Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sektor
Dairə sektoru — dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Sevkar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Spektr
Spektr (lat. spectrum lat. specter sözündən — görüntü, ruh) — fizikada işığın monoxromatik (bir rəngli) toplananları çoxluğu. İşıq haqqındakı elmi anlayışlar dərinləşdikcə, bu anlayış elektromaqnit spektrinə də aid edildi. Spektrlərin vizual müşahidəsi üçün istifadə edilən cihaza spektroskop, spektri təsvir edən cihaza isə spektroqraf deyilir. Elmə bu termini İsaak Nyuton 1671—1672-ci illərdə işığın prizmada sınmasından alınan göy qurşağına oxşayan çoxrəngli zolağı təsvir etmək üçün gətirmişdir. Вавилов С. И. Принципы и гипотезы оптики Ньютона. Собрание сочинений. том 3, Москва, Изд-во АН СССР, 1956. Gustav Kirchhoff, Robert Bunsen.
Vektor
Vektor (riyaziyyat və fizika)
Əvəsor
"Əvəsor" Xalq Kollektivi — 1964-cü ildə Fərbiyyə Şabanova tərəfindən Astara rayonunun Kakalos kəndində fəaliyyət göstərən Talış və Azərbaycan xalq mahnı və rəqslərini toplayan folklor kollektivi. 1985-ci ildə rəsmən "Əvəsor Folklor Kollektivi" adlanır. Kollektiv, 1988-ci ildə Rumıniyanın Borşa, 1991-ci ildə Dağıstanın Qızlar, 1993–95-ci illərdə Türkiyənin Ankara və Gölcük şəhərlərində keçirilən beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 12 iyul 2000-ci il tarixli qərarı ilə kollektivə "Xalq Kollektivi" adı verilmişdir. Kollektivin repertuarındakı el nəğmələri, laylalar, milli rəqslər Fərbiyyə Şabanovanın və Şadoğlan Bayramovun 2004-cü ildə nəşr olunmuş "Talış bölgəsinin nəğmələri" kitabına daxil edilmişdir. 2010–2017-ci illərdə Bakı şəhərində Dənizkənarı parkda təşkil olunan "Novruz" bayramı şənliklərində iştirak etmişdir. Kollektiv 2014-cü ildə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında, Lerik rayonunda keçirilmiş Uzunömürlülərin Yaradıcılıq Festivalında iştirak edərək diplomlara layiq görülmüşdür. Şəki "İpək yolu" VI Beynəlxalq musiqi festivalı çərçivəsində "Yuxarı Karvansara" mehmanxana kompleksində Azərbaycanda yaşayan azsaylı xalqlarının folklor mahnı və rəqslərindən ibarət tədbirdə iştirak etmişdir. 9 aprel 2017-ci ildə 2017 İslam Həmrəyliyi Oyunlarının Astara rayonunda keçirilən "Su səyahəti" tədbirində çıxış etmişdir.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Elektromaqnit spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Optik spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Regina Spektor
Regina İliniçna Spektor (rus. Реги́нa Ильи́нична Спе́ктор) - Rusiya-ABŞ müğənnisi, mahnı müəllifi və pianoçusu.
Sverker sülaləsi
Sverker sülaləsi — İsveçi idarə etmiş tarixi sülalədir. Sülalənin üzvləri əvvəllər Şərqi Qotlandiya qrafları idilər. Sülalənin ilk üzvü olan I Sverker Qərbi Qotlandiyanı fəth edərək kral oldu. Onun ölümündən sonra oğulları və nəvələri taxt-tacı dəfələrlə itirdilər və qazandılar. Sülalənin son hökmdarı I İohannın ölümü ilə hakimiyyət tamamilə Erik sülaləsinin əlinə keçdi.
Vahid vektor
Vahid vektor (normallaşdırılmış vektor boşluğu vahid vektordur) — modulu (uzunluğu) vahidə bərabər olan vektor.
Vektor (həndəsə)
Vektor — riyaziyyatın müxtəlif sahələrində müxtəlif cür təyin olunur. Xətti cəbrdə vektor — vektor fəzasının (və ya xətti fəzanın) elementidir. Vektorları ədədə vurmaq olar, eləcə də onları toplamaq olar. Vektorları həmçinin başqa vektorların xətti kombinasiyası şəklində göstərmək olar. Bazis bir-birindən xətti asılı olmayan elə vektorlar küllüsünə deyilir ki, həmin vektorlarla bütün fəzanı əhatə etmək olar. Sonlu fəzada sonlu bazis vektorlar mövcuddur və bu zaman fəzanın hər bir vektorunu bu bazis vektorları ilə yeganə şəkildə aşağıdakı şəkildə ayırmaq mümkündür: x → = ∑ i = 1 n x i e → i , {\displaystyle {\vec {x}}=\sum _{i=1}^{n}x_{i}{\vec {e}}_{i},} burada e → 1 , … , e → n {\displaystyle {\vec {e}}_{1},\dots ,{\vec {e}}_{n}} — bazis, x 1 , … , x n {\displaystyle x_{1},\dots ,x_{n}} isə x → {\displaystyle {\vec {x}}} vektorunun verilmiş bazisdə koordinatlarıdır. Həndəsədə vektor anlayışı cəbrdəkindən fərqlənir. Belə ki, burada vektorlar; sərbəst və rabitəli vektora ayırırlar. Rabitəli vektor və ya istiqamətlənmiş parça (istiqamətlənmiş düz xətt parçası) — Evklid fəzasında nizamlı nöqtələr cütlüyüdür. Sərbəst vektor — istiqamətlənmiş düz xətt parçalarının ekvivalentlik sinfidir.
Vektor analizi
Vektor analizi — Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
Vektor displeyi
Vektor displeyi (vector display) – ekranda görüntünü yaratmaq üçün elektron şüasını x-koordinatı və y-koordinatı üzrə sapdıran elektron-şüa borusu. Məsələn, vektor displeyində xətt çəkmək üçün videoadapter siqnalları sapdıran qurğuya göndərir ki, elektron şüası xətt boyunca hərəkət etsin; darama sətirlərindən ibarət heç bir fon yoxdur, ona görə də ekrana çıxarılan xətt piksellərdən yaranmır. Vektor displeylərindən, adətən, ossilloskoplarda və DVST (DIRECT-VIEWING STORAGE TUBE) displeylərində istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vektor prosessoru
Vektor prosessoru (Vector processor) – rəqəmli verilənlərin birölçülü massivləri (vektorlar) üzərində paralel hesablamalar üçün komandalar toplusuna malik olan kompüter. Vektor prosessoru ilə matris prosessoru oxşar məsələləri həll etsələr də, onlar arasında fərq var: vektor prosessorda vektor bütövlükdə xüsusi funksional bloka verilir, matris prosessorunda isə vektorun hər bir elementi ayrıca hesab qurğusuna göndərilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. New Scientist. I'm Sweet Enough 21 January 2006.
Tekor kilsəsi
Tekor kilsəsi (həmçinin Müqəddəs Sarkis kilsəsi, Müqəddəs Təslis kilsəsi) - Türkiyə Cümhuriyyəti, Qars ilinin Ani şəhər xarabalığı yaxınlığında yerləşən Digor kəndi ərazisində V əsrdə aid edilən qədim bazilika. Kilsə, 1912-ci ilə kimi ilkin görünüşünü qoruya bilsə də, həmin il baş verən zəlzələ nəticəsində böyük bir hissəsi dağılaraq məhv olmuşdur. O dövrdə kilsənin qübbəsi, damı və Cənub divarı çökmüşdür. 1936 - cı ildə baş verən başqa bir zəlzələ isə binanın yrdə qalan hissəsinin dağılması ilə nəticələnmişdir. Dövrümüzə isə abidədən yalınız bəzi divar qalıntıları çatmışdır. Kilsənin Şimal girişi üzərindəki kitabədə binadan "Müqəddəs Sarkisin bu şəhidliyi" deyə bəhs edilməsi və şahzadə Sahak Kamsarakan tərəfindən inşa etdrilməsi məlumdur. Bu şahzadənin adnın çəilməsi binanın inşa tarixini 480-ci ilə qədər aparıb çıxarır. Kilsənin kitabəsi tarixdə məlum olan ən qədim erməni dilində olan yazı olub və anlaşılmaz bir şəkildə aşağıdan yuxarı yazılmışdır. Bina həmçinin bilinən ən qədim qübbəli erməni kilsəsidir. İlk öncə tədqiqatçılar binanın xristianlıqdan əvvəlki paqan dinlərə aid bir məbəd olduğunu, sonra isə apsis və qübbə əlavə edilərə kilsəyə çevrildiyini iddia edirdilər.
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Şəkər. oyk. Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir.
Əş-Şəkur
Əş-Şəkur (ər. الشكور) — Allahın adlarından biri.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Ailəlidir, üç övladı var. Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şəkər podrası
Şəkər podrası, şəkərin ovxalanaraq müəyyən bir miqdarda qarğıdalı nişastası ilə toz halına salınmış formasıdır. Azərbaycan həmçinin də türk mətbəxində desert və xəmir xörəklərində geniş bir formada istifadə olunan qida əlavəsidir.
Şəkər tozu
Şəkər tozu (həmçinin kristalik şəkər, təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur. Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduru və şəkər qamışıdır. Kristal ölçüsü - 0,2-2,5 mm Kristal rəngi: ağ, sarımtıl rəngli ağ Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından) Nəmin kütlə payı - 0,14-0,15% Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur. Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu. Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb.