Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəhbər
Rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir. Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır. Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır. Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz.
Fatimə Rəhbər
Fatimə Rəhbər (fars. فاطمه رهبر‎; 1964, Tehran – 7 mart 2020, Tehran) — İran parlamentinin deputatı. == Həyatı == Fatimə Rəhbər 1964-cü ildə Tehranda doğulub. İran parlamentinə fevralda keçirilmiş seçkilərdə deputat olmuşdur. Seçkilərdən dərhal sonra koronavirusa yoluxmuşdur. 7 mart 2020-ci ildə koronavirus xəstəliyindən Tehranda vəfat etmişdir.
Rüştü Reçber
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rüştü Rəcbər
Rüştü Rəcbər (10 may 1973) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub. Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir. Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.
Rəhbər (dəqiqləşdirmə)
Rəhbər — idarəetmədə birinci şəxs. Rəhbər (jurnal) — Bakıda nəşr olunmuş jurnal. Rəhbər (qəzet) — Bakıda nəşr olunmuş qəzet.
Rəhbər (jurnal)
"Rəhbər" (jurnal) — 1906-1907-ci illərdə Bakıda nəşr olunan aylıq pedaqoji jurnal. "Rəhbər" jurnalının ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxmışdır. Jurnalın naşiri və redaktoru Mahmud bəy Mahmudbəyov idi. Jurnalın cəmi 5 nömrəsi (1906-cı ildə 4, 1907-ci ildə 1) çıxmışdır. "Molla Nəsrəddin" jurnalı "Bəşarət" felyetonunda "Rəhbər"in məqsəd və məramlarını təqdir etmiş, "İrşad", "Həyat" və "Dəbistan"ın qarşılaşdıqları abunəçi azlığının onu da gözlədiyini əvvəlcədən təəssüf hissi ilə xəbər vermişdir. Jurnal maddi çətinlik üzündən 1907-ci il yanvarın 17-də bağlanmışdır "Rəhbər" jurnalında təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. Jurnalda, həmçinin Rusiya müsəlmanlarının məişətindən, ədəbiyyatdan, üsuli-təlim və tərbiyədən bəhs olunmuşdu. "Rəhbər" əsasən demokratik istiqamətli olmuş, siyasi fikirləri, elmi bilikləri təbliğ etmiş, Azərbaycanda pedaqoji və uşaq ədəbiyyatının inkişafında, ümumtəhsil ideyalarının yayılmasında mühüm xidməti olmuşdur. Jurnal ilk nömrəsinin baş məqaləsində gələcək proqramı haqqında danışmışdır. Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı: Sonra jurnal Azərbaycanda belə mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini bildirir: Jurnal səhifələrində bir sıra ictimai-siyasi məsələlər qaldırmışdır.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Egbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Eqbert
Eqbert (ən tezi 775, Uesseks krallığı[d] – 839, Uesseks krallığı[d]) — 802-839-cu illər arasında Uesseks kralı. O, 829-cu ildə Mersiyanı məğlub etmişdir və buna görə də İngiltərə kralı hesab edilə bilər.
Qənbər
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.
Rəncbər
Rəncbər — muzdlu kəndli işçilər. Rəncbərlərin bir çoxu keçmiş rəiyyətdən formalaşırdı. Tamamilə müflisləşərək, istehsal vasitələri və torpaqdan məhrum olan bu zümrə, varlanmış qonşulara qolçomaqlara öz əməyini satırdılar. Pul və bazar münasibətlərinin inkişafı dövründə rəncbərlərin sayı çoxalmağa başladı. XIX əsrin sonları - XX əsrin əvvəllərində müflisləşməkdə olan rəiyyətin bir hissəsi şəhərlərdə sənaye proletariatına qoşulurdu, bir hissəsi isə kənddə qalaraq rəncbərlik edirdi.
Rənglər
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Rəqabət
Rəqabət (ing. competition, rus. конкуренция) geniş mənada iqtisadiyyat, sosiologiya və ekologiyada istifadə olunur və şəxslərin, qrupların və ya orqanizmlərin resurslar üzrə bir biri ilə mübarizə aparmağını bildilir. Rəqabəti bildirmək üçün xarici dillərdə əsasən lat. competitionem ("razılaşma"). və ya lat. concurrere ("toqquşmaq") sözlərindən əmələ gələn terminlər istifadə olunur. Azərbaycan dilinə isə rəqabət sözü ərəb dilindən (ərəb. رقابت‎ "yarış" deməkdir) gəlib. İqtisadi rəqabət bazarlarda satıcılar və alıcılar arasında baş verir.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه) Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı. Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Rəqslər
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Fillip Remler
Fillip Remler (ing. Philip Remler; 7 may 1958) — ABŞ alimi. == Həyatı == Fillip Remler ABŞ Dövlət Departamentində xarici xidmət əməkdaşı olaraq çalışmışdır. O, eyni zamanda ABŞ-nin Moskvadakı səfirinin baş müşaviri vəzifəsində işləmişdir. Bundan sonra Remler 2007-ci ilin dekabrından 2012-ci ilin yanvarınadək ATƏT-in Moldovadakı missiyasının rəhbəri olmuşdur. Remler 1983-cü ildə ABŞ Dövlət Departamentinə işə düzəlmişdir. O, karyerasının əvvəlində Türkiyə, SSRİ və Azərbaycanda xidmət etmişdir. Remler həmçinin, Milli Təhlükəsizlik Şurasında İraq üzrə, o cümlədən Amerikanın Gürcüstandakı səfirliyindəki vəzifələrdə olmuşdur. Regional Münaqişələr üzrə Xüsusi Danışıqçının Dövlət Departamenti Başçısının müavini vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq etmişdir. O, hal-hazırda Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimidir.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Kerber (mifologiya)
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.