RAMİZƏ
RAMZANƏ
OBASTAN VİKİ
Ramzan Kadırov
Ramzan Kadırov və ya Ramazan Qədirov (rus. Рамзан Ахмaтович Кадыров, çeç. Kъadar AxImat-kIant Rъamazan; 5 oktyabr 1976, Tsentaroy, Çeçen-İnquş MSSR) Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının üçüncü dövlət başçısı. == Həyatı == Ramzan Əhməd oğlu Kadırov Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olmuşdur. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini də etmişdir. Birinci Rus — Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus — Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir. 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir. == Ailəsi == R.Kadırov evlidir və həyat yoldaşı Mədni xanım 7 sentyabr 1978-ci ildə anadan olmuşdur, qəhrəman anadır.