Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Ramona
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Bellis armena
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Ramana-450
Ramana-450 — 2007-ci ildə Sabunçu rayonu ərazisində salınmış qəsəbə. Əhalisi Şuşa rayonu Malıbəyli kənd sakinlərindən ibarətdir.
Ramana (dəqiqləşdirmə)
Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Yeni Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Ramana (Pakistan) — Pakistanda yaşayış məntəqəsi. Ramana (aktyor) — aktyor.
Ramana bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ramana məscidi
Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə Ramana kəndində tikilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. XIX–XX əsrlərdə yanında yerləşən hamam və yaşayış evləri ilə birgə bu məscid tarixi mərkəz rolunu oynayır. Məscid 1912–1913-cü illərdə tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından, qadınlar üçün birinci mərtəbə, zalın şimal və şərq hissələrində yerləşən yardımçı otaqlardan ibarətdir. Zivər bəy Əhmədbəyov məscidi təkcə müsəlman məbədi kimi tikmir, həm də yerli Abşeron məktəbinin bütün xüsusiyyətlərini nəzərə almaqla yaradır. Məscidin baş fasadının həlli üçün səciyyəvi olan portalın yerinin XX əsrin əvvəllərində dini tikililərdə müşahidə olunduğu kimi səthi variantda deyil, dərin taxçalı, uyğun bölgülərdə qeyd edilən girişli Abşeron memarlığının klassik üsulları ilə müəyyən edilməsidir.
Ramana qalası
Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər. Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. Qəsr, Şirvanşahların sifarişi ilə ehtimal ki, XIV əsrdə müdafiə məqsədilə inşa edilmişdir.
Yeni Ramana
Yeni Ramana — Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Qəsəbədə 24 dekabr 2013-cü ildə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. Qəsəbədə 316 nömrəli tam orta məktəbi, 90 nömrəli tam orta məktəb, Qubadlı rayonu Fərrux İsrafil oğlu Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Qubadlı rayonu Xanlar kənd tam orta məktəbi, Xankəndi rayonu 4 nömrəli tam orta məktəb yerləşir.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Kitakata rameni
Kitakata rameni (喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Xüsusiyyətlər == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Hakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir. Dünyada ən çox ramenlər yaşayan şəhərdir.
Smyrniopsis armena
Auxer lələklivəsi (lat. Smyrniopsis aucheri) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin lələklivə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sarı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır.
Ramona capitata
Salvia mohavensis (lat. Salvia mohavensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia capitata A.Gray Audibertiella capitata (A.Gray) Briq. Ramona capitata (A.Gray) Briq.
Ramona clevelandii
Salvia clevelandii (lat. Salvia clevelandii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia clevelandii A.Gray Audibertiella clevelandii (A.Gray) Briq. Ramona clevelandii (A.Gray) Briq.
Ramona dorrii
Salvia dorrii (lat. Salvia dorrii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia dorrii Kellogg Audibertiella dorrii (Kellogg) Briq. Ramona dorrii (Kellogg) Briq. == Yarımnövləri == Salvia dorrii var. clokeyi Strachan Salvia dorrii subsp. dorrii Salvia dorrii var. incana (Benth.) Strachan Salvia dorrii subsp. mearnsii (Britton) E.M.McClint. Salvia dorrii var.
Ramona grandiflora
Salvia spathacea (lat. Salvia spathacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia grandiflora Benth. Audibertiella grandiflora (Benth.) Briq. Ramona grandiflora (Benth.) Briq.
Ramona humilis
Salvia sonomensis (lat. Salvia sonomensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia humilis Benth. Audibertiella humilis (Benth.) Briq.
Ramona nivea
Salvia leucophylla (lat. Salvia leucophylla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia nivea Benth. Audibertiella nivea (Benth.) Briq. Ramona nivea (Benth.) Briq.
Ramona pachystachya
Salvia pachyphylla (lat. Salvia pachyphylla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia incana var. pachystachya A.Gray Audibertia pachystachya (A.Gray) Parish Ramona pachystachya (A.Gray) A.Heller Salvia carnosa var. compacta H.M.Hall Salvia compacta Munz == Yarımnövləri == Salvia pachyphylla subsp. eremopictus R.M.Taylor Salvia pachyphylla subsp. meridionalis R.M.Taylor Salvia pachyphylla subsp.
Ramona stachyoides
Salvia mellifera (lat. Salvia mellifera) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia stachyoides Benth. Audibertiella stachyoides (Benth.) Briq. Ramona stachyoides (Benth.) Briq. Salvia mellifera var. typica Munz === Heterotipik sinonimləri === Audibertia spinulosa Nutt. ex Benth. Salvia mellifera subsp. jonesii (Munz) Abrams Salvia mellifera var.
Ramona vaseyi
Salvia vaseyi (lat. Salvia vaseyi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Audibertia vaseyi Porter Audibertiella vaseyi (Porter) Briq. Ramona vaseyi (Porter) Briq.
Şimali Ramənd dehistanı
Şimali Ramənd dehistanı (fars. دهستان رامند شمالی‎) — İranda, Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşində inzibati-ərazi vahidi. == Əhalisi == 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 2.144 ailədə 3.522 nəfəri kişilər və 3.323 nəfəri qadınlar olmaqla cəmi 6.845 nəfərdir. İnzibati baxımdan 8 kəndi əhatə edir ki onlardan birində əhali yaşamır. === Milli tərkibi === Dehistan əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Kamenka
Kamenka (Penza) —