Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser; Digər Sabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Sling
Sling — amerikalı müğənni-bəstəkar Clairo-nun ikinci studiya albomu. 16 iyul 2021-ci ildə Fader və Republic tərəfindən buraxılıb. Albom 11 iyun 2021-ci ildə ilk sinql "Blouse"-un buraxılması ilə yanaşı elan edilib. "Sling" buraxıldıqdan sonra musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Clairo-nun ifaları və mahnı yazarlığı geniş şəkildə təriflənib. Albom kommersiya baxımından da yaxşı nəticə göstərib, ABŞ Billboard 200-də 17-ci mövqedə debüt edərək Clairo-nun ilk top 20 albomu olub.
Ernst Ştayinq
Ernst Ştayniq (alm. Ernst Steinig‎; 2 yanvar 1900 – XX əsr) — Almaniya güləşçisi, Avropa Çempionatları mükafatçısı. == Həyatı == 1900-cü ildə Klyayn-Lasovis (müasir Polşanın ərazisi) kəndində anadan olmuşdur, amma Dortmundda böyümüşdür və orada da güləş ilə məşğul olmağa başladı və 1920-ci ildə ən görkəmli alman pəhləvanlarından biri oldu. 1924-cü ildə Almaniya çempionatında 2-ci yeri tutdu və Avropa çempionatında 7-ci oldu. 1925-ci ildə Almaniyan çempionu və Avropa Çempionatının gümüş mükafatçısı oldu. 1926-cı ildə yenə Almaniya çempionu ola bildi və Avropa Çempionatında bürünc medalı qazandı. 1927-ci ildə keçirilən Avropa çempionatında 9-cu yeri tutdu. 1928-ci ildə Amsterdam Yay Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1929-cu ildə keçirilən Avropa çempionatında 4-cü oldu.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Klabbinq (altmədəniyyət)
Klabbinq və ya həmçinin klub mədəniyyəti — reyv ilə əlaqədar olaraq gecə klublarına və festivallara ziyarət, oralarda ictimai şəkildə toplaşmaq fəaliyyəti. Bura sosiallaşmaq, musiqi dinləmək, rəqs etmək, spirtli içki qəbul etmək və narkotiklərdən istifadə daxildir. Çox vaxt bu, adətən evdə ola biləcəyindən daha böyük, yüksək səviyyəli audio sistemlərdə yeni musiqi eşitmək və ya sosiallaşmaq, yeni insanlarla tanış olmaq üçün edilir. Klabbinq və reyv tarixən texno, haus, trans, bas kimi elektron şəkildə hazırlanmış rəqs musiqisini özündə əks etdirən, gecəboyu təşkil edilən, antiistəblişment və lisenziyasız rəqs diskotekalarına aid edilirdi. == Tarixi == Klabbinq 1970-ci illərin diskoteka dalğasında kök salmış və Çikaqo, Nyu-York və Detroitdə inkişaf etmişdir. Başlanğıcda başqa yerlərdə üzləşdikləri sosial təcrid səbəbindən gey və qaradərili amerikalılar arasında populyar idi. Özlərini yaratmaq üçün əvvəlcədən mövcud musiqi üslublarını qarışdırmaq və bunu MDMA kimi yeni mövcud olan istirahət dərmanları ilə birləşdirmək hedonizm hissi yaratmış və icma formalaşdırmışdır. Digər daha əsas klublar və diceylər səhnənin musiqisini, üslublarını və narkotiklərini qəbul etməyə başlamışdı, bu da auditoriyanın orijinal qaradərili gey icmasından kənara çıxmasına səbəb olmuşdur. Bu altmədəniyyət 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ABŞ və Londonda yeraltı şənliklərdə formalaşmışdır. Birləşmiş Krallıqda buna xüsusi töhfə verən britaniyalı turistlərin on iki saatlıq klub dövrünə məruz qaldığı İbiza klub səhnəsi idi.
Juniperus sabina
Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir. == Təbii ehtiyati == Azərbaycanda təbii ehtiyatı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir.
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Otto Libinq
Otto Libinq (alm. Otto Liebing‎; d. 31 mart 1891, Berlin - ö. 7 noyabr 1967) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Sabina Azema
Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[…], XV arondisman (Paris)) — Fransa aktrisası. Sabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen Rene və Bertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.
Sabina Derflinger
Sabina Derflinger (alm. Sabine Derflinger‎ d. 1963, Avstriya) — Avstriyalı rejissor, ssenarist və prodüser; Avropa Film Akademiyasının üzvü. 1963-cü ildə Avstriyanın Vels şəhərində anadan olmuşdur. 1991-ci ildə bir neçə il filmlərdə rejissor və prodüser kimi işlədikdən sonra Vyana Film Akademiyasında (ixtisas ədəbiyyatı və dramaturgiya) təhsil almağa başlamışdır. 1996-cı ildə təhsilini "Filmerzählungen zwischen Epik & Dramatik" diplom işi ilə uğurla başa vurmuşdur. Sabina Derflinger bədii və sənədli filmlərdəki bir çox rolu ilə tanınır. Bu rollarına görə bir çox mükafatlara layiq görülmüşdür. Avstriyanın ORF kanalında yayımlanan "Tatort" cinayət serialını idarə edən ilk qadın oldu. Sonra eyni kanaldakı digər seriallarda rol alır.
Sabina Florian
Sabina Florian (d. 28 may 1983; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabina Florian İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sabina dealbata
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Sabina Şıxlinskaya
Səbinə Şıxlinskaya (d. 26 aprel 1962 Azərbaycan SSR, SSRİ) — Azərbaycan rəssamı. 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam” fəxri adı" təltif olunub.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Sabini şamı
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Sabina (region)
Sabina — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region. Onun ən əhəmiyyətli şəhəri indiki Rietidə olmuşdur. Tarixən Sabina dili italik dillərindən olmuş, osk və umbr dilləri ilə yaxın, latın dili ilə qohum olan sabin dilində danışan sabinlərin yaşadığı ölkə olmuşdur.
Flayinq Fiş Kouv
Flayinq Fiş Kouv (ing. Flying Fish Cove) — Avstraliyanın Milad adasının əsas yaşayış məntəqəsi.
Sabin xan
Sabin xan — (bolq. Сабин) - Bulqar xanı. 765-766 illərində hökmdarlıq etmişdir. Kormisoş xanın kürəkəni yaxud qaynı idi. Telets xanın öldürülməsindən sonra anti-Bizans əyanlar tərəfindən hakimiyyətə gətirilmişdi. İmperator V Konstantin ilə gizli-gizli sülh istəyən xan məktublarının kəşf olunmasından sonra əyanlar tərəfindən taxtdan salındı və İstanbula qaçmaqla ölümdən xilas oldu. 768-ci ildə imperatorun nümayəndəsi olaraq Paqan xanla görüşmüşdü və sürgündə vəfat etmişdir.
A.D.Slavin
Artur Daniel Slavin (ing. Arthur Daniel Slavin; 1903 – 1973) — ABŞ botaniki. == Əsərləri == Arthur D. Slavin. 1948. Soil conservation in action J. A. Xievwland, Arthur D. Slavin. 1928. Preservation of Monotropa and similar plants without discoloration. Proc. Indiana Acad. Sci.
Artur Daniel Slavin
Artur Daniel Slavin (ing. Arthur Daniel Slavin; 1903 – 1973) — ABŞ botaniki. == Əsərləri == Arthur D. Slavin. 1948. Soil conservation in action J. A. Xievwland, Arthur D. Slavin. 1928. Preservation of Monotropa and similar plants without discoloration. Proc. Indiana Acad. Sci.
Sabine Qadınının Qaçırılması (heykəl)
Sabine Qadınının Qaçırılması (it. Ratto delle Sabine) — Florensiyalı heykəltaraş Cambolonyanın ən məşhur əsəri.
Tit Flavi Sabin (ekvit)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; e. ə. I əsr – I əsr) — Roma ekviti və imperator Vespasianın atası. Sabin İtaliyanın Sabina regionundakı Rieti şəhərində anadan olmuşdur. O, Tit Flavi Petro və həyat yoldaşı Tertullanın oğludur. Sabin Asiya vilayətində gömrük məmuru, sonra isə bankir kimi fəaliyyət göstərmişdir. O, burada "dürüst vergi yığan şəxsə" həsr olunmuş heykəlləri ilə təltif edilmiş, daha sonra isə Qalliyada helvetlər arasında Aventikumda bankir kimi fəaliyyət göstərmişdir. Sabin burada vəfat etmişdir.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Roma – bilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu. Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur. Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.