Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Mişel Baçelet
Veronica Mişel Baçelet Xeriya (isp. Verónica Michelle Bachelet Jeria; 29 sentyabr 1951[…]) — Çili Respublikasının 35-ci (2006-2010) və 37-ci (2014-cü ildən) Prezidenti. 29 sentyabr 1951-ci ildə Çilinin Santyaqo şəhərində anadan olmuşdur. Orta təhsilini Merilenddə almışdır. Ali təhsilini 1970-ci ildə Çili Universitetinin Tibb fakültəsində almağa başlamışdır. 1975-ci ildə Humbolt Universitetində təhsilini davam etdirmişdir. 1990-1993-cü illərdə Qərb Metropoliteni Səhiyyə Xidmətində, 1994-1997-ci illərdə Səhiyyə Nazirliyində məsləhətçi, 1998-2000-ci illərdə Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmışdır. 2000-2002-ci illərdə Çilinin səhiyyə naziri, 2002-2004-cü illərdə isə Çilinin müdafiə naziri olmuşdur. 2006-cı ildə ölkə Prezidenti seçilmiş və 11 mart 2010-cu ilədək bu vəzifədə olmuşdur. 2014-cü ildə ikinci dəfə Çili Prezidenti seçilmişdir.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Tələt Dadaşov
Tələt Dadaşov (22 mart 1923, Bakı – 31 dekabr 1996) — Azərbaycan memarı. Tələt Mehdi oğlu Dadaşov 1923-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılır və Böyük Vətən müharibəsində iştirak edir. 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Tələt Dadaşova həsr edilmişdir.
Tələt Kəngərli
Tələt Kəngərli (Kəngərli Tələt Nəsrulla oğlu; d. 21 noyabr 1948, Bakı şəh., Azərbaycan) — Geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014). Tələt Kəngərli 21 noyabr 1948 Bakı şəhərində anadan olub. SSRİ Geologiya Nazirliyinin Fəxri fərmanı Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press. 2013. 147.
Tələt Mehdiyev
Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri. Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Tələt Məcidov
Tələt Məcidov (azərb. Məcidov Tələt Tahir oğlu‎, 23 may 1945, Bakı) — iqtisad elmləri namizədi, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (2 sentyabr, 1999 – 8 fevral, 2005) Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub. Tələt Məcidov 1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir. Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb. 3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur. Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sector müdiri kimi vəzifələrdə işləmişdir. 14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır. 2 sentyabr 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir. 8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində Şöbə müdiridir. 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tələt Paşa
Tələt Paşa (1 sentyabr 1874, Qırcaəli, Osmanlı imperiyası – 15 mart 1921, Berlin) — V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 1 il 8 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. İttihad və Tərəqqi cəmiyyətinin üzvü 1 sentyabr 1874-cü ildə Ədirnə vilayətində dünyaya gəlmişdir. Atası Qırcaəli tabeliyindəki Çəpəlcə kəndindən Qazı Əhməd Vasif Əfəndi, anası isə vaxtilə Kayseridən köç etmiş türk-pomak soylu Hürmüz xanım idi. İlk təhsilini Kırklarelində aldıqdan sonra Ədirnə hərb məktəbinə daxil oldu. Atasının vəfatının ardından yaranan maddi sıxıntılar səbəbilə Ədirnə Poçt və Teleqraf idarəsində işləməyə başlayır və 1891-ci ildə buranın anbar təsərrüfat müdiri olur. Bu müddət ərzində bir yandan Alliance İsraelite Universelle adlı yəhudi məktəbində türk dili dərsləri verir, digər yandan isə xüsusi bir müəllimdən fransız və yunan dillərini öyrənirdi. Bu illərdə bacısının yoldaşı İsmayıl Yürükoğlu vasitəsilə jöntürk fəlsəfəsi ilə tanış olmuş, ideyanın təşkilatlanmasında iştirak etmişdir. Bolqarıstan türklərindən olan və sonralar "Şərq" adlı müxalif qəzetində redaktor çalışan İsmayıl Yürükoğlu, o illərdə Əhməd Zəki bəylə birlikdə İttihad və Tərəqqi cəmiyyətinin Ruse şəhərindəki mərkəzində çalışırdı. Sonralar Tələt bəy kiçik bürokrat və zabitlər tərəfindən Ədirnədə yaradılan müxalif təşkilata daxil oldu. Ancaq hökumət bu siyasi təşkilatın fəaliyyətinə göz yummadı və təşkilat üzvləri 1896-cı ildə həbs olundular.
Tələt Qasımov
Tələt Qasımov (nazir)
Tələt Qayıbov
Tələt Qayıbov — biologiya elmləri doktoru, professor. Tələt Dənyar oğlu Qayıbov 1923-cü ilin may ayının 15-də Azərbaycanın Quba rayonunun Alpan kəndində bəy nəslindən olan mülkədar ailəsində anadan olmuşdur. 1939-cu ildə 132 saylı Bakı şəhər orta məktəbini bitirib ADU-in biologiya fakultəsinə daxil olmuş və 1944-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1945 –1948-ci illərdə Akademik A.Qarayevin fiziologiya ixtisası üzrə ilk aspirantı-fizioloqu olmuşdur. 1948 -ci ildə Bioloqiya elmləri üzrə“namizədlik” dissertasiyasını müdafiə etmişdir. 1948 – 1960-cı illərdə Elmi Tədqiqat Hematoloqiya və Qanköçürmə İnstitutununda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1961-ci ildə “Uyğun gələn və uyğun olmayan qanın köçürülməsindən sonra resipiyentin orqanzmində yaranan funksional dəyişikliklər” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə etmışdır 1951– 1966-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri, institutun partiya təşkilatının katibi, elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1966 – 1992-ci illərdə Azərbaycan Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1992- 2002- ci illərdə Bakı Dövlət Universitetində “İnsan və heyvan fiziologiyası” kafedrasının professoru işləmişdir - hematologiya və qanköçürmə sahəsində “Hemostaz”problemlərinin geniş tədqiqatları - postnatal ontogenez və yaratdığı “Radiobiologiya” problemləri laboratoriyasında aparılan elmi axtarışlar - rəhbərlik etdiyi “Biostimulyatorlar” laboratoriyasında aparılan keçmiş SSRİ Müdafiə Nazirliyinin tam məxfi, əsas problemlirindən biri olan “Ordu və əhalinin kütləvi qırğın silahlarından müdafiəsi” sahəsində elmi axtarışları və Azərbaycanda onun məktəbi kimi tanınmış “Epifiziologiya” elmi istiqamətinin inkişafı - 350-dən çox elmi əsərin, o çümlədən 3 monoqrafiyanın, 2 dərslik, bir sıra metodiki göstərişlər və patentlərin müəllifidir; - 40-dan artıq elmi kadr hazırlamış, onlardan 11-i elmlər doktorudur, 3-ü Əməkdar elm xadimi; - “Azərbaycan Fizioloqlar Cəmiyyəti”-nin sədr müavini, “Bilik” cəmiyyətinin rəyasət heyətinin üzvü, uşaq və yeniyetmələrin fizioloji problemlərinin koordinasiya şurasının üzvü, BDU-nin, ATU-nin, APU-nin, MEA-nın “Fizioloqiya İnstitutu”nun elmi şuralarının üzvü və s. Professor T.Qayıbov 1993-cü ildə Heydər Əliyevə müraciət edən Azərbaycanın 91 ziyalılarından biri olmuşdur.
Tələt Rəhmanov
Tələt Əliağa oğlu Rəhmanov (12 dekabr 1931, Bakı – 1 noyabr 1995, Sumqayıt) — Azərbaycan aktyoru, film direktoru. Azərbaycan kinosunda aktyor, film direktoru, rejisor assistenti kimi çalışmışdır. 13 noyabr 1995-ci ildə ürək tutmasından vəfat etmişdir. Məzarı Yasamal qəbiristanlıqdadır. 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: milis işçisi Arşın mal alan (film, 1965) Azərbaycan naminə (film, 2005) Babək (film, 1979) Bağ mövsümü (film, 1985) Bayramda yağış (film, 1985) Bəxtəvər (film, 1984) Bir cənub şəhərində (film, 1969) Bir qalanın sirri (film, 1959) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyüyəndə bilərsən... (film, 1981) Burulğan (film, 1986) Cazibə Qüvvəsi (1964) Çarə (film, 1981) Dairə (film, 1985) De ki, məni sevirsən! (film, 1977) Dörd bazar günü (film, 1975) Dünən, bu gün, sabah (film, 1992) Evlənmək istəyirəm (film, 1983) Əhməd haradadır? (film, 1963) Əlamət (film, 1982) Əmək və qızılgül (film, 1962) Fikirləşmək lazımdır (film, 1980) Gecə söhbəti (film, 1971) Girişmə, öldürər! (film, 1991) Görüş (film, 1955) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2002) Gümüşgöl əfsanəsi (film, 1984) Hörmətli alim yoldaşlar (film, 1971) Xüsusi vəziyyət (film, 1986) İnsan məskən salır (film, 1967) İstintaq (film, 1979) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) "Kazbek" qutusu (film, 1958) Kadrlarda yaşanan ömür.
Tələt Xanlarov
Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur. Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi. Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır. 1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir. 1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s. Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.
Tələt Şıxəliyev
Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928, Digah, Lənkəran qəzası – 1 iyul 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982). Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. 1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi. Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.. İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi. Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir.
Tələt Əliyev
Tələt Əliyev (20 oktyabr 1942, Naxçıvan) — Azərbaycanın Ukraynada səfiri (2001–2010). Tələt Əliyev səfir təyin olunana qədər Ukrayna Azərbaycanlıları Konqresinin sədri olub. Hazırda isə bu ölkədə Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.
Mehmet Əli Tələt
Mehmet Əli Tələt (d. 1952) — Şimali Kipr Türk Respublikasının 24 aprel 2005 – 23 aprel 2010 tarixində prezidenti. 6 iyul 1952-ci ildə Girnə şəhərində anadan olmuşdur.
Tələt Qasımov (xanəndə)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Tələt Qasımov (nazir)
Tələt Əli oğlu Qasımov — Azərbaycanın səhiyyə naziri (1984–1992).
Tələt Qasımov (xalq artisti)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.