Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
141-сi şərq meridianı
Qrinviçin şərqindəki 141-ci şərq meridian— Şimal qütbündən Şimal Buzlu okeanı, Asiya, Sakit okean, Avstraliya, Hind okeanı, Cənub okeanı, Antarktidadan cənub qütbünə keçən və qərb uzunluğunun 39-cu meridianı ilə ortodromiya təşkil edən uzunluq xətti. 141-ci şərq meridian, 39-cu meridianın qərb ilə böyük bir dairə meydana gətirir. == Sərhəd == Yeni Qvineya adasında meridian, qərbdə İndoneziya ilə şərqdə Papua-Yeni Qvineya ilə arasındakı quru sərhədinin bir hissəsini təyin edir.Flay çayı 141-ci meridianın qərbindən axdığı ərazini təşkil edir. Flayın cənubu sərhədi meridianın şərqindən bir qədər,paralel olaraq uzanır (bax. İndoneziya - Papua Yeni Qvineya münasibətləri). Avstraliyada Cənubi Avstraliya əyalətinin şərq sərhədi, Kvinslend və Yeni Cənubi Uels ilə həmsərhəddir.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Ao no Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
.no
.no — Norveçin internet kodu. == Xarici keçidlər == ".no eller aldri..." (PDF) (Norwegian). Norwegian Post and Telecommunications Authority. 21 March 2002. 24 September 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 September 2012.
.so
.so — Somalinin İnternet kodu.
No
No (yap. 能) və ya Noqaku (能楽, Nōgaku) — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır. No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib. Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir. 1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir. Nonu meydana gətirən üç ana ünsür vardır; Mai = Rəqslər Hayaşi = Musiqi Utai = Sözlər Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
No Romeo No Juliet
No Romeo No Juliet — Amerikalı reper 50 Cent tərəfindən ifa edilmiş mahnıdır.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Co Nq
Co Nq (15 noyabr 1963) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Co Nq Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Co Nq Kanadanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Co Nq Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Myocin-şo
Myocin-şo (明神礁) — Beynesu Qayası vulkanına daxil olan su altı krater. Tokio şəhərindən 450 km cəbubda, 50 metr dərilikdə yerləşir. Krater İzu adaları qrupuna daxildir. İlk dəfə 1869-cu ildə aktivliyi müşahidə edilmiş. Püskürmə zamanı bir çox adaların məhvi və ya yenisinin meydana gəlməsi müşahidə olunur. Vulkanın püskürməsini ilk dəfə Myocin-Maru No.11 adlı balıqçı qayığı müşahidə etdiyindən belə adlandırılmış.
No Doubt
No Doubt Kaliforniyanın Anaheim şəhərində yaradılmış Amerika rok qrupudur. Ska-pop qrupunun ilk albomu No Doubt, öz dövründə grunge hərəkatının yayılması səbəbindən uğurlu alınmadı. Qrupun almaz sertifikatlı albomu Tragic Kingdom, 1990-cı illərdə skaya geri dönüşündə rol oynadı və albomdan üçüncü sinql olan "Don't Speak" on altı həftə ərzində Billboard Hot 100 Airplay-də bir nömrəli yer tutdu. Qrup dörd il sonra növbəti albomu Return of Saturn-u buraxdı, lakin müsbət rəylərə baxmayaraq, albom kommersiya uğuru qazanmadı. On beş aylıq fasilədən sonra qrup reggi və dancehall musiqisini özündə birləşdirən Rock Steady ilə geri qayıdır. Albom ilk olaraq Yamaykada qeydə alınıb və yamaykalı rəssamlar Bounty Killer, Sly və Robbie və Lady Saw ilə işləmək üçün təqdim olunub. Albom "Hey Baby" və "Underneath It All" mahnılarına görə iki Grammy mükafatı qazandı. No Doubt kompilyasiya albomu The Singles 1992-2003 və qutu dəsti Boom Box 2003-cü ildə buraxıldı, hər ikisi Talk Talk-un "It's My Life" sintpop mahnısının cover versiyasını təqdim etdi. Aparıcı müğənni Gwen Stefani növbəti il ​​solo karyerasına başladı, qrup yoldaşı Tony Kanal, Neptun və onun yan layihəsi olan Invincible Overlord-a başlayan Tom Dumont ilə əməkdaşlıq etdi. Karyerası ərzində qrup iki Grammy mükafatı qazandı və dünya üzrə 27 milyon albom satdı.[1] Qrup 2009-cu ilin yayında milli turneyə çıxdı.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
So Fucimoto
So Fucimoto (yap. 藤本 壮介; 4 avqust 1971, Hokkaydo, Hokkaydo prefekturası) — Yaponiya memarı. 1971-ci ildə Hokkaydoda anadan olmuş, 1994-cü ildə Tokio Universitetindən məzun olmuşdur. 2000-ci ildə Sou Fujimoto Architects adlı öz ofisini yaratmışdır. Memar yüngül strukturları və keçirici əlavələri ilə tanınır. Onun 2013-cü ildə dizayn etdiyi bir neçə ev Londonda Serpentayn qalereyasının pavilyonunda müvəqqəti sərgilənmişdir. 2008-ci ildə "So Fucimoto: İbtidai gələcək" adlı kitabını nəşr etdirmişdir. Kitab həmin tarixə kimi olan işlərinin xülasələrindən və ibtidai gələcək konsepsiyasından bəhs edir. 2000-ci ildə öz ofisini yaratdıqdan sonra Yaponiya və Avropada evlər dizayn etməyə başlamışdır. Onun dizayn etdiyi bir çox tikilinin arxasında duran ideyaya görə tikilinin funksiyası insan davranışı tərəfindən müəyyən olunur.
So Random!
Təsadüfə bax! və ya orijinal adıyla So Random! — Disney Channel orijinal serialıdır. Qrup olaraq Sanniyə imkan verin serial qrupudur, lakin bu silsilədə Demi Lovato serialdan ayrılmışdır, qrup eyni qalmış və Çad Dilan Kuper və yeni gələnlər də olmuşdur . Əlavə olaraq, Sanniyə imkan verinin 3. mövsümü olaraq da bilinməkdədir. Hər hissədə seriala xüsusi qonaqlar gəlir və hər hissədə ortalama 4 eskiz göstərirlər.
So Xan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
So Yoci
Seo Yea-ji (kor. 서예지:6 aprel 1990, Seul) — Cənubi Koreya aktrisası. Aktyorluq karyerasına Potato Star 2013QR3 (2013–2014) sitcomunda başladı. Bunun ardınca Diary of a Night Watchman (2014), Last (2015) — triller və Moorim School: Saga of the Brave (2016) fantasik filmlərində əsas rollar gəlir. Televiziya seriallarında diqqət çəkən baş rollara Save Me (2017) və Lawless Lawyer (2018) daxildir. Psix, amma bu yaxşıdır (teleserial, 2020) romantik dramı ilə ön plana çıxdı. Yoci, aktrisalıq karyerası qurmaq fikrində deyildi, amma o zaman hal-hazırda bağlı olduğu şirkət Made in Chan Entertainment-in baş direktorunun diqqətini çəkdi və o, Yocini aktrisa olmağa inandırdı. 2013-cü ilin mart ayında SK Telecom -un reklamına çəkilərək əyləncə sektoruna qədəm qoydu. 2013-cü ilin may ayında Samsung Galaxy S4-də Min-joo rolunu əks etdirən Sevgi qısametrajlı filmində rol aldı. 23 sentyabr 2013-cü ildən 15 may 2014-cü ilədək 120 bölüm yayımlanan tvN sitcom Potato Star 2013QR3 -də aktrisa kimi debüt etdi.
So Çanbin
So Çanbin (kor. 서창빈; 11 avqust 1999) — mahnı müəllifi, prodüser, aparıcı reper və rəqqasdır. 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qrup "Stray Kids"in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 109 mahnının müəllifidir. So Çanbin 11 avqust 1999-cu ildə Cənubi Koreya-da anadan olub. Özündən böyük bacısı da var. Uşaq ikən ibtidai sinifdə prezident, alim və ya bədən tərbiyəsi müəllimi olmaq istədiyini düşünürdü. Çanbin valideynlərini razı salmaq üçün yaxşı oxumağı və ən yaxşı 100 universitetdən birinə qatılmağı planlaşdırırdı. Ancaq bir müddət sonra repə maraq göstərməyə başladı. Valideynləri əvvəlcə oğullarının seçimindən çox da məmnun deyildilər, lakin sonradan onun marağını gördükləri üçün razılaşdılar, daha sonra Çanbin JYP Entertainment-də seçmələrə qatıldı və uğur qazandı. O, Bora Liseyini bitirib.
Tokiva-so
Tokiva-so (トキワ荘) – Yaponiyanın Tokio şəhərinin Toşima rayonunda keçmiş mənzil binası. 1960-cı illərdə Osamu Tezuka kimi bir sıra məşhur manqakalar bu binada yaşadığı üçün manqa fanatları arasında məşhur yerə çevrilmişdir. Bina 1982-ci ildə sökülsə də, yerində manqa muzeyi tikilmişdir. Tokiva-sonun açılışı 6 dekabr 1952-ci ildə baş tutmuşdur. Həmin dövrdə binanın aylıq kirayə haqqı 3000 yen təşkil edirdi. 1953-cü ildə "manqanın atası" hesab olunan Osamu Tezuka bu binada yaşamağa başlamışdır. Tezliklə başqa tanınmış manqakalar onu izləyərək bu binaya köçmüşdürlər. Tezuka 1954-cü ildə Zoşiqayada yerləşən Namiki evinə köçsə də, digər manqakalar bu binada yaşamağa davam etmişdirlər. Onlar Hiro Teradanın başçılığı altında "Yeni Manqa Partiyası" adlı manqaka qrupu yaratmışdırlar. Tezliklə bina "manqakaların Şanqri-Lası" ləqəbi ilə tanınmağa başlamışdır.
Uesli So
Uesli So (9 oktyabr 1993, Filippin) Amerikanı təmsil edən Filippin qrosmeysteri. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və 2015-ci ildə Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Şahmat üzrə Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir.
Şo Sasaki
Şo Sasaki (2 oktyabr 1989, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Kim Hva-Sog
Kim Hva-So (d. 2 mart 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Hva-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Seh-Qabi
Seh Qabi — mərkəzi qərbi İranda yerləşən arxeoloji abidə. Abidə Kəngavər vadisində, Qodintəpənin 6 km şimal şərqində yerləşir.
АМГ-10 aviasiya yağı
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Zero kara Hajimeru Mahō no Sho
Grimoire of Zero (azərb. Sıfır qrimuarı‎) və ya Yaponiyada tanınan adı ilə Zero kara Hajimeru Mahō no Sho (ゼロから始める魔法の書, azərb. Sıfırdan sehrli kitab başlatmaq‎) — Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobashiri tərəfindən yazılan ranobe seriyası. Ranobe 2012-ci ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works 2014-cü ilin fevralından ranobenin 7 cildini buraxmışdır. Takaşi İvasakinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. Yasuoka tərəfindən "Zero kara Hajimeru Mahō no Sho Nano!" (ゼロから始める魔法の書なの) adlı spin-off manqası da istehsal olunmuşdur. White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyasının 2017-ci ilin aprelindən iyununa qədər anime serialı adaptasiyası yayımlanmışdır. 526-cı ildir. Hadisələr Zero adlı dünya cahili ilə yarı-insan, yarı-bədheybət olan muzdlu əsgər ətrafında cərəyan edir.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
E.ə. 12
== Hadisələr ==
E.ə. 13
== Hadisələr ==
E.ə. 14
== Hadisələr == Tiberi ( e. ə.
E.ə. 15
== Hadisələr ==
E.ə. 16
== Hadisələr == Tririn əsası qoyulub.
E.ə. 17
== Hadisələr ==
E.ə. 18
== Hadisələr == Bekçe krallığının yaranması.
E.ə. 19
== Hadisələr == Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
== Hadisələr == Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 22
== Hadisələr ==
E.ə. 23
== Hadisələr ==
E.ə. 24
== Hadisələr ==
E.ə. 25
== Hadisələr == == Doğumlar == Filon İsgəndəıriyyəli Filon (lat. Philos Alexandros) ya Yəhudi Filon e.ə. 25-e.50 ci illərində İsgəndəriyyə şəhərində doğulub yaşamış "ellinizmin" görkəmli nümayəndəsi, dini mütəfəkkir, ilahiyyatçi.
E.ə. 26
== Hadisələr ==
E.ə. 27
== Hadisələr == 13 yanvar — Oktavian senatda özünə fövqal səlahiyyətlər verir. 16 yanvar — Oktaviana Avqust titulunun verilməsi. Oktavianın və Aqrippanın konsulluğu. Peritorian qvardiyasının (500 nəfərlik 9 koqort) yaranması. Şimal-qərbi İspaniya tayfalarının, Asturiya və Kantrabrinin Avqustun tabeçiliyinə keçməsi.
E.ə. 30
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Siciliyalı Diodor 30 noyabr — Kleopatra – Misir şahzadəsi.
E.ə. 31
== Hadisələr ==
E.ə. 32
== Hadisələr ==
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. == Texniki xüsusiyyətləri == NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. == İstehsalı == Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.