Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Servi Tulli
Servi Tulli (lat. Servius Tullius; e. ə. VI əsr, Roma – e.ə. 535 və ya e.ə. 534, Roma) — Qədim Romanın VI çarı. == Haqqında == Bir rəvayətə görə onun anası latın tayfaları ilə müharibədə əsir alınıb Tarkvini Priskin arvadına kənizliyə verilmişdi. Qul arvadın bir oğlu olmuş, uşağın adını Servi Tulli qoymuşdular, (latınca serva - "qul" deməkdir). Lusi Tarkvini uşağı oğulluğa götürüb böyütmüş, ölərkən özünə xələf təyin etmişdi. Romada ilk ictimai islahatın keçirilməsi onun adı ilə bağlıdır.
Tuli (Urmiya)
Tuli (fars. تولي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 621 nəfər yaşayır (103 ailə).
Aşağı Tualı (Xudafərin)
Aşağı Tualı (fars. طوعلي سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (76 ailə).
Mark Tulli Siseron
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Sisero bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır. == Həyatı == === 1. Uşaqlıq və gənclik illəri === Markus Tullius Sisero Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir.
Siseron Mark Tulli
Markus Tullius Sisero (lat. Marcus Tullius Cicero, 3 yanvar e.ə. 106[…], Arpino[d], İtaliya[d], Qədim Roma – 7 dekabr e.ə. 43[…], Formiya, İtaliya[d], Qədim Roma) — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Sisero bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır. == Həyatı == === 1. Uşaqlıq və gənclik illəri === Markus Tullius Sisero Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir.
Yuxarı Tualı (Xudafərin)
Yuxarı Tualı (fars. طوعلی عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (66 ailə).
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert.Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Müflis
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
Müfti
Müfti (ərəbcə مفتى) - dini məhkəmə sistemində vəzifəli şəxsdir; qazilərin iş təcrübəsindəki oxşar hadisələrdən istifadə edərək müxtəlif dini-hüquqi məsələlər barəsində qərarlar çıxarır (fətva verir). Hazırda hər bir müsəlman dövlətində ölkənin baş müftisi vardır. Əslində o, icmanın başçısıdır, çox böyük nüfuza malikdir və istər dövlət proqramlarına dair (onların dini cəhətlərinə dair), istərsə də sırf dini məsələlərə dair (məsələn, dini bayramların və orucluğun başlanması vaxtı haqqında) qərarlar qəbul edir. Yeni və ən yeni dövrlərdə dünyəvi hakimiyyət orqanlarının və müsəlman ölkələrinin geniş əhali kütlələrinin bir çox məişət yeniliklərinə, iqtisadi və siyasi yeniliklərə münasibəti müftilərin qərarından asılı olmuş və asılıdır.
Müsli
Müsli, məşhur səhər yeməyində yeyilən dənli bitkilərdən hazırlanmış yeməkdir. Adı İsveçrə Almancasında əzmə və ya sıyıq mənasını verən Mües sözündən yaranan Müsli, 1900-cü ildə həkim və diyetoloq Dr. Maksimilian Oskar Bircher-Benner tərəfindən aşkar edilmişdir. Bircher-Brenner, Sürixdəki xüsusi klinikasında xəstələr üçün hazırladığı qarışığı Apfeldiätspeise adlandırırdı, bu da alma pəhriz yeməyi deməkdir. Daha sonra İsveçrədə standart yemək halına gəldi və öz ixtiraçısının adının şərəfinə Birchermüesli adını aldı. Almaniyada Müsli, ingilis dilli ölkələrdə Muesli olaraq tanındı. İsveçrədən dünyaya yayılan Muesli, bu ölkədə şam yeməyi olaraq da istehlak edilir. Bunun əksinə olaraq, Azərbaycanda süd istehlakının az olması kimi amillərə görə geniş yayılmamışdır. Bircher-Brennerin orijinal alma pəhrizi resepti təzə turş alma, quru yulaf əzməsi, limon suyu ilə qarışdırılmış qatılaşdırılmış süd, fındıq və badamdan ibarətdir. Bu gün ticarət nöqteyi-nəzərindən qablaşdırılan və quru şəkildə satılan taxıl, qoz-fındıq, yer fıstığı və meyvə hissəciklərinin birləşməsindən meydana gələn müsli uzun müddət təzə saxlanıla bilər.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Sulli
Çoyi Cin-ri (29 mart 1994 – 14 oktyabr 2019) səhnə adı ilə daha çox tanınan Sulli (/ˈsʌli/) Cənubi Koreyalı aktrisa, müğənni və model idi.Sulli ilk dəfə uşaq aktrisa kimi debüt etdi, SBS-nin "Ballad of Seodong" tarixi dramında (2005) köməkçi aktrisa kimi göründü.Bunun ardınca o, bir sıra qonaq rollardada göründü, "Love Needs a Miracle" (2005) , "Drama City" (2007) və "Vacation " (2006). Daha sonra o, "Punch Lady" (2007) və "BA: BO" (2008) filmlərində göründü, birincisi onun ilk dəfə əhəmiyyətli dramatik rolu idi. SM Entertainment ilə müqavilə imzaladıqdan sonra Sulli 2009-cu ildə yaradılmış f(x) qız qrupunun üzvü kimi tanınmağa başladı. Qrup, SXSW-də çıxış edən ilk K-pop sənətkarı olduqdan sonra dörd Koreya bir nömrəli sinql və beynəlxalq tanınma ilə həm kritik, həm də kommersiya uğuru əldə etdi. Musiqi karyerası ilə eyni vaxtda Sulli SBS romantik komediya serialı, "Hana-Kimi" manqasının Koreyaya uyğunlaşdırılması olan "To the Beautiful You" (2012) filmində rol alaraq aktrisalığa qayıtdı və burada onun performansı müsbət qarşılandı.İki SBS Drama Mükafatını və 49-cu Paeksang İncəsənət Mükafatları nominasiyasını qazandı. Sullinin kino karyerası onun fantaziya janrında oynadığı "The Pirates" (2014) və yetkinlik dramında "Moda Kralı" (2014) filmlərində oynaması ilə irəlilədi. "The Pirates" üçün mətbuat turu zamanı Sulli səhhətində yaranan problemlərə görə əyləncə sənayesinə ara verdi və bir il f(x) ilə promosyona getmədikdən sonra 2015-ci ilin avqustunda qrupdan ayrıldı. 2015–2017-ci illər arasında o, Estée Lauder üçün qlobal brend səfiri olmamışdan əvvəl bir sıra modellik kampaniyalarına başlamışdır.Sulli eksperimental triller "Real" (2017) filmindəki rolu ilə diqqəti cəlb etdi. Daha sonra 2018-ci ildə musiqi sənayesinə qayıtdı, Dekanın "Dayfly" sinqlına qonaq oldu və 2019-cu ilin iyun ayında debüt solo sinqlı "Goblin"i buraxdı, bu onun ölümündən əvvəl son musiqi layihəsi idi. Sulli Cənubi Koreya prezidenti Mun Çe-İni qabaqlayaraq, 2017-ci ildə Cənubi Koreyada ən çox Google-da axtarılan şəxsə çevrilərək, açıq danışan şəxsiyyətinə görə Koreyanın populyar mədəniyyətinin görkəmli nümayəndəsi kimi tanınıb.
Tatlı
Kəndlər Tatlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Tatlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd.
Tağlı
Tağlı (Zəngilan)
Tiflis
Tbilisi (gürc. თბილისი) və ya Tiflis – Gürcüstanın paytaxtı, Qafqaz şəhərlərinin mühüm sənaye, mədəniyyət və elm mərkəzlərindən biri. Ölkənin şərq hissəsində, Kür çayının hər iki sahilində, dəniz səviyyəsindən 406–522 metr hündürlükdə, Tiflis çökəkliyində yerləşir. Şəhər 244 km2 ərazidə yerləşir. "Tbilisi" toponiminin hərfi mənası qədim gürcü dilində "isti su" anlamına gəlir. Tarixi qaynaqlara gorə, şəhər eramızın V əsrində gürcü sərkərdəsi Vaxtanq Qorqasali tərəfindən salınmışdır. Tbilisi iqtisadi baxımdan hazırda Gürcüstanın ən inkişaf etmiş bölgəsi hesab olunur. 2005-ci ildə ölkədə istehsal edilmiş sənaye məhsulunun 35,4%-i, tikintinin 63,6%-i bu şəhərin payına düşmüş, fəaliyyətdə olan müəssisələrin say etibarı ilə 47,4%-i burada cəmləşmişdir. Tbilisi şəhəri 8 şəhər rayonuna bölünür. İllik orta temperatur yanvar ayında 0,5º S, iyul ayında 24,2º S olur.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tufan
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Tüklə
Tüklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. == Toponimiyası == Yaşayış məntəqəsinin adı talış dilində "çəltik əkilən sahə", "biçar" sözündən və kiçik mənasında "lə" şəkilçisindən ibarətdir.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa.DigərTülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tıxlı
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir. == Mədəniyyəti == Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
Tüilri
Tüilri bağı
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) == Həyatı == Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Həsən Tufan
Hizbulla Gülsizin-Həsrətov-Kusinov (tam adı: Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov, rus. Хисбулла Фахриевич Гульзизин-Хазратов-Кусинов; təxəllüsü: Həsən Tufan, tatar. Хәсән Туфан, rus. Хаса́н Туфа́н; 27 noyabr (10 dekabr) 1900, İske Karmət[d], Aksubay volostu[d], Çistay qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 10 iyun 1981, Kazan) — Tatarıstan şairi və yazıçısı, milli fiqur, Abdulla Tuqay adına Tatarıstan MSSR Dövlət Mükafatı laureatı (1966). == Həyatı == Hizbulla Fəxri oğlu Gülsizin-Həsrətov-Kusinov 9 dekabr 1900-cu ildə Rusiya imperiyasının Kazan quberniyasının Çistay mahalının Aksubay nahiyəsinə daxil olan Müqəddəs Kiremet (indiki Tatarıstan Respublikasının İske Karmət kəndi) bir kəndli ailəsində anadan olmuşdur. O, oxumağı və yazmağı atasından öyrənmiş, ibtidai təhsilini isə kənd məktəbində almışdır. 1914-cü ildə onun qardaşları Həsən Tufanı Ural dağlarına aparmışdır ki, o, buradakı mis mədənlərində kəşfiyyatçı kimi işləmişdir. O, təhsilini regionun ən öncül tədris müəssisələrindən biri olan Ufa şəhərindəki «Qaliya» mədrəsəsində davam etdirmişdir. O, burada Şeyxzadə Babiçin musiqi və ədəbi sferasına daxil olmuşdur. 1915-ci ildən onun ədəbiyyat müəllimi Alimcan İbrahimov olmuşdur.