Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stefania
Stefani (lat. Stefania) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi. Stefania ackawaio MacCulloch & Lathrop, 2002. Stefania ayangannae MacCulloch & Lathrop, 2002. Stefania breweri Barrio-Amorós & Fuentes-Ramos, 2003. Stefania coxi MacCulloch & Lathrop, 2002. Stefania evansi (Boulenger, 1904). Stefania ginesi Rivero, 1968. Stefania goini Rivero, 1968. Stefania marahuaquensis (Rivero, 1961).
Stefaniya
Stefaniya (lat. Stephania) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Stefani
Stefani (lat. Stefania) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi. Stefania ackawaio MacCulloch & Lathrop, 2002. Stefania ayangannae MacCulloch & Lathrop, 2002. Stefania breweri Barrio-Amorós & Fuentes-Ramos, 2003. Stefania coxi MacCulloch & Lathrop, 2002. Stefania evansi (Boulenger, 1904). Stefania ginesi Rivero, 1968. Stefania goini Rivero, 1968. Stefania marahuaquensis (Rivero, 1961).
Hamar stefaniya
Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir.
Qısaerkəkcikli stefaniya
Qısaerkəkcikli stefaniya (lat. Stephania brachyandra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Stefanie Kaelin
Stefanie Kaelin — 1995-ci ildə anadan olmuşdur. İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. Stefanie Kaelin 1995-ci ildə anadan olmuşdur. Stefanie Kaelin 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2011, 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Stefaniya Belmondo
Stefaniya Belmondo(d. 13 yanvar, 1969)— Sabiq italiyalı xizək sürmə idmançısı. Karyerası ərzində iki dəfə Olimpiya dörd dəfə Dünya çempionu olmuşdur. Belmondo Geneonun əyaləti olan Vinadioda anadan olub. Karyerası ərzində o, İtaliya polis qüvvələrinin idman bölməsində -Gruppo Sportivo Forestaleda xizək sürmüşdür. O xizək sürməyə üç yaşında başlamışdır. O, 1987-ci ildə Xizək idman növləri üzrə dünya çempionatında debüt etdi. Növbəti mövsümdə İtaliyanın əsas milli komandasına qoşuldu və Kanadanın Kalqari şəhərində təşkil olunmuş 1988-ci il Qış Olimpiyadasında iştirak etdi. 1989-cu ildə o, Solt-Leyk Sitidə Dünya kubokunun qalibi oldu və bu uğurla mövsümü başa vurdu. 1991-ci ildə Xizək idman növləri üzrə dünya çempionatında müxtəlif məsafələrə yarışda gümüş və bürünc medallar qazandı.
Stefaniya Turkeviç
Stefaniya Turkeviç-Lukiyanoviç (25 aprel 1898, Lvov, Avstriya-Macarıstan İmperiyası – 8 aprel 1977, Kembric, Birləşmiş Krallıq) – Ukraynanın ilk qadın bəstəkarı hesab olunan pianoçu və musiqişünas. Stefaniyanın babası-Lev Turkeviç və atası-İvan Turkeviç keşiş idi. Anası Sofia Kormoşiv isə pianoçu idi. Yəni, ailənin bütün üzvləri heç olmasa bir musiqi alətində ifa etməyi bacarırdı. Stefania da piano, arfa və qarmonda sərbəst ifalar edirdi. Bəstəkar Turkeviç sonralar uşaqlığını və musiqiyə olan sevgisini belə təsvir edirdi: Stefaniya musiqi təhsilinə Vasili Barvinski ilə başlamışdır. 1914-1916-cı illər arasında Vyanada pianoçu Vilem Kurtz ilə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra Lviv Universitetində Adolf Çibinski ilə çalışmağa başlamış və Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi mövzusunda mühazirələrdə iştirak etmişdir.:10 1919-cu ildə Müqəddəs Georgi Katedralində bir neçə dəfə səsləndiriləcək Liturji adlı ilk musiqi əsərini bəstələmişdir. 1921-ci ildə Vyana Universitetindən Qvido Adler və Vyana Musiqi və Səhnə Sənətləri Universitetindən Yozef Marks ilə çalışmış və 1923-cü ildə diplomula təltif edilmişdir. 1925-ci ildə Robert Lisovski ilə evləndi və cütlük Berlinə köçdü.
Çılpaqçiçək stefaniya
Çılpaqçiçək stefaniya (lat. Stephania cephalantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Belçikalı Stefaniya
Belçikalı Stefaniya Klotilda Luiza Harmoniya Mariya Şarlotta (fr. Stéphanie Clotilde Louise Herminie Marie Charlotte de Belgique; 21 may 1864, Brüssel[d] – 23 avqust 1945, Pannonhalma[d], Dyör-Moşon-Şopron) — Belçika kralı II Leopoldun qızı, Avstriya-Macarıstan taxtının vəliəhd şahzadəsi. 21 may 1864-cü ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 25 iyunda vəftiz edildi. Hələ bir yaşında ikən babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Evlənərək Vyana sarayına gəlin göndərilən böyük bacısı Luizanın vastəçiliyi ilə Avstriya-Macarıstan imperatoru I Frans İosifin yeganə oğlu vəliəhd Şahzadə Rudolfla tanış oldu və 10 may 1881-ci ildə cütlük Vyana sarayında evləndi. Bu nigahdan bir qızı dünyaya gələn cütlük xoşbəxt olmadı. Şahzadə Rudolfun çoxlu sayda məşuqəsi vardı və onlardan qazandığı zöhrəvi xəstəliyi xanımına da keçirmişdi.
Pifaqor stəkanı
Pifaqor stəkanı – Samos adasından olan qədim yunan filosofu Pifaqorun ixtirası. Bu stəkan hədiyyəlik əşya, zarafat vasitəsi kimi istifadə olunurdu. Şərabı stəkanın içində şaquli vəziyyətdə durmuş dirəyin başına qədər doldurduqda qeyri-adi heç nə baş vermir, lakin maye çubuğu keçdikdə son damlasına qədər stəkandan boşalır. Bunu dirəyin içindəki boru təmin edir. Pifaqor stəkanı məşhur atalar sözünə-"çox istəyən azdan da olar" ifadəsinə allüziyadır və, adətən, tamahkar şəxslərə dərs vermək məqsədilə istifadə olunurdu.
Qven Stefani
Qven Stefani (3 oktyabr 1969, Fallerton[d], Kaliforniya) — ABŞ müğənnisi. Love. Angel. Music. Baby.
Stefani Frappar
Stefani Frappar (fr. Stéphanie Frappart; 14 dekabr 1983, Val-d'Uaz, Fransa) — fransalı FİFA dərəcəli futbol hakimi. 2011-ci ildə Fransada əhəmiyyətinə görə üçüncü dərəcəli futbol divizionu olan Milli çempionatın oyununu idarə edib. 2014-cü ildə Liqa 2-də görüş idarə edən ilk qadın hakim olub. 2015-ci ildə Kanadada keçirilən qadınlar arasında dünya çempionatında hakimlərdən biri olub. 2019-cu ildə Fransada baş tutmuş qadınlar arasında dünya çempionatında final görüşünü idarə edib. 2019-cu ilin aprelində elan edilib ki, Frappar Fransa çempionatının güclülər dəstəsində görüş idarə edəcək ilk qadın referi olacaq. O, aprelin 28-də 34-cü tur çərçivəsində "Amyen" və "Strasbur komandaları arasında baş tutmuş görüşdə Liqa 1-də debüt edib. 14 avqust 2019-cu ildə İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilmiş UEFA Superkuboku matçını idarə edib.
Stefani Korneliussen
Stefani Korneliussen (ing. Stephanie Corneliussen; 28 aprel 1987, Kopenhagen) — Danimarkalı aktrisa və model. Cənab Robot serailındakı Coanna Vellik rolu ilə tanınır. Korneliussen Kopenhagen, Danimarkada anadan oldu. Frederiksbergdəki Johannesskolen məktəbində oxudu və Kopenhagendə balet təhsili aldı. Bundan başqa qrafik dizayn üzrə dərəcəsi var. Gözəlliyi 13 yaşında kəşf edildi və İskandinaviya Super Model yarışmasına qatılması üçün təşviq edildi. Yarışmanı qazandı və sonra beynəlxalq modellik karyerası başladı. Corneliussen hal-hazırda Scoop Models-də modellik edir. Modellik karyerasını davam etdirərkən, 2007-ci ildə Birləşmiş Krallıqda oxumağa başladı, ardınca 2011-ci ildə Los Angelesə köçdü.
Stefani Mayer
Stefani Morqan Mayer (ing. Stephenie Morgan Meyer; 24 dekabr 1973[…], Hartford, Konnektikut, ABŞ) — müasir ABŞ yazıçısı. 37 dilə tərcümə edilən və milyonlarla tirajla çap edilən "Alatoran" romanlar seriyasını yazandan sonra dünya şöhrəti qazandı. Kitabları dünya üzrə 100 milyon tirajla çap edilib. Alatoran (romanlar seriyası) rəsmi saytı (ing.) Stefani Mayer — IMDb səhifəsi Twilight author, Stephenie Meyer is America’s JK Rowling . Independent (19.11.2009). 1 2 Whitworth D. Harry who? Meet the new J.K. Rowling // The Times. — 2008. 1 2 3 Grossman L. It's Twilight in America: The Vampire Saga // Time :2009.
Stefani Qrappelli
Stefani Qrappelli (26 yanvar 1908-1 dekabr 1997) — cazmen. Stefani Qrappelli 26 yanvar 1908-ci ildə Parisdə anadan olmuş, 1 dekabr 1997-ci ildə elə həmin şəhərdə vəfat etmişdir. Ən məşhur caz skripkaçılarından biri olmuş Stefani Qrappellinin davamlı yaradığılı və heyranedici ifası skripkanın caz aləti statusu qazanması üçün çox iş görmüşdür. Onu da qeyd edək ki, Stefani Qrappelli həm skripkada, həm də fortepianoda çalmağı müstəqil öyrənmiş, sonra isə – 1924-1928-ci illərdə Paris konservatoriyasında musiqi biliklərinə yiyələnmişdir. 1933-cü ildə gitaraçı Canqo Reynhardt ilə görüşənə qədər Qrappelli yalnız kinoteatrlarda və rəqs orkestrlərinin heyətində çıxış edirdi. "Hot Club"un rəhbəri Pyer Nurri simli orkestr yaratmaq ideyasını irəli sürəndə bu təklif onların ürəyindən oldu. Beləliklə, The Quintet of the Hot Club of France (skripka, üç akustik gitara və bas) yarandı. Ultraphone, Decca i HMV studiyalarının silsilə yazıları sayəsində bu kollektiv qısa müddətdə beynəlxalq miqyasda məşhurlaşdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda bu kvintet parçalandı. Qrappelli Londonda qaldı, Reynhart isə Fransaya qayıtdı.
Stefani Topalyan
Stefani Nonoşita Topalyan (erm. Ստեֆանի Թոփալյան; 5 avqust 1987, Los-Anceles, Kaliforniya) və ya qısaca tanınan adı ilə Stefani (ステファニー, Sutefanī) – erməniəsilli Yaponiya müğənnisi. SME Records Japan ilə əməkdaşlıq edir. Yaponiyada iki albom buraxıb: 2008-ci ildə "Stephanie" və 2009-cu ildə "Colors of My Voice". 2007-ci ildə Yaponiya Musiqi Mükafatına layiq görülüb. Yaponiya filmlərində bir çox mahnısı səsləndirilib. Bəzi Yaponiya filmlərində ("Qürur", "Tokio qəbiləsi") rol alıb. 2015-ci ildə erməni superqrup layihəsi olan "Genealogy"-ə qoşulub və Ermənistanı 2015 Avroviziya Mahnı Müsabiqəsində "Face the Shadow" mahnısı ilə təmsil edib. Kaliforniya ştatının Los-Anceles şəhərində yapon ananın və Amerika ermənisi atanın qızı kimi doğulub. Yaponiyada yaşasa da, erməni köklərinə əhəmiyyət verir.
Birja stəkanı
"Birja stəkanı" (ing. DOM, Depth of Market) — qiymətli kağızların alqı-satqısı, törəmə alətlər, əmtəə və ya fond bazarı üzrə müqavilələr üzrə limit sifarişlər cədvəlidir (İngiliscə sifariş kitabı). Hər bir ərizədə qiymət (kotirovka) və səhmlərin sayı var. Birja bu məlumatları brokerlərə (ticarət nümayəndələrinə) göndərir, onlar onu treyderlərə (ticarət iştirakçılarına) ötürürlər. Sifariş kitabçası bazar qiymətindən yuxarı və aşağı hər bir qiymətə müqavilələr və ya səhmlərin alqı-satqısı üçün gözlənilən sifarişlərin ümumi sayını göstərir. Ticarət terminalının sifariş kitabçası müəyyən vaxtda bazarda tələb və təklifi qiymətləndirməyə imkan verir. Texniki analizdə, şüşə bir təhlükəsizliyin hərəkət etdiyi "ən az müqavimət xəttini" tanımaq üçün istifadə olunur. Hesab edilir ki, sifarişlər sürətlə yoxa çıxmağa başlasa, o zaman qiymət tezliklə eyni istiqamətdə hərəkət edə bilər. Müasir sifariş kitabları bərabər məsafəli sifarişlərin likvidliyinin balanssızlığını təhlil etməyə imkan verir — beləliklə, sifariş kitabının "həcm təhlili" tələb və təklif balanssızlığını, ən likvid qiymət səviyyələrini dəqiq qiymətləndirməyə imkan verir. == Xüsusiyyətləri == Sifariş kitabında yalnız qiyməti elan edilmiş sifarişlər göstərilir.
Stefani Siqman
Stefani Siqman (ing. Stephanie Sigman; 28 fevral 1987, Syudad-Obreqon, Sonora) — Meksika və ABŞ aktrisası. İlk dəfə 2011-ci ildə Meksika istehsalı dram filmi "Miss Bala"da rol almışdır.
Georsi-Stefanie Pikard
Georsi-Stefanie Pikard (8 fevral 1991) — Kanadalı oxatan. Georsi-Stefanie Pikard Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Georsi-Stefanie Pikard birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Tan Ya-Ting ilə üz-üzə gəldi. Həmin görüşdə Georsi-Stefanie Pikard rəqibinə 1:7 hesabı ilə uduzdu.
Ştefani tsu Quttenberq
Ştefani Frayfrau fon und tsu Quttenberq (alm. Stephanie Freifrau von und zu Guttenberg‎, əsl soyadı - Ştefani Grefin fon Bismark-Şönhauzen; 24 noyabr 1976, Münxen) — alman aktivisti, uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Bu sahədə bir neçə kitab müəllifidir. Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor tsu Quttenberqin həyat yoldaşıdır. Kansler Otto fon Bismarkın kötücəsi, keçmiş xarici işlər naziri Herbert Bismarkın nəticəsidir. O, həmçinin torpedonun ixtiraçısı Robert Uaythedin və diplomat qraf Oyosun nəslindəndir.