Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
SES
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
VES
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Sve Sve Vin
Sve Sve Vin (3 dekabr 1975) — Myanmalı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Sve Sve Vin dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Aleksey Şved
Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston Rokets və Nyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü. == Karyerası == Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi. Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır.
Maryan Şved
Maryan Vasilyoviç Şved (ukr. Мар’ян Васильович Швед; 16 iyul 1997, Nikolayev[d], Lvov vilayəti) — İspaniya təmsilçilərindən olan Sevilya Atletiko klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Ukrayna futbolçusudur. == Karyerası == === Karpati Lvov === Şved Lvov Oblastın Mikolaiv şəhərində anadan olmuşdur. Şved Karpati Lvov gənclər akademiyasının yetirməsidir. O, yeddi yaşında olarkən bu akademiyaya qəbul edilmişdir. Onun ilk məşqçisi Vasil Leskiv olmuşdur. Şved Karpati klubu ilə debütünü 1 mart 2015-ci ildə Ukrayna Premyer Liqasında Metallurq Donetsk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Kiyevin Obolon Arenada keçirilən görüşdə Karpati rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. O, ilk qollarını 26 aprel 2015-ci ildə Olimpik Donetsk klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 4–1 hesabı ilə qalib gəlmişdir.
Quşlar (Aves)
Sven Botman
Sven Botman (12 yanvar 2000-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Botman Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 11 aprel 2018-ci ildə o, Ayaks klubu ilə 2022-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Botman öz peşəkar karyerasında debütünü 17 avqust 2018-ci ildə Roda klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Sven Hedin
Sven Hedin (19 fevral 1865[…] – 26 noyabr 1952[…], Kunqsxolm[d][…]) — isveç səyyahı, coğrafiyaçı, jurnalist, yazıçı, qrafik. == Tərcümeyi-hal == Stokholmda bürqer ailəsində anadan olub. Evli olmayıbdı. 1886-1934-cü illərdə Tibet və Mərkəzi Asiyada ekspedisiyada olmuşdur. Bu səyahətləri zamanı çoxlu tarixi abidələr və landşaftlarla rast gəlmiş və xəritədə qeyd etmişdir. Bir dənə tibetdə 170 000 kv.km-dir. Hedin isveç kralının mükafatlandırdığı axrıncı insan olmuşdur. 1920-1930-cu illərdə o artıq bütün dünyada tanınmış alim idi. Onun kitabları bir neçə dildə çap olunmuşdur. Hedin birinci dünya müharibəsində iştirak etmişdir.
Sven Ryüdell
Sven Oke Alqot Ryüdell (isv. Sven Åke Algot Rydell; 14 yanvar 1905, Göteborqs-Kristine[d] – 4 aprel 1975, Göteborq) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. 4 sentyabr 2014-cü ilə qədər İsveç millisinin forması ilə ən çox qol vurmuş oyunçu idi, onun rekordunu Zlatan İbrahimoviç 50-ci qolunu vuraraq təzələmişdir. Buna baxmayaraq, o, yeganə oyunçudur ki, millinin heyətində 9 het-trik etmişdir. == Futbol karyerası == Ryüdellin futbolçu karyerası 1920–30-cu illərə təsadüf edir və İsveç milli komandasında keçirdiyi 43 oyuna 49 qol vurmağı bacarmışdır. Bu göstəricini 80 il ərzində millinin heç bir futbolçusu təkrarlayamadı. Onun karyera illərində beynəlxalq futbol hələ yeni qurulurdu, buna görə də o, heç bir Dünya Çempionatında iştirak edə bilməmişdir; onun çıxış etdiyi yeganə beynəlxalq turnir 1924 Olimpiya Oyunları idi ki, orada komandası ilə ürünc medalı qazandı. Klub səviyyəsində Ryüdell "Örqrüte", "Redberqslids" və "Holmen"də çıxış etmişdir. 1931-ci ildə o. İsveçin ən dəyərli idmançısı seçildi və "Braqdquldet" mükafatını qazandı.
İkili sləş
URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Veb-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http:// URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn: http://www.science.az http:// – serverlə əlaqə protokolu; www – qovşağın tipi; science – qovşağın adı; .az – yuxarı səviyyəli domen.
Şvis (kanton)
Şvis (alm. Schwyz‎ [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). == Coğrafiyası == Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir.
Şvis kantonu
Şvis (alm. Schwyz‎ [ʃviːts], fr. Schwy(t)z, it. Svitto, romanş Sviz) — İsveçrənin mərkəzində alman dilli kanton. Paytaxtı — Şvis şəhəri. Əhalisi — 147 min nəfər (kantonlar arasında 17-ci yer; 2012-ci il məlumatı). == Coğrafiyası == Şvis kantonu İsveçrənin mərkəzi hissəsində yerləşir. Kanton ərazisindən Zil çayı axır; ona həmçinin Sürix gölünün, Firvaldşetet gölü və Tsuq gölünün bir hissəsi aiddir. Şvis kantonunun ərazisi — 908,2 km²-dir (İsveçrə kantonları arasında 13-cü yer). Torpaqların 41,0% kənd təsərrüfatı üçün istifadə edilir, 33,7% meşədir, 5,4% bina və yol tikintisi üçün ayrılıb, 20,0% torpaq istifadə edilmir.
Oksana Şvets
Oksana Oleksandrovna Şvets (ukr. Оксана Олександрівна Швець; 10 fevral 1955, Kiyev – 17 mart 2022, Kiyev) — Ukraynalı aktrisa. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrında çalışıb və 1996-cı ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb. O, həmçinin Ternopil Musiqi və Dram Teatrında, həmçinin Kiyev Satira Teatrında da səhnəyə çıxıb. O, 2013-cü ildə Rusiya-Ukraynanın birgə serialı olan Zanbaqlı ev filmində və televiziya tamaşasında da rol alıb. == Həyatı == Kiyevdə anadan olan Şvets 1975-ci ildə İvan Franko Teatrında teatr studiyasının, 1986-cı ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin teatrşünaslıq fakültəsinin məzunu olub. in 1986. Şvets Ternopil Musiqili Dram Teatrında və Kiyev Satira Teatrında da çalışıb. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrının (Gənc Teatr) ansambl üzvü kimi çalışıb. Şirkət onun bir çox rollarını və oyunlarını siyahıya alıb.
Hayqır SES
Hayqır SES — İranda su-elektrik stansiyası. Bu SES Fars ostanının Firuzabad şəhərinin cənub-şərqində, Hayqır dərəsində, Firuzabad çayı üzərində yerləşir. Hayqır SES Firuzabad şəhərindən təxminən 40 kilometr (25 mil) aralıda, bu şəhərdən Qirə gedən yolda yerləşir. Regionu içməli su ilə təmin etmək, kənd təsərrüfatı və sənaye sahələrin dəstək olmaq, elektrik enerjisi istehsal etmək, daşqınlara nəzarət etmək məqsədilə tikilmişdir.
Kozyak SES
Kozyak SES (mak. ХЕЦ Козјак) — 1994-cü ildən 2000-ci ilə qədər Treska çayı və süni Kozyak gölü üzərində qurulmuş Şimali Makedoniyayay məxsus olan su-elektrik stansiyası. Şimali Makedoniyada ən böyüyü və ən yüksək bəndə (hündürlüyü 130 m) sahib su anbarıdır. Ölkənin qərb hissəsində, Makedonski Brod icmasında (Skopyedən 45 km məsafədə) yerləşir. Anbarın tikilməsində əsas məqsəd daşqınların qarşısını almaqla elektrik enerjisi istehsal etmək və çayın axınını idarə etmək olur. Elektrik stansiyası Çinin birbaşa maliyyə dəstəyi ilə tikilib və müstəqil Makedoniya Respublikasında tikilmiş ilk elektrik stansiyasıdır. == Təsviri == Elektrik stansiyası iki Frensis turbininə əsaslanır: hər birinin nominal gücü 41 MVt-dır. Süni gölün uzunluğu 32 km və maksimum dərinliyi 130 m, göldəki suyun maksimum səviyyəsi 469.9 m, suyun həcmi isə 380 milyon kubmetrdir. Göldə balıq yoxdur. == İnşaat == === Maliyyələşdirmə === Bəndin tikintisi 1994-cü ilin avqustundan 2000-ci ilə qədər aparılmışdır.
Mehri SES
Mehri SES (bəzən Аraz SES) — tikintisi davam etdirilən SES. Stansiya Araz çayının üzərində yerləşir. Mehri şəhəri yaxınlığında Ermənistan (Qərbi Azərbaycan) və İran arasındakı sərhəddə yerləşir. SES tikintisinə 8 noyabr 2012-ci ildə başlanmışdır. Layihənin tikintisinin başa çatdırılması 2017-ci ilə təsadüf edəcəkdir. Stansiyanın güçü günlük olaraq 793 kVts enerjiyə hesablanmışdır. Mehri stansiyasının ümumi güçü 130 МVt Burada kaskad tikintisi planlaşdırılmasada Araz üzərində yerləşən iki SES tikiləcəkdir. Mehri SES idarə baxımından Ermənistana, Qaraçılar SES isı İrana mənsub olmalıdır. Ermənsitan hissəsində tikinti işlərinin ümumi qiyməti 323 milyon dollar olaraq qiymətləndirilir. == Layihənin tarixi == SES tikintisi ilə əlaqədar iki ölkə arasında 2007 və 2008-ci illərdə dövlətlər arası müqavilələr imzalanmışdır. 14 aprel 2009-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan Mehri SES tikintisi ilə əlaqədar İrana səfər edir.
Mingəçevir SES
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Nurek SES
Nurek su-elektrik stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası. == Tarixi == Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir.
Qaraqaya SES
Qaraqaya SES (türk. Karakaya Barajı) — Türkiyədə Fərat çayı üzərində inşa edilmiş su-elektrik stansiyası. Stansiya b1987-ci ildə istifadəyə verilmişdir. Cənub-Şərqi Anadolu layihəsi əsasında inşa edilmiş 21 su-elektrik stansiyasından biri. Burada güçü 300 MVt olan turbinlərin sayəsində ümumi güçü 1800 МВт olan elektrik enerji istehsal edilir. Hər ilin su səviyyəsi aşağı düşən dönəmlərdə bir kəndin məscidinə aid olan minarə su səthinə çıxır. Suyun 30 metr üzərinə çıxmasına baxmayaraq dağılmamışdır. == Konstruksiya == Qaraqaya SES önündə 173 metr hündürlüyü olan dəmir-beton konstruksiyalı bənd vardır. Su elektik stansiyanın 1800 MVt gücü sayı 6 olan, hər birinin isə 300 MVt gücə malik turbinlər təşkil edir. Su anbarının sahəsi 298 km²-dir.
Riqa SES
Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su-elektrik stansiyası. == Əsas məlumatlar == "Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur. Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır. Su-elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı. Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər).
Səs (1993)
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. == Yaranma tarixi == "Səs" qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. == Fəaliyyəti == Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5–10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.