Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
Ta' Qali
Ta' Qali — Maltada yerləşən kənd. İkinci Dünya Müharibəsi dövründə burada hərbi aerodrom yerləşirdi.
Ta-Dmeyrek
Ta-Dmeyrek (malta Ta' Dmejrek) — Malta dövlətinin ən hündür nöqtəsi. Hündürlüyü 253 metrdir. Faktiki olaraq Dinqli təpələrinin ən hüdür nöqtəsidir. Burada Dinqli kəndi yerləşir. Zirvə Malta adasının cənub-qərbiundə yerləşir. İlk əvvəllər Maltanın ən hündür nöqtəsi Dinqli kəndindən qərbdə yerləşən 232 metrlik zirvə hesab edilirdi. Sonradan isə bu zirvədən cənub-şərqdə yerləşən 235 metrlik zirvə olur. Bir müddət sonra 241 metr hündülüyə malik Maqdalena kapellası təyin edilir. Ta-Dmeyrek Maltanın ən hündür təbii zirvəsi olaraq təsdiq edilmişdir. "Ta' Dmejrek" (ingilis).
Ta-Seti
Ta-Seti (transkripsiyası Ta-kens, q.misir tȝ-stj; mənası: "Ox (silah) ölkəsi", "Satis (mineral) ölkəsi", "Satis (tanrıça) ölkəsi", "Əyrilmiş") — Yuxarı Misirin e.ə. XXIII–XXII əsrlərində yaranmış Nil çayı boyu yerləşən ən cənub vilayəti. Yunan-Roma dövründə Ombos ya Kom-Ombo nomu ,(lat. Nomos Ombites) adlandırılırdı. Nomlar misirşünaslar tərəfindən nömrələrlə təsnif olunduğuna görə Yuxarı Misirin birinci (I) nomu sayılır. Sülalə öncəsi dövrdə (e.ə. III minillikdə) vilayət Aşağı Nubiya, Sülalələr dövrü isə Elefantina kimi tanınırdı.
Conatan Ta
Conatan Ta (alm. Jonathan Tah‎; 11 fevral 1996, Hamburq) — Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" klubunda və Almaniya milli futbol komandasında, mərkəz müdafiəçisi mövqeyində çıxış edən peşəkar futbolçu.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ça Ja-Kyung
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
La Brea Tar Pits
La Brea Tar Pits — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində mövcud olan qədim fauna və flora qəbiristanlığı Bu sahənin 35 min illik yaşı vardır. Hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. “Natural History” Azərbaycanın təbiətindən yazır.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
ETA
ETA (bask Euskadi Ta Askatasuna – "Baskların vətəni və azadlıq") — İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşən Basklar ölkəsi bölgəsinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatı. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmış, 2011-ci ildə hərbi mübarizəni dayandırdığını elan etmişdir. 1962-ci ildə təşkil olunan bask solçu milliyyətçilərinin qurultayında təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdu. 1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 800 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır. İspaniya və Fransa, həmçinin Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınmışdır. Təşkilatın 700-dən artıq üzvü İspaniya, Fransa və digər ölkələrdə həbs cəzasına məhkum edilmişdir. Həyata keçirdiyi terror aktları arasında 1973-cü ildə Fransisko Frankonun yerinə hökumətə rəhbərlik edən admiral Luis Karrero Blankonun qətlə yetirilməsi, 30 dekabr 2006-cı ildə Madridin Barahas hava limanında 2 nəfərin ölümü, 4 nəfərin yaralanması və hava limanı binasının ciddi zədələnməsi ilə nəticələnən partlayış, həmçinin 29 iyul 2009-cu ildə İspaniyanın Burqos şəhərində Mülki Qvardiyanın əsgərlərinin və ailələrinin yaşadığı binanın qarşısında törədilən, 46 nəfərin yaralanması və 14 mərtəbəli yaşayış binasının qismən zədələnməsinə yol açan partlayış xüsusi yer tutur. 1975-ci ildə Frankonun ölümündən sonra "Basklar ölkəsi" İspaniyanın heç bir bölgəsinin malik olmadığı qədər geniş muxtariyyət qazansa da, ETA tam müstəqillik şüarından əl çəkməyib. Fransa 1990-cı illərədək ETA-nı İspaniyanın daxili problemi kimi qəbul edirdi və təşkilatın üzvləri Fransa ərazisində gizlənərək, öz hücumlarını burada hazırlayırdılar. Xüsusilə də Frankonun dövründə Fransa ETA-ya maneə yaratmırdı.
Ea
Ea, Enki- (şum. en-KI 𒀭 𒂗 𒆠), Babil-assur inamlarına əsasən səma sularının (Yağış və Tufan) ilahisi, Adaya qarşı qoyulan yer üzü və yeraltı suların ilahisi, Yerin sahibi, müdriklik tanrısı, şirin su dəryasının-Apsunun sahibi.. Onu sənətkarların tanrısı da hesab edirlər. Şumer mifologiyasına əsasən Dəclə çayı Ea ilahəsi tərəfindən yaradılmışdır. Ea ilahəsi şumer ilahəsi Enkaya müvafiqdir. Ona sitayişin mərkəzi Fars körfəzi sahilində yerləşən Eridu şəhərində idi. Əfsanələrdə Ea, insanlara müxtəlif sənətlər, incəsənət növləri və biliklər öyrədən müdriklik ilahəsi kimi təmsil edilir. O, kanalları və arxları dolduran, süni suvarmanın (irriqasiyanın) hamisi hesab olunurdu. Balıq quyruqlu insan şəklində təsvir olunurdu. Babil ilahilər panteonuna Ea Anu və Enlil-Bel ilə birlikdə ali ilahilər üçlüyünə daxil idi.
Ha
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 240 m² və hektar – 240 m və ya 1/140 km² qiymətləndirildi.
Ka
Ka (Misir mifologiyası) — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi. Ka (kana) — yapon dilində kanalardan biri.
La
La İzabela
Ota
Ota — Tokionun xüsusi rayonlarından biri.
Ra
Ra (bəzən Re də adlanır) — Qədim Misir mifologiyasında Günəş tanrısı. Sonralar Amonla eyniləşdirilmişdir və "Amon-Ra" adlandırılmışdır. Raya sitayiş mərkəzi Heliopol şəhəri idi. Ra bütün tanrıların padşahı və atası hesab olunurdu.
SA
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
TAC
Tac
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Tar
Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Barnaul-Т
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə