Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fort-Uort (Texas)
Fort-Uort (ing. Fort Worth) — ABŞ-nin Texas mərkəzi-şərq hissəsində yerləşən şəhər.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. == Təsnifatı == Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədərQeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. == Şəxsi həyatı == Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 824 nəfərdir.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Şott
Şott (rus. Шотт; ing. Schott; alm. Schott‎) — çoxmənalı termin. ŞəxslərValter Şott — Alman heykəltaraş. Kaspar Şott — riyaziyyatçı Otto Şott — Alman kimyaçıDigərŞott (termin) — şimal-qərbi Afrikada dibində duz qatı olan qapalı çökəklikdir. Şott gur yağışlarda şor gölə çevrilə bilir.
Şövt
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Şot
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşimi == Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. == Yarpaqları == Yarpaqları orta ölçüdə (uzunluğu 12-16 sm, eni 11-15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3-5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-də geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. == Yarpaqları == Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Amir-Kort
Amir-Kort (çeç. Iамир-Корт, Ӏаьмиран корта) — Dağıstanın Kazbekov rayonu ilə Çeçenistan Respublikasının Nojay-Yurtov rayonu sərhəddində yerləşən dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1061 metr; Çeçen dilindən tərcüməsi Amir zirvəsi. == Haqqında == === Adı === Dağın adı mifik narta Amira ilə bağlıdır. Amira Çeçenistanın Prometeyidir. Amira Narta obrazı - Amirani - Gürcüstan mifologiyasına geniş şəkildə nüfuz etmişdir. === Tarixi === Amir-korta rayonunda monqol-tatar qoşunları ilə çeçenlər-auxovlular arasında gərgin döyüşlər baş vermişdir. Bu döyüşlərin gedişində sonuncunun köməyinə lak döyüş dəstələri gəlmişdir. Bu döyüşlərdə auxovlu rəhbər Yanbek həlak olmuşdur. Döyüşün nəticəsində monqol-tatar qoşunları böyük itkilər verərək döyüş meydanını tərk etmişdilər.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Ağdonlu (Şövt)
Ağdonlu (fars. اغدونلو‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
Bayramkəndi (Şövt)
Bayram kəndi (fars. بايرام كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».