Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samavar (Tarım)
Samavar (az-əbcəd. ساماوار‎, fars. صومعه‌بر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 114 nəfər yaşayır (41 ailə).
Şumava Milli Parkı
Şumava Milli Parkı (çex. Národní park Šumava, ˈʃʊmava dinlə) — Çexiyanın cənub-qərbində yerləşən və ətraf mühitin mühafizəsi üçün xüsusi rejim müddəalarının tətbiq olunduğu meşə massividir. Park statusu "Təbiətin və landşaftın qorunması" haqqında 114/1992 nömrəli qanun müddəası ilə tənzimlənir. Şumava Milli Parkı, Çex Respublikasındakı 4 MP-dan ən böyüyüdür (ümumi sahəsi 167.688 hektardır). Burada əsas müdafiə obyekti, sakit rejimdə unikal və nadir bioloji aləmin tədqiqi və təkmilləşdirilməsidir. Şam meşələri və meşə əkmələrindən başqa, burada ən önəmlisi adi bataqlıqların, torf bataqlıqlarının və kar mənşəli göllərin və relyeflərin mühafizəsidir. Şumava Milli Parkı təbiət-mühafizə zonasının bir hissəsidir. Milli Park ərazisində daha 24 dövlət təbiət qoruğu və digər xırda mühafizə olunan ərazilər elan olunub. Birlikdə onlar Mərkəzi Avropada ən iri və ən şaxələndirilmiş mühafizə olunan ərazilərin birini təşkil edirlər. Şumava qiymətli təbii mühit, eləcə də turizm üçün populyar məkan kimi özünü təqdim edir.
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Buğavar
Buğavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Buğa (erkək maral) sözündəndir.
Cumalar
Cumalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Əsl adı Cumalardır. Yaşayış məntəqəsi cumalar nəsli tərəfindən salındığına görə həmin nəslin adını daşıyır. Etnotoponimdir. == Əhalisi == Əhalisi 581 nəfərdir (2009). Gənc şair və Bütöv Azərbaycançılığın yeni nəsil fikir adamlarından olan Murad Hüseyn Difai də bir müddət bu kənddə yaşamışdır.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir. Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Pumalar
Puma (lat. Puma) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Samovar
Samovar (rus. Самова́р, köhn. azərb. سماوار Səmavar) — çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərsində kömür yanan ocağı olan qab. Yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir.
Siyavar
Siyavar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kənd ərazisində hallabonq bağları salınmışdır.
Sumatra
Sumatra (bəzən Sumatera) İndoneziyanın qərbində bir adadır. Sunda adalarının ən qərbində olanıdır. 475,807.63 km2 ərazisi ilə dünyanın ən böyük altıncı adasıdır. Ayrıca tamamiylə İndoneziyaya aid ən böyük ada ünvanına da sahibdir (digər iki ada, Borneo ve Yeni Qvineya, qismən İndoneziyada yer alırlar). Ən böyük şəhəri 2.400.000 nəfərlik əhalisi ilə Medandır. Sumatra qədim çağlarda adada olan bol miqdarda qızıl mədənlərindən ötrü Sanskritcə Swarnadwīpa ("Qızıl adası") və Swarnabhūmi ("Qızıl torpaq") adlarıyla bilinirdi. Sumatra adını ilk olaraq 1017-ci ildə Çinə elçi göndərən Srivijaya kralı Sumatrabhumi ("Sumatra torpaqlarının kralı") işlətdi. X–XIII yüzillərdə Ərəb coğrafyaçılar Açeyə yaxın bir krallıq olan Lamriyə ithafən Sumatra adası üçün Lamri (Lamuri, Lambri və ya Ramni) adlarını işlətdilər. XIV yüzilin sonlarında Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra olaraq yayqın bir şəkildə işlənməyə başlandı.
Sumbava
Sumbava (ind. Sumbawa) — Kiçik Zond adalarının tərkibinə daxil olaraq İndoneziyanın ərazisidir. Onun ümumi sahəsi 15 448 km² təşkil edir. Adada 1,33 milyon nəfər yaşayır. Onlar arasında Sumbavalılarda vardır. Adanın qərb hissəsində Sumbava-Besar şəhəri mərkəz olmaqla Sumbava diyarı, şərqində isə Boha şəhəri mərkəz olmaqla Bima diyarı yerləşir. Sumbava ada İndoneziyada yerləşən adalar arasında islam və induizm arasında sərhəd rolunu oynayır. Adanın şərqi öz köklərinə bağlılığını qoruyub saxlamışdır. Sumbava turistlərə özünün böyük dalğaları və ağ qumlu çimərlikləri ilə məşhurdur. Adanın turist qəbul etmə potensialının böyük olmasına baxmayaraq otellərin azlığı və adaya gəlmək üçün nəqliyyatın azlığı buranı daha az turistin gəlməsinə səbəb olur.
Şotavar
Şotavar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Oykonim şato (etn.) və var (İran dillərində "yaşayış yeri", "möhkəmləndirilmiş yer", "qala", "çəpər") komponentlərindən ibarət olub, "şatoların kəndi" mənasındadır. Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. 1872-ci ildə nəşr olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin Qarasu naibliyinə daxil olan Şotavar kəndində milli tərkibi muğallardan ibarət 35 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin etnik tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Əlibəyli kənd cəmiyyəti tərkibinə daxil olan Şotavar kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (42 evdə 126 nəfəri kişilər və 136 nəfəri qadınlar olmaqla toplam 262 nəfər) və avarlardan (14 evdə 46 nəfər kişilər və 42 nəfəro qadınlar olmaqla toplam 88 nəfər) ibarət 350 nəfər (172 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 1081 nəfər əhali yaşamaqdadır. Hazırda kənd əhalisi tamamilə etnik Azərbaycan Türklərindən təşkil olunmuşdur.
Suçava
Suçava (judets)
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Mihael Şumaher
Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir. O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu. 2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.
Mihael Şumaxer

Miki Suqavara
Miki Suqavara — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Mixael Şumaher
Mixael Şumaxer (alm. Michael Schumacher‎; Almanca tələffüz: [ˈmɪçaʔeːl ˈʃuːmaxɐ] ( dinlə); 3 yanvar 1969[…]) — Almaniyalı Formula-1 pilotu. Formula-1 üzrə yeddi qat dünya çempionu. 1991-ci ildə Benetton komandasının heyətində Formula-1-ə gəlmiş, 1996-2006-cı illərdə Ferrari komandasında çıxış etmişdir. O, bir çox formula rekordlarını hələ də öz əlində saxlayır. Ən çox çempionluq, qran-pri qələbəsi, poul pozişn, ən sürətli dövrə, ən yüksək xal və bir mövsümdə qazanılmış ən çox qələbə. 2002-ci ildə o, Formula-1 tarixində mövsümün bütün yarışlarını ilk üçlükdə tamamlayan yeganə pilot oldu. 2006-cı ildə da Formula-1-i tərk etməsinə baxmayaraq, 2010-cu ildən Mersedes GP komandası ilə yenidən yarışlara qayıtmışdır. 2013-cü ildə isə xizəkdə qəzaya uğrayaraq komaya düşmüşdür.
Mixael Şumaxer

Qərbi Sumatra
Qərbi Sumatra (ind. Sumatera Barat,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsmi qiymətləndirmə 5,098,790 nəfər əhalini göstərir. Qərbi Sumatra 12 bölgəyə və yeddi şəhərə bölünür. Yava əyalətindən başqa İndoneziyanın digər əyalətlərinə nisbətən daha çox şəhərə sahibdir. Paytaxtı Padanqdır. Vilayət şimalda Şimali Sumatra (Sumatera Utara), şərqdə Riau və Cambi, cənub-şərqdə Benqkulu əyalətləri ilə həmsərhəddir. Buraya sahildəki Mentavai adaları daxildir. Qərbi Sumatra Minanqkabau xalqının vətənidir, baxmayaraq ki ənənəvi Minanqkabau bölgəsi Qərbi Sumatra əyalətinin indiki inzibati bölgəsindən daha genişdir, Şimali Sumatranın cənub bölgəsini, Riaunun qərb bölgəsini, Cambinin qərb bölgəsini və Benqulunun şimal bölgəsini əhatə edir.
Samaqar (Eçmiədzin)
Samaqar — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Samaqar kəndi 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində qeyd olunmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi ermənilərdən ibarət idi. 1978-ci ildə kənd ermənicə Qeqakert adlandırılmışdır. Əsli Sovməqar şəklindədir. Ərəbcə soymə (Azərbaycan dilində sovmə) "ibadətgah", "monastır", "ucu şiş tikinti", "minarə" və ərəb dilində qar-"mağara" sözlərindən ibarətdir. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
Samaqar noyon
Samaqar noyon və ya Cemakar (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. Samaqar noyonun adı 1271-ci ildə doqquzuncu xaç yürüşüylə kordinasiya edilmiş şəraitdə təşkil edilən Elxani hücumuna rəhbərlik edənlər sırasında çəkilir. Samaqar haqqında az şey məlumdur, lakin onun adı monqollar və səlibçilər arasında həyata keçirilən əməliyyatlar kontekstində çəkilir. 1269-cu ildə ingilis şahzadəsi Edvard (gələcəkdə I Edvard) kiçik qüvvə ilə Müqəddəs Torpaqlara doqquzuncu xaç yürüşünə başladı. O, 9 may 1271-ci ildə Akraya çatdı. Bu zaman Müqəddəs Torpaqlarda vəziyyət çox kritik idi. Belə ki Məmlük rəhbərlərindən biri olan Baybars Tripolidakı frank əsilzadəsi VI Bohemondu mühasirəyə almışdı. Edvard Akraya gələn kimi Elxanilərin o dövrki hökmdarı Abaqa xanın yanına səfir göndərdi. Edvard Elxanilərin qüvvələrindən də yararlanaraq Baybarsa hücum etməyi planlamaqda idi. Abaqa xan 4 sentyabr 1271-ci ildə təklifə cavab üçün yazmış olduğu məktubda buna müsbət cavab vermişdi: Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Samaqarı) sizə yardım etməyə göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və gün barədə dəqiq qərarlar verməyinizə əmin olun.
Senecio sumarae
Senecio sumarae (lat. Senecio sumarae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Siyavar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.