Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
SWAT
Amerika əyalətlərində təşkilatlanan seçmə bir polis taktika vahididir. Nizamlı bir təhsil ilə yüksək riskli əməliyyatları reallaşdırmaq üçün öyrədilmişdir. Vəzifələri girov qurtarmaq və yüksək riskli həbs, arama və terrorla mübarizə əməliyyatlarıdır. Bir SWAT qrupu, ümumiyyətlə, yüngül pulemyotlar, hücum tüfəngləri daxil olmaq üzrə, xüsusi silah, ov tüfəngi, qarışıqlıq idarə agentləri, baş gicəlləndirici əl bombaları və iti nişançı tüfəngləri ilə təchiz edilmişdirlər. Ayrıca gecə fikiri üçün xüsusi təchizata və xüsusi can yeleklerine malikdir. İlk SWAT timi, 1968-ci ildə Los Anceles Polis Müəssisəsində quruldu. SWAT vahidləri qurulduğu tarixdən etibarən müvəffəqiyyətli performansları ilə Amerikanın diqqət çəkən vahidlərindəndir.
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
SAT
SAT (Türkiyə)
Kilovatt-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Mavi saat
Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu olduğu alatoranlıq. Rayleighin səpilməsi təsirindən yaranır. Qızıl saat (İngiliscə: Magic hour/Golden hour (Sehrli saat/Qızıl saat)) ilə keyfiyyətli bir işıq mühiti yaratdığından bu rəng xüsusilə fotoqraflar tərəfindən seçilir. Ancaq “Mavi saat”ın heç bir sahədə rəsmi tərifi yoxdur. “Mavi saat” vaxtı səhər və axşam təxminən 20 dəqiqə davam edir və qırmızı şüaların kosmosa doğru geriyə çəkilərkən mavi işıqların atmosferə səpələnməsi nəticəsində baş verir. Günəş üfüqdə 4 ilə 8 dərəcə olduqda, mavi işıq spektrları daha aydın olur. == Sənət dünyasında mavi saat == === Musiqi === Hər cəhətdən vizual bir ziyafət yaradan və insanlara estetik zövq verən bu təbiət hadisəsi bir çox sənətçi və musiqi qruplarını ilhamlandırmışdır. İçində Mavi saat keçən bəzi mahnılar: Vanessa Daou - This Blue Hour Roy Orbison - When the Blue Hour Comes Turin Brakes - Blue Hour Stephen Cummings - Blue Hour Rod Webber - Blue Hour Andreas Vollenweider - Chanson de l'Heure Bleue (Song of the Blue Hour) Christian Death - The Blue Hour Raise the Dragon - The Blue Hour Vika and Linda - The Blue Hour Nina Gordon - The Blue Hour Division Kent - L'Heure Bleue Yasmine - Uur blauw Faun - Blaue Stunde === Fotoqrafiya === Fotoqrafiyada, xüsusən də memarlıq fotolarında, mühit işığında xüsusi bir keyfiyyət yaradan bu zaman binalar və səma arasında gözəl bir kontrast uyğunluğu yaradır. Göy qaranlıqlaşdıqda, binaların konturları qeyri-müəyyən olur, görüntünü təhrif edir, ancaq Mavi saatda sərhədlər və kənarlar aydın qalır, fotonu daha cəlbedici edir. Günün bu hissəsində işıq dərinin daha yaxşı görünməsinə səbəb olan isti bir kölgə də yaradır.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Qızıl saat
Qızıl saat və ya sehrli saat; fotoqrafiyada istifadə edilən şəkil çəkməzdən əvvəl istifadə olunan havanın sarımtıl rənginə verilən addır. Günün bu saatı Günəşin batması ilə qaranlıq arasındakı zamana uyğundur. Başqa bir tərif verilmiş olarsa, günəşin üfüqdən altı dərəcə aşağı olmasıdır. Bundan əlavə, kölgələr bu zamanda uzanır. Saat sözü istifadə olunsa da, qızıl saatın həqiqətən altmış dəqiqə davam etməsi demək deyil. Ekvatora yaxın yerlər üçün günəşin sürətlə hərəkət etməsi səbəbindən bu müddət daha qısadır, lakin qütb dairələrində olan bölgələrdə Qızıl Saat nəzəri olaraq bütün gün davam edə bilər.
Saat (Amerikalılar)
Pilot (ing. Pilot) — Amerikalılar teleserialının 1-ci mövsümünün 2-ci seriyasıdı. 6 fevral 2013-cü ildə ABŞ-nin FX kanalında yayımlanmışdı. Seriyanın senaristi Co Uayzberq, rejissoru isə Adam Arkindir. "Saat" Nielsen Media Research-un məlumatına görə ABŞ-də 1.97 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 0.8 reytinq qazanmışdı.
Saat (bürc)
Saat (lat. Horologium) — göyün cənub yarımkürəsində bürc.
Saat (şahmat)
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Saat dairəsi
Ulduzlar hər an səmavi kürə üzərində bir paralel tuşunda çönməkdədirlər. paralel tüşünda çönməkdə olan ulduz hər an bir meridian üzərində dir ki bu meridian səmavi kürənin oxunu qapsayıb bir dairə təşkil edir. bu dairəyə astronomiya geodeziyasında saat dairəsi adlanır.
Saat pavilyonu
Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir. Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir. Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Suat Dərviş
Suat Dərviş (əsl adı Xədicə Səadət Baraner) — (1905, Konstantinopol – 23 iyul 1972, İstanbul) Tibb professoru İsmayıl Dərviş bəyin qızı Suat Dərviş bir müddət yazıçı Rəşad Fuad Baraner ilə evli olub. Xüsusi təhsil alıb. Bir müddət Almaniyada Berlin Konservatoriyası və Ədəbiyyat Fakültəsində oxuyub. 1932-ci ildə Türkiyəyə qayıtdıqdan sonra "Son məktub", "Vətən", "Cümhuriyyət", "Gecə məktubu" kimi qəzetlərdə reportajları və romanları çap olundu. Rəşad Fuad Baranerlə birlikdə Türkiyədə ictimai cərəyanın ilk yayın orqanlarından biri hesab edilən "Yeni Ədəbiyyat Dərgisi"ni 15 oktyabr 1940 – 15 noyabr 1941-ci illər arasında yayınladı. Bu dərgidə qısa hekayələr, lətifə və tənqidlər dərc olunurdu. 1944-cü il həbsləri zamanı əri Rəşad Fuad Baraneri gizlətdiyi və qanunsuz Türkiyə Komunist Partiyasına qoşulduğu ittihamı ilə mühakimə olundu və bir il həbs cəzasına məhkum edildi. Parisə getdi və 1953–1963-cü illər arasında orada yaşadı. 1963-cü ildə Türkiyəyə qayıtdıqdan sonra romanlarını yazmaq və çap etməklə məşğul oldu, İnqilabçı Qadınlar Birliyini yaratdı. Ədəbiyyata şeirlə gəlmişdir.
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Azərbaycanda saat
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
168 saat
"168 saat" — Həftəlik ictimai qəzet "168 saat" qəzeti 1991-ci il may ayının 14-də yaranıb. İlk sayı Sumqayıt şəhərində işıq üzü görüb. Müasir Azərbaycan mətbuatının ən stajlı qəzetlərindən biridir. Dünya miqyasında gənclərin problemlərini işıqlandırmaq, habelə anti AİDS və antinarkomaniya mövzusunda fəal təbliğata görə 2001-ci ildə «168 saat» qəzeti Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının Fəxri Diplomuna layiq görülüb. Beynəlxalq miqyasda ictimai və milli azlıqları müdafiə etmək sahəsindəki uğurlarına görə də qəzet təltif olunub. Belə ki, 2001-ci ildə «Asiya qitəsində yaşayan türkmən xalqının mənəviyyatını təbliğ etdiyi üçün «168 saat» İraq-Türkmən cəbhəsi Türkiyə təmsilçiliyinin fəxri təqdirnaməsinə layiq görülüb. Qəzetin və bütün Azərbaycan qəzetçiliyinin daha bir uğuru: 2001-ci ilin mayında dünyanın 162 ölkəsinin bazarını tədqiq edən Beynəlxalq «Business İnitiative Directions» İnsitutu tərəfindən XVIII Beynəlxalq Paris Konvensiyası çərçivəsində 2000-ci ilin yeganə Kütləvi İnformasiya Vasitəsi kimi «168 saat» qəzeti «İnternational Gold Star» mükafatına layiq görülüb. 2002-ci ilin iyulunda dünya biznesini araşdıran təsisatlar «168 saat» qəzetlər qrupunun «Futbol proqnoz» idman əlavəsini Cenevrə şəhərində ən yaxşı nəşr kimi «Century İnternational Quality Era Award» mükafatına layiq görüblər. 2003-cü ildəki müstəsna fəaliyyətinə görə isə «168 saat» qəzetlər qrupu Avropa qitəsinin ən möhtəşəm EMRC ali mükafatına layiq görülüb. (Nüfuzlu «Europian Market Research Center» təsisatının təqdimatında).
Jujuy (ştat)
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.