Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Tuyuq
Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bəzən abab, az hallarda isə aaaa şəklindədir. Rübaidə işlənən mövzular tuyuqda da işlənir. Ərəb və ədəbiyyatında olmayan, yalnız türk ədəbiyyatında istifadə olunan özünəməxsus nəzm şəklidir.Tuyuq əruz vəzninin rəməl bəhrindədir İlk numunələrini XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddin (tr: Kadı Burhanettin) yaradıb. Maninin Divan ədəbiyatına oxşar sayılır. Əruz vəzninin failatun-failatun-failun qəlibi ilə yazılır. Xalq ədəbiyyatında mani, on birli heca ilə söylənilərsə, tuyuq adını alır. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir. Manidə olduğu kimi, cinaslı qafiyə istifadə olunur. Bununla belə, tuyuqda manidən fərqli olaraq məntiqi və məna bütünlüyü qorunmaqla hər bir misranın müstəqil mənası, ideyası olur.
Neoseiulus tunus
Neoseiulus tunus (lat. Neoseiulus tunus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Tuluq zurnası
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Çin tunqu
Tunq ağacı
Ürəkvari tunq
Tuluq (ölçü vahidi)
Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya. Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı). Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
Çin tunq ağacı
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Kunqu
Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir. Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir. Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Puçuq
Puçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Pucuq oyk., sadə. Quba r-nunun Qonaqkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Pucuqqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gümür kənd icmasına mənsub ailələr onlara məxsus qışlaq yerində salmışlar. Sonralar toponimin tərkibindəki qışlaq sözü ixtisar edilmişdir. Toponimiyada puçuq/pucuq!puşuq •‘əkinə yararlı olmayan sahə”, “örüş sahəsi” mənalarını bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 48 nəfər əhali yaşayır.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Ruçuq
Ruçuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Ruçuq oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Ruçuqqışlaq olmuşdur. Sonralar oykonimin ikinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi Afurca kəndinə məxsus Ruçuq adlı qışlaq yerində salınmışdır. Güman etmək olar ki, oykonim tat dilindəki ruçuq (ru-üz, çuq-açıq; Üzüaçıq) sözündəndir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 25 nəfər əhali yaşayır.
Sucuq
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Tanux
Tanux — İslamın ilk illərində əl-Hirə (İraq) ətrafında yaşayan xaçpərəst ərəb qəbiləsi. Xəlifə əl-Mehdinin vaxtında (775-785) bu qəbilə Hələb ətrafına köçüb İslamı qəbul etmişdir. Sonralar qəbilənin bir qismi Livan dağlarına köçmüşdür. Məhz buradan ət-Tənux nisbəsini daşıyan mərd döyüşçülər çıxmışdır.
Tanıq
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Çuluq
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Tenqu
Tenqu — Yapon inanclarından olan məxluq. Yapon inanclarında tengu teratoloji varlıqdır; qırmızı üzlü, uzun burunlu, bəzən qanadlı nəhəng bir insan şəklində görünür. . Yapon folklorunun bir çox digər personajları kimi, Tenqu da Çindən gəlir. Çində bu canlılar ağ başlı tülkülər kimi təsvir edilmişdir. Onlar çətinliklərin qarşısını almaq, eləcə də hürərək quldurları qorxutmaq qabiliyyətinə sahib idilər. Bu həm də ayda yaşayan pis bir tanrının adı idi. Nəhayət, eyni söz, şaqqıltı və parıltı ilə düşən xüsusi ulduzları nəzərdə tuturdu. Tezliklə tülkü itinin siması tenqunun uçma qabiliyyətinin təsiri ilə dəyişməyə başladı. XII əsrdə meydana çıxan "Qədim hekayələr toplusu"nda tenqu qoca ağacların taclarında yaşayan şahin şəklində peyda olmuşdur.
Süngü
Süngü (ştık alm. stich‎ — “nizə zərbəsi”) — silahın (tüfəng, karabin, pulemyot) lüləsinə bərkidilmiş, süngü ilə döyüş zamanı nizə kimi istifadə olunmasına imkan verən soyuq deşici silah; əsgər ləvazimatının bel kəmərinə də (başqa yerdə) taxmaq olar. XVII əsrdən Birinci Dünya müharibəsinə qədər süngü piyada hücumları üçün əsas silah hesab olunurdu. Hal-hazırda süngü ikinci dərəcəli silah və ya istifadə edilən sonuncu silah sayılır. Süngünün sonrakı versiyası bıçaqlı süngüdür.