Podkamennaya Tunquska
Podkamennaya Tunquska ('Orta Tunqus, Çulakan, Kа'tanqa) (evenk Дулгу Катэнӈа, rus. Подкаменная Тунгуска) — Rusiyanın Sibir ərasisində yerləşən çay. İrkutsk vilayəti ərazisindən başlayaraq Krasnoyarsk diyarından axaraq Yenisey (sağ qolu) çayına tökülür. Yayla ərazisindən axan çay yüksək axın sürətinə malikdir.
== Coğrafiyası ==
Çayın uzunluğu 1865 km, hövzəsinin sahəsi 240 min km² təşkil edir. Orta Sibir yaylasından axır. Yuxarılarda çay dərin dərələrlə axır və Katanqa adlanır. Ümumulikdə Podkamennaya Tunquskanı dağ çayı adlandırmaq olar. Bəzi yerlərdə çay vulkanik suxurların arasından axır. Yuxarı axarlarda çay xüsusi ilə sərt suxurların arasında 3–4 m/s sürətlə axır.