Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drezna
Drezna – Rusiyada şəhər. == Tarix == Drezna 1897-ci ildə əyirmə-toxuculuq fabriki yanında qəsəbə kimi quruldu. Dreznaya 1940-cı ildə şəhər statusu verildi. Şəhərin bütün qalan inkişafı və XX əsrin 90-cı illərinə qədər onun sakinlərinin həyatı Drezna əyirmə-toxuculuq fabriki ilə bağlı idi. Burada yerli sakinlərin əksəriyyəti işləyirdilər. Onların uşaqları fabrik vaxtı yanında peşə-texniki məktəbində (daha əvvəl FZU, fabrik-zavod məktəbi) oxuyurdular və öz işləyən valideynlərini əvəz edirdilər. Buradan isə Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedirdilər.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Breaka
Breaka (ing. Breaca) — irland rahibə, xristian müqəddəsi. Kornoull və Cənubi Qərbi İngiltərədə ehtiram olunur. Adını daşıyan Briq kəndi və kilsə var. Müqəddəs Breakanın Dumnoniya kralı Gerentin qızı olduğuna inanılır.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Kristina Şremko
Kristina Şremko (6 yanvar 1972, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Şremko, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Şremko, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Kunitaka Sueoka
Kunitaka Sueoka (d. 1 fevral 1917) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Snejka dağı
Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir. Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır. 1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir).
Şerenka çubuqlucası
Şerenka çubuqlucası (lat. Philadelphus schrenkii) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çin və Koreyada yayılmışdır. Hündürlüyü 2-4 m, çətiri çox hallarda yumurtaşəkilli, yuxarı hissələrdə düz budaqlanan koldur. Zoğları tükcüklü, qabığı qəhvəyi, çox hallarda xırda, qara ziyilciklərə malikdir. Birillik və çox yaşlı budaqların qabığı qonur və ya sarımtıl-boz, soyulandır. Yarpaqları yumurtavari, enli ellips və ya uzunsov ellips formalı, tam kənarlı və ya bir qədər xırda, bir-birindən aralı dişli, nadir hallarda hər tərəfdən 10-15 dişli, qarşılıqlı və tökülən, üst tərəfdən çılpaq və ya seyrək tükcüklü, alt tərəfdən isə damarlar boyunca tükcüklü olur. May ayında çiçəkləyir. Çiçəkləri ağ, 3-4 sm diametrində, ətirlidir. Çiçək saplağı sıx tükcüklərlə örtülmüşdür.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Şrek
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı ildə Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər adlı rus bədii cizgi filmi buraxıldı.
Bolşaya Reçka (Ob)
Bolşaya Reçka — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. == Coğrafiyası == Bolşaya Reçka Altay diyarının, Troitski rayonu, Qornovoye kəndindən 10 km cənub-şərqdə başlayır. Əvvəlcə mənbədən şimala, qərbə, şimal-şərqə axır. Xomutino kəndindən sonra cənub-qərb istiqamətini tutur və demək olar ki, qalar axarı boyunca bir istiqamətdə qalır. Hövzənin yuxarı hissəsi Biysk-Çumış yüksəkliklərinin ərazisindən axır. Burada çayın axarı boyunca çöl ərazisi meşə əraziləri ilə kəsişir. Troitski kəndində çay Verxneobski Borun sərhəddinə çatır. Zaqainovo kəndinə çay meşənin kənarından axır, sonra meşənin daxilinə doğru irəliləyir. Çay hövzəsinin aşağı hissəsi bataqlıqlaşmış qədim Ob vadisində yerləşir.
Oryol i Reşka
"Oryol i Reşka" (ukr. Орел і Решка) — 2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir. Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb. Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər. Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Seka Qadiyev
Seka Qadiyev (oset. Гæдиаты Куыцырийы фырт Секъа; 1855, Qanisi[d], Mtsxeta-Mtianeti – 21 iyul (3 avqust) 1915, Vladiqafqaz) — osetin əsilli şair və yazıçı, Osetiya ədəbiyyatının klassiki. Osetiya klassik nəsrinin banisi. Seka uşaqlığını ehtiyac və çətinliklə keçirir. 18 yaşında oxumağı və yazmağı öyrənir. 1872-ci ildə Qudski kilsəsində xorçu olaraq xidmət etməyə başlayır. Ancaq kiçik bir maaş 8 nəfərlik bir ailənin mövcudluğunu təmin edə bilmədiyindən, eyni ildə Seka daha yaxşı bir həyat axtarışında Şimali Osetiyaya köçür. Burada osetin kəndlərində xorçu kimi xidmət etməyə davam edir. Ancaq ailənin maddi vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşmır. Uşaqları da özü kimi çalışmalı olur.
Şrek (dəqiqləşdirmə)
Şrek (ing. Shrek, alm. Schreck‎, rus. Шрек). Şrek (animasiya, 2001) — 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyası. Şrek 2 (animasiya, 2004) — 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyası. Üçüncü Şrek (cizgi filmi, 2007) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Hər zaman Şrek (cizgi filmi, 2010) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Şrek (personaj) — personaj.
Reka (çay)
Reka (sloven. Reka) və ya Timavo (it. Timavo) — Sloveniyanın qərb, İtaliyanın şimal-şərq hissəsindən axan çay. Reka çayı, Kars yaylasının karst boşluqlarından axaraq itən məlum çayların ən genişidir. Çay orta axarında, 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Şkosyan mağaralarında yerin altına keçir. Çay Adriatik dənizinin Triest körfəzinə tökülür. Çayın yerüstü hissəsinin uzunluğu 51 km, yeraltı hissəsinin təqribən 34 km, orta axını isə 8,26 m³/s təşkil edir. 1970-ci illərdə çay Sloveniyanın ən çirkli çaylarından biri hesab edilirdi. Çay Böyük Snejnik dağının yaxınlığında başlayır, onu təşkil edən axınların böyük hissəsinə Xorvatiyada çatır. Şkosyan kəndində çay yerin altında yoxa çıxır və Şkosyan mağaralarına gedir.
Reza Deqati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Şrek (film)
Şrek 1 (ing. Shrek) — 2000-ci il ABŞ istehsalı cizgi filmi. Animasiyası “DreamWorks Animation” studiyası tərəfindən hazırlanmışdır. Film Vilyam Steyqin 1990-cı ildə yazdığı eyniadlı rəsmli uşaq kitabının motivləri əsasında çəkilmişdir. Filmin rejissorları Endrü Adamson və Viki Censondur. Bu “Şrek” seriyasının ilk filmidir. Personajlar Mayk Mayers, Eddi Mörfi, Kameron Diaz və Con Litqou tərəfindən səsləndirilib. Filmdə qaş-qabaqlı oqr olan Şrek aşkar edir ki, onun sahib olduğu bataqlıqlar zalım hökmdar Lord Farkuad tərəfindən sürgün edilmiş nağıl qəhrəmanları tərəfindən ələ keçirilib. O, bu varlıqların başqa yerə köçürülməsini tələb etmək üçün Farkuadın yanına getməyə qərar verir. Şrek ona Duloka gedən yolu göstərsin deyə əvvəllər Farkuadın mühafizəçilərindən xilas etdiyi çoxdanışan yoldaşı Eşşəyin də gəlməsi ilə könülsüz razılaşır.
Şrek 2
Şrek 2 (ing. Shrek 2) — 2004-cü ildə 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyasıdır. Filmin rejissoru Yeni Zelandiya rejissoru Endryu Adamsdır. Animasiya "Ən yaxşı qısametrajlı animasiya Oskar mükafatı"na layiq görülmüşdür. Çox xoşbəxt cütlük olan Şrek və Fiona bal ayındadırlar. Fionanın valideynləri onların hər ikisini şam yeməyinə dəvət alırlar. Xoşbəxt cütlük eşşəklə birlikdə səyahətə yollanırlar, lakin valideynləri yeni sürpriz gözləyir. Onların övladı Fiona div halına dönmüşdü.
Əbədi Şrek
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.