Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Remiks
Remiks — orijinal versiyada yazılmış mahnının versiyası yeni varianta gətirilərək, oynaq şəkildə səsləndirlir. İlk dəfə "Remiks" Yamaykada 1960-cı illərdə hazırlanmışdır. Müasir "Remiks" isə 1970-ci illərdə hazırlanmağa başlanılır. == İstinadlar == ^ http://www.jahsonic.com/WalterGibbons.html ^ Interviewed by The Paris Review, Burroughs explained the following: "A friend, Brion Gysin, an American poet and painter, who has lived in Europe for thirty years, was, as far as I know, the first to create cut-ups. His cut-up poem, Minutes to Go, was broadcast by the BBC and later published in a pamphlet. I was in Paris in the summer of 1960; this was after the publication there of Naked Lunch. I became interested in the possibilities of this technique, and I began experimenting myself. Of course, when you think of it, The Waste Land was the first great cut-up collage, and Tristan Tzara had done a bit along the same lines. Dos Passos used the same idea in 'The Camera Eye' sequences in USA. I felt I had been working toward the same goal; thus it was a major revelation to me when I actually saw it being done." Cf. Knickerbocker, Conrad, Williams S. Burroughs, 'The Paris Review Interview with William S. Burroughs' in A Williams Burroughs Reader, ed.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Feliks
Feliks — kişi adı və təxəllüs. Feliks Hausdorf — Alman riyaziyyatçısı Feliks Mendelson Bartoldi — alman bəstəkarı, pianoçu, dirijor. Feliks Konstandeliasz — İsveçli futbolçu Feliks Dzerjinski — SSRİ dövlət xadimi, Feliks Baumqartner — Avstriya paraşütçüsü. Feliks Blox — amerikan fiziki, Nobel mükafatı laureatı Feliks Məmmədov — voleybolçu, məşqçi Feliks Aubök — Avstriyalı üzgüçü Feliks Slidovker — Rejissor Feliks Quesada — futbolçu Felipe Almeyda Feliks — futbolçu Minusius Feliks — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili Feliks Elofsson — İsveçli fristaylçı. Ana Dulse Feliks — Portuqaliyalı marafonçu. Feliks Kumaritaşvili — Gürcüstanlı kirşəsürən Mişel Feliks Dunal — Fransız botaniki. Feliks de Asara — ispanyalı səyyah və təbiət alimi.
Feniks
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Komiks
Komiks (ing. comic — gülməli) — hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. == Tarix == Komikslərin erkən nümunələri Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla getmişlər. == Formatların növləri == Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər. == Həmçinin bax == Veb-komiks Animasiya Cizgi Karikatura == İstinadlar == === Kitablar === Collins, Rachel. Weiner, Robert G. (redaktor).
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. == Relikt endemlər == Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) == Relikt fauna == Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. == Relikt flora == Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Prefiks
Ön şəkilçi və ya prefiks — sözün önünə artırılaraq, sözə yeni bir məna verən şəkilçilər. Ön şəkilçilər, ümumiyyətlə, Azərbaycan dili üçün xarakterik deyil. Lüğət tərkibimizdə olan ön şəkilçilər bütünlüklə alınmadır. Azərbaycan dilində rast gəlinən ön şəkilçilər ərəb-fars və avropa mənşəlidir: == Nümunələr == === Ərəb-fars mənşəli === Bi- – inkar mənada işlənir və “-sız”, “olmayan” kimi başa düşülür.Məsələn:bixəbər Na- – “bi” ilə eyni mənada işlənir.Məsələn:nalayiq La- – inkarlıq bildirir. Ba- – “na” və “bi” ön şəkilçilərinin antonimidir və dilimizdəki "-li" şəkilçisinin ifadə etdiyi mənada başa düşülür.Məsələn:baməzə Qeyri- – əkslik bildirir. Bəzi avropa mənşəli sözlərə də qoşula bilir. Məsələn: Qeyri-müəyyən, qeyri – etik === Avropa mənşəli === a- – inkar mənada işlənir. Məsələn: Normal – anormal anti- — inkarlıq, “əleyhinə” mənasında işlənir. Məsələn: Türk – antitürk Bu şəkilçilərlə işlənən sözlərin sonuna milli leksik şəkilçilər də əlavə edilə bilir.
Rebis
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi == 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Remix
Remix (lüksemb. Réimech, alm. Remich‎, fr. Remich)-Lüksemburq krallığının Qrevenmaxer əyalətinin kantonu.Özündə 10 kommunu birləşdirir.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Halk (komiks)
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Hela (komiks)
Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür. Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017). == Nəşrolunma tarixi == Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir. == Bioqrafiya == Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).
Heliks körpüsü
Heliks körpüsü — Sinqapurda körpü == Tarixi == Heliks körpüsü 2010-cu ildə açılmışdır. == Quruluşu == Sinqapur çayı üzərində olan bu körpü öz dizaynı ilə unikaldır. Bütünlüklə poladdan düzəldilib. Quruluşca DNK molekulunu xatırladır.
Heymdall (komiks)
Heymdall (ing. Heimdall) – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir.
Joao Feliks
João Félix Sequeira (Portuqaliyaca: [ʒuˈɐ̃w ˈfɛliks, -liʃ]; 10 noyabr 1999, Vizeu) — Portuqaliyalı futbolçu. İspaniyanın Atletiko Madrid klubunda və Portuqaliya milli komandasında oynayır. O, əsasən hücumçu mövqeyində oynasada, vinger və ya hücumameyilli yarımmüdafiəçi kimi də oynaya bilir. Félix, 2015-ci ildə Benfikaya keçməzdən əvvəl Portonun gənclər klubundada çıxış edib. Bir il sonra klubun ehtiyat komandasında oynamağa başladı və 18 yaşında peşəkar debüt edərək 2018-ci ildə ilk komandaya yüksəldi. Daha sonra hücuçu kimi oynadı və Benfikanın və liqanın ən yaxşı və ilk mövsümündə liqanın ən yaxşı gənc oyunçusu olaraq mükafatlandırıldı. Bununla yanaşı, 19 yaşında UEFA Avropa Liqasında het-trik edən ən gənc oyunçu oldu. Félixin çıxışları bir sıra Avropa klublarının marağına səbəb oldu. Atletiko Madrid 2019-cu ildə dördüncü ən bahalı futbol transferini həyata keçirdi — bir yeniyetmə üçün ən çox ödədiyi ikinci — 126 milyon avro (113 milyon funt-sterlinq) dəyərində bir transfer haqqı ödədi. 18 yaşdan aşağı, 19 yaşdan aşağı və 21 yaşdan aşağı yaşlarda Portuqaliyanın gənclər komandalarının heyətinə düşdükdən sonra Félix, doğma torpaqda Portuqaliyanın qazandığı 2019 UEFA Millətlər Liqasının yarımfinalında böyük debüt etdi.
Kripton (komiks)
Kriptoniyalılar — Kripton planetində yaranan DC Komiks Kainatı içərisində humanoid lərin uydurma xaricdən gələn irqi. Termin DC Comics superqəhrəmanı Supermen hekayələrindən yaranmışdır. Hekayələr "Kripton"dan planetin özü və ya onun üzərində mövcud olan mədəniyyətlər tərəfindən yaradılan və ya əlaqəli bir şeyə aid bir sifət kimi istifadə edir. Kripton planetinin dominant növlərinin üzvləri görünüşü baxımından insandan ayrılmazdır; onların fiziologiyası və genetikası, lakin onlar tamamilə fərqlidirlər. Bəzi davamlılıqlarda Kriptoniklərin klonlaşdırılması çətindir, çünki DNTləri o qədər mürəkkəbdir ki, insan elmi onu deşifrə edə bilmir. Kriptoniklərin hüceyrə quruluşu günəş enerjisinin son dərəcə yüksək səviyyədə udulmasıipton an verir. Krypton planetində Ana ulduzu olan tez-tez nisbətən aşağı enerji çıxışı ilə qədim qırmızı supergigant kimi təsvir olunurdu, təbii qabiliyyətləri insanlarla eyni idi. Günəşlərindən daha kiçik və çox yüksək enerji çıxışı olan Earth 'nin Günəş kimi bir gənc sarı ulduza məruz qaldıqda, bədənləri o qədər enerjini mənimsəyə və emal edə bilir nəticədə geniş fövqəltəbii güclər (fövqəlinsan gücü, fövqəlinsan sürəti, toxunulmazlıq, uçuş, rentgen görmə, istilik görmə və fövqəladə hisslər kimi) özünü göstərir. Planet körpənin Kal-El dünyaya göndərilməsindən qısa müddət sonra partladığı zaman demək olar ki, bütün Kriptonilər öldürüldü. Bəzi davamlılıqlarda o, planetin yeganə sağ qalmasıdır.
Kərtənkələ (komiks)
Kərtənkələ (ing. Lizard) və ya əsl adı ilə Kurt Konnors (ing. Curt Connors) – Marvel Comics tərəfindən yaradılmış personaj. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "Amazing Spider-Man" komiksinin 6-cı sayında (noyabr 1963) görünmüşdür. Hörümçək-adamın düşmənlərindən biridir. Kərtənkələ çox vaxt Konnorsun bədxah alternativ şəxsiyyəti kimi təsvir edilir: Konnors hər dəfə ona çevriləndə onun zehnini ələ keçirir. Buna baxmayaraq, Kərtənkələ antiqəhrəman və Hörümçək-adamın müttəfiqi kimi də təsvir olunmuşdur. Marta Konnorsun əri və Billi Konnorsun atasıdır. Komikslərdə Kurt Konnors sürünənlərin regenerasiya qabiliyyətini araşdırıb insanların itirdikləri üzvlərini qaytarmağa çalışan genetikaçıdır. Araşdırmaları zamanı kərtənkələ DNT-si əsasında vaksin hazırlamışdır.
Loki (komiks)
Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur. Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir. Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. == Nəşrolunma tarixi == Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Maqneto (komiks)
Maqneto (ing. Magneto) — Sten Li və Cek Körbi tərəfindən yaradılmış Marvel Comicsin xəyali antiqəhramanı. Daha çox İks-adamlarla adı halanır, həm də onların düşməni olur. Maqnetonun əsas gücü maqnit sahələrinin manipulasiyasından ibarətdi. == Bioqrafiya == Maqneto Marvel Comicsin ən güclü muutantlardan hesab olunur. O, yəhudi olduğuna görə holokost keçirən nadir personajlardandı. Buna görədə o mutantları bunlardan qorumaq istiyir. Maqneto zaman-zaman həm düşmən, həm İks-adamlara dost olur. Professor İks birlikdə insanların, mutantlarla birqə yaşaması uğrunda çalışır. Maqneto — Civənin, Qırmızı cadugərin, Polyaris kimi superqəhramnların atasıdı.
Maria Feliks
Maria Feliks (isp. María Félix; 4 may 1914, Alamos[d], Sonora – 8 aprel 2002[…], Mexiko) — meksikalı aktrisa.
Minusius Feliks
Minúsius Féliks (lat. Marcus Minucius Felix, ö. 210) — latındilli apologetikasının nümayəndəsi, Roma vəkili idi. == Apologetikası == Təqribən 180—192 illər arası dialoqlar üslubunda yazılmış "Oktavius" adlı apologetik əsərin yazarı idi. Bu kitab üslub baxımından Siseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II yüzillikdə Xristianlıqla antik dünyagörüşünün arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox böyük önəm daşıyır. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusius Feliksin iştirakı ilə gedir.. Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən, dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll etmək iddiasındadırlar.