NAĞ

(Tovuz)
dişi dəvə. – İftidada xəlq oldu külli kayınat, İnsan nağa mindi, nağ nə: mindi?
NAGAH-NAGAH
NAĞALA
OBASTAN VİKİ
Elfaq Nağıyev
Elşad Nağıyev
Faiq Nağıyev
Faiq Nağıyev (bəstəkar)
Fikrət Nağıyev
Nağıyev Fikrət Əmiraslan oğlu (təxəllüsü: Fikrət Haray;) — Tanınmış politoloq və bioqrafiyaşünas-publisist, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, "Bioqrafiya" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) Akademiki, "Qızıl Qələm" mükafatı laureatı, Beynəlxalq Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – "Nobel mükafatı laureatı İ.P. Pavlov adına Qızıl döş nişanı" mükafatı laureatı, Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu-York) həqiqi üzvü. == Həyatı == Fikrət Nağıyev 1972-ci il iyulun 7-də Azərbaycan Respublikasında ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilli filoloq (1991-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-Bakı) və psixoloqdur (Психологический Центр РОСТ Саратов РФ). 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində kadrlar şöbəsinin rəisi, eyni zamanda "Ədəbiyyat" kafedrasının müəllimi və universitetin mətbuat katibi vəzifələrində işləmişdir. 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbu orqanlarında çalışmaqla yanaşı, ictimai-siyasi mövzularda bir sıra sanballı kitabları işıq üzü görmüş, dövlət mətbuatında və xarici ölkə KİV-lərində periodik olaraq ictimai-siyasi mövzularda yazıları ilə müntəzəm çıxış etmişdir. Apardığı çoxsaylı elmi-pedaqoji təcrübələri və qazandığı nailiyyətləri barədə respublika səviyyəli elmi-praktiki konfranslarda daim təmsil olunmuşdur. Akademik Budaq Budaqovun rəhbərliyi və bilavasitə redaksiya şurasının sədrliyi ilə üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəfis şəkildə nəşr olunan müasir dövrdə tanınmış, uğurlu və işgüzar insanların həyatı silsiləsindən 12 cildlik "Azərbaycanda tanınmış simalar" bioqrafik ensiklopediyasının müəllifi və redaktorudur. Bədii, elmi və ictimai-siyasi mövzularda nəşr olunmuş 14 kitabın müəllifidir. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. "Qızıl qələm" mükafatı laureatıdır.
Fuad Nağıyev
Fuad Hümbət oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri (2018-ci ildən). == Həyatı == Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. == Karyerası == 2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. == Siyasi fəaliyyəti == 2018-ci il aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Fərid Nağıyev
Fərid Nağıyev (baş leytenant)
Fərid Nağıyev (əsgər)
Fəxrəddin Nağıyev
Hacı Nağı körpüsü
Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur. == Coğrafi mövqeyi == Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır. == İnşa tarixi == Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir.
Hüseyn Nağıyev
Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Karib dənizinin quldurları: Ölülər nağıl danışmır (film, 2017)
Mahirə Nağıqızı
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Murad Nağıyev
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Musa Nağıyev
Ağa Musa Nağıyev və ya Musa Nağıyev (1849, Biləcəri, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 4 mart 1919, Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC) — Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi. Musa Nağıyev adi saman satanın oğlu idi. 1848-ci ildə anadan olub. Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Musa Nağıyevin dördmərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Möhsün Nağısoylu
Nağısoylu Möhsün Zellabdin oğlu (1 sentyabr 1946, Xok, Noraşen rayonu) — Azərbaycan alimi, Filologiya elmləri doktoru, Professor, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2015–2021), AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017), AMEA-nın müşaviri (2021). Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1976–1980-ci illərdə kiçik elmi işçi, 1981–1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.1988–2015-ci illərdə "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Rus dilində nəşr olunmuş farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M. Z. Nağısoylu 1979-cu ildə "XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik və 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M. Z. Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir.
Mübariz Nağıyev
Nağıyev Mübariz Qüdrət oğlu (28 noyabr 1970, Bakı) — Azərbaycan kinorejissoru. Mübariz Nağıyev 28 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və Kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirmişdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının, MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Professional Kinorejissorlar Gidiyası|Azərbaycan Professional Kinorejissorlar Gildiyası|Azərbaycan Professional Kinorejissorlar Gidiyasının üzvüdür. 2022-ci ildən Azad Azərbaycan TV kanalında "Yadındamı" layihəsinin, eləcə də sənədli televiziya filmləri silsiləsinin rejissoru və aparıcısıdır. Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2022Azərbaycan Respublikasının "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — 2023 "Köhnə radio" sənədli filminin təqdimatı olub [[1]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[2]] AMK-da "Həqiqət sorağında" sənədli filminin nümayişi olub [[3]] "YARAT"da növbəti film — "Dünən qəfildən gəldi…" [[4]] "MƏDƏNİYYƏT" qəzeti [[5]] Poliqon İnformasiya Agentliyi. Əzazil ana, həyatları alınmayan cütlük, təsadüfü ayrılıq [[6]] "Həqiqət sorağında" sənədli filmi nümayiş olunacaq [[7]] Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı [[8]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçirilib [[9]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı keçiriləcək [[10]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[11]] "Həyatın ilmələri" sənədli filminin təqdimatı olub [[12]] "Həyatın ilmələri" sənədli filmi istehsalata buraxılıb [[13]] Nazirlik xalça sənəti haqqında film çəkir [[14]] "Həyatın ilmələri" filmi təqdim edildi [[15]] "Bir rəssamın portreti" — Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı [[16]] "Bir rəssamın portreti" [[17]] "Bir rəssamın portreti" sənədli filminin premyerası keçiriləcək [[18]] "Портрет художника" – фильм, снятый за несколько месяцев до кончины Мир Надира Зейналова [[19]] Yarat.
Məmməd Nağıyev
Məmməd Mahmud oğlu Nağıyev (1939) — Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon və Puşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir. Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir. Məmməd Nağıyev 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildə Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir. IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Məmmədtağı Nağıyev
Məmmədtağı Yusif oğlu Nağıyev (1912, Şamaxı – bilinmir) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon, Zəngilan Rayon, Xıllı Rayon Komitəsinin birinci katibi, Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Məmmədtağı Nağıyev 1912-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası boyaçı, anası evdar xanım olmuşdur. 1912-ci ildə ailəsi Göyçaya köçmüşdür. 1925-ci ildə Məmmədtağı Nağıyev burada 5-ci sinfi bitirərək pedaqoji texnikuma daxil olmuşdur. 1930-cu ildə texnikumu bitirdikdən sonra o Qaradağlı 7 illik məktəbinə göndərilmişdir. Məmmədtağı Nağıyev 1932-ci ildə isə Zərdab rayonunun Zərdab kəndində nümunəvi məktəbdə müəllim işləməyə başlamışdır. 1933-1934-cü illərdə isə Bakı şəhərindəki İstehlak Kooperasiyası İnstitutunda təhsil almışdır. Sağlamlıq səbəbi ilə təhsilini davam etdirə bilməyən Məmmədtağı Nağıyev Göyçaya qayıdır və Dövlət Bankının Göyçay Rayon şöbəsində mühasib işləməyə başlamışdır. 1937-ci ildə isə Dövlət Bankının İsmayıllı şöbəsinə rəis göndərilmişdir.
Nar ağacının nağılı (film, 1989)
Bu nağılvari əhvalatda macəralar da var, möcüzələr də, yalandan atışmalar da var, doğruçu təqiblər də. Bütün uşaq nağıllarında olduğu kimi, bu cizgi filmində də hər şey yaxşı qurtarır və pis oğlan nəhayət mehriban və xeyirxah olur. Ssenari müəllifi: Sara Nəzirova (Sara Nəzərova kimi) Kinorejissor: Vahid Talıbov Quruluşçu rəssam: A.Sadıqzadə, Yuri İsaykin Kinooperator: Ramiz Ağayev, Ziya Xəqani Bəstəkar: Mobil Babayev Cizgi rəssamı: Vahid Talıbov, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Əziz Məmmədov, Ş.Nanaziaşvili Səs operatoru: Akif Nuriyev Rəssam assistenti: Məlahət Hümbətova Montaj edən: Lidiya Vyalsova Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Nara Nağıyeva