Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tşado
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 457 nəfərdir. Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Sado (ada)
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Stad de Frans
Stad de Frans (fr. Stade de France) — Parisin Sen-Deni kommunasının şimal ətrafında yerləşən Fransa stadionu. 1998-ci ildə Fransada keçirilən 1998 FİFA Dünya Kubokuna xüsusi olaraq inşa edilmişdir. Hal-hazırda 81 338 tamaşaçı tutumuna malikdir. Tikinti xərcləri təxminən 285 milyon avro təşkil edib. Arena hazırda Fransa milli futbol və reqbi komandalarına ev sahibliyi edir. Konfiqurasiya atletika yarışlarına da ev sahibliyi etməyə imkan verir, 2003 Dünya Atletika Çempionatı burada keçirildi, Meeting Areva turniri hər il keçirilir. Stadion 26 iyul-11 avqust 2024-cü ildə Parisdə keçiriləcək 2024 Yay Olimpiya Oyunları çərçivəsində açılış və bağlanış mərasimlərinin, yüngül atletika yarışlarının və futbol turnirinin finalına ev sahibliyi edəcək. Stadionun inşası 80-ci illərin əvvəllərindən, Fransa 1990 FİFA Dünya Kubokuna ev sahibliyi etmək iddiasında olduğu üçün tikintiyə planlaşdırılırdı, lakin səsvermədən bir il əvvəl, 31 iyul 1983-cü ildə ərizəni geri götürdü. Daha sonra Paris, 1992 Yay Olimpiya Oyunlarına ev sahibliyi etdiyini iddia etdi, burada Parisin cənub-qərbindəki Vensen meşəsi ərazisində 80 min nəfərlik yeni bir Olimpiya stadionunun tikintisi planlaşdırıldı, lakin müraciət itirildi və stadionun inşası ləğv edildi.
Vəliəhd Şahzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Vəliəhd Şəhzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
SCADA
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Stadion
Stadion və ya futbol meydançası - kompleks idman yarışlarının keçirilməsini təmin edən inşaat qurğusu. Stadionun tərkibinə əsas meydança və tamaşaçılar üçün tribunalar, qaçış yolları, yüngül atletika sahələri, idman oyunları və gimnastika yarışları keçirmək üçün xüsusi meydança və salonlar, yardımçı qurğular daxildir. İlk stadionlar Qədim Yunanıstanın Olimpiya, Afina və s. şəhərlərində tikilmişdir. Rio-de-Janeyrodakı Marakana stadionu dünyada ən böyük stadiondur. Örtülü stadionlar da tikilir. 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb. Tikintini Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkəti aparacaq. Olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.
Standl.
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Starz
Starz — ABŞ-də fəaliyyət göstərən kabel telekanalıdır. Yayımında original proqramlar və seriallar üstünlük təşkil edir. 2016-cı ilin yanvar ayında edilmiş hesablamaya görə kanal Birləşmiş Ştatlarda 31 milyondan çox evdə izlənilir.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Eddard Stark
Eddard Stark Corc R. R. Martin tərəfindən yazılan «Buz və Alovun Nəğməsi» adlı kitablar toplusunda yer alan qəhrəmandır. Martinin «Taxt oyunları» kitabının və HBO tərəfindən hazırlanmış eyniadlı serialın baş qəhrəmanı olan Eddard Stark qədim Stark xadənanının iqamətgahı sayılan Uinterfel qalasının və Şimal krallığının uca lordu və Şimalın qoruyucusudur. Serialda Eddard Stark ingilis aktyor Şon Bin tərəfindən canlandırılmışdır. == Bioqrafiya == === "Taxt oyunları" hadisələrindən əvvəl === Eddard Stark Uesterosun ən qədim və böyük xanədanlarından olan Stark xanədanına məxsusdur. Ned uşaq yaşlarında Barateon xanədanına məxsus Lord Robert Barateon ilə birlikdə Vadinin uca lordu və Şərqin qoruyucusu olan Con Arrinin himayəsində böyümüşdür. Kral II Eyris Tarqaryenin Nedin atası Rikard Stark və qardaşı Brendon Starkı edam etdikdən və şahzadə Reyqar Tarqaryenin Nedin bacısı və Robertin nişanlısı Liana Starkı qaçırtdığından sonra lord Eddard, lord Barateon və lord Arrin krala qarşı üsyana başlayır. Taxta qarşı müharibə zamanı Riverranın lordları olan Talli xanədanı Starklarla müttəfiqlik yaratmaq və iki sülalənin bağını möhkəmləndirmək üçün lord Hoster Talli qızı Keytlini Ned ilə nişanlandırdı. Traydentdə Robert Barateonun Reyqar Tarqaryenin ordusunu məğlub edib şahzadəni öldürməyi və Lannister ordusunun Kral Torpaqlarını, yeddi krallığın paytaxtını, ələ keçirməklə müharibə üsyançılar tərəfindən qazanılır və Fırtına Torpaqlarının lordu Robert kral elan edilir. === Görünüşü və xasiyyəti === …uzun, qəhvəyi saçları var idi. Səliqə ilə qırxılmış saqqalında boz tüklər çıxmağa başlayar, onu otuz beş yaşlarından daha qoca göstərərdi.
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Eric Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. == İlk illəri == Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Erik Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. == İlk illəri == Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Estados adası
Estados adası (Ştatlar Torpağı, isp. Isla de los Estados) — Odlu Torpaq arxipelaqına daxil olan və əsas adadan şərqdə yerləşən ada. İnzibati cəhətdən Argentinaya məxsusdur. Sahəsi 534 km² təşkil edir. Lemer boğazı ilə Odlu Torpaqdan ayrılır. == Coğrafiya və iqlim == Dağlıq ərazilərdən ibarətdir. Sahilləri parçalıdır. Şərqdən qərbə uzunluğu 63 km, eni isə 4–8 km arasında dəyişir. Buzlaq məşəlli gölləri vardır. Ada haqqında J. Qabriel "Dünyanın sonunda yerləşən mayaq" povest yazmışdır.
Fransisko Arado
Fransisko Arado (30 dekabr 1971) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fransisko Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Kristiana Sadlo
Kristiana Sadlo (25 yanvar 1954, Ravensburq[d], Baden-Vürtemberq) — Almaniyalı qadın jurnalist və yazıçı. İnqa Lindström təxəllüsü ilə tanınır. İnqa Lindström təxəllüsü ilə yazdığı bütün sevgi hekayələri lentə alınıb. Bir qızı olan heykəltaraş Karl Halt Trossbach ilə evlidir. == Əsərləri == Hohenşteyn qalası, 13 bölüm, ARD 1991-94 Dağ Doktoru, 12 bölüm və iki 90 min xüsusi, Sat.1 1991-94 Forsthaus Falkenau, 5-ci mövsüm, 2 bölüm, ZDF 1994 Ürəyin evdə olduğu yerdə Sat.1 1993 Sevgililər, seriallar, TV pilotu, 13 bölüm, Sat.1 1996/97 Sevgili, serial, epizod Das Abschiedsgeschenk , ZDF, Aprel 1998 Bədxah qətl - bir pastor səssizdir, Herrmann Kirchmann ilə həmmüəllif, cinayət triller, 1 sentyabr 1998 Lisa Falk, teleseriallar, epizod Professorun ölümü , ZDF, sentyabr 1998 Sommergewitter, ZDF, dekabr 1998 Bir sevgi nə qədər güclü olmalıdır, ZDF, Dekabr 1998 Mən qatil deyiləm, ZDF 1999 Ağ quşlar, ZDF 1999 Gül bağının sirri, ARD 1999 Rahibin ürəyi (iki hissə), ZDF 1999 Sonda sevgi qalib gəlir, ARD 1999 Ürək büdrəmə, 2001 Rosamunde Pilcher: Çay üzərində külək (ssenari), 2001 Midsummer Gecəsinin Gizli, 2001 Ağ yelkənlər altında sevgi, 2001 Köçəri eşq quşları, 2001 Rosamunde Pilcher: Xəyallar Sahili (Ssenari), 2001 Dostumun gəlini, 2001 Sevgi hədiyyəsi, 2001 Ürəyin səsi, 2000 Sonda sevgi qazandı, 2000 Rahibin ürəyi, 2000 Gül bağının sehrləri, 2000 Rosamunde Pilcher: Keçmişin Zəngi (Ssenari), 2000 Sevgi, yalan, ehtiras, 2002 Sizinlə vaxt, 2002 Rosamunde Pilcher: Sevginin gözü ilə, 2002 Rosamunde Pilcher: Sevgi Alovu, Ssenari, 2003 Rosamunde Pilcher: Federn im Külək, Ssenari, 2004 Gəlinimin uşaqları, 2004 Utta Danella: Ailə sirri (Ssenari), 2004 Dr.