qərar verildi. O, 12 yanvar 2007-ci ildə İspaniyadakı evinin yaxınlığında həbs edildi. Bundan sonra İspaniya məhkəmələri onun Argentinaya verilməsini rədd etdi.
Perostema
Nectandra (lat. Nectandra) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Porostema Schreb. Perostema Raeusch. Pomatium Nees ex Meisn.
Perovskia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Sofiya Perovskaya
Sofiya Lvovna Perovskaya (rus. Со́фья Льво́вна Перо́вская; 13 (25) sentyabr 1853, Sankt-Peterburq – 15 (27) aprel 1881, Sankt-Peterburq) — “Narodnaya volya” inqilabi təşkilatının İcraiyyə Komitəsinin üzvü, Rusiya imperatoru II Aleksandrın öldürülməsinə birbaşa nəzarət edən şəxs. Sofiya Perovskaya inqilabçı olmasına baxmayaraq zadəgan ailəsinə məxsus olub. Onun atası Lev Nikolayeviç Perovski - Qraf Aleksey Kirilloviç Razumovskinin nəslindəndir. Lev Nikolayeviç Perovski Sankt-Peterburq qubernatoru, sonra Daxili İşlər Nazirliyinin şurasının üzvü olub. Anası Varvara Stepanovna yoxsullaşmış, lakin köhnə rus zadəgan ailəsinin üzvü idi. Sofiya Lvovna Perovskaya 1 sentyabr 1853-cü ildə Sankt-Peterburqda anadan olub. 1856-cı ildən ailə başçısının vitse-qubernator təyin edildiyi Pskovda o dövrün ən yaxşı taxta evlərindən biri olan tacir Kurbatovun mülkündə (indiki Sovetskaya küç., 42) yaşayıb. Sofiya Perovskayanın uşaqlıq illəri (1858-1859, 1867-1869) Kilburun malikanəsində, yetkinlik illəri (1876-1878) Simferopolda, quberniya zemstvo xəstəxanasının ərazisində keçib. 1869-cu ildə Sofiya Lvovna Alarçin qadın kurslarına daxil olur.

Digər lüğətlərdə