Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. Mərhum şair Akif Səmədin oğludur. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Lucaya
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ulluçay
Ulluçay (və ya Uluçay) — Dağıstanın Dahadayev, Qaytaq və Dərbənd rayonları ərazisindən axan çay. Kokmadağ silsiləsinin şimal-qərbində yerləşən bulaqlardan öz başlanğıcını götürür və Xəzər dənizininə tökülür (Segelər kəndi). Əsasən yer altı sularla qidalanır. Yay və qış ayları suyunda azalma müşahidə edilir. Ən böyük su sərfiyyatı yağışlardan sonra müşahidə edilir. Sel gələrkən yatağından çıxması müşahidə edilir. İllik su sərfiyyatı — 4,83 m³/s, maksimal isə — 366 m³/s təşkil edir. Əsas qolları: Kunki, Anklyuqlyuçay, Civus, Nalaxu, Şurxla və b. Çayda araşdırma işləri Məcəlis və Bərəkəydə aparılır. Suyu aktiv şəkildə əkinçiliyə cəlb edilir.
Şinçay
Şinçay - Şəki rayonunda çay. Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Şorçay
Şorçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Şahbuzçayın sağ qoludur. Uzunluğu 7 km-dir. 2700 m hündürlükdən başlanır.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Sancay Datt
Sancay Datt (ing. Sanjay Dutt, hind. संजय दत्त; d. 29.7.1959) — Hindistan kino aktyoru və prodüseri. Məşhur aktyorlar Nərgiz və Sunil Dattanın oğludur. Ən yaxşı kişi rolu və ən yaxşı komik kişi roluna görə Filmfare mükafatının sahibidir. Sanjay Datt 29 iyul 1959-cu ildə Nərgiz və Sunil Datta kimi məşhur aktyorların ailəsində anadan olub. Priya və Namrata adlı 2 ozundən yaşca kicik bacısı var. 1981-ci ildə ilk filminin premyerasina az qalmış anası rehmete getmisdir. Sanjay ilk dəfə 1986-cı ildə Riça Şarma ilə evlənib, bu evlilikdən onların Trişala adlı qızları olub.
Suluca (Heris)
Suluca (fars. سولوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (23 ailə).
Suca
Sudja — Rusiya Federasiyasının Kursk vilayətində şəhər.
Cevdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Lucan Blaszszik
Lucan Blaszszik (28 dekabr 1974) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Lucan Blaszszik Polşanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Lucan Blaszszik Polşanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Lucan Blaszszik Polşanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Lucas Learning
Lucas Learning — Corc Lukas tərəfindən 1996-cı ildə şagirdlər üçün qəliz, cəlbedici və əyləncəli təhsil proqram təminatı təqdim etmək məqsədilə "LucasArts"ın tərkibində təsis edilmiş şirkət. Onların bir çox mükafat qazanan buraxılışları ABŞ kurrikulumuna əsaslanırdı. Şirkətin qərargahı Kaliforniyanın San-Rafael şəhərində yerləşirdi və "MECC"in inkişaf üzrə keçmiş baş vitse-prezidenti və kreativ direktoru Suzan Şillinq rəhbərlik edirdi. Şillinq Corc Lukasın məhsullarla şəxsən məşğul olduğunu və şirkət mantrasının zorakılıqdan uzaq durmaq olduğunu iddia etmişdir. Studiya 1998-ci ildən oyunlar istehsal etmişdir. "Lucas Learning" 2001-ci ilin ortalarında bazarı tərk etmək qərarına gəlmişdir. == Qəbul == "The Boston Herald"da 1999-cu ildə yazılmışdır ki, şirkət "Lukasın kinematoqrafiya və proqram təminatı tərəfləri arasında unikal əməkdaşlıq səyi ilə proqram təminatının hazırlanmasında yeni standart yaradır".
Luçan Burdujan
Luçan Burdujan (rum. Lucian Burdujan; 18 fevral 1984, Pyatra-Nyamts, Rumıniya) — Rumıniya futbolçusu, Ukraynanın Tavriya klubunun hücumçusu. == Həyatı == 18 fevral 1985-ci ildə anadan olub. == Karyera == Peşəkar karyerasını Çaxlaulda başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/2003 və 2003/2004 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan Rapid Buxarest sıralarına qatır. 2004-2008-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur. 2008-ci ilin yayında Vasluy klubuna keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. UEFA İntertoto Kubokunun Neftçi Bakı ilə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o Vasluyda 54 matçda 10 dəfə fərqlənib.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Sujay Qorpade
Sujay Qorpade (10 yanvar 1965) — Hindistanı təmsil edən stolüstü tennisçi. Sujay Qorpade Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Sujay Qorpade Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Sunay Erdem
Sunay Erdem (d. 1971, Bolqarıstan) — Dünya tərəfindən məşhur Türk Landşaft memarı və öz özünü yetişdirmiş memar. Sunay Erdem qardaşı Günay Erdem ilə 1998-ci ildə Erdem Memarlar firmasını qurdular. İki qardaş 90-cı illərdən günümüzə 40 dan çox ölkədə layihə inkişaf etdirib, 50-ə yaxın mükafat almışdır. Günümüzün memarlıq sahəsində nadir sərbəst əl istifadə tasarımcılardan biri olan Sunay Ərdəmin 1992-ci ildən bu yana 700'e yaxın çəkdiyi sərbəst əl perspektivləri var. Amerika Memarlıq İnstitutu (AIA) Philadelphia Bölümü tərəfindən təşkil edilən 2013 Sketch Showdown Yarışmasında akvarel eskizi birinci oldu. 2014-ci ildə İtaliyada açılan və Napolyonun məşhur La Spezia Limanı silah-sursat istehsalı şəhər çevrilməsi yarışmasında layihəsi birinci olmuşdur. Oxşar il İngiltərədə açılan və Wimbledon turnirinin edildiyi qəsəbənin şəhər çevrilməsi yarışmasında isə layihəsi finala qalmışdır. Sunay Erdem, TMMOB Memarlar Odası tərəfindən iki ildə bir verilən və 2010 ili Milli Memarlıq Sərgisi və Mükafatları, Fikir təqdimatı sahəsi Müvəffəqiyyət Mükafatı sahibidir. Ayrıca TMMOB Landşaft Memarlar Odası tərəfindən hər il verilən və 2009, 2010, 2013 Yılllar Milli Landşaft Mimarlığı Mükafatları sahibidir.
Susay bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Susay məscidi
Susay məscidi — Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş tarixi-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycanın Quba rayonunun Susay kəndində tikilmiş Susay məscidinin XIV və ya XIX əsrdə tikilməsi ilə bağlı fikirlər mövcuddur. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2001-ci ildə qeydiyyata götürüləndə məscidin inşa tarixi 1854-cü il kimi göstərilib. Lakin kənd sakinlərinin dediklərinə görə məscid XIV əsrdə tikilib. Onlar bu tarixi məscidin qapısına qeyd olunmuş tarixə əsaslanaraq qeyd edirlər. Palıd ağacından yonulan qapının üzərində onu hazırlayan ustanın adı və hazırlandığı tarix, hicri təqvimi ilə 721-ci il (1321) göstərilib. Bundan başqa kənd sakinləri məscidin qədim qapılarından birinin Azərbaycana gələn ingilislər tərəfindən Londona aparıldığını və hazırda həmin qapının Fransadakı muzeylərdən birində saxlanıldığı iddia edirlər. Məscidin inşasında çay daşından və yaxınlıqdakı “Bağça dərəsi” adlanan yerdən çıxarılan kərpiclərdən istifadə olunub. Məscidin içərisindəki üzərində qədim işarələr olan böyük sütunlar da palıddandır.
Cümə məscidi (Sucas)
Sucas Cümə Məscidi – Sultaniyyədən 52 km cənub – qərbdə olan Sucas şəhərinin ən məşhur abidəsi olmaqla yanaşı Azərbaycanda İslam memarlığının inkişafını izləmək baxımından mühüm abidədir. Üstündə kitabəsi qalmayan bu abidənin tikilmə çağını araşdırmaçılar 1100-cü il olaraq qəbul edirlər. Sucas Came məscidi öz lkin quruluşunu yaxşı saxlamış Səlcuqlu abidələrindəndir. Planı ənənəvi kvadrat biçimli olsa da, məscidin üzəri özümlü işlənmişdir. Onun mehrablı güney divarı açırımsızdır. Baş girişin olduğu quzey divarında iri bir qapı açırımı və içəridə onun yanlarında ensiz dayaz taxçalar olduğu halda, yan divarların iç səthinin ortasındakı tağçanın yanlarında iki nisbətən iri açırım verilmişdir. Mehrab çərçivəsinin yanlarını da onunla bir hündürlükdə dar tağçalar tutur. Açırım və tağçaların belə düzülüşünə başqa Səlcuqlu abidələrində rast gəlinmir. Konstruksiya baxımından Sucas məscidi başqa səlcuq məscidlərindən seçilmir: kvadrat əsas, səkkizbucaqlı və onaltıbucaqlıdan ibarət keçid bölümü və günbəz çevrəsi. Onun bayır görünüşü isə üst-üstə kub, səkkizüzlü və günbəzdən ibarət yığcam tutumdur.
Lucky Dime Caper
Lucky Dime Caper — 1991-ci ildə Sega oyun şirkəti tərəfindən yaradılan videooyun. Həcmi 8 bitdir. == Süjet == Bu oyun Donald Dak, onun bacısı oğlanları Hyui, Dyui və Lui və dayısı Skrucun macəralarından söhbət açır. Onlar Skrucun bankındakı kabinetində toplaşırlar. Skruc öz ilk 10 sentini göstərir. Sən demə, Magika de Spell hamısını güdürmüş. Onun ən böyük arzusu həmin qəpiyi ələ keçirmək idi. Onun qarğa görkəmli qardaşı Poe gəlib uşaqları oğurlayır. Daha sonra isə bacı oğlanlarını xilas etmək üçün Donald dünya səyahəti missiyasına göndərilir.
Olcay Kartari Raçed
Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi. Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndir – azərbaycanlıdır. Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub. Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb.
Ulcay Qutluq Xatun
Ulcay Qutluq Xatun, Ölçey Qutluq, Olcay Qutluq və ya Ulcaki (ö. 14 mart 1297) — Elxanilər dövlətinin Borçigin sülaləsindən olan şahzadəsi, Əbu Səid Bahadur xanın əsas arvadı olmaqla birlikdə, Elxanilər imperiyasının imperatriçası. Ulcayın atası Qazan xan tərəfindən qardaşı oğlu ilə evləndirilməsi Olcaytunun hakimiyyət iddiasını daha da gücləndirmiş, nəticədə Qazan xan hakimiyyətinin sonlarında həm qardaşı, həm də qudası Olcaytunu özünün varisi elan etdi. Ulcay Qutluq Xatun 14 mart 1297-ci ildə Şehrabanda dünyaya gəlmişdir. O, Elxanilər dövlətinin hökmdarı Qazan xanın tək qızı idi. Anası Buluğan Xatun Muazzama Otman Noyonun qızı, Obetayın Noyonun nəvəsi və Konqratlar tayfasına məxsus idi. Buluğan Xatun ilə Qazan xan oktyabr 1295-ci ildə evlənmiş, bir qədər sonra isə hər ikisi də İslam dinini qəbul etmişdilər. Ulcayın özündən kiçik Alcu adında doğma qardaşı olsa da, o, azyaşlı ikən ölmüşdü. 17 sentyabr 1303-cü ildə Qazan Ulcayı Bistam ilə nişanladı. Bistam Qazan xanın özündən kiçik qardaşı Olcaytunun oğlu idi.
Luca Carboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Lucy Lawless
Lucy Lawless (ing. Lucille Frances Ryan, 29 mart 1968, Mount Albert[d], Oklend regionu[d]) — ABŞ pop və ritm-end-blüz müğənnisi, mənşəcə barbadosludur. Amerikan "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş qahramanıdır. == Həyatı == Lüsi Louless (ingLucy Lawless, d.29 Mart 1968,Mount Albert, Auckland),Yeni Zelandiyalı aktrisa və müğənni.Beynəlxalq mükafat almış Televiziya serialı Zena: Cəngavər Şahzadəsində 1995-dən 2001-ə qədər canlandırdığı Zena rolu ilə tanınmışdır.Bundan başqa Battlestar Galacticada da önəmli rol almışdır.Sonuncu çəkildiyi serial Spartacus: Blood and Sand və Spartacus: Vengeancedə Batiatın arvadı rolunu canlandırmışdır(ancaq serialın İntiqam hissəsində Batiat yoxdur). == Şəxsi həyatı == Lüsi 19 yaşında Qarz Loulessdən hamilə qalmışdır.1988-ci ildə Kalgoorlie,Avstraliyada evləndilər.Yeni Zelandiyaya qayıdanda Deysi Louless adlı qızları doğulmuşdur.(doğum tarixi 15 iyul 1988-ci il).Cütlük 1995-ci ildə boşanmışlar.Lüsi daha sonra Zenanın yaradıcısı Robert G. "Rob" Tapert ilə 28 Mart 1998-ci ildə evləndi.Julius Robert Bay Tapert (doğum tarixi 16 Oktyabr 1999) və Judah Miro Tapert (doğum tarixi 7 May 2002) adında iki oğulları var.