Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rutul
Rutul — Rusiya Federasiyasının Dağıstan Respublikasında kənd, Rutul rayonunun inzibati mərkəzi.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Aleksandr Rutven
Aleksandr Rutven (d. 12 yanvar 1580 – ö. 5 avqust 1600) - İngiltərə, İrlandiya və Şotlandiya kralı I Ceymsə qarşı sui-qəsd tərtib edən Şotlandiyalı əsilzadə.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Arutyun Svacıyan
Arutyun Svacıyan (rus. Հարություն Սվաճյան; 1831, Konstantinopol – 1874, Konstantinopol) — Osmanlı ermənisi yazıçı, siyasi fəal, pedaqoq. O, erməni siyasi yumoristik ədəbiyyatının banilərindən biri hesab olunur. == Həyatı == Svacıyan 1831-ci ildə Konstantinopolda anadan olmuşdur. Çox gənc yaşda hər iki valideynini itirmişdir. Yerli məktəbdə təhsilini başa vurduqdan sonra Xaçatur Bardizbanyanın maliyyə dəstəyi ilə xaricdə təhsil almışdır. Svacıyan Parisdəki Müqəddəs Varvara Kollecində təhsil almışdır. 1852-ci ildə Konstantinopola qayıtdıqdan sonra Nahapet Rusinyanın ziyalı dərnəyində iştirak edir. Daha sonra yerli Beşiktaş erməni məktəbində müəllim olmuşdur.1981-ci ildə Sovet Ermənistanında onun anadan olmasının 150 illiyini qeyd edilmi.dir.
Ruthen dili
Ruthen və ya Rusen və yaxud Qərbi Rus yazı dili Ukrayna, Belarus və Rus dillərinin atası sayılan ölü statusu daşıyan tarixi slavyan dilidir. Slavyan dillərinin şərq qoluna daxil olan dildir və bu qrupdakı müasir dillərin əcdadı hesab olunur. Bu dil 10-15-ci əsrlər arasında mövcud olmuş Litva Böyük Hersoqluğunun da rəsmi dili idi. Rusen dili orta əsrlərdən müasir dövrə zaman keçdikcə yerini rus, ukrayna və belarus dillərinə buraxaraq bu üç şərqi slav dillərinin formalaşdırdı.
Amsar (Rutul)
Amsar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. Kənd əhalisinin sayı 460 nəfərdir (2010). 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi ( Birinci Qut döyüşü) I Dünya Müharibəsi Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşü. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu bağdadın 160 km cənubunda Qut qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfərdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə götürülmüşdür. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Ruhun arzuları
Ruhun arzuları (fr. Les Passions de l’Ame”) — 1969-cu ildə Dekartın qələmə aldığı esse. Düşüncə tarixində Dekartın son əsəri olaraq da xüsusi yeri olan Ruhun arzuları, filosofun Utrext Universitetində tibb professoru olan Henricus Regius ve Şahzadə Elizabetlə məktublaşmaları sırasında onların ruh barədə soruşduqları suallarla şəkil almış; Elizabetin, ruhun, yəni cisimsiz olan bir şeyin nə cür bir hərəkət qabiliyyətinə sahib olduğu və bədən tərəfindən necə hərəkət etdirilə bildiyinə əlaqəli maraqlı sorğu-suallarıyla get-gedə genişləyərək üç kitablıq əhatəli bir əsərə dönüşmüşdür. == Yazılma tarixi == Ruhun arzularının yazılma tarixi, Elizabetin filosofdan duyğuların tam tərifini istəməsi səbəbindən 1646-cı ildə başlayır. Dekart ilkin mövzuyla əlaqəli kiçik bir cəhdi qələmə alır və oxuması üçün Şahzadəyə göndərir. Şahzadə Elizabet bu cəhdi oxuyur və içərisindəki məlumatların olduqca qarmaqarışıq yazıldığını görür. Buna görə də Dekarta yenidən bir məktub yollayır və mövzuyla bağlı daha detallı və dəqiq məlumatlar yazmasını xahiş edir. Dekart bir neçə rəyləri diqqətə alaraq daha detallı və daha müntəzəm şəkildə 1649-cu ildə yenidən yazır. Ona görə bu çalışma üç kitabdan formalaşacaq, ilk kitab duyğuları ümumi olaraq ələ alacaq və xüsusilə ruh-bədən əlaqəsi üzərində duracaqdır. Digər kitablar isə altı əsas duyğu və bu əsas duyğulardan törəmə digər duyğulardan bəhs ediləcəkdir.
Ruhun fenomenologiyası
"Ruhun feonomenologiyası" (alm. Phänomenologie des Geistes‎) — Alman filosofu Hegelin ən böyük əsərlərindən birincisi. Ruh sözün geniş mənasında ideal olanla , şüurla maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. Fəlsəfənin müxtəlif cərəyanlarının nümayəndələri mütləqləşdirilməsi subyektiv-idealizmə gətirib çıxarır, obyektiv ruhun (subyekt, şəxsiyyət,fərd) və birinciliyinin qəbul edilməsi obyektiv idealizmə gətirib çıxaran obyektiv Ruhun (insandan ayrılmış və müstəqil qüvvə kimi mistikləşdirilmiş şüur) olduğunu göstərirlər. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir (Məs; Aristotel üçün ruhun fəaliyyətinin ən yüksək forması təfəkkür haqqında təfəkkürdür, nəzəriyyədən həzz almaqdır). Lakin ruh bilavasitə, intuitiv (Platon) dərk olunan fövqəlağıllı başlanğıc kimi də başa düşülmüşdür.Belə nöqteyi-nəzər zahirən dini idealogiyaya bənzəyir. Həmin idealogiyaya görə ruh allahdır, yalnız dini etiqadın bir hissəsi kimi olacaq fövqəltəbii mahiyyətdir. Alman klassik fəlsəfi idealizmin nümayəndələri ruhun fəallığını xüsusilə qeyd etmiş, onu hər şeydən əvvəl mənlik şüurunun fəaliyyəti baxımından nəzərdən keçirmişlər.Məs; Hegel ruhu mənlik şüurunun və şüurun zəkada həyata keçirilən vəhdəti. əməli və nəzəri fəaliyyətin vəhdəti kimi başa düşmüşdür. Ruhun varlığı onun əməlidir, lakin bu əməl idrak kimi başa düşülür.
Ruten Qaqloyev
Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur. == Bioqrafiyası == 12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır.
Rutul dili
Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biridir. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır. Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır. Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb.
Rutul memarlığı
Rutul memarlığı — yaşayış məskənlərini çətin keçilən yerlərdə quran rutulların ənənəvi memarlığıdır, çünki tez-tez baş verən müharibələr və düşmən basqınları onları müdafiələrini gücləndirmək üçün qala divarları, xəbərdaredici və müdafiə qüllələri tikməyə məcbur etmişdi. == Rutulların ənənəvi yaşayış məskənlərinin tarixi == ən erkən — yüksək daş sütunlar üzərində ucaldılmış, köməkçi tikililərdən ayrı duran bir mərtəbəli və ya bir otaqlı tikililər; həyəti və yardımçı tikililəri olmayan iki mərtəbəli tikililər; kiçik açıq həyəti olan bir mərtəbəli və ya iki mərtəbəli ev, burada təsərrüfat və yardımçı otaqlar . === Orta əsr yaşayış məskənləri === L. İ. Lavrovun fikrincə, erkən orta əsrlərdə Şərqi Qafqazda (Cənubi Dağıstanda) əsas yaşayış növü daş tikili, Şimali Qafqazın Xəzər dənizinə qədər dağətəyi ərazilərində isə turlu evlər olmuşdur . M. İ. İlyin qeyd edir ki, " darbazi " tipli tavanlı yaşayış evi paleolit dövrünə aid mağara yaşayış yerlərindən və ibtidai qazıntılardan irəli gələn təkmilləşdirilmiş qazıntı növüdür. Bununla belə, Cənubi Dağıstanın memarlığının heç də bütün materialları dağ evlərinin təkamül yolunun universallığını təsdiq etmir . == Memarlığın inkişafı == Dağlıq ərazilərin məlum təcrid olunması, yaşayış növünün dəyişdirilməsi proseslərinin XIX əsrə qədər orada getməsinə kömək etdi. son dərəcə yavaş və qeyri-bərabər. Bu, bir sıra hallarda müxtəlif vaxtlarda tikilmiş yaşayış binalarını eyni inkişaf mərhələsinə aid hesab etməyə imkan verir. Cənubi Dağıstanda nəinki qala evləri, hətta bir otaqlı yaşayış məskənləri də orijinal formada praktiki olaraq qorunub saxlanmayıb. Yaşayış binasının daha da fərqləndirilməsi evin ən yaşayış yerində (mətbəx, kiler, qonaq otağı, kunatskaya və s.) Ayrı-ayrı funksional binaların ayrılması ilə əlaqələndirildi.
Rutul mətbəxi
Rutul mətbəxi (rut. Myhabishdy mutabikh) — rutul xalqının milli mətbəxi; Şimali Qafqazın ən qədim mətbəxlərindən biri. Mətbəxin əsas komponentləri İslam dininin qaydaları və təbii şəraitlə müəyyən edilir: dağ iqlimində quzu, mal əti, quş əti, çay (Samur) balıqları, turş süd məhsulları (pendir, kəsmik), həmçinin rutul mətbəxində meyvə və tərəvəzlər. Ədviyyatlar, eləcə də müxtəlif göyərtilərdən geniş istifadə olunur: cəfəri, vəzəri, yaşıl və qara reyhan, şüyüd, keşniş, isti və ətirli bibər, cilantro, nanə, kərəviz, tərxun, kəvər, yaşıl soğan, sarımsaq, kəklikotu və s. d. == Ənənəvi yeməklər == Acika, pomidor, sürtgəcdən keçirilmiş qırmızı bibər, keşniş, göy güldəfnə və digər ədviyyatlı otlar (təzə və ya qurudulmuş), sarımsaq, az miqdarda süfrə duzu əlavə edilməklə, xəmir kütləsi şəklində dadlı bir ədviyyatdır. Qırts - ət ( yak-atsyd gyrts ), ot ( uk-atsyd gyrts ) və ya kəsmik ilə tort. Qırtsbır - ət, tərəvəz, bitki mənşəli və ya kəsmik ilə doldurulmuş köftələr. Dolma yarpaq (kələm və ya üzüm) və ya tərəvəz (bibər) doldurulmuş yeməkdir. Duguied yamaq - plov.
Rutul rayonu
Rutul rayonu – Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Çehel Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. == İnşa tarixi == Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Putqun (Putqni) məbədi
Putqun (Putqni) məbədi - Qırxbulaq mahalında, Ellər (12 oktyabr 1961-ci ildən - Abovyan) rayonunun Putqun//Putqni kəndində VI əsrin sonları - VII əsrin əvvəllərinə aid qədim türk məbədi. == Tarixi == Eni 13,7 m, uzunluğu 29,9 m olan dördkünclü bu bazilika bölgədə qədim türk mədəniyyətinin parlaq nümunələrindəndir. Lakin təəssüf ki, VI-VII əsrlərdə Cənubi Qafqazda, о cümlədən Qərbi Azərbaycanda izi-tozu belə olmayan haylar bu gün başqa abidələrimiz kimi, bu abidəmizi də özlərinə çıxmaqda davam edirlər. Halbuki abidənin adı da onun türklərə - Qun//Hun budununa (boyuna) məxsusluğunu aydın göstərir. Putqni kəndinə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir. == İstinadlar == == Mənbə == Ə.Ələkbərli. Qərbi Azərbaycan, II cild, Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.631-632.