Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Sisək
Sisəklər (lat. Gryllidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin düzqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Sisəklər orta və ya iri ölçülü cücülər olub, bədəni nisbətən yastılaşmışdır. Pəncələri üç buğumludur. Qanadlı formalarla yanaşı, qanadsız formaları da olur. Erkək fərdlərin qanadüstlüyündə iri cırıldama orqanı vardır. Dişi fərdlərdə nizəşəkilli, uzun yumurtaqoyan vardır. Adətən gecə həyat tərzi keçirirlər. Əksər hallarda torpağın səthində, qisməndə ağac və kolluqlarda yaşayırlar. Əsas nümayəndələri çöl sisəyi (Melanogryllus desertus (Pallas, 1771)), tarla sisəyi (Gryllus campestris Linnaeus, 1758), ev sisəyi (Acheta domesticus (Linnaeus, 1758)) və s.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Süsən
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Şusef
Şusef — İranın Cənubi Xorasan ostanının Nehbəndan şəhristanının Şusef bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,338 nəfər və 572 ailədən ibarət idi.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Adi süsən
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Mavi süsən
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Miroslav Şulek
Miroslav Şulek (16 mart 1993) — Slovakiyalı xizək yürüşçüsü. Miroslav Şulek Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Miroslav Şulek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Şulek 3:28.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 61-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Nazikyarpaq süsən
Nazikyarpaq süsən (lat. Iris tenuifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Paradoksal süsən
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Paradoxsal süsən
Qurdqulağı süsən
Qurdqulağı süsəni (lat. Iris lycotis Woronow.) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir.
Qəşəng süsən
Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Elmi adı - Iris elegantissima D. Sosn. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir.
Sarı süsən
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir.
Siau Şuşen
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Solğun süsən
Solğun süsən (lat. Iris pallida) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Susən Maqsudlu
Susən Maqsudlu - İran aktrisasıdır. 1980-ci ildə Tehran Universitetinin incəsənət fakültəsindən məzun olubdur.
Süsən Məcidova
Süsən Məcidova (1916, Bakı – 24 iyun 1985) — Azərbaycan aktrisası. Süsən Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb. Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb. Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
İtikənarlı süsən
İtikənarlı süsən (lat. Iris acutiloba), süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü. Nadir məhdud areallı Qafqaz endemidir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Status — EN B2ab(iii)c(v) . Çoxillik ot bitkisidir. Gövdə 4–12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1–3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir.
Şuşen Siau
Şuşen Siau (13 noyabr 1976, Taypey) — Çinli aktrisa, müğənni və teleaparıcı. КиноПоиск.ru: Сяо Шушэнь 蕭淑慎檔案庫 AsianWiki: Shu-shen Hsiao Hsiao Shu Shen Height Profile Arxivləşdirilib 2014-04-28 at the Wayback Machine Youtube-da Şuşen Siaunun Üfiq (ing.
Maye şüşə
Maye şüşə Maye şüşə natrium silikatların Na2O(SiO3)n və (və ya) kalium K2O(SiO3)n sulu qələvi məhluludur [1]. Daha az yayğın olaraq, litium silikatlar maye şüşə kimi, məsələn, elektrod örtüklərində istifadə olunur. Maye şüşə silikat yapışqan kimi də tanınır (ticari adı). == Tarix == İlk dəfə maye şüşə 1818-ci ildə alman kimyaçısı və mineraloqu İohan Nepomuk fon Fuks tərəfindən qələvilərin silisium turşusuna təsiri nəticəsində əldə edilmişdir. Hazırda maye şüşə silisium tərkibli xammalın kaustik sodanın qatılaşdırılmış məhlulları ilə avtoklavlanması və ya kvars qumunun soda ilə əridilməsi yolu ilə alınır. Atmosfer təzyiqində və nisbətən aşağı temperaturda (qələvi məhlulunun qaynama nöqtəsi) qələvi məhlullarında silisli xammalın (kolbalar, tripolilər, diatomitlər və s.) birbaşa həllinə əsaslanan maye şüşə istehsalının məlum üsulları da mövcuddur. Maye şüşənin kimyəvi tərkibinin bir xüsusiyyəti silikat moduludur. Modul maye şüşənin tərkibində olan silikon oksidin natrium və ya kalium oksidinə nisbətini göstərir və silisiumun məhlula buraxılmasını xarakterizə edir. Silikat modulunun ölçüsü maye şüşənin keyfiyyətini mühakimə etmir, lakin bəzi texnoloji reseptlərdə son məhsul bu oksidlərin kəmiyyət nisbətindən birbaşa asılı olduqda, müəyyən bir modulun istifadəsi üçün təlimatlar var. == Xassələri == Maye şüşə suda həll olunur, hidroliz səbəbindən bu məhlul qələvi reaksiya verir.