Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
Novator
Novator (lat. novator — yeniləşdirən) 1) yenilikçi, yenilik gətirən, yenilik yaradan, yenilik tətbiq edən; 2) hər hansı bir fəaliyyət sahəsində yeni, qabaqcıl düşüncələri, prinsipləri, ideyaları, üsulları, yolları irəli sürən və həyata keçirən adam. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Protagor
Protaqor, Protaqoras (yun. Πρωταγόρας; e.ə. 490 — e.ə. 420) — qədim yunan filosofu. Sofistlər məktəbinin ilk nümayəndələrindən biri. Protaqor insan probleminin qnoseologiyasını dərindən işləyib araşdıran ilk yunan filosofudur. Bu məşhur kəlam ona məxsusdur: "İnsan bütün şeylərin ölçüsüdür: mövcud olan şeylərin mövcudluğunun, mövcud olmayan şeylərin mövcud olmamasının". Protaqor bu tezisi hər şeyin nisbi olmasını sübut etmək üçün irəli sürmüşdü. Protaqora görə insanın hər şeyin ölçüsü olması o deməkdir ki, ağıllı və məntiqi fikirləşməyi bacaran fərd hər hansı problemin həlli üçün hər şeydən öz xeyrinə istifadə edə bilər; deməli, insan həmin şeyin ölçüsü, onun ağasıdır. Hissi qavrayışa əhəmiyyət verən Protaqora görə qavranılan şeylər və qavrayan hiss üzvləri fasiləsiz olaraq dəyişirlər.
Protaqor
Protaqor, Protaqoras (yun. Πρωταγόρας; e.ə. 490 — e.ə. 420) — qədim yunan filosofu. Sofistlər məktəbinin ilk nümayəndələrindən biri. Protaqor insan probleminin qnoseologiyasını dərindən işləyib araşdıran ilk yunan filosofudur. Bu məşhur kəlam ona məxsusdur: "İnsan bütün şeylərin ölçüsüdür: mövcud olan şeylərin mövcudluğunun, mövcud olmayan şeylərin mövcud olmamasının". Protaqor bu tezisi hər şeyin nisbi olmasını sübut etmək üçün irəli sürmüşdü. Protaqora görə insanın hər şeyin ölçüsü olması o deməkdir ki, ağıllı və məntiqi fikirləşməyi bacaran fərd hər hansı problemin həlli üçün hər şeydən öz xeyrinə istifadə edə bilər; deməli, insan həmin şeyin ölçüsü, onun ağasıdır. Hissi qavrayışa əhəmiyyət verən Protaqora görə qavranılan şeylər və qavrayan hiss üzvləri fasiləsiz olaraq dəyişirlər.
Stator
Stator (ing. stator, lat. sto-dayanıram) — elektrik maşınının tərpənməz hissəsi; maqnit keçiricisi və daşıyıcısı konstruksiya funksiyasını yerinə yetirir. Stator nüvədən və gövdədən ibarətdir. Dəyişən cərəyan maşınlarında nüvə üzərinə izolyasiya lakı çəkilmiş elektrotexniki polad vərəqlərdən (0.35–0.5 mm qalınlığında) yığılır. Nüvənin yuvalarında Stator dolağı yerləşdirilir. Dövri cərəyanlardan mühafizə üçün Stator dolağının naqilləri bir neçə paralel birləşdirilmiş məftildən ibarət olur.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Bioqrafiya == 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
İosif Rotter
İosif Rotter (rus. Иосиф Роттер) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alman rəssamı. Münhen Rəssamlıq Akademiyasında oxumuşdur. Bir müddət Tiflisdə yaşamış, burada nəşr olunan jurnallara karikaturalar (1903-1905) çəkmişdir. 1906-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. Jurnalın fəailiyyətinin ilk dövründən Oskar Şmerlinqlə birgə işləyən İosif Rotter, "Molla Nəsrəddin" səhifələrində onun ideya ruhuna, dərin məzmunlu felyetonlarına uyğun ştrix rəsmli illüstrasiya və kəskin karikaturalarla çıxış etmişdir ("İbadət", "Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə", "Şeyx və çəyirtkələr"). İosif Rotter rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi. Firdovsinin "Şahnamə" poemasındakı "Rüstəm və Söhrab" dastanına və bir sıra erməni xalq dastanlarına illüstrasiyalar çəkmişdir. İosif Rotterin qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu.