Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Tista
Tista ( ing. Teesta Teesta, nep. टिस्ता खोला - "Tista Khol", benq. তিস্তা নদী তিস্তা নদী - "Tista Nodi"), Hindistan və Banqladeşdəki çaydır və Brahmaputranın bir qoludur. Keçmiş Knyazlığın əsas su yolu idi və hazırda Hindistanın Sikkim əyaləti, öz mikroiqlimi ilə Himalayadakı dərin bir vadidən keçərək bütün dövlətə axır. Müəyyən dərəcədə Sikkim və Qərbi Benqal dövlətləri arasındakı sərhədi təşkil edir, sonra Qərbi Benqal və Banqladeşdən keçərək Brahmaputraya axır. Tibetlə sərhəddəki Sikkimin çox şimal-şərqindəki Tista buzlaqından qidalanan Khangchung gölündən axır. Yuxarıda Çombo adlanır ( ing. Chombo Çombo ). Əvvəlcə qərbə, Sikkimin şimal sərhədi boyunca axır, sonra cənuba dönür və dövləti demək olar ki, yarısında kəsir.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən). Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur. Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir. 1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir. Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır. 1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat. Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Nişat Şirvani
Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Tisa gölü
Тisa gölü(Kişköre; mac. Tisza-tó, mac. Kiskörei-víztározó)- Macarıstan su anbarının yaxınlığında yerləşən göldür. Tisa çayı da buraya tökülür. Bu göl Böyük Macarıstan düzündə yerləşən Eger şəhərinin cənub-şərqində yerləşmişdir. Tisa gölü 3 medyenin sərhədində- Borşod-Abauy-Zemplen (medye), Haydu-Bihar və Yas-Naqikun-Solnok arasında yerləşmişdir. Tisa gölü həm də 1999-cu ildə yaradılan Xortovad Milli Parkının bir hissəsidir. Avropanın Dünya mədəni irs siyahısına daxil edilmişdir.. Tisa gölünün uzunluğu 27 km, sahəsi isə 127 km²-dir. Orta dərinliyi 1,3 m, maksimal dərinliyi isə 17m-dir.
Tisa çayı
Tisa çayı (ukr. Тиса, mac. Tisza, slovak. Tisa, serb. Тиса) — Dunay çayının ən uzun qolu olub, Mərkəzi Avropadan axır. Bu çay başlanğıcını Ukraynanın qərb əyalətindən götürür. Onu demək olar ki, Raxova şəhəri yaxınlığında Qara Tisa və Ağ Tisanın birləşməsi əmələ gətirir. Qara Tisanın mənbəyi dəniz səviyyəsindən 1400 m-də olub, şimal-şərq Svidov qalxmasından başlanğıc götürür. Ağ Tisa isə öz başlanğıcını cənub-qərbi Çernoqoriya massivindən 1650 m hündürlüyündən başlanğıcını götürür. Ukrayna daxilində Tisa çayı 201 km məsafədə uzanır.
Tisa Şakya
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı
Mavritaniyadakı Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı 1996-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmışdır. Sözügedən şəhərlər XI əsrdə, Böyük Səhradan keçən Trans-Saxara ticarət karvanlarının dayanacaq yer olaraq qurulmuşdur. Bir zamanlar çiçəklənən Saxara mədəniyyət mərkəzləri olan bu şəhərlər bu gün təkcə ticarət yollarının köklü şəkildə dəyişməsi səbəbindən deyil, hər şeydən əvvəl səhranın getdikcə irəliləyən qumları səbəbindən bir çox çətinliklərlə yaşayır.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Hisar
Hisar (Bükan)
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
II Hişam
II Hişam və ya Hişam ibn Hakəm (ərəb. ھشام المؤيد بالله‎) (d. 966 - ö. 19 aprel 1013) — 3. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 17. İbn Bessâm eş-Şenterînî, eẕ-Ẕaḫîre, VII, 55-60, 65, 70, 72, 73, 75, 78, 82, 83, 190. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 21.
I Hişam
I Hişam və ya Hişam ibn Əbdürrəhman (ərəb. هشام بن عبد الرحمن الداخل‎) (d. 26 aprel 757 - ö. 17 aprel 796) — 2-ci Kordova əmiri. == Həyatı == Hişam ibn Əbdürrəhman 26 aprel 757-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmirliyinin qurucusu I Əbdürrəhman, anası isə onun ispan əsilli cariyəsi Haluldur. Atasının vəfatı xəbərini almasının ardından hakim olduğu Merida qalasından ayrılaraq Kordovaya gəldi və 7 oktyabr 788-ci ildə dövlət adamlarının, eləcə də əhalinin qarşısında taxta çıxdı. Ancaq Suriyalı ərəblərin dəstəklədiyi qardaşı Toledo hakimi Süleyman, yaşının çox olması səbəbilə taxtın öz haqqı olduğunu iddia edərək onun əmirliyini tanımadı. Çox keçmədən kiçik qardaşı Abdullah da Süleymana qatıldı. Əmir Hişam ilk öncə məsələni sülh yoluyla həll etmək istəsə də, qardaşları buna razı olmadı.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kento Misao
Kento Misao (16 aprel 1996) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.