Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Selülit
Sellülit - dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox omba və sağrı nahiyələrində rastlansa da bəzən ayaqlarda, sinədə, hətta qollarda da olur. Sellülit dərialtı əzələ liflərinin kökəlmə zamanı boşalması nəticəsində yaranır. Bu problemin aradan qaldırılması üçün birinci həll yolu müntəzəm idmanla məşğul olmaq və arıqlamaqdır. Bununla yanaşı lazer və liposaksiya kimi müalicə vastələrindən də istifadə olunur. Selülit multifaktorial bir vəziyyətdir və bir sıra müalicələrə davamlı ola bilər. "Topikal" məhsullardan (kremlər, məlhəmlər) və enjeksiyonlar (kollagenaz) ilə yanaşı, selülit üçün müalicələrə mexaniki emiş və ya mexaniki masaj kimi qeyri-invaziv terapiya daxildir. Enerji əsaslı cihazlara dərinin dərinliyinə nüfuz edən radio tezliyi, ultrasəs, lazer və impulslu işıq cihazları daxildir.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Natrium sulfit
Natrium sulfit Na2SO3 – natrium və sulfit turşusunun duzudur. Rəngsiz kristal maddədir. Natrium karbonatın məhlulunun kükürd(IV) oksidlə reaksiyasından: Na2CO3+SO2 → Na2SO3+ CO2 Natriumhidrosulfit məhlulunu NaOH məhlulu ilə neytrallaşdırmaqla: NaHSO3+ NaOH → Na2SO3 + H2O Natrium hidroksidin kükürd(IV) oksidlə reaksiyasından : 2NaOH +SO2 → Na2SO3 + H2O Natrium sulfit güclü reduksiyaedicidir. Adi temperaturda su məhlulundan Na2SO3∙7H2O kristalhidrat şəklində ayrılır. Natrium sulfitin məhlulu havanın oksigeni ilə asanlıqla oksidləşir: 2Na2SO3+ O2 → 2Na2SO4 2. Natrium sulfit məhlulunu kükürdlə qızdırdıqda natrium tiosulfat alınır: Na2SO3+ S → Na2S2O3 Natrium sulfitin sulfat turşusu ilə reaksiyası kükürd(IV)oksidin alınması üçün istifadə olunur: Na2SO3 + H2SO4 → SO2+Na2SO4+ H2O Natrium sulfiti qızdırdıqda disproporsiya reaksiyası nəticəsində sulfid və sulfat alınır: 4 Na2SO3 →t Na2S + 3Na2SO4 Natrium sulfit pestisidlərin istehsalında, tərkibində xrom olan axar suların zərərsizləşdirilməsində, ağardılmış parçadan xlorun artığının çıxarılmasında, əlvan metal filizləri üçün flotoreagent kimi, həmçinin kinofoto sənayesində geniş tətbiq olunur.
Sulfit anhidridi
Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir). Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
Sulfit turşusu
Sulfit turşusu – H2SO3 orta qüvvətli iki əsaslı turşudur, çox zəif, davamsız turşudur və ancaq duru məhlullarında mövcuddur. Qatı məhlullarında o, kükürd dioksidə və suya parçalanır. Kükürd dioksidi suda həll etdikdə sulfit turşusu əmələ gəlir: SO2 + H2O ←→ H2SO3 Sulfit turşusu davamsız maddə olduğundan yalnız məhlulda mövcuddur. Suda iki mərhələdə dissosiyasiya edir: H2SO3 ←→ H++HSO3- HSO3←→H++SO32- Və iki cür duz – sulfitlər və hidrosulfitlər əmələ gətirir: 2NaOH + H2SO3 →Na2SO3 + 2H2O NaOH + H2SO3 → NaHSO2 + H2O Sulfit turşusu qüvvətli reduksiyaedicidir H2SO3 + Cl2 + H2O → 2HCl + H2SO4 Çox qüvvətli reduksiyaedicilərlə H2SO3 özünü oksidləşdirici kimi aparır: 2H2S + H2SO3 → 3S↓ + 3H2O Hidrosulfitləri qızdırdıqda pirosulfitə. Pirosulfit turşusu H2S2O5 (disulfit turşusu) sərbəst halda məlum deyil. 2KHSO3 → K2S2O5 + H2O Polyar SO2 molekulları suda yaxşı həll olur. Sulfit turşusu, kükürd dioksid kimi reduksiyaedici kimi xassəyə malikdir. Güclü reduksiyaedicilər iştirak etdikdə isə özünü oksidləşdirici kimi aparır. Sulfit turşusunun duzlarından Na2SO3 natrium-tiosulfatın alınmasında, NaHSO3 - ağardılmış parçadan xlorun artığının çıxarılmasında,həmçinin kalsium – hidrosulfitlə Ca(HSO3)2 birlikdə-oduncaqdan sellülozanın çıxarılmasında istifadə olunur. N.A. Verdizadə, K.Ə. Quliyev, Ş.Ə. Quliyev və b.
Lucia Mee
Lucia Quinney Mee "BEM" (1999 – 24 may 2020) — Şimali İrlandiyalı aktivist. Kampaniya Şimali İrlandiya ölkəsində təşkil edildi, o, rəhbərlik etdiyi orqanların çatışmazlığı səbəbindən yalnız səkkiz yaşında idi. O, erkən yaşda üç qaraciyər transplantasiyası edən onun ölkədə ilk idi. 2016-cı ildə "transplantasiya oyunları"nda (orqan transplantasiyası üzrə yüngül atletika üzrə Dünya Çempionatı) iştirak edib. O, həmçinin "canlı yüksək profilli donata qürurlu" (canlı yüksək qürurla ianə) adlı səsləndi orqan transplantasiyası təbliğ etmək üçün bir kampaniya təşkil etmişdir.
Luçio Dalla
Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[…], Boloniya – 1 mart 2012[…], Montrö[d], Vo kantonu) — italyan bəstəkar və müğənni. == Həyatı == Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb. Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir. == "Karuzonun xatirəsinə" == Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır. Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Luka Suçiç
Luka Suçiç (8 sentyabr 2002, Lins) — Avstriya klubu olan Zalsburqun xorvatiyalı qapıçısı. == Klub karyerası == 15 iyul 2020-ci ildə Suçiç Red Bull Salzburg ilə 2024-cü ilin yayına qədər yeni müqavilə imzaladı 13 sentyabr 2020-ci ildə Wolfsberg ilə matçda Salzburqun heyətində Bundesliqada debüt etdi. 10 fevral 2021-ci ildə Suçiç Bundesliqada debüt qolunu Avstriya Wien üzərində 3-1 hesablı qələbə qazandıqları matçda vurdu. Çempionlar Liqasında ilk qolunu sentyabrın 14-də Sevilya ilə 1:1 hesablı heç-heçə etdikləri matçda vurub.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Sluç çayı
Sluç (ukr. Случ, Южная Случь) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir. Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır.
Şuci Nakamura
Syuci Nakamura (yap. 中村修二) — yarımkeçiricilər sahəsində ixtisaslaşan yapon mənşəli amerikalı elektronika mühəndisi və ixtiraçısı. Santa-Barbara Kaliforniya Universiteti Mühəndislik kollecinin Materiallar fakültəsinin professoru olan Syuci Nakamura işıqlanma texnologiyasında əhəmiyyətli bir irəliləyiş olan göy işıq diodunun ixtiraçısı hesab olunur. İsamu Akasaki və Hirosi Amano ilə birlikdə o, "parlaq və enerjiyə qənaət edən ağ işıq mənbələrinin meydana çıxmasına göstərilən səmərəli göy işıq diodlarının ixtirasına görə" 2014-cü ildə Fizika üzrə Nobel Mükafatı ilə təltif olunanlardan biridir. Nakamura elektronika mühəndisliyi ixtisası üzrə 1977-ci ildə bakalavr dərəcəsini alaraq Tokuşima Universitetini bitirib. İki il sonra eyni sahə üzrə magistr dərəcəsini əldə edən Nakamura Tokuşimada yerləşən Nichia Corporation şirkətinə qoşulub. Nichia şirkətində işləyərkən o ilk yüksək parlaqlığa malik qalium nitrid işıq diodunu kəşf etdi. O, 1994-cü ildə Tokuşima Universitetində doktorluq dərəcəsini aldı. 1999-cu ildə Nichia Corporation şirkətini tərk edib Santa-Barbara Kaliforniya Universitetində mühəndislik üzrə professor vəzifəsində işləməyə başladı. Nakamura həmçinin yaşıl işıq diodları üzərində işləyirdi və Blu-ray Disc və HD DVD disklərdə istifadə olunan ağ işıq diodları və göy lazer diodlarının yaradılmasına görə məsuliyyət daşıyırdı.
Şuçi dağları
Şuçi dağları - Tatarıstanın Tetyuşkom rayonunda yüksəklik cənub və şərqdən Volqa çayı ilə (Volqa çayının saı tərəfi) və şimal və qərbdən Kilna çayını hövzəsi ilə əhatələnir. Şuçi dağnın cənub-şərq kənarında Kuybişev su anbarı və Zoy mağarası yerləşir. Dolinovka - Şuçi dağının ən ucqar yarğanında yerləşir. Massivin ən dərinliyində isə eyni adlı Labay yarğanı yerləşir. Şuçi dağları tamamilə meşə ilə örtülüb və ölkənin ən keçilməz hissəsidir. Burada ağcaqayın, şam, çökə və tozağacına rast gəlinir.
Suit&Panda