Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sloveniya
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir. Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur.
Dactylis slovenica
Sloveniya Respublikası
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir. Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur.
Sloveniya bayrağı
Sloveniya bayrağı — Sloveniyanın Dövlət bayrağı
Sloveniya şəhərləri
Lyublyana — 258 873
Sloveniya əhalisi
Sloveniya əhalisi — 2013-cü il məlumatına görə ölkədə 2 058 821 nəfər yaşayır. Hər km² 101 nəfər düşür. Bu isə Avropa İttifaqında ən sıx məskunlaşan dövlətlərdən biridir. Əhalinin təbii və mexaniki hərəkəti Number of population and natural change of population Sloveniya Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində formalaşdırlarkən demək olar ki, bir monoetnik bir ərazi quruluşunda təşkil edilir. 1948-ci ildə aparılan siyahıya almaya əsasən respublikada 1440,0 min nəfər yaşayırdı. Bu əhalinin 1350,1 min nəfəri slovenlər idi. Respublikada 16,1 min xorvat, 10,6 min macar, 7,0 min serb, 0,5 min monteneqrolu, 0,4 min makedon, 0,2 min müsəlman, 0,2 min alban yaşayırdı. Sloveniyanın hazırda da əhalisinin böyük hissəini slovenlər təşkil edir. Hazırda ölkədə xorvatlar, serblər, bosniyalılar, macarlar, italyanlar. Etnik tərkib: Slovenlər (80,0 %) Xorvatlar (2,8 %) Serblər (2,4 %) Bosniyalılar (1,4 %) Macarlar (0,7 %) Monteneqrolular (0,2 %) Makedonlar (0,2 %) Albanlar (0,2 %) İtalyanlar (0,5 %) digərləri (4,4 %) Əhalinin orta sıxlığı km²-ə 95 nəfərdir.
Sloveniya gerbi
Sloveniya gerbi aşağısında və yanlarında ensiz qırmızı haşiyəsi olan qalxandır, onun göy sahəsində iki dəfə dalğalı oyulmuş gümüş fiqur, Triqlav dağının və Adriatik dənizinin simvolik təsviridir. Qalxanın başında üçbucaq şəklində düzülmüş üç qızılı altıguşəli ulduz var (Qraf fon Zillinin gerbindən qəbul edilmişdir). Gerb Sloveniyanın bayrağında görünür. Gerbin müəllifi — Marko Poqaçnikdir. Yuqoslaviyanın tərkibində olan Sloveniya Sosialist Respublikasının gerbində də Triqlav təsviri və dalğavari xətlər var idi. Müasir müstəqil Sloveniyanın gerbindən fərqli olaraq, o, qırmızı lentlə bağlanmış buğda sünbülləri və cökə yarpaqları ilə haşiyələnmişdi. Üstündə kommunizmin simvolu olan qırmızı ulduz var idi. Dizayner Marko Poqaçnik gerbi ölkəni qoruyan və onun daxili potensialını stimullaşdıran enerji sahəsi yaradan kosmoqram kimi təsvir etmişdir. Poqaçnikin fikrincə, Triqlav kişiliyi simvollaşdırır. Onun altında Triglav göllərinin vadisini və Sloveniya dənizini və ümumiyyətlə çayları və ya qadın prinsipini təmsil edən iki ağ əyri xətt var.
Azərbaycan–Sloveniya münasibətləri
Azərbaycan–Sloveniya münasibətləri — Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin fevral ayının 20-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Anar Axundzadə olmuşdur. 4 mart 2016-cı il tarixindən Ağalar Vəliyev işçi qrupunun rəhbəridir. == Viza == Sloveniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
Gürcüstan–Sloveniya münasibətləri
Gürcüstan–Sloveniya münasibətləri — Gürcüstan Respublikası və Sloveniya arasındakı mövcud ikitərəfli münasibətlər. İki Avropa ölkəsi arasında iki tərəfli əlaqələr 1993-cü ildə qurulmuşdur. Sloveniya Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Onun sadiq tərəfdaşlarından biri və qərbyönümlü bir yol qət edən ölkə olaraq sıx diplomatik tərəfdaşlığa geniş yer verir. == Tarix == Gürcüstan və Sloveniya arasında diplomatik münasibətlər 18 yanvar 1993-cü ildə qurulmuşdur. Üstəlik hər iki dövlətin müstəqillik qazanmasından cəmi iki il belə keçməmişdi (Gürcüstan SSRİ-dən, Sloveniya Yuqoslaviyadan). Sloveniya davamlı olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. 2008-ci ildə Sloveniyanın Baş naziri Janez Jansa, Rusiya-Gürcüstan müharibəsindən sonra Çexiya və Latviyadan olan həmkarları ilə görüşdükdən sonra bunları demişdir: Sloveniya 2015-ci il Avropa Şurası toplantısı zamanı Rusiyanı atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə və silahlı qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağıran bir neçə ölkədən biri olur. Elə həmin il Sloveniya 69-u lehinə, 3 əlehinə olan Avropa İttifaqı və Gürcüstan arasındakı Assosiasiya Sazişini Milli Məclisində təsdiqləyən 21-ci Avropa Birliyi üzvü olur. Sloveniya 2008-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Gürcüstan tərəfindən təsdiqlənən məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qaytarılmasına dair qətnaməsinə səs vermişdir.
Loqar dərəsi (Sloveniya)
Loqar dərəsi (sloven. Logarska dolina) ― Sloveniyada dərə. Dərənin slovencə adı nisbətən yenidir və öz növbəsində slovencə "bataqlıq çəmən" mənasını verən log sözündən yaranmış Loqar fermasının adından qaynaqlanır. 1987-ci ildə ərazidə 24,75 kvadrat kilometri əhatə edən ladşaftı parkı yaradılmışdır. == Coğrafiya == Loqar dərəsi tipik bir U şəkilli buzlaq dərəsidir. Dərə loq adlanan aşağı hissə, Plest adlanan orta hissə (əsasən meşə sahəsindən ibarətdir) və Kot adlanan (kar) yuxarı hissə olmaqla üç hissəyə bölünür. Dərə özü tektonik mənşəli olsa da, onun son güclü "dizayner"i buzlaq olmuşdur. Ərazidə ən gənc buzlaşma dövrü olan Pleystosenin izləri var. Dərədəki təcrid olunmuş ferma torpaqlarında cəmi 35 nəfər yaşayır. == İqlim == Loqar dərəsində kontinental iqlim hakimdir.
Moldova-Sloveniya münasibətləri
Moldova-Sloveniya əlaqələri (Slovencə: Odnosi Moldavija-Slovenija, Rumınca: Relațiilor Moldo-Slovenia, Rusca: Молдовы-Словении oтношения) — Moldova və Sloveniya arasında ikitərəfli əlaqələrdir. Moldova, bilinməyən bir tarixdə Sloveniya Respublikasını tanıdı. Diplomatik əlaqələr 1993-cü ilin Oktyabr ayının 27-də quruldu. Hər iki ölkə də Budapeşt'dəki (Macarıstan) səfirlikləri vasitəsilə təmsil edilir. Moldovan Prezident Petru Luçinski 2003-cü ilin Aprel ayında Sloveniyanı ziyarət etdi. Sloveniya Prezidenti Yanes Dronovsek, 2004-ci ildə Moldovanın keçmiş prezidenti Vladimir Voronin ilə görüşdü və Voronin'in Moldova üçün sabitlik və təhlükəsizlik paktını imzalamasına dəstək verdi. 2007-ci ilin Aprel ayında Moldovan Baş nazir Vasile Tarlev, Sloveniya Baş naziri Yanes Yanşa'nı ziyarət etdi. Hər ikisi də iki ölkə arasında daha güclü ticarət əlaqələri qurulması üçün danışıqlar apardı və iki iqtisadiyyat nazirliyi arasında bir memorandum imzaladılar. Tarlev'in ziyarəti Lyublyana'daki dördüncü Moldovan-Sloven ticarət forumunun bir parçası idi. Sloveniya Moldovanın Avropa İttifaqına qoşulma istəyi mövzusunda Moldovaya xüsusi yardım təklif etdi.
Moldova–Sloveniya münasibətləri
Moldova-Sloveniya əlaqələri (Slovencə: Odnosi Moldavija-Slovenija, Rumınca: Relațiilor Moldo-Slovenia, Rusca: Молдовы-Словении oтношения) — Moldova və Sloveniya arasında ikitərəfli əlaqələrdir. Moldova, bilinməyən bir tarixdə Sloveniya Respublikasını tanıdı. Diplomatik əlaqələr 1993-cü ilin Oktyabr ayının 27-də quruldu. Hər iki ölkə də Budapeşt'dəki (Macarıstan) səfirlikləri vasitəsilə təmsil edilir. Moldovan Prezident Petru Luçinski 2003-cü ilin Aprel ayında Sloveniyanı ziyarət etdi. Sloveniya Prezidenti Yanes Dronovsek, 2004-ci ildə Moldovanın keçmiş prezidenti Vladimir Voronin ilə görüşdü və Voronin'in Moldova üçün sabitlik və təhlükəsizlik paktını imzalamasına dəstək verdi. 2007-ci ilin Aprel ayında Moldovan Baş nazir Vasile Tarlev, Sloveniya Baş naziri Yanes Yanşa'nı ziyarət etdi. Hər ikisi də iki ölkə arasında daha güclü ticarət əlaqələri qurulması üçün danışıqlar apardı və iki iqtisadiyyat nazirliyi arasında bir memorandum imzaladılar. Tarlev'in ziyarəti Lyublyana'daki dördüncü Moldovan-Sloven ticarət forumunun bir parçası idi. Sloveniya Moldovanın Avropa İttifaqına qoşulma istəyi mövzusunda Moldovaya xüsusi yardım təklif etdi.
Sloveniya Dəmir Yolları
Sloveniya dəmir yolları (sloven. Slovenske železnice, SŽ) — Keçmiş Yuqoslaviya dəmir yollarının ayrılmasından və Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə idarəetmə mərkəzi Lyublyanada qurulan Sloveniya Dövlət Dəmiryolları. Sloveniya ərazisindən keçən ilk dəmir yolu 1840-cı ildə Avstriya İmperiyasının paytaxtı olan Vyana və əsas ticarət limanı olan Triesti birləşdirən zaman inşa edilir. Nəticədə 1844-cü ildə Maribor Qratsla əlaqələndirilir. Dəmir yolu daha sonra 1849-cu ildə Praqersko və Sele vasitəsilə Lyublyana qədər uzadılır. 1860-cı ildə Praqerskodan gələn dəmir yolu Ormoje ilə yanaşı Xorvatiyadakı Çakovec ilə bağlanır və bununla da imperiyanın Avstriya və Macarıstan hissələri birləşdirilir. 1862-ci ildə Zidanı Zaqreb ilə birləşdirən Sava çayı boyunca tək bir yol qurulur (ikinci yol 1944-cü ildə tikilir). 1863-cü ildə Dravoqrad, Maribor, Klaqenfurt və Villax şəhərlərini birləşdirən Drava çayı boyunca Karinti Dəmiryolu inşa edilir. 1870-ci ildə Sava çayının yuxarı sahili boyunca İtaliyadakı Kran, Lyublyana, Esenise və Tarvisionu birləşdirən bir dəmir yolu inşa edildi. 1999-cu ildə Murska Sobota və Xodoş arasındakı tək yol xətti bərpa edildi, bu da Macarıstan dəmir yolu sistemi ilə birbaşa əlaqəni təmin etdi.
Sloveniya şəhərlərinin siyahısı
Lyublyana — 258 873
Ukraynanın Sloveniya səfirliyi
Ukraynanın Sloveniya səfirliyi (ukr. Посольство України в Республіці Словенія) — Ukraynanın Sloveniyanın Lyublyana şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Sloveniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1993-cü ildə isə Ukraynanın Sloveniya səfirliyi yaradıldı. Ukraynanın Sloveniyada olan fövqəldə və səlahiyyətli səfiri Mixail Brodoviçdir. O, 2015-ci ildən bu vəzifədədir.
Sloveniya–Yaponiya münasibətləri
Sloveniya–Yaponiya münasibətləri (sloven. Odnosi med Japonsko in Slovenijo; yap. 日本とスロベニアの関係) – Sloveniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Sloveniyanın Tokioda, Yaponiyanın Lyublyanada səfirliyi yerləşir. Yaponiya Sloveniyanın müstəqilliyini 17 mart 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 oktyabr 1992-ci ildə qurulmuşdur. 2006-cı ildə Yaponiyanın Sloveniyadakı səfirliyi açılmışdır. 2000-ci ildə Yaponiya şahzadəsi Sayako Sloveniyaya səfər etmiş və Sloveniya prezidenti Milan Kuçan ilə görüşmüşdür. 2013-cü ildə Borut Pahor Yaponiyaya səfər etmiş ilk Sloveniya prezidenti olmuşdur. O, Yaponiya imperatoru Akihito və baş nazir Şinzo Abe ilə görüşmüşdür.
Azərbaycan–Sloveniya futbol matçları
Eyni vaxtdan 1994-cü ilin yayından beynəlxalq arenaya çıxan Azərbaycan və Sloveniya yığmaları nə qədər maraqlı olsa da, heç vaxt qarşılaşmayıblar. Özü də bu əsas milli ilə yanaşı U-21, U-19 və U-17-lərə də aiddir. Avrokuboklarda isə balkanlılar həmişə Azərbaycan klublarını məyus edib. "HİT-Qoritsa" iki il dalbadal "Neftçi"ni (2000/01 mövsümündə 0:1, 3:1 və 2001/02 mövsümündə 0:0, 1:0), "Olimpiya" isə 2001/02 mövsümündə "Şəfa" nı (4:0, 3:0) məğlub edib. Azərbaycan klublarında oynamış legionerlər arasında da sloveniyalı olub. Bu "Neftçi"də parlamış Tomislav Mişuradır. Sloveniya vətəndaşı olan xorvat əsilli bombardir Azərbaycanda vurduğu qollarla "ağ-qaralar"ın azarkeşləri arasında kifayət qədər pərəstişkar toplamışdır. Özü isə Azərbaycan çempionu və "Birlik kuboku"nun qalibi oldu. Bundan başqa son vaxtlar "Bakı" təlim-məşq toplanışları üçün Sloveniyanı seçməsi ilə diqqət çəkir. == Kişilər == === A milli === 11.11.2020 Lyublyana, Sloveniya YO Sloveniya – Azərbaycan 0:0 === U-21 === 28.05.2016 Sloevniya YO Sloveniya – Azərbaycan 4:1 31.05.2016 Sloveniya YO Sloveniya – Azərbaycan 1:2 26.03.2023 Antalya, Türkiyə YO Azərbaycan – Sloveniya 2:0 === U-19 === 15.11.2014 Tatabanya, Macarıstan AÇSO Sloveniya – Azərbaycan 2:3 22.03.2022 Sloveniya YO Sloveniya (U18) – Azərbaycan (U18) 1:0 3.
Dactylis glomerata subsp. slovenica
Sloveniya 2015 Avropa Oyunlarında
Sloveniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Sloveniya ümumilikdə 80 idmançı ilə təmsil olunub.
Sloveniya Avroviziya Mahnı Müsabiqəsində
Sloveniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən 1994 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyada iştirak etməmişdir. Sloveniya müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qələbə qazanmamışdır və indiyədək əldə edilən ən yüksək nəticə 1995-ci ildə Darya Şvayqer və 2001-ci ildə Nuşa Derendanın təmsilində qazandıqları yeddinci yerdir. 2004-cü ildə Avroviziyada yarımfinalların tətbiqindən sonra Sloveniya 10 dəfə yarımfinal mərhələsində məğlub olmuş və yalnız 2007, 2011, 2014, 2015, 2018 və 2019-cu illərdə müsabiqənin finalına yüksələ bilmişdir. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Sloveniya milli basketbol komandası
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası — Sloveniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Sloveniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi İqor Kokoskovdur.
Sloveniya milli futbol komandası
Sloveniya milli futbol komandası - Sloveniyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. Azərbaycan milli komandası kimi Avro-1996-dan etibarən beynəlxalq arenaya çıxan Sloveniya yığması keçirdiyi 8 seçmə mərhələnin 3-də uğur qazanıb. 2000-ci ildə qitə, iki il sonra dünya çempionatının final mərhələsinə yüksələn balkanlılar hər iki halda qrup səddini adlaya bilməyib. Həmin vaxtlar yığmaya Sreçko Katanets rəhbərlik edirdi. Tarixində üçüncü dəfə böyük yarışa yollanan sabiq yuqoslaviyalılar final mərhələlərindəki 6 matçında hələ də qələbə qazanmayıb. Düzdür, 10 il əvvəl Sloveniya – Yuqoslaviya matçının 65-ci dəqiqəsinədək hesab 3:0 idi. Lakin Sreçko Katanetsin yetirmələri üstünlüyü əldən verib, 1 xalla kifayətlənməli oldu – 3:3. Bu və daha bir heç-heçə hələlik ən böyük uğur sayılır.
Sloveniya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Sloveniya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək. Sloveniya öz təmsilçisini Misija Evrovizija (Avroviziya Missiyası) adlanan şouda seçəcək.
Sloveniya 2018 Qış Olimpiya Oyunlarında
Şablon:Sloveniya Olimpiya Oyunlarında Sloveniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 55 idmançı ilə təmsil olunacaqdır.
Sloveniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində