Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avrasiya
Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir. Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır. Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir. == Adının yaranması tarixi == Materikə bir çox adlar verilmişdir. Aleksandr Humboldt əraziyə "Asiya" adını vermişdir. Karl Qustav Royşle 1858-ci ildə "Handbuch der Geographie" kitabında "elerdtheil Asien-Europa" termini işlətmişdir.
Lavrasiya
Lavrasiya (rus. Лавразия, ing. Lavrasia) — Lavrentyev qalxanı (hazırda –Kanada qalxanı) və Asiya adından] Son Paleozoy- Erkən Mezozoyda Şimali Amerika, Avropa və Asiyanın (Hindistan və Şimal-şərqi Rusiyanın çox hissəsi istisna olmaqla) kontinental bloklarını birləşdirən və Yerin şimal yarım kürəsində mövcud olmuş hipotetik materik olub, cənub yarım kürəsindəki, Hondvana materikindən geniş dəniz hövzələri-Tetis okeanı ilə ayrılmışdır. Sonralar /Mezozoyun ortaları/ L. iki hissəyə parçalanır-Şimali Amerika və Avrasiya, onların arasında isə Atlantik okeanı əmələ gəlir. Avrasiya ilə Şimali Amerika materikləri əvvəllər Lavrasiyanın tərkib hissəsi olmuş və eramızdan 200–135 milyon illər arası bir-birindən ayrılmışdır.
Afro-Avrasiya
Afro-Avrasiya - Afrika və Avrasiya qitələrinin birlikdə adlandırıldığı termindir. Ayrıca olaraq "Köhnə dünya" olaraq tanınır. Dünya əhalisinin %85-i (5,7 milyarda yaxın insan) bu qitəyə aiddir. Afro-Avrasiya təxminən Yer kürəsinin 84 980 532 min kvadrat kilometr sahəsini tutur. Coğrafi olaraq Afrika və Avropanı Süveyş kanalı ayrılır. Afrika Avropa ilə birləşən zaman (təxminən 600 min sonra) bu qitə yaranacaqdır.
Aleksey Savrasov
Aleksey Savrasov (rus. Саврасов, Алексей Кондратьевич; 12 (24) may 1830, Moskva – 26 sentyabr (8 oktyabr) 1897, Moskva) — Rus mənzərə rəssamı. Aleksey Savrasov lirik mənzərə janrının yaradıcılarından hesab olunur.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Avrasiya (dəqiqləşdirmə)
Avrasiya — Yerin ən böyük materiki. Avrasiya (qəzet) — 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan qəzet. Avrasiya və dünya (qəzet) — Bakı Avrasiya Universitetinin mətbu orqanı.
Avrasiya Akademiyası
Avrasiya Akademiyası (ing. Eurasian Academy) görkəmli elm və sənət adamlarının, mütəxəssislərin və intellektualların beynəlxalq birliyidir. Qərargahı Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Avrasiya Akademiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 sentyabr 2012-ci ildə qeydiyyata alınmışdır. Avrasiya Akademiyasının təsisçiləri: Halil İnalcık (Turkey), Lütfi Zadə (USA), M. Gazi Yaşargil (USA), Arif Məlikov (Azerbaijan), və Hamlet İsaxanlı (Azerbaijan). Avrasiya Akademiyası təbiət elmləri və texnologiya, humanitar və sosial elmlər, ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir. Elm, sənət və insan inkişafına xidmət edən sahələrdə yüksək nailiyyətləri müstəqil surətdə və obyektiv şəkildə dəyərləndirmək və şərəfləndirmək Azərbaycan Akademiyasının əsas fəaliyyət sahələrindən biridir. Avrasiya Akademiyasına seçilən üzvlərə xüsusi hazırlanmış mükafat- "Avrasiya əfsanəsi" təltif olunur. Eyni zamanda Avrasiya Akademiyası öz xüsusi mükafatlarını və medallarını təsis edib layiq hesab etdiyi şəxsləri və qurumları təltif edir. == Fəaliyyət == 2012-ci ildə elm adamları və sənətçilər arasında yeni Akademiyanın yaradılması barəsində çoxlu sayda müzakirələr və məsləhətləşmələr həyata keçirildi. Təsisçilərin tərkibi haqqında yekun qərar qəbul edildi.
Avrasiya dilləri
Avrasiya dil ailəsi — linqvogenetik baxımdan daha çox tədqiq olunmuş qitə. Avrasiyada 21 dil ailəsi, 4 təcrid olunmuş və təxminən 12 təsif olunmamış dil var. Nostratik dil ailəsinin Avrasiya qrupuna aid edilən dillərin təsnifi: TÜRS, yaxud TÜRH dil ailəsi Türs, Türh, yaxud Lemnia (tükənmiş) Etrüsk (tükənmiş) Rit (tükənmiş) URAL-ALTAY dil ailəsi Altay TÜRK Oğur Saroğur (tükənmiş) Onoğur (tükənmiş) Bulqar (tükənmiş) Xəzər (tükənmiş) Avar (tükənmiş) Sabar (tükənmiş) Çuvaş Oğuz Peçenek (tükənmiş) Göyoğuz Anadolu-Türk Azərbaycan Türkmən Xorasan Qaşqay Əfşar Aynalu Salar Qıpçaq Kuman (tükənmiş) Qazaq Qırğız Tatar Başqurd Noqay Qaraqalpaq Karaym Qumuq Qaraçay-Balkar Krımtatar Karluk Özbək Uyğur Yoğır / Sarıuyğur Eynu Sibir Göytürk (tükənmiş) Altay Saxa / Yakut Dolğan Tıva Xakas Şor Arqu Xələc MONQOL Monqol Dahur Buryat Xalxa Oyrat Kalmık Yoğır Monqur Moğol Boan TUNQUS Ural (Fin-Uqor) Fin Macar (Uqor) Samodi Yukaqır Yapon-Korea-Ainu HİND-GERMAN dil ailəsi {449} HİND Hind-ari Hind Sanskrit Urdu Benqal Nepal Romani (Qaraçı) GERMAN Şimal german Norveç İsveç Den Farer İsland köhnə Nordca və digər şimal germanca (tükənmiş) Qərbi german Alman Niderland İngilis Kelt köhnə Anqel, Sakson və digər qərbi germanca (tükənmiş) Şərqi german (bütövlükdə tükənmiş) Qot (tükənmiş) Vandal (tükənmiş) ROMAN İber Portuqal İspan Qalisiya Araqon Oksitan Oksitan Katalan Qallo-Roman Fransız İtal Latın (tükənmiş) İtalyan, vb.
Avrasiya plitəsi
Avrasiya plitəsi — Avrasiya materikinin böyük hissəsini əhatə edən plitə. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir. Şərq tərəfdən şimala doğru Şimali Afrika plitəsi və cənuba doğru Filippin dənizi plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amur plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaeydəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi. Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib.
Avrasiya qonurdişi
Avrasiya tuneli
Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır. 5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır.
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Avrasiya əhalisi
Avrasiya əhalisi - Avrasiyada daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. == Haqqında == Avrasiya əhalisinin sayına görə materiklər arasında birinci yeri tutur. Hal-hazırda Avrasiyada 2017-ci ilə görə olan statistik göstəricilərə görə 4,618 milyard nəfərdir. Dünya əhalisinin 3/4-ü burada yaşayır. Avrasiyada yaşayan əhali Dünya əhalisinin 70%-ni təşkil edir. Əhalinin 2/3-si Asiyada, qalan hissəsi Avropada yaşayır. Qanq, Braxmaputra və Yantsızı çaylarının vadiləri, Yava adası, Banqladeş, ayrı-ayrı ölkələrdə formalaşmış iri sənaye rayonları sıx məskunlaşmışdır. Yava adasında əhalinin sıxlığı 400-1000 nəfər/kv. km, Banqladeşdə 850 nəfər /kv km-dir. Asiyada əhalinin orta sıxlığı hər kv km-də 79,1 nəfər, Cənubi Asiyada 257 nəfər, Şimali Asiyada 10 nəfərdir.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Alesia savaşı
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb. Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir. Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi.
Arazbar savaşı
Damğan savaşı
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular. Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi.
Dünyaların savaşı
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Göyçay savaşı
Göyçay döyüşü (rus. Геокчайский бой, türk. Göyçay/Gökçay Muharebesi) və ya Göyçay basqını (türk. Göyçay/Gökçay Baskını) — 27 iyun – 1 iyul 1918-ci il tarixində Nuru Paşanın başçılıq etdiyi Azərbaycan–Osmanlı koalisiya qüvvələri ilə XI Qızıl Ordu və erməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. İlkin döyüş 30 iyunda başa çatmışdır, lakin kiçik toqquşmalar 1 iyuluna qədər davam etmişdir. Sayca altı dəfə kiçik olmasına baxmayaraq, Azərbaycan–Osmanlı koalisiya qüvvələri erməni–sovet qüvvələrini Qafqaz İslam Ordusunun qərargahı olan Gəncəyə çatmamış məğlub etməyə nail olmuşdular. Azərbaycan–Osmanlı qoşunları Göyçaydan Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirə bilmişdilər. Döyüş nəticəsində bölgədə erməni–sovet hökmranlığına son qoyulmuşdur. == Zəmin == Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Gəncədə Osmanlı ordusunun döyüş vəziyyətinə qayıtmasının qarşısını almaq üçün hərbi əməliyyata başlamaq qərarına gəlmişdir. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz İşləri Komitəsinin komandiri Qriqori Korqanov 4 iyun 1918-ci ildə imzaladığı əmrlə Qızıl Ordunun hərəkətə keçməsini xahiş etmişdir.
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Qavqamel savaşı
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Siffin savaşı
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
Bayat savaşı
Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verən döyüşdür. Bu döyüş Qarabağ xanlığının xanı Pənahəli xanın qələbəsi ilə başa çatıb. == Döyüş == Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşına səbəb oldu. Hacı Çələbi və onun müttəfiqi Şamaxı xanı Hacı Məhəmmədəli xanın birləşmiş qüvvələri Qarabağın bəzi ərazilərini ələ keçirsələr də, qələbə qazana bilməyərək Pənahəli xanın müstəqilliyini tanıdılar. Hacı Çələbi xan geri qayıdarkən dedi ki: Pənah xan indiyənəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq!
Dünya Savaşı
Dünya Savaşı (Müharibəsi) (ingilis dilində: world war) dünyanın böyük güclərinin hamısının və ya əksəriyyətinin iştirak etdiyi kütləvi hərbi münaqişədir. Bu başlıq adətən 20-ci əsrdə baş vermiş iki böyük müharibəyə aiddir; Bu, " Birinci Dünya Müharibəsi " və " İkinci Dünya Müharibəsi " deməkdir. Bəzi tarixçilər " III dünya müharibəsi " və " IV dünya müharibəsi " haqqında danışıblar. Bəzi beynəlxalq münaqişələr, məsələn , doqquz illik müharibə, yeddi illik müharibə, soyuq müharibə və terrorizmə qarşı müharibə qlobal münaqişələr hesab edilir, lakin onlar adətən dünya müharibələri adlandırılmır.