Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
Taşir rayonu
Vorontsovka rayonu, Kalinino rayonu — Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında mövcud olmuş inzibati-ərazi vahidi. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.Ərazisi 690 kv.km-dir. Rayon mərkəzi Vorontsovka qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Rayonun Soyuqbulaq kəndi yaxınlığında Armudlu və Qaçaqqıran dərələrində əsrlərin yadigarı olan Soyuqbulaq qayaüstü rəsmləri var. Bu rəsmlər Qobustan qayaüstü rəsmlərini xatırladır. Rayonun Cücəkənd kəndində (Kəndin adı Cuci xanla bağlanılır) qədim oğuz tayfalarının adlarını xatırladan tayfa adları var: Qaraqurbanlılar, sakatlar, qarakəllər, dəmirçilər, saraclılar, bocalevi, işvahannılar, çırpanevi, dərvişlər və s.
Taşır nahiyəsi
Taşır nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. == Tarixi == 1590 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Axtala sancağının Taşirabad nahiyəsi adlanırdı.1590 ci ildə Osmanlı İmperiyasının Lori əyalətinin Taşır sancağının Tasık nahiyəsi adlanırdı. 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi.Ermənistan Sovet Sosialist Respublikasında və Ermənistan Respublikasında yerləşir. Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1922). 31 dekabr 1937-ci ildə təşkil edilmişdir. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir rayonu adlıandırılmış, 5 noyabr 1995-ci ildə isə ləğv edilərək ərazisi yeni yaradılmış Loru mərzinin tərkibinə qatılmışdır.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
TASİS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Takır
Takır (qədim türk dilində — hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məh­rum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölün­müş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüz­lərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Taşiro
Taşiro (yap. 田代島) — Yaponiyanın Miyaqi perfekturası ərazisinə daxildir. Ada faktiki olaraq İsinomaki şəhərinin bir hissəsini təşkil edir. Burada hazırda Oodomari və Nitoda qəsəbələri vardır. İki qəsəbə arasında pişik məbədi yerləşir. Qədim dövrlərdən insanlar pişiklərə rəğbət bəsləyirdilər. Səbən isə pişiklərin sıçovulları məhv etməsi idi (sıçovulların ipək sənayesinə vurduğu zərbə ilə əlaqədar). Adaya itlərin gətirilməsi qadağandır. Hazırda adada pişiklərin sayı burada yaşayan insanların sayından dəfələrlə çoxdur (70—100 nəf.). Bu qəribə adətlər səbəbindən gənclər adanı tərk edir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır.Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir. İyeronimin istinad etdiyi 30 kitabın təxminən yarısı qorunub saxlanılmamışdır.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nasir Mustafazadə
Nasir Müqəddəm
Nasir Yaqub oğlu Müqəddəm (fars. سپهبد ناصر مقدم‎ Sepahbod Nasser Moghadam) (24 iyun 1921, Tehran – 11 aprel 1979, Tehran) — "SAVAK"ın 4-cü və sonuncu rəhbəri, general-leytenant. İranın 1970-ci il inqilabından sonra həbs edilmiş və daha sonra edam olunmuşdur. == Həyatı == Nasir Müqəddəm 24 iyun 1921-ci il tarixində Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur. Müqəddəm təhsilini hərbi məktəbdə almışdır və daha sonra Tehran Universiteti Fakültəsində qanun dərsi almışdır.16 yanvar 1979-cu il tarixində Şah və ailəsi İrandan qaçmışdır. Fevralın 1-də Xomeyni sürgündən qayıtmış və inqilaba rəhbərlik etmişdir. Üç gün davam edən mübarizədən sonra Xomeyni idarəni ələ almışdır. Bunun nəticəsində, 11 aprel 1979 tarixində "SAVAK"ın bütün rəhbərləri (Həsən Pakrəvan, Nematolla Nəssiri və Nasir Müqəddəm) edam edilmişdir.
Nasir Məlikmütii
Nasir Məlikmütii (fars. ناصر ملک‌مطیعی‎ Naṣir Məlik-müṭī‘ī; 11 aprel 1930 və ya 29 mart 1930, Tehran – 25 may 2018, Tehran) — iranlı aktyor və rejissor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi.
Nasir Mənzuri
Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçi. == Həyatı == Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib. == Ailəsi == Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.
Nasir Purpirar
Naser Purpirar (ناصر پورپیرار) (ləqəbi) əsil adıyla Naser Bənakonənde (ناصر بناکننده) — İran yazıçısıdır. 1940-cı ildə Tehranda anadan olub. Onun yazıları, İran tarixi, Ərəblərin İrana hücumundan öncə və sonra, Şahnamə və Firdosi, Sədi, klassik tarix araşdərmacıların əksinə, üstə deyilən tarixi mövzuları yalan və yapma bilir və bu barədə yeni baxış ortaya qoyur. == Həyatı == Purpirarın ali təhsilatına görə bilgi yoxdu. O İranın İSNA reportyoruna deyir: ((mən savadsızam və nəqədərdə savadsızlığım çoxsa, o qədər, mənim dediklərimə cavab verməyə qadir olmayan İran klasik tarixçilərinin savadsızlığına səbəb olur.)) Purpirar, peşəkarlığını bir mətbəədə başladı. Kiyanvərin dediyinə görə o İran Tudə Partiyası üzvüydü. == Əsərləri == Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın Mədəniyyət Nazirliyi (Fərhəng və İrşadi İslami) bu kitabların bir çoxunun çapına icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Əsərlərindən bəzisi bunlardır: İran tarixinin quruluşuna dair müzakirələr — birinci cild — 12 əsr sükut (8 kitabda)İslam və qılınc == Baxışı == Purpirar iranın bu günkü tarixini inkar edərkən yeni iddialar tərh edir ki hələ onların isbatlanmasına dayanaqcıl istinadlar verilməyib.
Nasir Xosrov
Nasir Xosrov və ya Əbu Muin Nasir ibn Xosrov ibn Faris əl-Kabadyani əl-Mərvəzi (fars. ناصرخسرو‎, 1004, Kubadiyan[d] – təq. 1088, Bədəxşan) — İran şairi. == Həyatı == 1004-cü ildə Kubadiyanda doğulub. 1088-ci ildə Yamqanda vəfat edib. == Yaradıcılığı == Şərqin görkəmli şair və mütəfəkkiri Nasir Xosrovun (1004–1088) "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. [[Fayl:SafarNamehNaserKhosrou.jpg|thumb|SafarNamehNaserKhosrou]] Nasir Xosrov doğrudan da filosof adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mənalı söz ustası, bir tərəfdən etirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini etiqadlarına əsasən bu barədə ağız açmamalı idi, amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şeirlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da "dəllal arif" hesab etmək lazımdır. O, bir şeirində belə deyir: Mənası: İlahi, əgər hamını gözəl yaratsaydın nə olardı?
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. == Həyatı == Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Nasir Ətapur
== Həyatı == Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Söhrab Tahir
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycan Respublikasının xalq şairi (1998), nasir, publisist. == Həyatı == Söhrab Tahir 1926-cı il mayın 27-də Astara şəhərində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur. Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952–1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959–1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962–1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur. Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986–1991) olmuşdur.