Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.
Türksat
Türksat (operator)
Osman Türkay
Osman Türkay (16 fevral 1927, Girnə[d] – 24 yanvar 2001, Şimali Kipr) — Əslən Kıbrısdan olan türk mühacir şairi, yazıçısı, tərcüməçisi və publisisti, Ədəbiyyat üzrə Nobel mükafatı nominantı (1988 və 1990) Osman Türkay 16 fevral 1927-ci ildə Kıbrısın Girne şəhərinin yaxınlığındakı əski adı Kazafona olan Ozanköy qəsəbəsində anadan olmuşdur. O, Mustafa Hasan və Emete Hasanın ailəsində doğulmuşdur. Uşaq ikən atasını itirdiyindən dayısının himayəsində böyümüşdür. 1939-cu ildə ibtidai təhsilini Kazafanada bitirmişdir. Daha sonra Lefkoşada Türk Kişi liseyində, Girnede özəl ingilis məktəbində təhsil almışdır. 1947–1951-ci illərdə "Hürr söz" qəzetində ədəbiyyat və mədəniyyət səhifəsinin aparıcısı olmuşdur. 1951-ci ildə Türkiyəyə gələrək Adanada – İncirlikdə NATO aeroportunda tərcüməçi kimi fəaliyyət göstərmişdir. Yaradıcılığa erkən başla sa da, 1953–1957-ci illərdə Londonda yaşayarkən şeir yazmağa ara verən müəllif, diqqətini dünya poeziyasına, xüsusən də ingilis şeirinə yönəltmişdir. Osman Türkay 1955-ci ildə Londonda Modern Dillər Məktəbinin jurnalistika bölümünü, 1957-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə bölümünü bitirmişdir. 1958-ci ilin sonlarında doğma vətəni Kıbrısa dönən müəllif Lefkoşa şəhərində iki yaxın dostu ilə birlikdə "Beşparmak", "Uyarı" ədəbiyyat dərgilərini çıxarmış, daha sonra "Kıbrıs Türk Sesi" (1962–1963) qəzetinin redaktoru olmuşdur.
Turbat (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
TurkSat-3USat
TurkSat-3USat — Türk nanopeyk kommunikasiyası. İstanbul Texniki Universitetinin "Kosmik Sistemlər Dizaynı və Sınaq Laboratoriyası ilə Radio Tezlik Elektronika Laboratoriyasında işlənib. Hazırlanmasında Türksat şirkəti və Türk Həvəskar Peyk Texnologiyaları şirkəti iştirak edib. TurkSat-3USat 26 aprel 2013-cü il tarixində saat 04:13:04-də Qobi səhrasında yerləşən Jiuquan Peyk buraxılış mərkəzindən kosmosa göndərilmişdir.
Türkan (Maku)
Türkan (fars. ‎تركان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Türkan (dəqiqləşdirmə)
Türkan — Bakı şəhərinin Xəzər rayonunda qəsəbə. Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunda mövcud olmuş qəsəbə.
Türkan Akyol
Türkan Akyol (12 sentyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980). 12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. Evlidir, iki uşaq anasıdır.
Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb. 2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb. 2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır. FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb. Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
Türkan Nəsirova
Türkan Taleh qızı Nəsirova (17 iyul 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Güləş üzrə dünya və Avropa çempionatlarının iştirakçısı. Türkan Nəsirova 6 mart 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbini bitirmişdir. Abşeron rayonu Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsidir. 2009-cu ildən güləş ilə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Türkan Nəsirova birinci uğurunu 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qazanmışdır. O Gənclərin Dünya Çempionatında finalda məğlub olaraq gümüş medal qazanmışdır. Daha sonra Türkan Nəsirova 2013-cü ildə Monteneqronun Bar şəhərində Gənclərin Avropa Çempionatında bürünc medal qazanmışdır.
Türkan Saylan
Türkan Saylan — Türk tibb həkimi, yazar, ÇYDD Ümumi Başçısı. Türkan Saylan 1935-ci il dekabrın 13-də İstanbulda dünyaya gəldi. Respublika dövrünün ilk mütəfəkkirlərindən Fəsih Qalib Bəy ilə (evləndikdən sonra Leyla adını alan) İsveçrəli Lili Mina Raiman cütünün beş uşağının ən böyüyüdür. 1944–1946-cı illərdə Şamlı İbtidai məktəbi və 1946–1953-cü illərdə Şamlı Qız Liseyində oxudu. 1963-cü ildə İstanbul Tibb Fakültəsini bitirmişdir. 1964–1968-ci illərdə SSK Nişantaşı Xəstəxanasından Dəri və Zöhrəvi Xəstəliklər Mütəxəssisliyini götürdü. 1968-ci ildə İÜ İstanbul Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsində Baş assistentliyə başladı. 1971-ci ildə İngilis Mədəniyyət Heyətinin təqaüdüylə İngiltərədə irəli təhsil aldı, 1974-də Fransada və 1976-da İngiltərədə qısa davamlı işlər gördü, 1972-də dosent, 1977-də professor oldu. 1982–1987 illəri arasında İstanbul Universiteti Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsi Başçılığını, 1981–2001-ci illərdə İstanbul Universiteti Tibb Fakültəsi Lepra Araşdırma və Tətbiq Mərkəzi Müdirliyini icra etdi. 1990-cı ildə yaradılan "İÜ Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzi"nin quruluşunda vəzifə götürdü və 1996-cı ilə qədər müdir köməkçiliyi ilə Qadın Sağlamlığı dərslərinin koordinatölüğünü etdi.
Türkan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkan xatun
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Türkan Şoray
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik". Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.
Türkan Əfəndiyeva
Türkan Əşrəf qızı Əfəndiyeva (7 mart 1929) — Azərbaycan türkoloqu. Türkan Əşrəf qızı Əfəndiyeva 1929-cu il martın 7-də Bakı şəhərində anadan olmuşdur. Şəkidə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin rus dili kafedrasında laborant kimi başlamışdır. 1973-cü il Türkan Əfəndiyevanın həyatında ən unudulmaz illərdən sayılır. O, "Azərbaycan dilinin leksik üslubiyyatı" (bədii üslub) mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və respublikada dilçilik sahəsində üçüncü qadın elmlər doktoru oldu. 1992–1993-cü illərdə İstanbulun Mərmərə Universitetinin dəvəti ilə orada çalışmış, Azərbaycan dili və ədəbiyyatından mühazirələr söyləmiş, rus dilindən dərs demişdir. Türkan xanım 1989-cu ildən Türkiyədə keçirilən türk dili konqreslərinin daimi iştirakçısıdır. Professor Türkan Əfəndiyeva öz zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyində xüsusi yer tutur. Onun elmi əsərləri, monoqrafiya, dərslik və dərs vəsaitləri, ana dilimizin leksikologiyası, morfologiyası, üslubiyyatı, bədii üslub, məcazlar sistemi, poetika məsələlərini və nitq mədəniyyətini əhatə edir.
Türkay Hüseynli
Türksat 1A
Türksat 1A — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Türkiyənin ilk kosmik kosmik proqramı olan Türksat 1A, Arianespace tərəfindən, Ariane-44LP H10+ daşıyıcı raketi vasitəsilə, Fransız peyki Eutelsat 2F5 ilə birlikdə, 24 yanvar 1994-cü ildə saat 21:37-də Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir. Qurğunun başlanğıcının son mərhələsindən 12 dəqiqə 12 saniyə sonra sonra okeana düşərək itdiyi məlum oldu. Eyni ildə Türksat Türksat 1B-ni uğurla kosmosa göndərdikdən sonra, Türksat 1A-nın vəzifəsi 1996-cı ildə orbitə yerləşdirilən Türksat 1C ilə əvəzləndi.
Türksat 1B
Türksat 1B Türkiyənin ilk uğurlu kosmosa çıxardılmış peyki olub 1994–2006-cı illər arasında aktiv fəaliyyət göstərmişdir. Türksat tərəfindən istifadə edilən süni bir əlaqə qurğusudur. 10 avqust 1994-cü il tarixində kosmosa çıxarılmışdır və 1994-cü ildə də istifadəyə verilmişdir. İstehsalı Alcaletl Alenia Space İndustries tərəfindən həyata keçirilmişdir.16 Ku trsanporder;6 geniş zolaq 72 MHs və 10 dar zolaq 36 MHslik əlaqə xüsusiyyətlərinə malikdir. Türkiyə , Avropa, Orta Asiyanı əhatə edən perk 12 illik vazifəsindən sonra 2006-cı ildə 31,3° Şərq uzunluğunda tapşırığını sona çatdırmışdır.
Türksat 1C
Türksat 1C — Türkiyənin Türksat və Fransanın Aérospatiale şirkəti tərəfindən nəzarət edilən telekommunikasiya peyki. Arianespace tərəfindən, Ariane-44LP H10-3 daşıyıcı raketi vasitəsilə, Ərəbistan peyki Arabsat 2A ilə birlikdə, 9 iyul 1996-cı ildə Fransa Qvianasının Korou şəhərindəki Qviana Kosmos Mərkəzindən ELA-2 platformasından kosmosa göndərilmişdir.
Türksat 2A
Türksat 2A — (Eurasiasat 1), 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyət göstərmiş peyk. Türkiyə Cümhuriyyətinə məxsusdur. Türksat 3A ilə eyni uzunluq dairəsindədir. 10 yanvar 2001-ci il tarixində kosmosa göndərilmiş, 1 fevral 2001-ci ildən 42 dərəcə şərq uzunluğu dairəsində fəaliyyətə başlamışdır. Yerli xarici televiziya kanalları ilə digər peyk xidmətlərini göstərmişdir. Türksat tərəfindən idarə olunub. Türksat 2A fəaliyyətini 27 sentyabr 2016-cı il tarixində başa vurub.
Türksat 3A
Türksat 3A — Türkiyənin 13 iyul 2008-ci il tarixində kosmosa göndərdiyi yeni nəsil telekommunikasiya peykidir. Peyk Thales Alenia Space şirkəti tərəfindən istehsal olunmuşdur. 42 dərəcəlik şərq orbitində fəaliyyət göstərir.
Türksat 4A
Türksat 4A — hazırlanmasında türk texniki işçilərin də iştirak etdiyi, 14 fevral 2014-cü il tarixində saat 23.09-da kosmosa göndərilən xəbərləşmə peyki. Peyk "Japon Mitsubishi Electric" firmasının təkmilləşdirdiyi DS2000 platforması ilə hazırlanıb. Türksat 4A Qazaxıstanda yerləşən Baykonur Kosmik Bazasından Proton daşıyıcı raketi ilə kosmosa göndərilib. Təxminən 4 ay müddətində 50 dərəcəlik şərq orbitində sınaq müddəti keçib. 9 iyun 2014-cü il tarixində test orbitindən ayrılıb xidmətə başlaması planlaşdırılan 42 dərəcəlik şərq orbitində yerləşdirilmişdir. 2014-cü il İyun ayından xidmət göstərməyə başlamışdır. 15 iyul 2014-cü il tarixində icrası planlaşdırılan kanal keçidləri, Ramazan ayına görə tamaçılardan gələn çoxsaylı tələblərə görə müəyyən müddətə təxirə salınmışdır. Türksat 4A-ya keçid edəcək olan televiziya və radio yayımlarının tezlik dəyişiklikləri, 17 sentyabr 2014-cü il tarixini 18 sentyabr 2014-cü il tarixinə bağlayan gecə yarısı edilib.
Türksat 4B
Türksat 4B — Türkiyənin yeddinci süni peyki. Hazırlanmasında türk mühəndisləri də iştirak etmişdir. 2015-ci il oktyabrın 16-da Türkiyə vaxtı ilə saat 23:40-da Qazaxıstandakı Baykonur kosmodromundan orbitə buraxılmışdır.
Türksat 5A
Türksat 5A — 2020-ci ildə kosmosa göndərilməsi hədəflənən telekommunikasiya peyki. 2011-ci ilin sentyabrında imzalanmış müqaviləyə görə bu peyk Türksat və Turkish Aerospace Industries (TAI) əməkdaşlığı çərçivəsində reallaşdırılacaqdır. Türksat 5A Türkiyədə inşa edilən ilk geostasionar peyk olacaqdır. 2020-ci ilin sonlarında peykin işə salınması planlaşdırılır. Türksat 5A 31 dərəcəlik şərq uzunluğunda geosinxron orbitdə yerləşdirəcək.
Türksat 6A
Türksat 6A — türk telekommunikasiya peyki. Türksat 6A Türkiyənin yerli olaraq inkişaf etdirilməsi nəzərdə tutulan və bu sahədə Türkiyədəki bacarıqları daha da inkişaf etdirmək məqsədi daşıyan ilk telekommunikasiya peykidir. 1994-cü ildən bəri Türksatla bağlı fəaliyyət göstərən peyklərdən fərqli olaraq TÜBİTAK UZAY, RASAT və GÖKTÜRK-2 layihələrində qazanılan kosmik sahədəki təcrübələrdən faydalanılaraq layihə ortaqları TUSAŞ, ASELSAN və CTECH firmaları ilə birlikdə milli telekommunikasiya peyki platformasını daha da təkmilləşdirməkdədir. Türksat 6A layihəsinə 15 dekabr 2014-cü il tarixində başlanılıb. Layihənin ümumi müddəti 60 ay planlanlaşdırılmışdı. Layihədə orbitdə fəaliyyətə başlayacaq uçuş modelindən savayı yer sınaqlarında istifadə edlməklə sistem səviyyəsində əlavə modeller də təkmilləşdirilməkdədir. Türksat 6A layihəsinə TÜBİTAK və "Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi" tərəfindən maddi dəstək verilmişdir. Türksat A. Ş., orbitdə fəaliyyətə başlama prosesini uğurla başa vurduqdan sonra peykin istifadəçisi və sahibi olacaqdır.