Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tragelaphus spekii
Sitatunqa (lat. Tragelaphus spekii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Sepsis
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis — müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik olub, törədicinin növündən asılı olmayaraq bədənin özünəməxsus cavab reaksiyası və eyni tipli kliniki mənzərə ilə özünü büruzə verir. Sepsis — bakteriemiya, üzv və sistemlərin iltihaba cavab reaksiyası sindromu, aşkar sepsis, ağır sepsis, septik şok mərhələləri ilə təzahür edir. Bakteriemiya (septisemiya) — qan dövranında canlı bakteriyalar və onların toksinlərinin olmasına deyilir. Sepsisin sonrakı kliniki gedişi bədəndə olan irinli iltihab ocağına və oradan başlayan bakteriemiyaya ayrı-ayrı üzv və sistemlərin cavab reaksiyası ilə təzahür edir. Üzv və sistemlərin iltihaba və ağır zədələnmələrə cavab reaksiyası sindromu — aşağıda göstərilən əlamətlərlə özünü büruzə verir: bədənin hərarəti 38°C-yə qədər yüksəlir, yaxud 36° C-dən aşağı düşür; nəbz vurğusu 90-ı keçir; tənəffüsün sayı 20-ni ötür, yaxud karbon qazının parsial təzyiqi qanda 32 mm civə sütunundan aşağı olur; qanda neytrofil leykositlərin sayı 12.109/l-dən yuxarı, yaxud 4.109/l-dən aşağı olur; çubuq nüvəli leykositlərin sayı artır, sola meyillilik müşahidə olunur. Sadalanan əlamətlərdən 2 və artığı xəstədə qeyd edildikdə həmin sindrom müəyyən edilir. Yeni terminologiyaya görə sepsis müvafiq infeksiya ocağı olduğu halda inkişaf edən iltihaba sistemli reaksiya sindromudur.
Sessi
Sessi (fr. Cessy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01071. Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 115 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 3992 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 2739 nəfər arasında (15-64 yaş arasında) 2215 nəfər iqtisadi fəal, 524 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 75.1%). Fəaliyyət göstərən 2215 sakindən 2056 nəfəri (1080 kişi və 976 qadın), 159 nəfəri işsizdir (77 kişi və 82 qadın).
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur. Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018).
Drosera neesii
Drosera neesii (lat. Drosera neesii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kevin Speysi
Kevin Speysi (ing. Kevin Spacey; 26 iyul 1959[…]) — ABŞlı aktyor, rejissor və ssenarist. Karyerasına 1980-ci illərdə "köməkci" aktyor kimi müxtəlif film və televiziya şoularında rol alaraq başladı. 1990-cı illərdə The Usual Suspects (1995) filmindəki roluna görə "Ən yaxşı köməkci aktyor" nominasiyasında ilk dəfə və sonra isə American Beauty (1999) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasına layiq görülərək karyerasında yüksəlişə keçdi. Həmçinin, komediya-dram filmi olan Swimming with Sharks (1994), psixoloji-triller janrında Seven (1995), kriminal-polisiyə janrında L. A. Confidential (1997), super-qəhrəman filmi Superman Returns (2006), aksiyon janrında Baby Driver (2017) kimi filmlərdə də rol aldı. 2013-dən 2017-ci ilə kimi Netflix-in siyasi-dram janrında olan House of Cards serialında Frank Underwood rolunu icra etdi. Underwood roluna görə Qızıl Qlobus mükafatını "Ən yaxşı aktyor" nominasiyasında çıxış edərək uğur qazandı. oktyabr 2017-də, aktyor Anthony Rapp, 14 yaşında olarkən, yəni 1986-cı ildə, Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etmişdir. Repin bu iddiasına Speysi Twitter üzərindən cavab olaraq bildirmişdir ki, bu hadisəni tam xatırlamır və ola bilsin ki, həmin vaxtı içkili olub. Nəticədə, Netflix Speysi ilə bütün əlaqələri kəsərək onu House of Cards serialından xaric etdiyini və serialın 6.
Rubus leesii
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Spesifik Qalaktikalar
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Tragelaphus spekei
Spiesia acutirostris
Astragalus acutirostris (lat. Astragalus acutirostris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Aragallus acutirostris (S.Watson) A.Heller Astragalus nuttallianus var. acutirostris (S.Watson) Jeps. Oxytropis acutirostris (S.Watson) M.E.Jones Spiesia acutirostris (S.Watson) M.E.Jones Astragalus streptopus Greene Hamosa acutirostris Rydb.
Bulbophyllum perii
Bulbophyllum perii (lat. Bulbophyllum perii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.
Sesil Mirz
Sesil Henri Mirz (ing. Cecil Henry Meares,1877, Kilkenni qraflığı[d] – 13 may 1937, Viktoriya) — Robert Skottun rəhbərlik etdiyi İngilis Antarktika Ekspedisiyasında iştirakı ilə məşhur olan İngilis hərbi peşəkar səyyahı idi. İrlandiyada Şotland hərbçi ailəsində anadan olub. O, kiçik yaşlarından canlı xarakter və riskli işlərə məhəbbət göstərmiş, uzun müddət Hindistan və Çində yaşamış, ingilis-bur və rus-yapon müharibələrində iştirak etmişdir. Kamçatka və Sibirdə oldu, xəz ticarəti ilə məşğul oldu. 1907–1908-ci illərdə Sıçuana səyahət etdi. 1910-cu ildə Robert Skottla tanış oldu və ona sərt iqlimə öyrəşmiş Rusiyadan xizək itləri və ponilər almağı tapşırdı. Alınan heyvanlar (34 it və 20 at) Vladivostokdan Yeni Zelandiyaya aparılmalı, oradan da ekspedisiya gəmisinə aparılmalı idi. Mirz heyvanları yaxşı bilmirdi, lakin yaxşı mütəxəssisləri işə götürdü — Dmitri Girev və Anton Omelçenko, onlar da Antarktika ekspedisiyasına qoşuldular. Antarktidada Mirz aralıq anbarların salınmasında iştirak etdi və Beardmore buzlaqının ətəyinə çatdı.
Sesil Rods
Sesil Con Rods (ing. Cecil John Rhodes; 5 iyul 1853[…] – 26 mart 1902[…]) - məşhur ingilis iş adamı və siyasətçisi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı. 1881-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoymuşdur. 1902-ci ildə 48 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət - Zambiya və Zimbabve yerləşir.
Sesil Tormey
Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876, Budapeşt – 2 aprel 1937) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu. Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu. Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir. Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi. Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.
Səsin intensivliyi
Səsin intensivliyi (səsin gücü) Sound intensity Интенсивность звука – səs dalğasının dalğanın yayılması istiqamətinə perpendikulyar və sahəsi vahid olan səthdən vahid zamanda daşıdığı enerjidir. Rəqslərin amplitudu və rəqs edən cismin sahəsi artdıqda səsin intensivliyi artır. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Səsin sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səsin yüksəkliyi
Səsin yüksəkliyi (ing. pitch, rus. высота звука) — səsin qulağa təsiri ilə müəyyən edilib, subyektiv qiymətləndirilməsi. Qulağa gələn enerji axını nə qədər böyükdürsə, yüksəklik o qədər böyükdür. Səsin yüksəkliyini ölçmək üçün səsin intensivliyi əlverişlidir. Səsin yüksəkliyi desibel (dB) ilə ifadə edilir. Məsələn, yarpaqların xışıltısı 10 dB, pıçıltı 20 dB, küçədəki səs-küy 70 dB, ağrı yaradan hədd 120 dB, ölümcül səviyyə 180 dB olaraq qiymətləndirilir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti",2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Voyçex Şesni
Voyçex Şesni (18 aprel 1990, Varşava) — Polşalı futbolçu . "Yuventus" klubunun və Polşa millisinin qapıçısı.
Şepsi (kənd)
Şepsi — Krasnodar diyarının Tuapsinski rayonunda yerləşən kənd. Şepsi sözünün son hərfi vurğu ilə tələffüz olunur, yəni. Şepsİ. Şepsi kəndi Qafqazın Qara dəniz sahilində, Şepsi çayının mənsəbində yerləşir. Tuapse şəhərindən avtomobil yolu ilə 13 km, dəmir yolu ilə 9 km olmaqla cənub-şərqdə yerləşir. Adler-Tuapse xəttindəki Şepsi dəmir yolu stansiyası kənd ərazisində yerləşir. Kəndin dəniz səviyyəsindən maksimal hündürlüyü 14 metrdir. Şepsi kəndi öz adını adıq dilində olan Şepsi mülk adından götürüb. Eyni adlı həm də Şepsi çayı var. Adıq dilindən tərcümədə — "Süd çayı" (adıq Shchepsy) deməkdir. Çünki yağışdan sonra çay südrəng alır.
Co Peski
Cozef Frank Peski (9 fevral 1943, Nyuark, Nyu-Cersi) — amerikalı aktyor və musiqiçidir. O, müxtəlif janrlarda sərt, dəyişkən personajları canlandırması və Raging Bull (1980), Bomba oğlanlar (film, 1990), Kazino (1995) və "İrlandiyalı (film, 2019)" filmlərində Robert De Niro və Martin Scorsese ilə əməkdaşlığı ilə tanınır. . O, həmçinin Bir Zamanlar Amerikada (1984), Moonwalker (1988), JFK filmlərində göründü.(1991), Bronx Tale (1993) və The Good Shepherd (2006). Pescinin komediya rollarına "Evdə tək)" (1990–1992), " My Cousin Vinny" (1992) və " Lethal Weapon " (1989–1998) franşizasının ilk iki hissəsi kimi filmlər daxildir. Pesci Qudfellas filmindəki qanqster personajı Tommy DeVito roluna görə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Akademiya Mükafatını qazandı və "Raging Bull" və "İrlandiyalı" filmlərində Coey LaMotta və Russell Bufalino obrazlarına görə eyni kateqoriyada daha iki nominasiya qazandı . 1999-cu ildə aktyorluqdan getdiyini elan etdi, lakin o vaxtdan sonra dörd filmdə daha rol almağa qayıtdı.
Port of Spein
Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi. Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır. Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.
Sesil Con Rods
Sesil Con Rods (ing. Cecil John Rhodes; 5 iyul 1853[…] – 26 mart 1902[…]) - məşhur ingilis iş adamı və siyasətçisi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı. 1881-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoymuşdur. 1902-ci ildə 48 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət - Zambiya və Zimbabve yerləşir.
Sesil Frank Pauell
Sesil Frank Pauell (ing. Cecil Frank Powell; 5 dekabr 1903[…] – 9 avqust 1969[…], Komo, Lombardiya) — İngilis fiziki, “nüvə proseslərinin öyrənilməsi üçün fotoqrafik metodun işlənib hazırlanmasına və bu üsul vasitəsilə mezonların kəşfinə görə” 1950-ci ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. Pauell 1903-cü ilin dekabr ayında İngiltərədə anadan olmuşdur. Valideynləri çox kasıb olduğuna baxmayaraq, övladlarına yaxşı təhsil vermişdilər. 1921-ci ildə Pauell Kembric Universitetinin kolleclərinin birində oxuyaraq təqaüd alırdı (müsabiqə əsasında) və həmən universiteti 1925-ci ildə elm sahəsində fərqlənmə diplomu ilə bitirmişdir. Elmi karyerasına Ernest Ruterfordun rəhbərlik etdiyi Kavendiş Laboratoriyasında başlamışdır. 1928-ci ildə Kembricdə təhsil aldıqdan sonra Pauell Bristol Universitetində yeni fizika laboratoriyasında çalışmağa başlamışdır və karyerasının qalan hissəsini burada keçirmişdir, 1948-ci ildə professor, 1964-cü ildə isə laboratoriya direktoru vəzifəsinə qədər yüksəlmişdir. Pauell eksperimental işi nəticəsində ağır atomaltı hissəciyi olan pimezonu kəşf etmişdir. Pauellə əməkdaşlıq edənlər Cüzeppe Okkialini, H. Mürxerd və gənc braziliyalı fizik Çesare Lattes idi. Nobel mükafatı ilə yanaşı, Pauell Lomonosov medalına da layiq görünmüşdür.